Feldşer
1.212 elementdən 281-300 arası göstərilir.
Sual № 281
İnsulin yeridildikdən sonra tibb bacısı xəstəyə hansı qulluğu göstərir?
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 158. “Çıraq” 2008
İnsulin yeridildikdən 30 dəqiqə sonra tibb bacısı xəstəni yedizdirməlidir , əks halda xəstə hipoqlikemik komaya düşə bilər.
Sual № 282
İnsulin artıq dozada yeridildikdə hansı ağırlaşma baş verə bilər?
Ədəbiyyat:В.М.Боголюбов. Внутренние болезни. Стр.437. Москва. «Медицина « 1983.
İnsulin artıq dozada yeridildikdə xəstədə hipoqlikemik koma baş verir, qanda şəkərin səviyyəsi düşür. Bu zaman xəstədə kəskin aclıq hissi , baş ağrısı, əsəbilik olur.Belə xəstəyə dərhal içməyə şirin çay verilir, vena daxilinə 20- 40 ml 40 %-lı qlükoza məhlulu vurulur.
Sual № 283
Quru plevrit zamanı xəstə hansı məcburi vəziyyəti alır?
Ədəbiyyat:: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 248
Iltihaba uğramış tərəfdə plevra vərəqində fibrinoz yığıntılar olur. Bu zaman vərəqlər bir-birinə sürtünür (nəfəs alma, öskürək zamanı). Ona görə də,xəstə ağrıyan tərəfi üstə uzanaraq həmin tərəfdə döş qəfəsinin hərəkətini məhdudlaşdırmağa çalışır.
Sual № 284
Hansı preparatlar kəskin pielonefrit xəstəliyi zamanı istifadə olunmur?
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 406.
Kəskin pielonefrit-törədicisi bakterial mikrofloraya məxsus olan iltihabı prosesdir. Bu cür xəstəliyin müalicəsində ümumi qəbul olunmuş qayda üzrə ilk növbədə antibiotiklər, sulfanilamidlər, nitrofuran sırasına məxsus preparatlardan istifadə olunur. Ağrı zamanı spazmolitiklərdən istifadə olunur. Ürək qlikozidlərinin bu kimi iltihabi proseslərdə istifadəsi məntiqə uyğun deyil.
Sual № 285
Yüksək kalorili və güclü qidalanma hansı xəstəlik zamanı təyin edilir?
Ədəbiyyat: : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 88. “ Təhsil” Bakı 1998
Vərəm xəstəliyi zamanı qida rasionunda zülalların ,mineral maddələrin və vitaminlərin miqdarı artırılır, xəstə gündə 5 dəfə qidalanır, xəstəyə 11 № li pəhriz təyin edilir.Bu, xəstənin müdafiə qüvvələrini artırmaqla yanaşı eyni zamanda vərəməleyhi müalicənin effektini də artırır.
Sual № 286
Sıfır pəhriz nə zaman təyin olunur?
Ədəbiyyat:C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 90. “ Təhsil” Bakı 1998
Sıfır pəhrizi stolları həzm traktı üzvlərində cərrahi əməliyyat keçirmiş xəstələrə tətbiq edilir. Pəhrizin məqsədi bağırsağın köpməsini azaltmaq ,həzm orqanlarının üzərinə düşən yükü azaltmaq , adi qidalanmaya əks-göstəriş olduğu hallarda xəstənin qidalanmasını təmin etməkdir.
Sual № 287
Süni qidalanma üçün lazım olan qulluq aləti hansıdır?
Ədəbiyyat:C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 74. “ Təhsil” Bakı 1998
Sərbəst qida qəbul edə bilməyən,yaxud qida qəbulundan qəti imtina edən xəstələri süni yolla qidalandırırlar. Bunun üçün ən cox istifadə olunan qidalanma üsulu burun boşluğundan salınmış nazik zondun köməyi ilə qidalanmadır
Sual № 288
Isidici kompress üçün neçə qatlı tənzif salfetlərdən istifadə edilir?
Ədəbiyyat:C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 118. “ Təhsil “ Bakı 1998
İsidici kompreslər təmiz ,zədələnməsi olmayan dəriyə qoyulur .İsidici kompresi hazırlamaq üçün 8 qat bükülmüş tənzifdən, kompres kağızından, pambıq və bintdən istifadə edilir.
Sual № 289
İsitqaca göstəriş hansıdır?
Ədəbiyyat:C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 121. “ Təhsil” Bakı 1998
İsitqacların istifadəsi quru istinin təsirindən əzələlərin yumşalması ,yerli qan dövranının həcminin artması, sorucu və ağrı kəsici effektə əsaslanır. Bu baxımdan soyuqlama zamanı isitqac göstəriş sayılır.
Sual № 290
Isidici kompres hansı halda əks-göstərişdir:
Ədəbiyyat:C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 118. “ Təhsil” Bakı 1998
İsidici kompresin təsiri nəticəsində isə onun qoyulduğu nahiyədəki səthi və dərin qan damarları uzun müddət genişlənməyə məruz qalaraq, həmin nahiyəyə qan axınını artırır. Belə kompreslər mastit, plevrit, artrit , əzilmədən 3 gün sonra tətbiq edilir.
Sual № 291
Hansı preparatların tənəffüs sistemi xəstəliklərində istifadəsi məqsədəuyğun deyil?
