Feldşer

1.212 elementdən 21-40 arası göstərilir.

Sual № 21

Hiperqlikemik koma zamanı xəstənin nəfəsində hansı iy hiss olunur?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.159 “Cıraq” 2008.
Şəkərli diabet zamanı qanda və sidikdə çoxlu miqdarda aseton cisimcikləri əmələ gəlir, nəticədə xəstədə asetonuriya olur və nəfəsindən kəskin aseton qoxusu gəlir.

Sual № 22

Dərman maddələrinin vena daxilinə yeridilməsinin əsas üstünlüyü nədən ibarətdir?

  Ədəbiyyat:: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 182-186. “Maarif” 1974
Orqanizmə yeridilmə yollarından asılı olmayaraq bütün dərman preparatları toxumalara qan vasitəsilə təsir göstərir. Dərman maddəsinin venadaxilinə yeridilməsi birbaşa toxumalara çatdığı üçün daha tez təsir göstərir.

Sual № 23

Yataq yaralarının yaranmaması üçün ağır xəstələrin vəziyyətini neçə saatdan bir dəyişmək lazımdır?

  Ədəbiyyat:C.N. Hacıyev. R .Y. Əlyev. Xəstələrə qulluq. Səh.63 “Təhsil” Bakı 1998.
Ağır xəstə eyni vəziyyətdə uzun müddət yatdıqda mikrosirkulyasiya pozulur, dəri, dərialtı və digər yumşaq toxumalarda nekroz əmələ gəlir. Bu hal baş verməsin deyə hər 2 saatdan bir xəstəni müxtəlif böyrü üstə çevirərək müəyyən müddət bu vəziyyətdə saxlamaq lazımdır.

Sual № 24

Aşağıdakılardan hansı obyektiv metoda aid deyil?

  Ədəbiyyat:В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 150
Anamnez (sorğu) subyektiv müayinə metodu sayılır. Sadalanan qalan müayinə metodları isə obyektiv metodlardır.

Sual № 25

Bayılma zamanı istifadə olunan dərmanlar hansılardır?

  Ədəbiyyat:: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 321
Kordiamin mərkəzi sinir sistemini stimulyasiya edir, damar hərəki mərkəzin oyanmasına səbəb olur, mezaton damar büzücü preparat olub, qan təzyiqinin artmasına səbəb olur. Bayılma kəskin damar çatmamazlığı olduğundan bu preparatların istifadəsi daha məqsədəuyğundur.

Sual № 26

Endemik urun profilaktikası üçün hansı məhsulları yodlaşdırırlar?

  Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” .Səh. 117. “Çıraq” 2008
Xörək duzu digər məhsullardan fərqli olaraq hər gün qida rasionuna daxil edilir, ona görə endemik urun profilaktikasında 1qr duza 10 qr kalium yodid əlavə edilmiş yodlaşdırılmış duzdan istifadə olunur.

Sual № 27

Qanın ümumi analizində nəyi müəyyən etmək olmur?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 27 “Çıraq” 2008
Hormonları müəyyən etmək üçün qanın biokimyəvi analizi aparılır, bunun üçün venadan 20 ml qan götürülür. Sadalanan digər amilləri müəyyən etmək üçün isə qanın ümumi analizi aparılır və bu zaman barmağın ucundan bir neçə damcı qan götürülür.

Sual № 28

UYT (ultra yüksək tezlikli) cərəyan ilə müalicə zamanı xəstə nə hiss edir?

  Ədəbiyyat:: Y.İ. Pasınkov. Umumi fizioterapiya. Səh.112 “Maarif” Bakı 1980
UYT (ultra yüksək tezlikli) cərəyan ilə müalicə zamanı toxumalarda endogen istilik əmələ gəlir, bu da xəstədə yüngül istilik hissi yaradır.

Sual № 29

Plevral punksiya hansı nahiyədə aparılır?

  Ədəbiyyat:: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 94-95
Plevra boşluğuna maye adətən aşağı paylarda yığılmağa başlayır. Arxa qoltuqaltı xətt üzrə VII-VIII qabırğaarası nahiyə punksiya daha təhlükəsiz və rahat sayılır.

Sual № 30

Masaj qaydalarına uyğun gəlməyən nədir?

  Ədəbiyyat:Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.278 “Maarif” Bakı 2008
Masaj hərarəti 20 dərəcədən az olmayan, işıqlı, yaxşı ventilyasiyası olan otaqda aparılmalıdır. +35° – 37° variantında göstərilmiş temperaturlarda massaj etmək massaj qaydalarına uyğun deyil.

