Feldşer
1.212 elementdən 321-340 arası göstərilir.
Sual № 321
18 yaşlı xəstə başağrısı , bel nahiyəsində sızıldayıcı ağrı , ümumi halsızlıq, sidiyinin çəhrayı rəngdə olması şikayətləriylə feldşerə müraciət edib. Baxma zamanı xəstənin üzundə şişkinlik müşahidə edilir. Anamnezdən məlum olur ki , 3 gündür xəstədir , 2 həftə əvvəl angina keçirib. A/T (arterial təzyiq) 165/ 100 mm.c. süt. Təxmin edilən diaqnoz hansıdır?
Ədəbiyyat: : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 459. Bakı. “ Təbib “ 1998
Qlomerulonefrit yumaqcıq damarlarının zədələnməsinin üstünlüyü ilə gedən , böyrəklərin tez-tez rast gəlinən immunokompleks xəstəliyidir.Kəskin qlomerulonefrit zamanı bel nahiyəsində sızıldayıcı ağrılar, ümumi halsızlıq , baş ağrısı olur, hematuriya müşahidə edilir. Xəstənin 2 həftə əvvəl angina keçirməsi böyük diaqnostik əhəmiyyət kəsb edir, çünki xəstəlik əsasən streptokokk infeksiyasından sonra başlayır. Üzdə ödemin olması, arterial təzyiqin göstəricisi də qlomerulonefrit diaqnozunu təsdiqləməyə əsas verir.
Sual № 322
Öd sancısı tutması zamanı hansı preparatın istifadəsi əks- göstərişdir?
Ədəbiyyat: : Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh.445. Bakı. “Təbib “1998
Öd sancısı zamanı əsas məqsəd ağrını və spazmıaradan qaldırmaqdır. Narkotiklər Oddi sfnkterində spazm yaratdığına görə öd sancısı zamanı istifadəsi əks- göstərişdir, omnopon da narkotik olduğundan bu baxımdan istifadəsi əks-göstərişdir
Sual № 323
Xroniki pankreatit zamanı sadalanan dərmanlardan hansının işlədilməsi məqsədəuyğun deyil?
Ədəbiyyat: : Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh.392. Bakı. “Təbib “1998
Almagel antasid preparat olub ,əsasən hipersekretor qastritdə istifadə olunur , sadalanan digər preparatlar isə ferment preparatları olduğuna görə mədəaltı vəzin xarici sekretor çatmamazlığında əvəzləyici terapiya məqsədilə tətbiq edilir.
Sual № 324
Assit zamanı maye hara yığılır?
Ədəbiyyat:: Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 420.Bakı. “ Təbib“1998
Assit latınca “ askos “ – tuluq demək olub, qarın boşluğuna maye yığılmasını göstərir. Əsasən qara ciyərin sirrozu , ürək , böyrək xəstəliklərində müşahidə edilir.
Sual № 325
Tübaj hansı xəstəlikdə tətbiq olunur?
Ədəbiyyat:: Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh.444. Bakı.“ Təbib “ 1998
Tübaj xroniki xolesistit zamanı öd axınını yaxşılaşdırmaq məqsədilə tətbiq olunur. Bu zaman xəstə 10- 15 dəqiqə sağ böyrü üstə uzanaraq kiçik qurtumlarla 50 ml 25 %-li maqnezium sulfat və ya isti mineral su içir və 1 saat ərzində qara ciyər nahiyəsinə isti isitqac qoyub uzanır.
Sual № 326
Qlomerulonefrit zamanı ödemlər ilk əvvəl hansı nahiyədən başlayır?
Ədəbiyyat:: Daxili xəstəliklər.F.İ.Komarov ;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 461. Bakı. “ Təbib “1998
Qlomerulonefrit zamanı ödem erkən əlamət hesab olunub, əsasən üzdən başlayır və xəstəyə xarakterik “ nefritik sifət” verir. Sonra ödem digər boşluqlara keçir . Ödemin əmələ gəlməsinə səbəb diurezin azalmasıdır.
