Feldşer

1.212 elementdən 361-380 arası göstərilir.

Sual № 361

Yenidoğulmuşlarda baş beyin zədələnməsinin əsas əlaməti nədir?

  Ədəbiyyat:N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 163 .
Baş beynin zədələnməısi yenidoğulma dövrünün ağır patologiyası sayılır.Bu zaman baş beynin ödemi və kəllədaxili qansızmalar olur. Qansızmanın lokalizasıyasından asılı olaraq uşaqda müxtəlif əlamətlər baş verir. Vacib diaqnostik əlamət qıcolmadır.

Sual № 362

Hemolitik xəstəlik hansı hallarda baş verə bilər?

  Ədəbiyyat:N.Tağıyev “Neonatologiya”Bakı 207 Səh 306 .
Hemolitik xəstəlik anada rezus mənfi –Rh(-), uşaqda isə Rh(+) qan olduqda baş verir. Dölün rezus amili ana qanına keçdikdə anti – rezus əks cisimlər əmələ gəlir. Bunlar ciftdən keçərək dölün qanına düşür, döldə antigen-anti cism reaksiyası baş verir. Eritrositlər hemolizə uğrayır ki, nəticədə hemolitik xəstəlik əmələ gəlir.

Sual № 363

Doğum evində qonoblenoreyanın profilaktikası nə vaxt aparılır?

  Ədəbiyyat:: N.Tağıyev “Neonatologiya”. 2007, Səh 198.
Qonoblenoreyanın profilaktikası doğuşdan sonra ilk 1 saat ərzində aparılır. Əsas məqsəd gələcəkdə gözün qonokok infeksiyasından zədələnməsinin qarşısını almaqdır. .

Sual № 364

Hamiləliyin antinatal risk faktoruna nə aid deyil?

  Ədəbiyyat:N.Tağıyev “Neonatologiya”Bakı 2007.səh.71
Uşaq orqanizminin əsas morfoloji və funksional xüsusiyyətləri , uşağın sağlam doğulması hamiləliyin düzgün gedişindən asılıdır. Narkoz isə doğuş vaxtı verildiyindən hamiləliyin antinatal risk qrupuna doğuş vaxtı narkoz vermə aid deyil .

Sual № 365

Yenidoğulmuşların asfiksiyası zamanı orta ağır asfiksiya neçə balla qiymətləndirilir?

  Ədəbiyyat:N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 145 .
Asfiksiya xəstəlik deyil, müxtəlif səbəblər nəticəsində yaranan simptom kompleksidir.Asfiksiya zamanı ürək,qan-damar sistemi və həyat üçün vacib orqanların (beyin,ürək) qanla təmin olunması pozulur. Hər əlamət 2 balla qiymətləndirildikdə asfiksiyanın dərəcəsi Apqar şkalasına görə 5 əlamətlə qiymətləndirilir .Orta ağır asfiksiya Apqar şkalasına görə 4-5 balla qiymətləndirilir.8-10 yaxşı, 6-7 kafi, 4-5 bal orta ağır asfiksiya sayılır.

Sual № 366

Yenidoğulmuşların asfiksiyası zamanı ürək vurğularının sayını artırmaq üçün hansı preparat istifadə edilir?

  Ədəbiyyat:: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 146 .
Dölün asfiksiyası zamanı cift qan dövranı pozulur,dölün bədəninə oksigen az daxil olur və nisbi oksigen aclığı əmələ gəlir. Bu da boğulmaya səbəb olur, ürək döyüntülərinin sayı və ritmi dəyişir. Ürək vurğularının sayını artırmaq məqsədi ilə adrenalin preparatından istifadə edilir.

Sual № 367

Tənəffüs çatışmazlığı sindromu hansı uşaqlar üçün xarakterikdir?

  Ədəbiyyat:: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 128 .
Çəkisi 2500 qramdan az ,boyu 35-45 sm doğulan uşaq vaxtından əvvəl doğulmuş sayılır. Mərkəzi sinir sistemi, bir sıra orqan və sistemlər tam inkişaf etmədiyindən belə uşaqlarda bir sıra funksional pozğunluqlar meydana çıxır. Belə uşaqlarda tənəffüs çatışmazlığı sindromu tez inkişaf edir.

Sual № 368

“B” virus hepatiti əleyhinə vaksin hara vurulur?

  Ədəbiyyat:“Təcrübədə immunlaşdırma” (metodik göstərişlər) Modul 2 .2010səh.10
“B” virus hepatiti əleyhinə vaksin budun ön divar nahiyyəsinə vurulir.

Sual № 369

Tənəffüsün dayanması necə adlanır?

  Ədəbiyyat:N.Tağıyev “Neonatologiya”. 2007. Səh 146 .
Apnoe tənəffüsün dayanması deməkdir. Ən çox yarımçıq doğulmuşlarda və ağır asfiksiyalar zamanı təsadüf edilir.

Sual № 370

Apqar şkalasına görə uşağın vəziyyəti balla qiymətləndirildikdə uşaq döşə qoyulur.Nöqtələrin yerinə uyğun gələn cavabı seçin.

