Feldşer
1.212 elementdən 1-20 arası göstərilir.
Sual № 1
Təmizləyici imaləyə əks-göstəriş hansıdır?
Ədəbiyyat:C.N.Hacıyev, R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.203 “Təhsil” Bakı 1998
İmalə zamanı 8-10 sm uzunluğunda ucluq düz bağırsağa yeridilir, qanayan babasil olduqda bu ucluq travmatik təsir göstərib, qanaxmanı daha artıra bilər, ona görə bu zaman təmizləyici imalə əks-göstəriş sayılır.
Sual № 2
Mədə qanaxmasında həkimə qədər yardıma nə daxildir?
Ədəbiyyat:: C.N.Hacıyev, R.Y.Əliyev.Xəstələrə qulluq. Səh.188 “Təhsil” Bakı 1998
Mədə qanaxması zamanı həkim gələnə qədər xəstəyə ilk yardım göstərmək üçün onu uzandırıb mədə nahiyəsinə buz qovuğu qoyulur, su və qida qəbulu qadağan edilir, qansaxlayıcı preparatlar həkim gəldikdən sonra, onun təyinatına əsasən vurulur. Buz qovuğunun təsirindən damarlar daralır və qanaxma yavaşıyır.
Sual № 3
1 Təsir Vahidi (TV) insulin 5 qr qlükozanı qlikogenə çevirirsə , 200 qram qlükozanı qlukogenə çevirmək üçün neçə TV insulin götürülməlidir?
Ədəbiyyat:N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı “.Səh.158“ Çıraq “ 20-08.
200 qr. qlükozanı qlikogenə çevirmək üçün neçə TV insulin lazım olmasını tənasüb yolu ilə tapa bilərik. 1(TV)---5 qr; X(TV)----200qr; X=200 : 5 = 40(TV)
Sual № 4
Sidik ifrazının azalması necə adlanır?
Ədəbiyyat:: C.N.Hacıyev, R.Y.Əliyev. Xəstələrə qulluq .Səh.223 “Təhsil”Bakı1998
Sutkalıq sidik miqdarının 500ml-dən az olması oliquriya, 2l və daha cox olması poliuriya, hec olmaması anuriya, gecikmiş sidiyin xaric olması opsouriya, gecə sidiyin çox ifraz edilməsi isə nikturiya adlanır.
Sual № 5
Sidikdə qanın olması necə adlanır?
Ədəbiyyat:: C.N. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 224 “Təhsil” Bakı1998
Sidikdə qanın olması hematuriya adlanır və 3 növü var: qan sidik aktının əvvəlində olur, sonunda olur və total hematuriya, yəni sidik başdan-başa qana boyanır.
Sual № 6
Qazçıxarıcı borunu bağırsaqda maksimum nə qədər saxlamaq olar?
Ədəbiyyat:: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.27” “Çıraq” 2008.
Qazçıxarıcı borudan qarın boşluğu əməliyyatlarından sonra, körpə uşaqlarda isə köp olan zaman istifadə olunur. Qazçıxarıcı borunu bağırsaqda 1 saatdan çox saxlamaq olmaz, çünki bağırsağın divarı zədələnə bilər.
Sual № 7
Onikibarmaq bağırsaq xorasında ağrılar nə vaxt müşahidə edilir?
Ədəbiyyat: :N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.147 “Çıraq” 2008
Mədə boş olduqda turş mühitli mədə şirəsi 12 barmaq bağırsağa keçir, orada olan xoranı qıcıqlandırır və ağrıya səbəb olur.
Sual № 8
Tənəffüsün olması necə təyin edilir?
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh. 5 “Çıraq” 2008
Tənəffüs zamanı (nəfəs alma və nəfəs vermə) qabırğaarası əzələlər yığılıb-açıldığı üçün döş qəfəsi hərəkətli olur və fonendoskopla qulaq asdıqda tənəffüs küyləri asan eşidilir.
Sual № 9
Duodenal zondlama zamanı neçə porsiya öd götürülür?
Ədəbiyyat:: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”.Səh.36 “Çıraq” 2008.
Duodenal zondsalma zamanı 3 porsiya öd götürülür: A- porsiyası 12 barmaq bağırsaqdan götürülür, açıq-sarı rəngdə olur; B porsiyası öd kisəsindən götürülür, tünd zeytun rəngdə olur; S porsiyası qaraciyər ödü olub, öd axacaqlarından götürülür, daha şəffafdır və sarı-qızılı rəngdədir.
Sual № 10
Aşağıdakılardan hansı instrumental müayinəyə aid deyil?
Ədəbiyyat:С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. Стр. 24 «Медицина» Москва 1989
Palpasiya sözü latın dilindən tərcümədə “əlləmək” deməkdir, bu zaman müayinə yalnız əllə aparıldığı üçün bu müayinə instrumental müayinə hesab edilə bilməz.
Sual № 11
Əzələdaxili inyeksiya hansı bucaq altında aparılır?
Ədəbiyyat:C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq .Səh.152 “Təhsil” Bakı 1998.