Sual № 327
Sidik sindromuna sadalananlardan hansı aiddir?
Ədəbiyyat:Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 461. Bakı. “ Təbib “ 1998
Kəskin nefrit zamanı sidik sindromuna sadalananların hamısı aiddir.Proteinuriya sidikdə zülalın , silindruriya silindrlərin, hematuriya isə qanın olması deməkdir.Sidikdə bu dəyişikliklərin olması yumaqcıq kapilyarlarının divarının zədələnməsi ilə izah olunur.
Sual № 328
Kəskin qlomerulonefritin profilaktikasında sadalananlardan hansı mühüm əhəmiyyət daşımır?
Ədəbiyyat:: Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 459.Bakı. “Təbib“1998
Kəskin qlomerulonefrit zamanı yumaqcıqların kapilyarları üzərinə anticism- antigen kompleksi çöküb , böyrəklərin süzmə funksiyası pozulur. Qidada xörək duzunun məhdudlaşdırılması isə kəskin qlomerulonefritin profilaktikasında əhəmiyyət daşımır.
Sual № 329
Hansı xəstəlik zamanı sidiyin xüsusi çəkisi azalır?
Ədəbiyyat:Axunbəyli A.Ə ; Alimetov S.N. Daxili xəstəliklər. Səh.367. Şərq- Qərb. Bakı 1998.
Şəkərsiz diabet qanda antidiuretik hormonun tam defisiti nəticəsində yaranır. Bu zaman xəstə gündə 25-30 litrə qədər sidik ifraz edir. Sidiyin xüsusi çəkisi sidikdə həll olan maddələrin ,məsələn sidik cövhəri , kreatin, sidik turçusu, duzlar və s. konsentrasiyasından və ifraz edilən mayenin miqdarından asılıdır.Diurez nə qədər çox olsa və sidikdə həll olan maddələrin konsentrasiyası nə qədər aşağı olsa sidiyin xususi çəkisi bir o qədər az olar.
Sual № 330
Xroniki qlomerulonefrit zamanı ödemlər olduqda qidalanmada nə məhdudlaşdırılır?
Ədəbiyyat::F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər. Səh.459. Bakı. “ Təbib “1998
Xroniki qlomerulonefritin ödemlər kəskin ifadə olunan nefrotik və qarışıq formalarında NaCL miqdarı 1,5- 2,5 qrama qədər məhdudlaşdırılmalıdır , çünki NaCl –un artıq miqdarda qəbul edildikdə orqanizmin suya ehtiyacı artır . Ödem zamanı isə əsas məqsəd orqanizmdə mayenin miqdarın azaltmaqdır.
Sual № 331
Hemodializə göstəriş hansıdır?
Ədəbiyyat:F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər. Səh.474. Bakı. “Təbib “1998
Xroniki böyrək çatmamazlığı daim proqressivləşən xəstəlikdir. Buna görə xəstənin ömrünün uzadılması yalnız hemodializin köməyi ilə mümükündür. Hemodializ üçün isə əsas göstərici qanda kreatinin miqdarıdır , bu göstərici 1,2 mmol/l-dən çox olarsa bu böyrəyin süzmə funksiyasının kəskin azaldığını göstərir , bu halda hemodializ qaçınılmazdır.
Sual № 332
Xroniki böyrək çatışmazlığını təsdiqləyən əsas göstərici hansıdır?
Ədəbiyyat:Ədəbiyyat :F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər. Səh. 478. Bakı. “ Təbib “ 1998
XBÇ zamanı böyrək nefronları sıradan çıxır ,onların əvəzinə birləşdirici toxuma inkişaf edir. Böyrəklərdə sağ qalmış nefronların miqdarı 30%-dən aşağı düşdükdə, böyrəklərin süzmə qabiliyyəti 30 -35 ml/dəqiqədən aşağı olduqda kreatinin miqdarı artır, kreatinin miqdarının artması XBÇ- nin əsas göstəricisi hesab olunur. Sadalanan digər əlamətlər isə başqa xəstəliklərdə də rast gəlinir.
