Feldşer

1.212 elementdən 201-220 arası göstərilir.

Sual № 201

Ürəyin işemik xəstəliyi zamanı xəstənin qidasında hansı məhsullar məhdudlaşdırılır?

  Ədəbiyyat:: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.141 “Çıraq “ 2008.
Xörək duzu orqanizmə çoxlu su qəbul edilməsini tələb edir, bu da dövr edən mayenin miqdarını artırır və nəticədə ürəyin işi və ürəyə düşən yük artır, bu baxımdan belə xəstələrə xörək duzunun muqdarı məhdudlaşdırılır.

Sual № 202

Arterial hipertoniya xəstəliyi zamanı hansı pəhriz məsləhət görülür?

  Ədəbiyyat: : N.R.Paleyevin redaktəsi ilə “ Tibb basının məlumat kitabı”. Səh. 138. “ Çıraq “ 2008.
Hipertoniya xəstəliyi zamanı xəstənin qidasında xörək duzunun və əgər xəstədə ürək çatışmazlığı varsa içilən mayenin miqdarını azaltmaq lazımdır, çünki duzlar çoxlu maye qəbul edilməsini tələb edir, bu da dövr edən mayenin miqdarını artırır, nəticədə təzyiq daha da yüksəlir.

Sual № 203

Nitroqliserinin effektiv təsiri qəbul edildikdən neçə dəqiqə sonra başlayır?

  Ədəbiyyat:: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” .Səh. 506 “ Çıraq “ 2008.
Stenokardiya zamanı ağrı tutmasını aradan qaldırmaq üçün xəstəyə dil altına həb şəklində və ya 2-3 damcı 1%-li nitroqliserin verilməlidir. Bu preparat 3-5 dəqiqə ərzində ağrını kəsir.

Sual № 204

Ağciyər qanaxması zamanı tibb işçisinin taktikası nədən ibarətdir?

  Ədəbiyyat: : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 511 “ Çıraq” 2008.
Ağciyər qanaxması zamanı qan çox vaxt ağciyərin aşağı şöbələrinə axıb dolur və aspirasion pnevmoniyaya səbəb olur. Buna görə də qanaxma zamanı xəstəyə ilk yardım onun sakitləşdirilməsindən ibarətdir, həyəcanlanma və fiziki gərginlik qanaxmanı gücləndirə bilər.

Sual № 205

Bronxial astma tutması zamanı xəstə hansı məcburi vəziyyəti alır?

  Ədəbiyyat:: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 504 “ Çıraq “ 2008.
Bronxial astma tutması zamanı xəstə müəyyən sabit vəziyyət almağa - qollarını pəncərə altlığına və ya çarpayıya, stul arxasına dirəyərək məcburi vəziyyətdə oturmağa və ya ayaqüstə qalmağa məcbur olur.Bu zaman nisbətən tənəffüs asanlaşır.

Sual № 206

Bəlğəmi ümumi analizə görə yığmaq üçün xəstə nə ilə təmin olunmalıdır?

  Ədəbiyyat:: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı “ .Səh.15 “ Çıraq “ 2008.
Analiz etmək üçün bəlğəmi təmiz quru bankaya yığırlar. Bankanın üzərinə xəstənin adı, soyadı və atasının adı, analizin məqsədi, palata və şöbənin adı yazılmış kağız yapışdırılır.

Sual № 207

Xəstəni mədə zondlanmasına hazırlayarkən təmizləyici imalə nə zaman aparılır?

  Ədəbiyyat: : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh.203.“Təhsil” Bakı 1998
Xəstəni mədə zondlanmasına hazırlayarkən təmizləyici imalə aparılmasının heç bir əhəmiyyəti yoxdur. Təmizləyici imalə əsasən bağırsaq keçməməzliyi, qarın boşluğunda aparılacaq əməliyyatlardan qabaq və s. zamanı aparılır.

Sual № 208

Xəstənin mədə zondlanmasına hazırlanması necə həyata keçirilir?

  Ədəbiyyat: : C.N.Hacıyev; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 194.“Təhsil” Bakı 1998.
Mədə zondlanmasından bir gün əvvəl xəstə axşam saat 6-dan gec olmayaraq yüngül şam etməli, müayinə aparılan gün isə heç bir qida, maye, dərman qəbul etməməli və siqaret çəkməməlidir.

Sual № 209

Xəstənin qida borusu, mədə və 12 barmaq bağırsağın endoskopik müayinəsinə hazırlanması necə həyata keçirilir?

  Ədəbiyyat:: C.N.hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 212 “ Təhsil “Bakı” 1998
Endoskopik müyinə əsasən səhər, acqarına aparılır, çünki mədədə qida olduqda xəstədə qusmaya meyl olur, bu da diaqnostikanın aparılmasını çətinləşdirir.

Sual № 210

Xəstənin mədə rentgenoqrafiyasına hazırlanması necə həyata keçirilir?

  Ədəbiyyat: : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.210 “ Təhsil” Bakı 1998.
Həzm sistemi üzvlərinin, o çümlədən mədənin planlı rentgenoloji müayinəsi səhər acqarına aparılmalıdır. Müayinə aparılanadək xəstəyə qida, dərman və maye qəbul etmək olmaz, siqaret çəkmək qadağan olunur.

Sual № 211

Xəstənin rektoromanoskopiyaya hazırlanması necə həyata keçirilir?

