Feldşer
1.212 elementdən 181-200 arası göstərilir.
Sual № 181
Elektrotravma zamanı aşağıda göstərilən yardımlardan hansı qəti qadağandır?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.521 “Çıraq ” 2008.
Elektrik vurma zamanı əksər zərəçəkmişlərdə kəskin damar çatışmazlığı və tənəffüs pozğunluğu olur, ona görə zərərçəkmişin bu zaman torpağa basdırılması onun vəziyyətini daha da ağırlaşdırar. Digər bəndlərdə göstərilən yardımlar isə xəstənin vəziyyətini yaxşılaşmasına kömək edər.
Sual № 182
Poliuriya nədir?
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.90 “Azərnəşr” Bakı 1984 В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 122
Gün ərzində normada insan 1,5 litrə qədər sidik ifraz edir. Poliuriya- bir gün ərzində ifraz olunan sidiyin miqdarının atrmasıdır. Bu ən çox şəkərli diabet xəstələrində müşahidə olunur.Poli-lat.çox,uro-sidik.
Sual № 183
Sadalananlardan hansı ağciyərlərin irinli xəstəliklərinə aiddir?
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983.Стр 226-231
Ağciyər absesi ağciyər toxumasının irinləməsi ilə müşaiyət olunan xəstəliyidir. Bu proses sağlam toxuma ilə məhdudlaşaraq bir və ya bir neçə irinli boşluq əmələ gətirir. Boşluqlar adətən bronxlara açılaraq, irinin bronx vasitəsilə xaricə ifraz olunmasına imkan yaradır. Ağciyər qanqrenası isə ağciyər toxumasının irinli parçalanması deməkdir.
Sual № 184
Bu xəstəliklərdən hansının kəskin forması mövcud deyil?
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 215
Bronxial astma xəstəliyinin əsasında bronxların reaktivliyinin dəyişməsi durur. Bu dəyişiklik immunoloji və qeyri- immunoloji mexanizmlərlə əlaqədardır. Xəstəliyin inkişafında əsas yeri müxtəlif allergenlər tutur. Bronxial astma xəstəliyinə allerqoz kimi də baxmaq olar. Bu səbəbdən bronxial astma xroniki residiv verən xəstəlik sayılır.
Sual № 185
Bu xəstəliklərdən hansı yalnız xroniki formada olur?
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 302
Hipertoniya xəstəliyi sinir gərginliyi ilə əlaqədar olaraq damar tonusunun artması və nəticədə arterial təzyiqin yüksəlməsi ilə müşaiyət olunan xəstəlikdir.
Sual № 186
Aşağıdakı müayinələrdən hansı bronxit xəstəliyi zamanı lazım olan məlumatı vermir?
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 174
Qastroskopiya mədənin endoskopik müayinəsi olduğundan bronxit xəstəliyi zamanı heç bir lazımi məlumat vermir. Qalan variantlardakı müayinə metodları isə bronxit xəstəliyinin diaqnostikası zamanı istifadə olunur.
Sual № 187
Aşağıdakı dərmanlardan hansıları tənəffüs sistemi xəstəliklərində məqsədəuyğun deyil?
Ədəbiyyat:В.М.Боголюбов, ,,Внутренние болезни,,.Москва ,,Медицина,,1983.Стр.225
Tənəffüs sistemi orqanlarının xəstəlikləri zamanı mədə fermentlərinin təyin olunması məntiqə uyğun deyil.
Sual № 188
Hipoqlikemik koma zamanı həkim gələnə qədər tibb işçisinin göstərdiyi yardımlardan hansı xəstənin vəziyyətini daha da ağırlaşdırar?
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.511 “Çıraq ”2008.
Xəstənin hipoqlikemik komaya düşməsinə səbəb qanda şəkərin səviyyəsinin aşağı düşməsidir, bu da əsasən şəkərli diabeti olan xəstə insulin vurduqdan sonra yemək yemədikdə baş verir. Ona görə belə xəstəyə ilk yardım göstərərkən ilk növbədə qanda şəkərin səviyyəsini artırmaq lazımdır, bunun üçün xəstəyə şirniyyat verilir, venasına qlükoza məhlulu yeridilir. Bu halda insulin vurmaq isə xəstənin vəziyyətinin daha da ağırlaşdıra bilər.
Sual № 189
Nəbz kəsiri nədir?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.65 “Çıraq ” 2008.
Bəzən ürək xəstəlikləri zamanı sol mədəcik o qədər zəif yığılır ki, nəbz dalğaları periferiyaya gedib çıxmır, bu zaman ürək yığılmalarının sayı ilə nəbz vurğusunun sayı arasında fərq olur, buna nəbz kəsiri deyilir.
Sual № 190
Bakterioloji müayinə üçün sidik toplayarkən tbb işçisi nəyi düzgün etmir?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”.Səh.78 “ Çıraq ” 2008.