Sual № 333
Böyrək sancısı zamanı sadalananlardan hansı feldşer edə biməz?
Ədəbiyyat:: F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər.Səh. 495. Bakı “ Təbib“1998
Cərrahi yolla daşı kənar etmək yalnız cərrahın səlahiyyətinə aiddir. Sadalanan digər yardımları isə feldşer sərbəst edə bilər.
Sual № 334
Sadalanan məhsullardan hansında dəmirin miqdarı azdır?
Ədəbiyyat::F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər. Səh. 543. Bakı.“Təbib“1998
Dəmir qida məhsullarından ən çox ətdə ,qara ciyərdə ,ən az isə süddə olur .Süd əsasən kalsiumla zəngindir. Dəmirin sorulması fosfor tuşuları , çoxlu miqdarda kalsium olduqda azalır ,əksinə askorbin turşusu ,limon, sorbit qəbulunda güclənir.
Sual № 335
Sadalananlardan hansı anemik sindroma aid deyil?
Ədəbiyyat: : F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər. Səh. 556. Bakı. “ Təbib “ 1998
Anemik sindrom zəiflik, başgicəllənmə, qulaqlarda küy, azacıq yükdə təngnəfəslik,ürəkdöyünmə ilə xarakterizə olunur. Anemik sindromun ifadəliliyi anemiyanın inkişaf dərəcəsindən asılıdır.
Sual № 336
Hansı anemiyada xəstə təbaşir, əhəng, gil,torpaq yeməyə ehtiyac duyur?
Ədəbiyyat: : F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər.Səh. 539. Bakı.“Təbib “1998
Dəmirdefisitli anemiyalı xəstələr üçün təbaşir, əhəng, gil, torpaq yeməyə cəhd şəklində dadın təhrif olunması xarakterik hesab olunur.Buna səbəb dəmir defisitli anemiya zamanı dil məməciklərinin atrofiyası nəticəsində dadbilmənin təhrif olunmasıdır.
Sual № 337
Talassemiya hansı xəstəliklərə aiddir?
Ədəbiyyat:Axunbəyli A.Ə ; Alimetov S.N. Daxili xəstəliklər. Səh.319. Şərq- Qərb. Bakı 1998
Talassemiya irsi anemiyalara aiddir. Bu xəstəlik zamanı eritrositlər sümük iliyində məhv olurlar. qanda hemoqlobinin miqdarı 30-50 qr/l-ə qədər azalır.
Sual № 338
Qlossit hansı orqanın xəstəliyidir?
Ədəbiyyat:: F.İ.Komarov ;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər. Səh. 539. Bakı. “Təbi “1998
“ Qlossa “ latınca dil demıkdir , “it “ şəkilçisi isə iltihabı bildirir.
Sual № 339
Orqanizmdə hansı vitamin çatışmazlığı sinqa və ya skorbut xəstəliyinə səbəb olur?
Ədəbiyyat::Справочник фельдшера .Под редакцией А.Н.Шабанова.Стр.4 Москва « Медицина «1983»
C vitamininin ,yəni askorbin turşusunun orqanizmdə çatış mazlığı sinqa və ya skorbut xəstəliyinə səbəb olur. C vitamininə gündəlik tələbat 75- 100 mq- dır. C vitamini əsasən sitrus meyvələrində , qarpızda , bibərdə və s. olur. Orqanizmdə C vitamini çatmadıqda hemorragik diatez əlamətləri, damaqlarda qansızma olur, anemiya , hipotoniya və s. kimi əlamətlər müşahidə edilir.
Sual № 340
Ödem mayesinin döş qəfəsi boşluğunda toplanması necə adlanır?
Ədəbiyyat:: F.İ.Komarov;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər. Səh. 87. Bakı. “ Təbib “ 1998
“Hydro”- latınca maye , “toraks” döş qəfəsi deməkdir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?