Feldşer
1.212 elementdən 261-280 arası göstərilir.
Sual № 261
Yuxugətirici dərman maddələrini yatmazdan neçə dəqiqə əvvəl qəbul etmək lazımdır?
Ədəbiyyat: C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
Yuxugətici dərmanlar yatmazdan 30 dəqiqə əvvəl, yaxşı olar ki, südlə qəbul edilsin, çünki süd özü də yuxugətirici təsirə malik olub, dərmanın effektini daha da artırır.
Sual № 262
Sidikdə zülalın olması necə adlanır?
Ədəbiyyat:: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 224. “ Təhsil” Bakı 1998
Sidikdə zülalın olması proteinuriya adlanır. “Protein”- zülal , “ uriya “ isə sidik deməkdir. Normada bir sutka ərzində insan 50 mq zülal ifraz edir.
Sual № 263
Böyrək sancısı zamanı bağırsağın peristaltikası necə dəyişir?
Ədəbiyyat:C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 220. “ Təhsil” Bakı 1998
Böyrək sancısı adətən böyrək daşı xəstəliyi, sidik axarlarının daşı, irinli xəstəliklər, sidikdə olan duzlar, axarların kəskin iltihabı, ödemi zamanı rast gəlinir. Böyrək sancısı zamanı bağırsaqlarda da ağrıdan spazm olur və nəticədə peristaltika zəifləyir.
Sual № 264
Sidik kanalının strikturası dedikdə nə nəzərdə tutulur?
Ədəbiyyat:C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 222. “ Təhsil” Bakı 1998
Sidik kanalının strikturası sidik kanalının daralmasıdır, bu zaman sidik ifrazı ləngiyir. Bu zaman xəstə sidiyə getmək üçün xeyli gücənir, lakin buna baxmayaraq, sidik nazik şırınqa ilə, yaxud damcı-damcı xaric olur.
Sual № 265
Sistit hansı orqanın iltihabıdır?
Ədəbiyyat:: C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 232. “ Təhsil” Bakı 1998
Sistit sidik kisəsinin iltihabı deməkdir. “ Sistis” latınca sidik kisəsi, “ it” isə iltihabı bildirən şəkilçidir.
Sual № 266
Ürək yığılmalarının sayı dəqiqədə 110 vurğudur - bu nədir?
Ədəbiyyat:C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 180. “ Təhsil” Bakı 1998
Ürək yığılmalarını sayı normada 1 dəqiqədə 60-90 vurğudur. Bundan çox olarsa bu taxikardiya adlanır.
Sual № 267
Arterial təzyiq 180-110 mm civə st-dur - bu nədir?
Ədəbiyyat:C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 183. “ Təhsil” Bakı 1998
İnsanın normal qan təzyiqi 10060 – 13989 mm.civə sütununa bərəbərdir . Arterial təzyiq bu göstəricidən artıq olarsa hipertenziya sayılır.
Sual № 268
Ürək yığılmalarının sayı dəqiqədə 54 vurğudur – bu nədir?
Ədəbiyyat:: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 183. “ Təhsil” Bakı 1998
Ürək yığılmalarını sayı normada 1 dəqiqədə 60-90 vurğudur. Bundan az olarsa bu bradikardiya adlanır.
Sual № 269
Xronik qastritin kəskinləşməsi zamanı rasiondan hansı qidalar çıxarılır?
Ədəbiyyat:C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 78. “ Təhsil” Bakı 1998
Xroniki qastritin kəskinləşməsi zamanı mədənin selikli qişasını qıcıqlandıran və mədə şırəsini artıran qidalar məhdudlaşdırılır, xörəklər suda və ya buxarda hazırlanır. Yağlı , qızardılmış, çox isti və çox soyuq qidalar verilmir.
Sual № 270
Hansı bağırsağın qanaxması zamanı nəcisin rəngi qara olur?
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 148. “Çıraq “ 2008
Oniki barmaq bağırsağın xorası zamanı qanaxma nəticəsində nəcisin rəngi qara olur . Qan bağırsağın aşağı şöbələrinə gələnədək fermentlərinin təsirindən parçalanır və tündləşir.Bağırsağın yuxarıda sadalanan digər şöbələrindən qanaxma olduqda isə qan öz rəngini dəyişmir
Sual № 271
Nəcisdə gizli qanın müayinəsinə xəstəni hazırlayarkən hansı preparatların qəbulu dayandırılmalıdır?
Ədəbiyyat:В.М.Боголюбов. Внутренние болезни. Стр.195 .Москва. «Медицина « 1983.
