Feldşer
1.212 elementdən 301-320 arası göstərilir.
Sual № 301
Proqressiv arıqlama ən çox hansı xəstəlikdə müşahidə olunur?
Ədəbiyyat: : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 338. Bakı. “Təbib “1998.
Mədə xərçənginin aydın klinik təzahürlər dövründə xəstənin əsas şikayətlərindən biri də proqressiv arıqlamadır. Mədə xərçəngi zamanı iştaha kəskin azalır, xəstədə ətli yeməklərə qarşı ikrah hissi , mədə çıxacağının stenozlaşması nəticəsində isə azacıq qidalanmadan sonra doyma hissi olur ki , bunlar da xəstənini kəskin arıqlamasına səbəb olur.
Sual № 302
Rentgenoqrafiyada, dolma defekti,, hansı xəstəlik üçün xarakterikdir?
Ədəbiyyat:Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 338.Bakı.“Təbib“1998.
Rentgenoloji müayinə xəstəliyin erkən mərhələlərində diaqnozu təsdiq etməyə və şişin lokalizasiyasını müəyyən etməyə imkan verir. Mədə xərçənginin əsas rentgenoloji əlaməti mədədə kontrast kütlə ilə dolmayan sahənin olmasıdır ki, buna “ dolma defekti “deyilir.
Sual № 303
Xoranın xərçəngə çevrilməsi necə adlanır?
Ədəbiyyat:Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə.Səh. 327 Bakı.“Təbib“1998.
Xoranın bəd xassəli transformasiyası maliqnizasiya adlanır. Çox vaxt pilorik hissənin xorası maliqnizasiyalaşır , bu zaman mədənin sekretor funksiyasının azalması qeyd edlir, iştaha azalır, EÇS artır.
Sual № 304
Qida qəbulundan 30 dəqiqə sonra epiqastral nahiyədə əmələ gələn ağrılar hansı xəstəlik üçün xarakterikdir?
Ədəbiyyat:: Daxili xəstəliklər F.İ.Komarov;V.Q.Kukes;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 327. Bakı. “Təbib “1998
Mədə xorası zamanı qidalanmadan sonra erkən əmələ gələn ağrılara səbəb mədədə gedən həzm prosesi zamanı peristaltikanın və mədə şirəsinin artması nəticəsində xoranın qıcıqlanmasıdır , ona görə belə xəstələrə mədə sekresiyasını azaldan , mədə və 12 barmaq bağırsağın motor funksiyasını ləngidən dərmanlar təyin edilir
Sual № 305
36 yaşlı xəstə epiqastral nahiyədə yeməkdən 30 dəqiqə sonra başlanan ağrılarla feldşerə müraciət edib. Ağrılar çox intensiv olduqda qusma baş verir, dediyinə görə qusmadan sonra ağrılar nisbətən azalır, bu səbəbdən hətta bəzən xəstə süni qusma yaradır, iştahası saxlanılıb. Bir neçə ildir xəstədir, xəstəliyi yaz –payız fəsillərində kəskinləşir. Feldşer hansı xəstəlikdən şübhələnməlidir?
Ədəbiyyat::Daxili xəstəliklər .F.İ.Komarov; V.Q.Kukes; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 321. Bakı.“Təbib “1998
Sual № 306
Mədə xorası zamanı xəstənin vəziyyətini nə yüngülləşdirir?
1. Qusma ;
2. Gəyirmə;
3. Ağrı zamanı qida qəbulu
4. Qələviləşdirən maddələrin qəbulu
Ədəbiyyat:: Daxili xəstəliklər. F.İ.Komarov;V.Q.Kukes;A.S.Smetnyovun redaktəsi ilə. Səh.321. Bakı.“Təbib “1998
Mədə xorası zamanı qələviləşdirən maddələr ( məs. natrium hidrokarbonat, almagel, fosfolügel və s.) mədə şirəsinin HCl turşusu ilə reaksiyaya girir və həll olan duzlar əmələ gətirir , ona görə də belə maddələrin qəbulu xəstəni vəziyyətini yüngülləşdirir. Qusma nəticəsində isə xoranın qida maddələri ilə qıcıqlanması azalır və bu da ağrının zəifləməsinə səbəb olur.
Sual № 307
Epiqastral nahiyədə gecə, acqarına və gecikmiş ağrılar hansı xəstəliyə xasdır?
Ədəbiyyat::Daxili xəstəliklər.F.İ.Komarov ;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə.Səh. 321. Bakı.“Təbib “1998
12 barmaq bağırsağın xorası epiqastral nahiyədə gecə , gecikmiş və acqarına ağrıların yarnmasına səbəb olur. Mədə boş olduqda turş mühitli mədə şirəsi 12 barmaq bağırsağa keçir ( 12 barmaq bağırsaqda mühit qələvidir) və orada olan xoranı qıcıqlandırır ,bu da bərk ağrıya səbəb olur . Ağrı olduqda xəstə qida qəbul edərsə ağrı dərhal kəsilir.
