Tibb bacısı
1.219 elementdən 621-640 arası göstərilir.
Sual № 621
Şəkərli diabetlə xəstə uşaq insulin vurulduqdan neçə dəqiqə sonra yemək yeməlidir?
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1986 стр 450
İnsulinlə müalicə şəkərli diabetin əsas müalicə forması sayılır.Sidiklə ifraz olunan şəkərin miqdarı təyin edildikdən sonra şəkərli diabet xəstəliyi olan uşağa insulin təyin edilir.İnsulin vurulduqdan 15-20 dəqiqə sonra uşaq yeməlidir.
Sual № 622
Uşaqlarda kəskin qastrit zamanı nə tövsiyyə edilir?
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1986 стр 369.
Kəskin qastrit mədənin selikli qişasının iltihabıdır. Xəstəlik kəskin başlayır, uşaqda intoksikasiya əlamətləri olur. Belə xəstələrə qaynadılmış ət, sıyıqlar, müxtəlif sıyıqlar və həlimlər məsləhət görülür. Ədəbiyyat: Л.А.Исаева, Л.А.Баженова «Детские болезни», 1 986 стр 369.
Sual № 623
Uşaqda bronxial astma tutması olarsa tibb bacısı nə etməlidir?
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1986 стр 243.
Bronxial astma xəstəliyinin xarakter simptomu tutmaşəkilli öskürəkdir.Öskürək tutması 30-40 dəqiqə və daha çox davam edə bilər.Bu zaman öskürək əziyyətverici olur. Belə halda, tibb bacısı xəstənin vəziyyətini yaxşılasdırmaq üçün yayındırıcı tədbir görməlidir:uşağın ayaqlarına vanna edə bilər.
Sual № 624
Şəkərli diabet xəstəliyi olan uşağın qidasında şəkər nə ilə əvəz edilir?
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1986 стр449
Şəkərli diabet zamanı pəhriz elə təşkil edilməlidir ki,uşaq orqanizminə lazım olan maddələr onun tərkibində olsun.Bu məqsədlə şəkər uşağın qidasından çıxarılır,onun əvəzinə fruktoza qidaya daxil edilir.
Sual № 625
Hipertermik sindrom zamanı uşağa göstərilən təcili tibbi yardıma əks göstəriş nədir?
Ədəbiyyat: Н.B.Ежова, E.M. Русакова “Педиатрия” 2002 стр. 45
Hipertermik sindrom hərarətin yüksəlməsidir.(39-42) Bu uşaq orqanizminə mənfi təsir edir. Qıcolma verə bilər. Hərarəti salmaq üçün bədəni isitmək yox, soyutmaq məqsədə uyğundur.
Sual № 626
Tibb bacısı tərəfindən hamilə qadına doğuşa qədər neçə patronaj olmalıdır?
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 30
Dölün ana bətnində normal inkişaf etməsi və sağlam böyüməsi üçün və bətndaxili dövrdə hamilə qadına lazımi məsləhətlər vermək üçün tibb bacısı doğuşa qədər bir-neçə dəfə(2 dəfə) patronaj etməlidir.
Sual № 627
Uşaq hansı yaşda yeriməyə başlayır?
Ədəbiyyat: Н.B.Ежова, E.M. Русакова “Педиатрия” 2002 стр. 72
Yenidoğulmuşun onurğa sütununda fizioloji əyriliklər əmələ gəlir (boyun, döş və bel) 2 ayında boyun, 6-7 ayda döş, 11-12 ayda bel. Bu əyriliklərə uyğun olaraq uşaq 2 ayında başını saxlayır, 6-7 ayda oturur, 11-12 ayda yeriməyə başlayır.
Sual № 628
Südəmər uşağa ilk əlavə yemək olaraq nə verilməlidir?
Ədəbiyyat: Н.B.Ежова, E.M. Русакова “Педиатрия” 2002 стр. 32
5 ay ana südü uşağın qida təlabatını tam ödəyir. Sonra isə uşaq orqanizminin təlabatı artdığı üçün, tək ana südü uşağı doyuzdurmur.Ona görə də südəmər uşağa südlə bərabər əlavə qidalarda verilir.İlk əlavə qida isə tərəvəz püresi olmalıdır.
Sual № 629
Uşaqlarda vərəmin bütün kliniki formalarında hansı əlamət müşahidə edilir?