Tibb bacısı bakterioloji analiz üçün sidiyi kateterlə götürür, bunun üçün xəstənin xarici cinsiyyət üzvlərini yuyur, uretranın ön hissəsini şırınqalayır, hətta bunları etdikdən sonra belə, sidiyin ilk porsiyasını tullayır, qalan porsiyalarını isə steril qaba yığıb, mümkün qədər tez analizə göndərir.
Sual № 191
Disfagiya nədir?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.35 “Çıraq” 2008.
Disfagiya udma aktının pozulması olub, qida topasının qida borusu ilə irəliləməsinə mane olan üzvi və ya funksional pozğunluq nəticəsində yaranır. Bu zaman xəstələr əvvəlcə bərk qidanı, sonralar isə hətta duru qidanı da uda bilmirlər.Dis-lat.pozulma.
Sual № 192
Anuriya nədir?
Ədəbiyyat:: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 122
Anuriya sidik ifrazının tam kəsilməsidir. Ən çox XBÇ (xroniki böyrək çatışmazlığı)-da şişlərdə, daş xəstəliklərində rast gəlinir.
Sual № 193
Işuriya nədir?
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 123
İşuriya-sidik kisəsinin boşalmasının mümkün olmamasıdır. Bu vəziyyət ən çox sidik çıxarıcı kanalda mexaniki maneə olduqda (daş, şiş, çapıq və s.) baş verir.
Sual № 194
Sonuncu qida qəbulu mədə zondlanmasından nə qədər əvvəl olmalıdır?
Ədəbiyyat:В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 106
Mədə zondlanması zamanı mədə tam boş olmalıdır. Ona görə də müayinədən əvvəlki axşam sonuncu qida qəbul olunmalıdır.
Sual № 195
Döş sümüyü arxasında deşici, yandırıcı ağrıların olması zamanı tibb bacısının taktikası?
Ədəbiyyat:: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.158 “Azərnəşr” Bakı 1984
Döş sümüyü arxasında deşici, yandırıcı ağrılar olduqda tibb bacısı həkiməqədərki yardımı göstərməlidir. Burada tibb bacısının taktikası xəstənin hərəkətsizliyini təmin etməkdir (İnfarkta şübhə olduğuna görə).
Sual № 196
Stenokardiya tutması zamanı təxirəsalınmaz yardım?
Ədəbiyyat:: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.158 “Azərnəşr” Bakı 1984
Stenokardiya tutması tac damarların spazmı nəticəsində baş verir (ürəyə gələn qanın miqdarı azalır) və döş sümüyü arxasında müxtəlif xarakterli ağrılarla müşaiyət olunur.Nitroqliserin damar divarlarını genişləndirdiyi ücün eyni zamanda ağrının da aradan götürülməsinə səbəb olur.
Sual № 197
Xolesistoqrafiya hansı orqanın rentgenoloji müayinə metodudur?
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.501 “ Çıraq “ 2008
Xolesistoqrafiya öddaşı xəstəliyində və xroniki xolesistitlərdə öd kisəsinin rentgenoloji tədqiqidir.Xole-latinca öd,sistum-kisə,qrafika-şəkil deməkdir.
Sual № 198
Uroqrafiya hansı orqanın rentgenoloji müayinə metodudur?
Ədəbiyyat:: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.499 “Çıraq “ 2008
Uroqrafiya sidik siseminin rentgenoloji tədqiqidir. Bu zaman kontrast maddə mexaniki üsulla-uretra vasitəsilə retroqrad üsulla sidik kisəsinə və ya xüsusi sidik axarı kateteri vasitəsilə böyrək ləyənciyinə daxil edilir. Uro-lat.sidik,qrafika-şəkil.
Sual № 199
Qəbul şöbəsində sanitar işləmə zamanı xəstə qəflətən huşunu itirdikdə tibb bacısının taktikası nədən ibarətdir.
Ədəbiyyat:: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 513 “Çıraq “ 2008.
Xəstəni vəziyyətdən tez çıxartmaq üçün onu uzandırmaq, ayaqlarını qaldırmaq, onu sıxan paltardan azad etmək və ona təmiz hava gəlməsini təmin etmək lazımdır, bütün bu tədbirlər kömək etmədikdə ona naşatır spirtində isladılmış pambıq iylədilir, ayaqlarına isitqac qoyulur və həkim çağırılır.
Sual № 200
Hipertonik kriz zamanı göstərilən qulluq elementləri hansılardır?
Ədəbiyyat: : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.507. “Çıraq “ 2008
Hipertonik kriz zamanı xəstədə güclü başgicəllənmə , ürəkbulanma və qusma olur. Ürəkbulanmanı azaltmaq ücün xəstəyə tərkibində atropin olan dərmanlar- belladonna, belloid, belaspon verilir, qusma olduqdqa xəstən uzanıqlı vəziyyətdədirsə başını yana döndərilir, qusub qurtardıqdan sonra ağzını yaxalayırlar.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?