Sual № 308
12 barmaq bağırsağın xorası zamanı hansı preparatın qəbulu xəstənin ağrılarını azaltmır?
Ədəbiyyat:: Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 328. Bakı. “Təbib“ 1998
Biseptoldan başqa digər preparatların hamısı antasidlərdir.12 barmaq bağırsaq xorası zamanı bunların qəbulu xəstənin vəziyyətini yüngülləşdirir, çünki bunlar qələvi əsaslı maddələrdir və mədə şirəsinin HCl turçusu ilə reaksiyaya girərək həll olan duzlar əmələ gətirirlər və xoranın qıcıqlanmasının qarşısını alırlar.Biseptol sulfanilamid preparatlarına aid olduğu üçün onun qəbulu məqsədəuyğun deyil.
Sual № 309
Xroniki qastrit zamanı xəstəyə hansı qida qadağan edilir?
Ədəbiyyat:: Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ;A.S.Smetnyovun redaktəsi ilə. Səh.310. Bakı. “Təbib“ 1998
Xroniki qastrit zamanı müalicə qidalanması mühüm yer tutur. Yağlı , qızardılmış qidalar mədənin selikli qişasını qıcıqlandırdığına görə məsləhət görülmür.
Sual № 310
Mədə qanaxması zamanı xəstənin qusuntusu necə olur?
Ədəbiyyat::Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ;A.S.Smetnyovun redaktəsi ilə. Səh.325. Bakı.“Təbib “1998
Mədə şirəsinin tərkibində olan HCl turşusunun təsirindən hemoqlobin parçalandığına görə qanın rəngi tündləşir “ qəhvə xıltını “ xatırladır.
Sual № 311
Mədə xərçəngi zamanı xəstədə hansı qidaya qarşı ikrah hissi olur?
Ədəbiyyat:: Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 337. Bakı. “Təbib “1998
Mədə xərçəngi zamanı xəstəliyin başlanğıc dövrü üçün xas olan erkən əlamətlərdən biri xəstədə ətli qidalara qarşı ikrah hissinin olmasıdır, çünki ətli qidaları nəinki yedikdə ,hətta gördükdə belə xəstədə güclü öyümə, bəzən qusma olur.
Sual № 312
20 yaşlı xəstə qarnında yeməkdən 4-5 saat sonra, acqarnına, bəzən gecə başlanan ağrılarla feldşerə müraciət edib. Dediyinə görə qida qəbulundan sonra ağrıları azalır, qəbizliyə meyllidir, iştahası pozulmayıb. Anamnezdən məlum olur ki, xəstə içkiyə aludədir. Baxış zamanı xəstənin rəngi avazımış, dili ağ ərplə örtülüdür. Palpasiya zamanı 12 barmaq bağırsağın proyeksiyası bərk ağrılıdır.Təxmin edilən diaqnoz aşağıdakılardan hansı ola bilər?
Ədəbiyyat:: Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 328. Bakı.“Təbib“1998
Anamnezə əsasən : qarında gec , gecikmiş və gecə ağrılarının olması , qəbizliyə meyllik .Bunlara səbəb odur ki,mədə boş olduqda turş mühitli mədə şirəsi 12 barmaq bağırsağa keçir ( 12 barmaq bağırsaqda mühit qələvidir) və orada olan xoranı qıcıqlandırır və bu da bərk ağrıya səbəb olur ,ona görə ağrı olduqda xəstə qida qəbul edirsə ağrı dərhal kəsilir.Obyektiv müayinəyə əsasən dilin ərpli və bağırsaq proyeksiyasının ağrılı olması diaqnozu bir daha təsdiqləyir.
Sual № 313
Enterit hansı orqanın xəstəliyidir?
Ədəbiyyat:: Daxili xəstəliklər. F.İ.Komarov;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 347. Bakı. “Təbib“1998
“ Entero” latınca nazik bağırsaq deməkdir , “it” şəkilçisi isə iltihabı bildirir.
Sual № 314
Xroniki enterit zamanı hansı qrup preparatların təyini məsləhət deyil?
Ədəbiyyat:Daxili xəstəliklər. F.İ.Komarov ;V.Q.Kukes ;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 353. Bakı. “Təbib“1998
Geniş təsir spektrli antibiotiklər xroniki enterit zamanı işlədilmir, çünki bu preparatların disbakteriozu gücləndirmək təhlükəsi mövcuddur.
Sual № 315
27 yaşlı qadın göbək ətrafında yeməkdən 3-4 saat sonra başlanan küt ağrılar , qarının köpməsi , qarında güclü qurultu, gün ərzində 3-4 dəfə çoxlu miqdarda duru nəcis ifrazı, halsızlıq ,yorulma, arıqlama , südə qarşı tolerantlığın pozulması şikayətləri ilə feldşerə müraciət edib. Anamnezdən məlum olur ki , bu simptomlar xəstəni 2 ildir narahat edir, ədavalı ,istiotlu qida qəbulundan sonra halı pisləşir. Feldşer hansı xəstəlikdən şübhələnməlidir?
