Feldşer

1.212 elementdən 341-360 arası göstərilir.

Sual № 341

Ürək astması ürəyin hansı hissəsinin kəskin çatışmazlığında yaranır?

  Ədəbiyyat:Axunbəyli A.Ə ;Alimetov S.N. Daxili xəstəliklər. Səh.221 Şərq- Qərb.Bakı 1998
Sol mədəcik çatmamazlığı zamanı kiçik qan dövranında təzyiq artır, nəticədə ağ ciyərlərdə venoz durğunluq yaranır ,alveol-kapilyar qaz mübadiləsi pozulur, bu da kliniki olaraq təngnəfəslik və öskürəklə müşahidə olunur,nəticədə ürək astması tutması baş verir.

Sual № 342

Xroniki pankreatitin müalicəsində əvəzedici terapiya məqsədilə hansı dərman tətbiq edilir?

  Ədəbiyyat:F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər. Səh. 391. Bakı “Təbib “1998
Mədəaltı vəzin xarici sekretor çatışmazlığında əvəzləyici terapiya məqsədilə ferment preparatları təyin edilir ki , pankreatin də bunlardan biridir.Pankreatin 0,5-1 qr-dan gündə 3-4 dəfə təyin edilir.

Sual № 343

İlk qışqırıq mexanizmi nə ilə bağlıdır?

  Ədəbiyyat:: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 30.
Düzgün cavab –hipoksiya ilə Uşaq doğulan andan cift qan dövranı kəsilərkən ağ ciyər tənəffüsü başlayır. Cıft qan dövranı kəsildikdən sonra qanda O2 azalır və karbon qazının artıq miqdarda toplanması nəticəsində tənəffüs mərkəzi qıcıq-lanır və uşaq ilk dəfə nəfəs alır. Beləliklə, uşağın ilk qışqırıq mexaniz-mi hipoksiya ilə əlaqədar olur.

Sual № 344

Anadan gəlmə ürək qüsuru verən bətndaxili infeksiya hansıdır?

  Ədəbiyyat:: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 380
Anadangəlmə ürək qüsuru verən bətndaxili infeksiyalardan biri də məxmərəkdir. Məxmərəklə xəstə olan hamilə qadından virus plasentaya daxil olub orada çoxalır və dölü yoluxdurur. Anadangəlmə məxmərək uşaqda anadangəlmə ürək qüsurunun əmələ gəlməsinə səbəb olur.

Sual № 345

Yarımçıq doğulmuş uşağın zondla qidalanmasına göstəriş nədir?

  Ədəbiyyat:: N.Tağıyev “Neonatologiya” .”Bakı” 2007 Səh 136
Uşağın ana südü ilə qidalana bilməsi üçün onda əmmə və udma refleksi olma-lıdır. Yarımçıq doğulmuşlarda bu reflekslər zəif olduğu üçün bir neçə gün onlar döşə qoyulmur, refleks əmələ gələnə qədər zondla yedizdirilir.

Sual № 346

Vaxtından əvvəl doğulmuş uşaqlarda fizioloji sarılıq hansı əlamətlə səciyyələnir?

  Ədəbiyyat:N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 124
38-41 həftədən əvvəl doğulan, çəkisi 2500 qramdan az, boyu isə 45 sm-dən qısa olan uşaq vaxtından əvvəl doğulmuş sayılır və anatomik-fizioloji xüsusiyyətlərinə görə vaxtında doğulan uşaqdan fərqlənir. Belə doğulmuş uşaqlarda fizioloji sarılığın gedişi uzun müddətli olur.

Sual № 347

Yenidoğulmuşun gözünün təmizlənməsində nədən istifadə edilir?

  Ədəbiyyat:N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 54
Göz zərif bir görmə orqanıdır. Spirt,yod,perekis, yağ və s. mayelərlə yumaq olmaz.Yenidoğulmuşun gözünün təmizlənməsində qaynanmış sudan və 1%-li tetrasiklin məlhəmindən istifadə edilir.

Sual № 348

Sepsis nədir?

  Ədəbiyyat:: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 234
Sepsis orqanizmdə hər hansı bir infeksiya ocağından bakteriyanın qan və limfa sisteminə düşərək orqanizmdə dövr etməsi nəticəsində baş verən xəstəlik olub, immunodefist fonunda inkişaf edir. Xəstəlik ümum əlamətlərlə yanaşı xəstədə yüksək qızdırma ilə də xarakterizə olunur.

Sual № 349

BCJ vaksinasiyasından sonra immunitet nə vaxt yaranır?

  Ədəbiyyat:N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 50.
BCJ vaksini yeni doğulmuşlara doğulduqdan sonrakı 3-5-ci gün vurulur. Məqsəd vərəmlə yoluxmanın qarşısını almaqdır. İmmunitet 8 həftəyə yaranır.

Sual № 350

Qarışıq qidalanma nə vaxt tətbiq edilir?

  Ədəbiyyat:N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 145.
Qarışıq qidalanma uşağı doyuzdurma üçün tətbiq edilir. Qarışıq qidalanmaya keçməyə səbəb ana südünün çatmamasıdır.