90°-li bucaq altında inyeksiya aparıldıqda iynə yaxşı inkişaf etmiş dərialtı piy toxumasından keçib dərində yerləşmiş əzələ qatına çatır. Əks halda yeridilən dərman əzələyə çatmaz, sorulması pozular və bu da müxtəlif ağırlaşmalara - absesə, infiltrasiyaya səbəb olar.
Sual № 12
Hipovolemik şok zamanı təxirəsalınmaz yardımın əsas vəzifəsi nədən ibarətdir?
Ədəbiyyat: «Справочнык врача скорой и неотложной помощи».«Феникс» 2001.Стр102-103.
Hipovolemik şok massiv qanitirmələr zamanı, mikrosirkulyasiyanın pozulması, toxumalarda qan dövranının azalması, toxuma hipoksiyası nəticəsində yaranır. Bu baxımdan ilk növbədə dövriyyədə olan qan defisitinin bərpası (yəni xəstəyə eyni qrupdan olan qan, plazma, qanəvəzedicilər və s. köçürülməsi) yerinə yetirilməlidir.
Sual № 13
Anafilaktik şok zamanı aşağıdakılardan hansı ilk növbədə yerinə yetirilməlidir?
Ədəbiyyat:: «Справочнык врача скорой и неотложной помощи». «Феникс» 2001.Стр105
Anafilaktik şokun daha da dərinləşməməsi üçün ilk növbədə buna səbəb olan dərman preparatının yeridilməsi dayandırılır, jqut isə allergenin yayılmasına mane olur. Sadalanan digər variantlardakı tədbirlər isə dərhal sonar yerinə yetirilir.
Sual № 14
Yoğun bağırsağın selikli qişasının endoskopik müayinəsi necə adlanır?
Ədəbiyyat:C.N.Hacıyev. R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.217. “Təhsil” Bakı 1998.
“Kolon” latın dilində yoğun bağırsaq, “skope”-baxıram deməkdir. Latın dilinən tərcüməyə əsaslanaraq kolonoskopiya yoğun bağırsağın selikli qişasının endoskopik müayinəsi deməkdir. “Endo”-daxili deməkdir.
Sual № 15
Alimentar yolla orqanizmə daxil olan zəhərli maddələri çıxarmaq üçün hansı imalədən isitfadə olunur?
Ədəbiyyat:: C.N.Hacıyev. R.Y.Əliyev . Xəstələrə qulluq . Səh.203 “Təhsil” Bakı 1998
Ağızdan qəbul edilmiş zəhərli maddələri bağırsaqdan sürətlə kənar etmək üçün sifon imaləsindən istifadə olunur. Sifon imaləsi üçün 10-12 litr 38 dərəcədə qızdırılmış su götürülür.Bu miqdarda su orqanizmə daxil olmuş zəhərli maddələrin tam təmizlənməsini təmin edir.
Sual № 16
Mədə qanaxması zamanı istifadə olunan preparatlar hansılardır?
Ədəbiyyat:: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 353
Aminokapron turşusu adətən qanaxmalar zamanı ümumi təsirli hemostatik vasitə kimi, jelatinol isə hipovolemiya və hemorragik şokla mübarizə üçün plazma əvəzedici məhlul kimi istifadə edilir.
Sual № 17
1 ml – də neçə vahid insulin vardır?
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı “. Səh.159 “Çıraq “2008.
İnsulinin dozaları vahidlə göstərilir. Şüşədəki 5 ml – də 200 vahid, başqa sözlə 1 ml- də 40 vahid insulin vardır. İnsulini birqramlıq şprisə yığarkən yadda saxlamaq lazımdır ki, şprisin hər bölgüsü 4 vahid insulin deməkdir.
Sual № 18
Tibbi bankaları hansı nahiyəyə qoymaq olmaz?
Ədəbiyyat:: C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.113. “Təhsil”. Bakı 1998
Bankalar əzələ və dərialtı piy qatı yaxşı inkişaf etmiş, sümük hündürlükləri olmayan nahiyələrə qoyulur. Onurğaya banka qoyulduqda banka onurğa beyni mayesinin hərəkətinə mənfi təsir etdiyindən bu nahiyəyə banka qoymaq məqsədə uyğun deyil.
Sual № 19
Şəkərli diabet zamanı qanda nə müşahidə edilir?
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilı “Tibb bacısının məlumat kitabı” .Səh. 158 “Çıraq” 2008.
“Hiper” latınca çox, “emiya” qan deməkdir, “qlik” şəkilçisi isə şəkər sözünü bildirir. Şəkərli diabet zamanı insulin hormonu çatışmadığına görə qlükoza qlikogenə cevrilə bilmir və nəticədə qanda hiperqlikemiya olur.
Sual № 20
Şəkərli diabet xəstəliyinin ağırlaşması nə ola bilər?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.159 “Çıraq” 2008
Şəkərli diabet zamanı turşu-qələvi müvazinəti turşu tərəfə pozulur, ketoasidoz olur,keton cisimcikləri MSS-nə (mərkəzi sinir sisteminə) toksik təsir edir, nəticədə xəstə hiperqlikemik komaya düşür.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?