Feldşer

1.212 elementdən 241-260 arası göstərilir.

Sual № 241

Havanın damar mənfəzinə keçməsi hansı ağırlaşmaya səbəb olur?

  Ədəbiyyat:: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
Şpris, yaxud qanköçürmə sistemindən havanın qan damarlarına keçməsi nəticəsində hava emboliyası baş verir, bu da xəstənin qəfləti ölümünə səbəb olur.

Sual № 242

Dərman maddələrinin venadaxili yeridilməsinin əsas üstünlüyü nədən ibarətdir?

  Ədəbiyyat:: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 154. “ Təhsil” Bakı 1998
Dərmanların vena daxilinə yeridilməsi təcili hallarda tez istənilən nəticəni almağa imkan verir. Lakin buna baxmayaraq, bir sıra ağırlaşmaların baş verə biləcəyinə görə bu manipulyasiya təcrübəli orta tibb işçisi tərəfindən aparılmalıdır.

Sual № 243

Venadaxili inyeksiya zamanı iynə damara hansı dərinlikdə yeridilir?

  Ədəbiyyat: : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 154. “ Təhsil” Bakı 1998
Vena daxilinə inyeksiya zamanı dərmanlar əsasən dirsək büküşü nahiyəsindən dirsək venasına yeridilir. Həmçinin dərmanı said və əlin venalarından, uşaqlarda isə gicgah venasından da yeritmək olar. Bu zaman iynənin hansı dərinlikdə yeridilməsi damarların yerləşməsindən asılıdır.

Sual № 244

Vena daxili yeridilən 10%-li kalsium-xlorid səhvən dəri altına düşərsə tibb bacısı həmin nahiyəyə nə yeritməlidir?

  Ədəbiyyat:C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 161. “ Təhsil” Bakı 1998
Vena daxilinə yeridiən 10 %-li kalsium- xlorid məhlulu səhvən dəri altına düşərsə bu zaman tibb bacısı həmin hahiyəyə fizioloji məhlul yeridərək, soyuq qoymalıdır.

Sual № 245

Təmizləyici imalənin aparılması üçün nədən istifadə olunur?

  Ədəbiyyat:: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 203. “ Təhsil” Bakı 1998
Təmizləyici imalə zamanı istifadə olunan ləvazimatlar bunlardır : tutumu 1-2 litr olan Esmarx parçı, şüşə,plastmas və ya ebonit ucluq, vazelin, müşəmbə və nəcis qabı.

Sual № 246

Təmizləyici imalə qoyulan zaman ucluq hansı dərinliyə yeridilməlidir (sm-lə)?

  Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 41. “Çıraq “ 2008
Təmizləyici imalə zamanı ucluğa vazelin sürt2üb,onu bura-bura ehmalca xəstənin anusuna yeridirlər. Əvvəllcə ucluğu 3-4 sm göbəyə tərəf, sonra isə 5-8 sm büzdümə parallel yeridirlər, yəni ucluq cəmi 10-12 sm bağırsqğq yeridilir.

Sual № 247

Təmizləyici imalə qoyulan zaman xəstə hansı vəziyyətdə olmalıdır?

  Ədəbiyyat:: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 41.“Çıraq “ 2008
Təmizləyici imalə aparmaq üçün xəstəni sol böyrü üstə kuşetkaya və ya çarpayıyının kənarına yaxın uzadırlar, o ayaqlqrını qarnına sıxıb dizdən qatlayır.

Sual № 248

Ağır xəstənin dərisini hər gün hansı məhlulla silmək lazımdır?

  Ədəbiyyat:: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 63. “ Təhsil” Bakı 1998
Ağır xəstələr uzun müddət yataqda qaldıqda onlarda yataq yaraları əmələ gələ bilər. Bunun qarşısını almaq üçün tibb bacısı belə xəstələrin dərisini hər gün 10%-li kamfora spirtində isladılmış tamponla silməli və sildiyi nahiyələri həmin tamponla da yüngül masaj etməlidir

Sual № 249

Ağciyərlərin irinli xəstəliklərinin müalicəsində əsasən hansı qrup dərmanlara üstünlük verilir?

  Ədəbiyyat:: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр226-231
Bütün irinli proseslərdə olduğu kimi ağciyərlərin irinli xəstəliklərində də kompleks terapiyanın önündə antibiotiklərə üstünlük verilir (böyük dozalarda). Bu ilk növbədə əsasən irinləməyə səbəb olan mikrofloraya təsir edir.