Ədəbiyyat:Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh.348. Bakı. “Təbib “1998
Xroniki enterit zamanı ağrılar küt və ya spastik xarakter daşıyıb ,əsasən göbək ətrafında lokalizasiya edir. Qarnın palpasiyası zamanı göbəkdən bir qədər sola və yuxarı , nazik bağırsağın müsariqəsi boyunca ağrıların olması , xəstənin südə davamsız olması, xəstəliyin kəskin və ədavalı yeməklərdən sonra kəskinləşməsi və gün ərzində 3-4 dəfə çoxlu nəcis ifrazı diaqnozu təsdiqləyir.
Sual № 316
Göstərilənlərdən hansı öd durğunluğuna səbəb olmur?
Ədəbiyyat: : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 439. Bakı. “ Təbib “ 1998
Öd durğunluğu ödün axmasına maneə olduqda yaranır , məsələn hamiləlik,piylənmə zamanı öd kisəsi basılır ödün axması çətinləşir, qida qəbulu seyrək olduqda isə öd kisəsi tam boşala bilmir və bu səbəblərdən öd durğunluğu yaranır.
Sual № 317
Xoranın hansı ağırlaşması penetrasiya adlanır?
Ədəbiyyat:Daxili xəstəliklər.F.İ.Komarov;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 326. Bakı.“Təbib“1998
Xoranın qonşu orqana keçməsi penetrasiya adlanır. Əsasən xora kiçik piyliyə, mədəaltı vəzə, bəzən qara ciyərə penetrasiya edir.
Sual № 318
42 yaşlı kişi feldşerə müraciət edib. Obyektiv müayinə zamanı bədən temperaturu 37,3 dərəcə , ümumi vəziyyəti qənaətbəxşdir.Skleralar və yumşaq damaq subikterikdir( zəif sarılıq). Dilin üzəri sarıyaçalan ərplə örtülüdür.Palpasiyada qarnı yumşaq , sağ qabırğaaltı zəif ağrılıdır. Qaraciyər sağ qabırğaaltından 3 sm çıxıb. Dalaq əllənmir.Anamnezə görə 10 il əvvəl kəskin viruslu hepatit keçirib. Xəstəyə ilk olaraq hansı diaqnozu qoymaq olar?
Ədəbiyyat: : Daxili xəstəliklər.F.İ.Komarov;V.Q.Kukes;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 408. Bakı.“Təbib“1998
Xəstəyə diaqnoz anamnezə və obyektiv müayinəyə əsasən qoyulur. Xroniki hepatit müalicəsi tam aparılmadıqda kəskin hepatitdən 6 ay və daha çox sonra meydana gəlir.Anamnezdən bəlli olur ki, xəstə 10 il əvvəl viruslu hepatit keçirib .Obyektiv olaraq qaraciyərin böyüməsi , damağın və skleraların subikterik olması , sağ qabırğa altında ağrı və ağırlıq hissi diaqnozun qoyulmasında mühüm əhəmiyyət kəsb edir.
Sual № 319
Feldşer 66 yaşlı xəstə qadına baxmaq üçün evə çağırılıb.Xəstə sağ qabırğaaltında olan , sağ çiyinə , sağ kürəyə vuran güclü ağrıdan , ürəkbulanma və qusmadan şikayət edir. Ağrılar gecə ,qəflətən başlayıb . Axşamüstü yağlı ət yeyib.Belə ağrılar ilk dəfədir baş verir. Palpasiyada sağqabırğaaltı bərk ağrılıdır və həmin nahiyədə əzələlər gərilib.Xəstəyə hansı diaqnozu qoymaq olar?
Ədəbiyyat:Ədəbiyyat:Daxili xəstəliklər.F.İ.Komarov;V.Q.Kukes ;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 445. Bakı. “Təbib“1998
Xəstəyə diaqnoz anamnezə və obyektiv müayinəyə əsasən qoyulur. Ağrının qəflətən , yağlı ət yedikdən sonra başlaması, sağqabırğa altında olması, xəstənin yaşlı qadın olması , ürəkbulanma .qusma diaqnozu dəqiqləşdirməkdə mühüm əhəmiyyət kəsb edir.Belə ki,öd daşı piylənmə və hamiləliklə əlaqədar olaraq qadınlarda daha çox müşahidə edilir. Xəstənin axşamüstü yağlı ət yeməsi öd ifrazını artırıb, bu da öz növbəsində kisədə olan daşı tərpədərək öd axarlarına doğru itələyib ,nəticədə daş mexaniki olaraq ödün axmasına maneçilik törədib, eyni zamanda tutma vaxtı öd axarlarının spazmı kisənin boşalmasını ləngidir və nəticədə sağ qabırğaaltı nahiyədə palpasiyada kəskin ağrı və qarın əzələlərinin gərilməsi baş verir.
Sual № 320
İştahanın olmaması necə adlanır?
Ədəbiyyat:: Daxili xəstəliklər.F.İ.Komarov ;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə.Səh.393. Bakı “Təbib“1998
Latınca “ an” inkar şəkilçisidir , “oreks” isə iştaha deməkdir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?