Sual № 351

Bətndaxili infeksiyalara hansılar aiddir?

1. Sitomeqalovirus
2. B hepatit virusu
3. Məxmərək virusu
4. Herpes virusu
5. A hepatit virusu
6. Adenovirus

  Ədəbiyyat:N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 192 .
Sitomeqalovirus,məxmərək,herpes virusu bətndaxili infeksiya törədir.Bu viruslar cift vasitəsilə və ana südündən uşağa keçə bilər. Xəstəlik sepsis və pnevmoniya əlamətləri ilə özünü biruzə verir.

Sual № 352

Yenidoğulmuşlarda cinsi krizin əlamətləri hansı müddətdən sonra yox olur?

  Ədəbiyyat:N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 70 .
Cinsi kriz cinsindən asılı olmayaraq yeni doğulmuş uşaqlarda:həm qızlarda,həm də oğlanlarda ola bilər. Ana bətnində hamiləliyin 4-cü ayında anadan dölə esterogen hormon keçdiyindən, onun təsiri nəticəsində doğulandan sonra uşaqlar da ilk günlərdə cinsi kriz əmələ gəlir,2-3 həftə davam edir.

Sual № 353

Omfolit nəyin iltihabıdır?

  Ədəbiyyat:N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 234 .
Yeni doğulmuş uşağın göbəyi xüsusi qulluq tələb edir. Bu qulluq düzgün aparılmazsa göbək yarası infeksiyalaşır, nəticədə göbək və ətrafı toxumada iltihab baş verir. Bu isə omfolit adlanır.

Sual № 354

Hipoqalaktiya nədir?

  Ədəbiyyat:N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 132 .
Hipoqalaktiya ana südünün çatışmazlığı deməkdir. Bu zaman süd ifrazı azalır. Səbəbləri isə müxtəlifdir. Əsas səbəblərdən biri ananın və uşağın düzgün qidalanmamasıdır.

Sual № 355

Yenidoğulmuşlarda tranzitor hipertermiyanın səbəbi hansıdır?

  Ədəbiyyat:N.Tağıyev “Neonatologiya”Bakı 2007 səh.72.
Yeni doğulmuşlarda mərkəzi sinir sisteminin də digər üzvlər kimi funksional cəhətdə hələ tam inkişaf etməməsi, istilik əmələ gəlməsi ilə istilik vermə arasında müvazinət olmaması nəticəsində tranzistor hipertermiya baş verir.

Sual № 356

Yenidoğulmuşlarda ilkin çəkinin itməsinin səbəbi nədir?

  Ədəbiyyat:: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 35 .
Yeni doğulmuş uşaqda ilkin çəkinin itməsi baş verir.Bu çəki itkisi 200- 300 qrama qədər olur. Bunun səbəbi ilkin olaraq maye itkisi (çox sidik ifrazı) və ana südünün ilk günlər az ifraz olunması, eyni zamanda uşağın zəif əmməsidir.

Sual № 357

Yenidoğulmuşlarda hormonal krizə nə aiddir?

  Ədəbiyyat:N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 70 .
Hormonal krizə fizioloji mastit və fizioloji vulvovaqinit aiddir. Fizioloji mastit uşağın cinsindən asılı olmayaraq, uşaq həyatının 3-4 günü baş verir, 2-3 həftə ərzində tədricən yox olur. Müalicə tələb etmir. Fizioloji vulvovaginit qızlarda, doğulandan 6-7 gün sonra baş verir.Xüsusi müalicə tələb etmir. Cinsiyyət üzvlərini tez-tez ilıq kalium-permanqanat (1:50-ə) məhlulu ilə yumaq lazımdır.

Sual № 358

Uşaq doğulan kimi hansı infeksiyanın profilaktikası aparılır?

  Ədəbiyyat:N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 33 .
Uşaq doğulan kimi qonoblenoreyanın profilaktikası aparılır.Bu zaman 1%-li tetrasiklin, 0,5%-li eritromisin məlhəmindən və natrium sulfasil məhlulundan istifadə edilir.

Sual № 359

Yenidoğulmuşun vəziyyəti doğularkən hansı şkala ilə qiymətləndirilir?

  Ədəbiyyat:N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 34 .
Yeni doğulmuşların vəziyyəti Apqar şkalasına görə qiymətləndirilir. Bu şkalaya görə 5 əlamət uşaqda ürək döyünməsi, şərtsiz reflekslər, tənəffüs, əzəzlə tonusu , dərinin rəngi müayinədən keçirilərək balla hesablanır

Sual № 360

Yenidoğulmuşlarda əmələ gələn doğuş şişi nədir?

  Ədəbiyyat:N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 163 .
Doğuş şişi doğum zədələri arasında birinci yeri tutur. Başda, dərialtı toxumada, limfa və qan damarlarında olan durğunluq nəticəsində nöqtəvari qansızmalar və ödem əmələ gəlir. Adətən müalicə tələb etmir. Şiş 24-36 saatdan sonra , bəzi hallarda 2-3 gündən sonra sorulur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×