  Ədəbiyyat:N.Tağıyev “Neonatologiya” Bakı 2007Səh 147
Yeni doğulmuşların vəziyyəti Apqar şkalasına görə 8-10 bal sağlam uşaq sayılır. Belə uşağı döşlə əmizdirmək əks göstəriş deyil.

Sual № 371

Feldşer 3 yaşlı uşağa çağırışa gedib. Uşaq bağçaya gedir. 3 gündür xəstədir. Uşağın temperaturu 38°-38,3°C-dir, ümumi vəziyyəti orta ağırlıqdadır. Əsnəyi qızarıb, konyuktivit əlamətləri var, işığa baxa bilmir, bədənində nöqtəvari səpkilər var. Uşaq 2 yaşında vaksinasiya edilib. AGDS vaksini vurulub və poliomielit damcısı verilib. Uşaqda hansı xəstəliyin olmasından şübhələnmək olar?

  Ədəbiyyat:: Л.A.Исаaeва,Л.К.Бaжeнoвa.»Детские Болезни» Mockva1986 стр 488
Uşaq qızılcaya qarşı peyvənd almayıb. 3 gündür qızdırması var. Bədənində nöqtəvari səpgilər, konyuktivit və zökəm əlamətləri var, işığa baxa bilmir. Yumşaq damaqda enantema, Filatov-Koplik ləkəsi (peyvənddən sonra(yüngül formada) görülməyə bilər). Uşaqda qızılca, xəstəliyi var, Onu yüngül halda evdə müalicə etmək olar, ağır halda stasionara göndərmək və 21 gün karantin elan etmək lazımdır.

Sual № 372

Vərəmli xəstəni aşkar etmək üçün hansı üsul vacibdir?

  Ədəbiyyat:: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 430
Vərəm diaqnozu təsdiq etmək üçün tuberkulinlə Mantu sınağı qoyulur flüroqrafiya edilir , yoluxmuş uşaqlar ftiziatra göndərilir.

Sual № 373

Hansı halda mantu sınağı müsbət sayılır?

  Ədəbiyyat:Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 429
Mantu sınağı zamanı tuberkulin dəri daxili yeridilir və 72 saatdan sonra yoxlanılır. 5-12 mm diametri olan papula müsbət sayılır.

Sual № 374

Vərəmin müalicəsində əsas müalicə prinsipləri hansılardır?

1. Törədiciyə təsir etmək
2. Müqaviməti yüksəltmək
3. Klinik əlamətləri aradan götürmək
4. Vitaminterapiya təyin etmək
5. Hormonlar təyin etmək
6. Pəhriz təyin etmək

  Ədəbiyyat:Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 428
Vərəm yoluxucu xəstəlik olduğu üçün ilk xəstliyinin müalicəsində əsas prinsip törədiciyə təsir etməkdir. Bununla yanaşı orqanizmin müqavimətini yüksəltmək lazımdır ki, klinik əlamətlər və fəsadlar tez aradan götürülsün .

Sual № 375

Tuberkulinin yeridilmə yolu hansıdır?

  Ədəbiyyat:Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр115
Mantu sınağı tuberkilinlə aparılır .Preparat hazır 5 ml (doza) və ya 3 ml (30 doza) steril standart məhlul şəklində buraxılır. Hər il 17 yaşına qədər birdəfəlik şpris ilə dəri içi yeridilir.

Sual № 376

Meninqokokk bakteriyaları orqanizmə hansı yolla daxil olur?

  Ədəbiyyat:Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 441
Meningitlə yoluxma zamanı meninqokoklar hava damcı yolu ilə yayılir. Giriş qapısı yuxarı tənəffüs yollarıdır.

Sual № 377

Meningit xəstəliyinə yoluxmuş uşaqla təmasda olan uşaq neçə gün karantində olmalıdır?

  Ədəbiyyat:Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 442
Meningit aşkar edilərsə təmasda olan uşaqlar izolə edilir, 10 gün müddətində hər gün termometriya aparılmalıdır, burun boğaz və dəri örtükləri müayinə olunmalıdır.

Sual № 378

Difteriya xəstəliyinin törədicisi nədir?

  Ədəbiyyat:Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 449
Difteriya infeksion xəstəlikdir. Törədici Löfter çöpləridir. Daxil olduğu yerdə fibrinoz iltihab əmələ gətirir və infeksiya baş verir.

Sual № 379

Difteriya xəstəliyinə yoluxma yolu hansıdır?

  Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 449
Difteriya hava -damcı yolu ilə yayılır. İnfeksiya mənbəyi xəstələr və batsil daşıyıcılarıdır.

Sual № 380

Hansı xəstəlik zamanı antitoksiki zərdab təyin edilir?

  Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр280
Diferiya yoluxmuş uşaqlar mütləq hospitalizə edilir və belə xəstələrə Bezredka üsulu ilə anatoksin yeridilir.Difteriyaya qarşı anotoksin tez və effektli dozada yeridildikdə (15000 bv – 50000 bv) xəstənin vəziyyəti yaxşılaşır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×