  Ədəbiyyat: : C.N. hacıyev ; R.Y.Əliyev. Xəstlərə qulluq. Səh. 215. “ Təhsil” Bakı 1998.
Müayinə səhər acqarına, axırıncı imalədən 2 saat sonra, əsasən xəstənin diz-dirsək vəziyyətində aparılır. Müayinənin ən azı imalədən 2 saat sonra aparılmasına səbəb imalə bağırsağın divarına təsir edərək selikli qişanın rənginin bir qədər dəyişməsidir. 2 saat ərzində rəngini dəyişmiş selikli qişa imalədən əvvəlki halına qayıda bilir.

Sual № 212

Çox miqdarda, irinli-üfunətli bəlğəm ifrazı hansı xəstəlik üçün xarakterikdir?

  Ədəbiyyat:: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр226-229
Ağciyər absesinin gedişində 3 faza ayırd edilir: infiltrasiya, irinliyin açılması (bronx mənfəzinə), nəticə. Irinlik bronx mənfəzinə açıldıqda ifraz olunan üfunətli bəlğəmin miqdarı kəskin artır (500-1000 ml).

Sual № 213

Qidada yod çatışmazlığı hansı xəstəliyin əmələ gəlməsinə səbəb olur?

  Ədəbiyyat:: В.М.Боголюбов. Внутренние болезни. Стр.424 Москва. «Медицина» 1983.
Endemik ur zamanı qalxanabənzər vəzinin ölçüləri böyüyür, buna səbəb istifadə olunan suda və qidada yodun çatmamazlığıdır.

Sual № 214

Kliniki ölümün əsas əlamətlərinə aiddir?

  Ədəbiyyat:C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh.242. “ Təhsil” Bakı 1998
Kliniki ölüm ürək və tənəffüs dayandıqdan sonra bir neçə(3-6) dəqiqə davam edən haldır, xəstədə heç bir zahiri həyat əlamətləri olmur, lakin bu müddət ərzində toxumalarda, əsasən də beyin hüceyrələrində hələ geridönməz dəyişikliklər əmələ gəlmir, odur ki, bu müddət ərzində xəstəni həyata qaytarmaq mümükün ola bilir.

Sual № 215

Anafilaktik şokun əsas əlamətləri hansıdır?

  Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 504. “ Çıraq” 2008.
Anafilaktik şok kəskin allergiyanın ən ağır təzahürlərindən biri olmaqla,həyat üçün təhlükə yaradan haldır. Anafilaktik şokun yuxarıda göstərilən ilk simptomları aşkar edilən kimi, dərhal və təcili həkim çağırılmalıdır.

Sual № 216

Sutka ərzində 1 l-ə qədər bəlğəm ifrazı hansı xəstəlikdə rast gəlinir?

  Ədəbiyyat:: В.М.Боголюбов. «Внутренние болезни».Москва«Медицина» 1983.Стр .226-231
Ağciyər absesinin gedişində 3 faza ayırd edilir: infiltrasiya, irinliyin açılması (bronx mənfəzinə), nəticə. Irinli bronx mənfəzinə açıldıqda ifraz olunan bəlğəmin miqdarı kəskin artır (500-1000 ml).

Sual № 217

Sadalananlardan hansı Kəskin miokard infarktı zamanı həkiməqədərki yardıma aiddir?

1. Nitroqliserin vermək
2. Fiziki sakitliyi təmin etmək
3. Təcili hospitalizasiya etmək
4. Kardioloji briqada çağırmaq
5. Spazmolitiklər vermək

  Ədəbiyyat:: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitab”. Səh.506. “ Çıraq” 2008.
Miokard infarktı zamanı tac damarlarda qan dövranının kəskin pozulması nəticəsində ürək əzələsində nekroz əmələ gəlir.Bu zaman xəstəyə edilən ilk yardımın böyük əhəmiyyəti vardır.Bunun üçün xəstəyə ilk növbədə nitroqliserin vermək, fiziki sakitliyini təmin etmək və mütləq həkim çağırmaq lazımdır, çünki nitroqliserinin təsirindən ağrı kəsmədikdə narkotik analgetiklər yeridilməlidir , bunu etmək isə yalnız həkimin səlahiyyətindədir .

Sual № 218

Dərman maddələrinin sublinqval qəbulu hansı üsuldur?

  Ədəbiyyat:: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998.
Dərman maddələrinin subliqval qəbulu latın dilindən tərcümədə dilaltı deməkdir. “Linqva”- dil, “sub”- alt deməkdir və bu dərmanların enteral yolla qəbuluna aiddir.

Sual № 219

Dərman maddələrinin xaricə işlənmə üsulu hansıdır?

  Ədəbiyyat:: C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 131. “ Təhsil” Bakı 1998.
Dərmanların xaricə tətbiqi dedikdə həmin maddələrin dəri , selikli qişalar ( göz, burun, qulaq və s.) və yara səthində işlədilməsi nəzərdə tutulur. Xaricə tətbiq edilən dərmanlar əsasən yerli, qismən isə rezorbtiv və reflektor təsir göstərir.

Sual № 220

Qazçıxarıcı borunu nə üçün bağırsaqda çox saxlamaq olmaz?

  Ədəbiyyat:: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 202. “ Təhsil” Bakı 1998.
Qazçıxarıcı borunu ən çoxu 2 saatdan artıq bağırsaqda saxlamaq olmaz, əks halda düz bağırsağın selikli qişasında uzun müddət qıcıqlanma nəticəsində yara əmələ gələ bilər.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×