Nəcisdə gizli qanın müayinəsinə xəstəni hazırlayarkən nəcisin rəngini dəyişən preparatların qəbulu dayandırılır. Məs. dəmir preparatları , barium və s. ,əks halda bu analizin göstəricisini dəyişə bilər.
Sual № 272
Sutkalıq diurezin 350 ml-ə qədər azalması necə adlanır?
Ədəbiyyat:: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 223. “ Təhsil” Bakı 1998
Sidiyin kəmiyyət pozğunluqları 4 yerə bölünür : poliuriya, oliquriya, opsouriya, anuriya. Poliuriya sutkalıq sidiyin miqdarının 2000 ml-dən çox olmasına deyilir.
Sual № 273
Gecə diurezinin gündüz diurezindən çox olması necə adlanır?
Ədəbiyyat:C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 224. “ Təhsil” Bakı 1998
Nikturiya sidiyin miqdar pozğunluqlarına aiddir. Nikturiya sutkalıq sidiyin miqdarının yarısının və ya daha çox hissəsinin gecələr ifraz olunmasına deyilir.
Sual № 274
Sutkalıq diurezin 2000 ml-dən çox olması necə adlanır?
Ədəbiyyat:C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 223. “ Təhsil “ Bakı 1998
Sidiyin kəmiyyət pozğunluqları 4 yerə bölünür : poliuriya, oliquriya, opsouriya, anuriya. Poliuriya sutkalıq sidiyin miqdarının 2000 ml-dən çox olmasına deyilir.
Sual № 275
Dəriiçi inyeksiyanı aparmaq üçün iynə hansı dərinlikdə yeridilir?
Ədəbiyyat:: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 150. “ Təhsil “ Bakı 1998
Dəriiçi inyeksiya aparmaq üçün diametri 0,4 mm, uzunluğu isə 15 mm olan 1 ml-lik şpris götürülür, iynənin kəsiyi 40-45 dərəcə olur. İnyeksiya zamanı yalnız iynənin ucu- kəsik hissəsi dəriiçinə yeridilir.Əks halda iynə dəri altına düşür.
Sual № 276
Steril yağlı məhlulu bədənə yeritmək üçün necə dərəcəyə qədər qızdırmaq lazımdır?
Ədəbiyyat:C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 152. “ Təhsil “ Bakı 1998
Steril yağlı məhlulu bədənə yeritmək üçün onu 38 dərəcəyədək, yəni bədən temperaturuna uyğun olmalıdır,çünki isidilmiş məhlul yaxşı sorulur, infiltrat, abses əmələ gəlmə riski azalır.
Sual № 277
Dəriiçi inyeksiyanı aparmaq üçün hansı uzunluqda iynədən istifadə olunur (mm-lə)?
Ədəbiyyat:C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 150. “ Təhsil “ Bakı 1998
Dəriiçi inyeksiya aparmaq üçün diametri 0,4 mm, uzunluğu isə 15 mm olan 1 ml-lik şpris götürülür, iynənin kəsiyi 40-45 dərəcə olur. İnyeksiya zamanı yalnız iynənin ucu- kəsik hissəsi dəriiçinə yeridilir.
Sual № 278
Dərialtına nə qədər yağlı məhlul yeritmək olar (ml-lə)?
Ədəbiyyat:C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 151. “ Təhsil “ Bakı 1998
Yağlı məhlullar adətən dəri altına yeridilir. Məs. kamfora, retabolil, E vitamini və s., lakin dərialtına yeridilən yağlı məhlulun miqdarı 2 ml – dən çox olmamalıdır.Əks halda məhlulun sorulması cətinləşir.
Sual № 279
Dərman maddələrinin yeridilməsi zamanı baş verən allergik reaksiyanın ən ağır forması hansıdır?
Ədəbiyyat:C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
Dərman maddələrinin yeridilməsi zamanı baş verən allergik reaksiyanın ən ağır forması anafilaktik şokdur. Anafilaktik şokun əlamətləri: dəri qızarır, qaşınır, öskürək tutmaları, təngnəfəslik,qusma, arterial təzyiqin enməsi, taxikardiya, aritmiya, huşun itməsi.
Sual № 280
Parenteral yeritmək üçün dərman maddələrinin hansı formasından istifadə olunur?
Ədəbiyyat:C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 137. “ Təhsil” Bakı 1998
Parenteral ,yəni həzm traktından kənar yolla dərmanlar orqanizmə inyeksiya vasitəsilə ,steril məhlul şəklində yeridilir.Əks halda orqanizmin infeksiyaya yoluxma təhlükəsi yarana bilər.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?