Ədəbiyyat:В.М.Боголюбов, ,Внутренние болезни,.Москва ,Медицина,,1983.Стр.225-230
Tənəffüs sistemi orqanlarının xəstəlikləri zamanı mədə fermentlərinin təyin olunması məntiqə uyğun deyil.
Sual № 292
Mədə yuyulması üçün istifadə olunan qıfın tutumu nə qədər olmalıdır (ml-lə)?
Ədəbiyyat:: С.А.Мухина. «Общий уход за болъными». Москва «Медицина» 1989. Стр 204
Mədənin tutumu ( yetkin şəxslərdə ) 1 l olduğundan mədə yuyulması üçün istifadə olunan qıf da eyni həcmdə götürülür.
Sual № 293
Qanburaxma zamanı turna nə zaman açılır?
Ədəbiyyat:C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 156 “ Təhsil” Bakı 1998
Qanburaxma zamanı venepunksiyadan istifadə edirlər. Bu əməliyyat zamanı turna qan alınıb qurtardıqdan sonra açılır.İynə sonra çıxarılaraq dərhal yerinə tampon qoyulur və sıxılır.
Sual № 294
Ağciyərlərin kütləvi müayinə metodu hansıdır?
Ədəbiyyat:C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 501 “Təhsil” Bakı 1998
Flüoroqrafiya ağciyərlərin kütləvi müayinə metodu sayılıb, gün ərzində bu metodla 300-ə qədər adamı müayinədən keçirmək mümkün olur.
Sual № 295
Sekretor çatışmazlıqla gedən xroniki qastrit zamanı sadalananlardan hansı xarakterikdir?
Ədəbiyyat::Daxili xəstəliklər.F.İ.Komarov ;V.Q.Kukes;A.S.Smetnyovun redaktəsi ilə.Səh. 312. Bakı.“Təbib“1998.
Sekretor çatışmazlıqla gedən xroniki qastrit zamanı mədə sekresiyası azalır , qəbul edilmiş qida yaxşı həzm olunmur , mədədə həzm prosesinin pozulması nəticəsində dolma ,dartılma hissi olur. Həzm prosesinin pozulması nəticəsində qida uzun müddət mədədə qalır ,bu da gəyirmə zamanı lax yumurta iyi gəlməsinə səbəb olur.
Sual № 296
Hiperasid qastritdə hansı dərman preparatları təyin edilir?
Ədəbiyyat:: Daxili xəstəliklər. F.İ.Komarov;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 316.Bakı “Təbib “1998.
Hiperasid qastrit zamanı mədənin sekretor funksiyası artdığına görə antasid preparatlar : 1-2 doza qaşığı almagel və ya gündə 3-4 dəfə 1qr- dan vikalin təyin edilir
Sual № 297
Hipoasid qastrit zamanı remissiya dövründə əvəzedici terapiya nədən ibarətdir?
Ədəbiyyat:: Daxili xəstəliklər. F.İ.Komarov;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 316. Bakı. “ Təbib “ 1998.
Hipoasid qastrit zamanı həzmi yaxşılaşdırmaq məqsədilə xəstəyə əvəzedici terapiya: abomin, betasid və mədə şirəsi təyin edilir.
Sual № 298
Hansı xəstəlikdə mövsümi kəskinləşmə olur?
Ədəbiyyat:: Daxili xəstəliklər.F.İ.Komarov;V.Q.Kukes;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 317. Bakı.“Təbib “1998.
Mədə və 12 barmaq bağırsağın xora xəstəliyi kəskinləşmə və remissiyalarla gedir. Kəskinləşmə əsasən yaz və payız fəsillərində müşahidə olunur. Ona görə də xorası olan xəstələr diaqnoz müəyyən edilən andan və profilaktik müalicə aparılan dövrdə aktiv residiv əleyhinə terapiya aparmaq məqsədilə dispanser müşahidə altında olmalıdırlar. Aktiv residiv əleyhinə terapiya fəsli kəskinləşmədən 1 ay əvvəl aparılır
Sual № 299
Hansı bağırsaqdan qanaxma zamanı qətranabənzər nəcis müşahidə edilir?
Ədəbiyyat:Daxili xəstəliklər:F.İ.Komarov ; V.Q.Kukes ;A.S.Smetnyovun redaktəsi ilə.Səh325. Bakı. “Təbib“1998.
12 barmaq bağırsaqdan xora nəticəsində qanaxma olduqda bağırsaq şirəsinin təsirindən hemoqlobin parçalanır ki, bu da nəcisin qətranabənzər şəkildə olmasına səbəb olur.Digər bağırsaqlardan qanaxma olduqda qan parçalanmaya məruz qalmadığına görə rəngini dəyişmir.
Sual № 300
Hansı xroniki qastrit mədə xərçənginə gətirib çıxarır?
1. Anasid ;
2. Hiperasid ;
3. Normoasid ;
4. Hipoasid
Ədəbiyyat:Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 315. Bakı. “Təbib “ 1998.
Anasid və hipoasid qastritin rigid formasında əsasən mədə çıxacağı zədələnir. Hipertrofik dəyişikliklər, ödemin inkişafı və əzələlərin spastik yığılması nəticəsində mədə çıxacağı deformasiyalaşır , qalın ,rigid divarlı ,ensiz boruya çevrilir. Bu zaman selikli qişada kəskin degenerativ dəyişikliklər əmələ gəlir ki,bu da bəd xassəli yeni törəmənin inkişafına meyl yaradır
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?