Ədəbiyyat: Л.Исаева,Л.К.Баженова «Детские болезни» 1986 Москва стр 388
Düzgün cavab - İntoksikasiya sindromuVərəmin bütün formalarında intoktikasiya müşahidə olunur. Orqanizmə daxil olmuş vərəm çöplərinin toksini qana keçərək bədəndə intoksikasiya əmələ gətirir.Л.Исаева, Л.К.Баженова , «Детские болезни» 1986 Москва стр 388
Sual № 630
Südəmər yaş dövründə ilk əlavə yemək hansı ayda verilir?
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 101
5-6 ay ana südü südəmər uşağın tələbatını tam ödəyir. Böyüdükcə orqanizmin təlabatı artdığı üçün ana südü azlıq edir. Ona görə 6 -cı aydan uşağa əlavə qidalar verilir.
Sual № 631
Südəmər yaşda qida çatışmazlığı nə ilə nəticələnir?
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 səh 103
Südəmər yaşda uşaq orqanizminin fiziki cəhətdən normal böyüməsi (çəki,boy) düzgün və dəyərli qidalanmadan asılıdır.Ona görə də qida çatışmazlığı zamanı ilk növbədə çəki artımı azalır.
Sual № 632
Ana südü ilə qidalanmada əmmə müddətini kim təyin edir?
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 səh 104
Ana südü ilə qidalanmada əmmə müddətini uşaq təyin edir :uşaq doyandan sonra özü ana südündən imtina edir.
Sual № 633
Hansı çəkidə doğulmuş uşaq orta çəkili hesab edilir?
Ədəbiyyat: N. Tağıyev “Neontologiya” 2007 səh 35
Vaxtında yeni doğulmuş uşağın orta çəkisi normada 2500 qramdan çox, 3000-3500 qr təşkil edir.
Sual № 634
Yenidoğulmuşda fizioloji çəki itkisi neçənci gün müşahidə edilir?
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 38
İlk günlər uşaq çox az süd əmir. Sutkada 20-25 dəfə sidik ifraz edir, doğuş şişi ardan qalxır, bunun nəticəsi olaraq 3-4-cü gün uşaqda fizioloji çəki itkisi əmələ gəlir.
Sual № 635
Yenidoğulmuşlarda fizioloji eritema neçə gün davam edir?
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 37
Uşaq bətndaxili mühitdən xaric mühütə düşdükdə işığın, havanın təsirindən fizioloji eritema (dərinin səpgi xarakterli qızarması ) olur və 1-2 günə keçir.
Sual № 636
Yenidoğulmuşlarda konyuqasion(fizioloji) sarılıq neçə gün ərzində itir?
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 40
Yenidoğulmuşlarda ilk günlər qaraciyərin funksiyası, fizioloji olaraq bir qədər zəif olduğu üçün qanda sərbəst bilirubinin miqdarı artır və konyuqasion sarılıq əmələ gəlir. Bu uşağın ümumi əhvalına heç bir təsir etmir, konyuqasion sarılıq 8-10 günə itir.
Sual № 637
Yenidoğulmuşun burun boşluğu nə ilə təmizlənir?
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 42
Yenidoğulmuşlarda burun boşluğu kiçik və dar olur. Selikli qişası zərif olur. Burun tutulduqda, burunda selik olduqda tənəffüs tez pozulur. Yenidoğulmuşun burun boşluğu vaxtaşırı steril bitki yağında islanmış pambıq çöplə təmizlənməlidir.
Sual № 638
Erkən yaşlı uşaqlarda xarici qulaq keçəcəyinin təmizlənməsində nədən istifadə edilir?
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 33
Qulaq həssas orqan olduğundan qulağı çox qıcıqlandırmaq olmaz. Xarici qulaq keçəcəyi quru pambıq çöplərlə təmizlənir.
Sual № 639
Südəmər uşaqlarda kəskin rinit zamanı əmizdirmədən əvvəl buruna damargenəldici damcının tökülməsində məqsəd nədir?
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 100
Südəmər uşaqda burun boşluğu kiçik və dar olduğuna görə yuxarı tənəffüs yollarının katarında,rinitdə burun selikli qişası ödemləşir, burun tənəffüsü çətinləşir. Uşaq əmə bilmir. Ona görə də uşağı əmizdirmədən əvvəl selikli qişanın ödemini azaltmaq üçün buruna damargenəldici damcı tökülməlidir.
Sual № 640
Uşaqda həzm sistemi orqanları xəstəliklərində ilk xəbərdaredici əlamət hansıdır?
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 369
Uşaqda həzm orqanı xəstələndikdə (qastrit,qastroenterit və s.) iltihabı proseslərdə spazm əmələ gəlir, sinir uclarına təsir edir, bu da ağrıya səbəb olur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?