Sual № 31

Masaj zamanı dəri qıcıqlanmasın deyə nədən istifadə etmək olmaz?

  Ədəbiyyat:Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.279 . “Maarif” bakı 2008
Uzun müddətli masaj zamanı dərinin qıcıqlanmaması üçün talk, bitki yağı, vazelin və uşaq tozundan istifadə edilir. Su massaj zamanı sürtünməni azaltdığı üçün ondan istifadə edilmir.

Sual № 32

Bədən temperaturu hansı dərəcəyə qalxdıqda xəstənin huşu pozula bilər (C°)?

  Ədəbiyyat:Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 125. “Maarif” 1974
Temperatur 40,0 C0 –ni keçdikdə orqanizmdə zülalların parçalanması baş verir. Bu zaman zülalların parçalanma məhsulları qanla baş beynə gedir və huşun dəyişməsinə, bəzən itməsinə, hətta sayıqlamalara, qarabasmalara(hallüsinasiyalara) səbəb olur.

Sual № 33

Hipoqlikemik koma zamanı təxirəsalınmaz yardım məqsədi ilə vena daxilinə hansı dərmanı yeritmək lazımdır?

  Ədəbiyyat:: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.162 “Çıraq” 2008
Hipoqlikemik koma zamanı qanda qlükozanın miqdarı azaldığından, vena daxilinə yeridilən qlükoza məhlulu xəstənin vəziyyətini stabilləşdirir.

Sual № 34

İsti vannaları hansı halda tətbiq etmək olmaz?

  Ədəbiyyat:C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.105 “Təhsil” Bakı1998
Yüksək hərarətə qızdırmanın II-ci dövründə təsadüf edilir. Xəstənin damarları istinin təsirindən genəlir, istilik əmələgəlmə və istilik vermə artır, xəstə çox tərləyir, ona isti olur. İsti vannaların tətbiqi damargenəldici təsir göstərir.Bu da xəstədə kollapsa səbəb olduğundan əks-göstəriş sayılır.

Sual № 35

Uremik koma zamanı xəstənin nəfəsindən hansı iy gəlir?

  Ədəbiyyat:: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 122
Uremiya-orqanizmin ağır intoksikasiyası olub, böyrəklər tərəfindən azot şlaklarının xaric olmasının çətinləşməsi zamanı əmələ gəlir. Uremiya zamanı qanda zülalların parçalanma məhsulları olan – sidik cövhəri, sidik turşusu, kreatinin toplanır və bu zaman xəstənin nəfəsindən ammonyak iyi gəlir.

Sual № 36

Hansı halda masaj etmək olmaz?

  Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.272. “Maarif” Bakı 1980
Limfanın mühafizə rolunu nəzərə alaraq, bədənə keçən mikroorqanizmləri tutub özündə saxlaması nəticəsində şişmiş limfa düyünlərinin massajı əks-göstərişdir.

Sual № 37

Bunlardan hansı masajın əsas metodu deyil?

  Ədəbiyyat:: Y.İ.Pasınkov. Ümumi fizioterapiya .Səh.274 “Maarif” Bakı 1980
Basmalama masajın əsas metodlarından biri olan kəsmələmə masajının bir növüdür. Əlin masajı zamanı ağrı və ödem olduqda basmalama tətbiq edilir.

Sual № 38

Tənəffüsün xüsusiyyətlərinə hansılar aiddir?

  Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 190. “Maarif” 1974
Tənəffüs sərbəst nəfəsalma və nəfəsvermə hərəkətlərinin ritmik növbələşməsidir. Normada bir dəqiqə ərzində böyüklərdə 16-20 tənəffüs hərəkəti qeydə alınır. Bu göstəricinin artıb-azalması tənəffüsün tezliyinin dəyişməsi deməkdir.

Sual № 39

Hirudoterapiya nədir?

  Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” .Səh.39 “Çıraq” 2008
Latınca zəli “Hirudenia “ adlanır və zəlinin tüpürcəyində hirudin adlanan, laxtalanmanı azaldan maddə vardır, ona görə də zəli ilə müalicə hirudoterapiya adlanır.

Sual № 40

“Qəhvə xıltı” şəklində qusma nəyi bildirir?

  Ədəbiyyat:: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 354
Mədə qanaxması zamanı qan mədə möhtəviyyatı ilə qarışır, mədə turşusunun təsirindən hemoqlobin parçalanır, methemoqlobinin parçalanmasından qan tündləşir və qəhvə xıltınını xatırladır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×