Sual № 250

Ikinci dərəcəli yataq yarasının əlaməti hansıdır?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 63. “ Təhsil” Bakı 1998
Yataq yarası mikrosirkulyasiyanın pozulması nəticəsində dəri, dərialtı və digər yumşaq toxumalarda əmələ gələn distrofik, yaralı- nekrotik prosesdir. Prosesin klinik şəkli belə başlayır : I mərhələdə dəri avazıyır, sonra qızarır; II mərhələdə qızarmış nahiyədə ödem və suluqlar əmələ gəlir; III mərhələdə bu suluqların yerində yara və nekroz əmələ gəlir.

Sual № 251

Üçüncü dərəcəli yataq yarasının müalicəsi necə aparılmalıdır?

  Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh 53. “Çıraq “ 2008
Yataq yarasını III mərhələsində nekroz əmələ gəlir .Belə halda müalicə ancaq cərrahi yolladır. Nekrozun sərhədləri aydın bilindikdə cərrahi yolla ölmüş toxumalar kəsilib götürülür və yaraya 1% -li kalium- permanqnat məhlulu ilə isladılmış steril salfetka qoyulur, sarğı gündə 2-3 dəfə dəyişilir

Sual № 252

Soyuq kompresi neçə dəqiqədən bir dəyişirlər?

  Ədəbiyyat:: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 56. “Çıraq “ 2008
Soyuq kompresləri əzilmə ,travma və qanaxmalar zamanı qoyurlar.Bu cür kompreslər yerli soyuma əmələ gətirir və həmin yerdəki qan damarlarının daralmasına və bura az qan gəlməsinə səbəb olur, ağrını azaldır. Soyuq kompres zamanı tənzifi soyuq suda isladıb sıxır və lazım olan yerə qoyurlar, 2-3 dəqiqədən sonra tənzif isinir, ona görə onu təzədən isladıb qoyurlar.

Sual № 253

İsti kompresi neçə dəqiqədən bir dəyişirlər?

  Ədəbiyyat:: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 56. “Çıraq “ 2008
İsti kompresləri qoymaq üçün qalın parçanı isti suda isladıb sıxır və bədənə qoyurlar, üstündən müşəmbə və qalın yun parça qoyulur. Bu prosedura iltihab ocaqlarının tez sorulmasına kömək edir və ağrını kəsir. İsti kompres hər 10-15 dəqəqədən bir, soyuduqca dəyişilir.

Sual № 254

Gün ərzində bədən temperaturu hansı həddə dəyişir (C°)?

  Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 82. “Çıraq “ 2008
Sağlam adamda bədənin temperaturu sabit olub səhər və axşam temperaturları arasındakı fərq az olur. Səhərlər temperatur 0,3- 0,8 dərəcə aşağı, axşam isə bir o qədər yuxarı olur, temperaturlar arasındakı bu fərq istiliyin əmələ gəlməsi və verilməsindən asılı olub , normada bu həddi aşmamalıdır.

Sual № 255

Febril bədən temperaturu hansı həddə dəyişir (C0)?

  Ədəbiyyat: C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 103. “ Təhsil” Bakı 1998
Yüksəlmə dərəcəsinə görə zəif qızdırma, yəni febril temperatur 38,1- 39,0 həddində dəyişilir.Bu həddən yuxarı qızdırma piretik,aşağı isə subfebril qızdırma adlanır.

Sual № 256

Dərman maddələrinin hansı üsulla yeridilməsi enteral qəbul adlanır?

  Ədəbiyyat:: C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
Dərmanlar enteral olraq 3 yolla yeridilir : dilin altına qoymaqla , ağızdan mədə-bağırsağa ötürülməklə, yəni peroral və düz bağırsaqdan yeritməklə.

Sual № 257

Bir xörək qaşığının tutumu nə qədərdir (ml-lə)?

  Ədəbiyyat:: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
Dəmləmələr, miksturalar və sulu məhlullar bölgülü menzurkalarla və ya qaşıqla verilir. Xörək qaşığının tutumu 15 ml – dir.

Sual № 258

Bir desert qaşığının tutumu nə qədərdir (ml-lə)?

  Ədəbiyyat:: C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
Dəmləmələr, miksturalar və sulu məhlullar bölgülü menzurkalarla və ya qaşıqla verilir. Desert qaşığının tutumu 10 ml – dir.

Sual № 259

Bir çay qaşığının tutumu nə qədərdir (ml-lə)?

  Ədəbiyyat:: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
Dəmləmələr, miksturalar və sulu məhlullar bölgülü menzurkalarla və ya qaşıqla verilir. Bir çay qaşığının tutumu 5 ml – dir.

Sual № 260

Həzmi asanlaşdıran ferment preparatlarını nə vaxt qəbul etmək lazımdır?

  Ədəbiyyat:: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “ Təhsil “ Bakı 1998
Həzmi yaxşılaşdıran dərmanları, məsələn panzinorm, festal, mədə şirəsi yemək zamanı qəbul edilməlidir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×