Feldşer
1.212 elementdən 381-400 arası göstərilir.
Sual № 381
Difteriyadan qorunmaq ücün ən etibarlı üsul hansıdır?
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma”.Metodik göstərişlər.Modul 2.Bakı 2010.səh7
Difteriyadan qorunmaq ücün ən etibarlı üsul aktiv immunizasiyadır.Difteriya əleyhinə peyvənd uşaqlara 2-3- 4-18aylarında AGDT kombinə olunmuş vaksin şəklində əzələdaxili yeridilir.
Sual № 382
Difteriyaya yoluxmuş uşaqla kontaktda olan uşaq neçə gün karantində olmalıdır?
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр280
Difteriyalı uşaqla kontaktda olan uşaq 7 gün ərzində izolə edilir. Bu uşaqlara gündə 2 dəfə termometriya və bir dəfə bakterioloji müayinə aparılmalıdır.Ocaqda dezinfeksiya işləri aparılır.
Sual № 383
Skarlatinanın törədicisi hansıdır?
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 460
Skarlatina kəskin infeksion xəstəlikdir Törədicisi β hemolitik steptokokkdur. Əsas klinik əlamətləri ümümi intoksikasiya, angina ,hiperemiya fonunda xirda nöqtəli səpgilərdir.
Sual № 384
Skarlatina zamanı əsas əlamət hansıdır?
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 səh 461
Skarlatina xəstəliyinin daima musahidə olunan klinik əlaməti anginadır. Bu kataral follikulyar lakunar formalı angina ola bilər. Bu zaman prossesə regional linfotik vəzilər də qoşulur.
Sual № 385
Skarlatina xəstəliyinə yoluxan uşaqlar neçə gün izolə edilir?
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 462
Skarlatinaya yoluxmuş uşaqla təmasda olanlar 7 gün ərzində izolə edilir və hər gün termometriya, dəri və selikli qişaların müayinəsi aparılır. Ocaqda sabun, soda məhlulu ilə təmizlik işi aparılır
Sual № 386
Qızılca xəstəliyinin törədicisi hansıdır?
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 səh 463
Qızılca yüksək qızdırma ilə müşahidə olunan yoluxucu xəstəlikdir.Xəstəliyə yoluxma hava - damcı yolu ilə olur.Qızılcanın səpgiləri ayrı-ayrı çəhrayı ləkə və papula şəklində olur.Xəstədə konyuktivit əlamətləri ilk gündən başlayır.Xəstəlik mənbəyi xəstədir.Xəstəliyin törədicisi qızılca viruslarıdır.
Sual № 387
Su çiçəyinə yoluxmuş uşaqla kontaktda olan uşaq neçə gün izolə (karantində) olmalıdır
Ədəbiyyat:: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 470
Su cicəyinə yoluxmuş uşagla təmasda olan uşağa 21 qun karantin təyin edilir. Uşaglar hər gün termometriya aparılır və müayinədən keçirilir.
Sual № 388
Parotit infeksiyası zamanı hansı vəzilər zədələnir?
1. Qulaqdibi
2. Tüpürcək vəziləri
3. Qoltuqaltı vəziləri
4. Tər vəziləri
5. Piy vəziləri
6. Cinsi vəzilər
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 səh 471
Parotit infeksion məşəlli xəstəlikdir.Virus yuxarı tənəffüs yollari ilə orqanizmə daxil olub, qulaq dibi ,tüpürcək vəzlərini zədələyir.
Sual № 389
Bağırsaq infeksiyaları zamanı eksikoz və toksikoz müşahidə olunursa, mübarizə üçün əsas terapevtik prinsip hansıdır?
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 səh 482
Bağirsaq infeksiyalari zamani su və elekrolitlərin itkisi baş verir. Bu itkini bərpa etmək ücün parenteral yolla duz məhlullari yeridilir.
Sual № 390
Hepatit A xəstəliyinin yoluxma yolu hansıdır?
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 487
Hepatit A xəstəlinin infeksiya mənbəyi xəstə və rekonvalestentlərdir. Qida məhsulları, su və kontakt- məişət yolu ilə də xəstəliyə yoluxma baş verir.
Sual № 391
Hepatit B xəstəliyinin yoluxma yolu hansıdır?
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 488
Hepatit B parenteral yolla yoluxur, yəni dərinin bütövlüyü pozulanda qan və qan əvəzedicilər yeridilən zaman aseptika,antiseptika qaydalarına riayət edilmədikdə əmələ gəlir.
Sual № 392
Hepatit A zamanı inkubasiya dövrü nə qədər davam edir?
Ədəbiyyat:: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 487
Hepatit A-nın inkubasion dövrü bir aydır. Hepatit A xəstəlinin infeksiya mənbəyi xəstə və rekonvalestentlərdir. Qida məhsulları, su və kontakt- məişət yolu ilə də xəstəliyə yoluxma baş verir.
Sual № 393
Hepatit B zamanı inkubasiya dövrü nə qədər davam edir?
Ədəbiyyat:: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 489
Hepatit B zamani inkubasion dövr 6 həftədən 6ayadək davam edə bilər.
Sual № 394
Hepatit "B" xəstəliyi olan uşaqla təmasda olan uşaq üçün karantin neçə gündür?
Ədəbiyyat:Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 489
Hepatitə yoluxmuş uşaqla kontaktda olanlar 35 gün ərzində izolə edilir. Bu müddət ərzində termometriya keçirilir, dərinin, sidiyin nəzarəti aparırılır.
Sual № 395
Adları cəkilən bakterial infeksiyalardan hansını idarəolunan xəstəliyə aid etmək olar?
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Modul 1 Bakı 2010 səh7
Vaksini mövcud olan infeksion xəstəliklər – idarə olunan sayılır. Sadalanan infeksion xəstəliklərdən difteriya – idarə olunandır.
Sual № 396
Hansı hallarda difteriyaya şübhəli şəxslərin udlağından bakterioloji müayinə üçün yaxma götürülür?
Ədəbiyyat:: Л.A.Исаeva,Л.К.Бaжenova.»Детские Болезни» Mockвa1986 стр 562
Difteriyalı xəstə ilə kontaktda olan şübhəli şəxslərin badamcıqlarında ərp olduqda bakterioloji müainə aparılır.
Sual № 397
Aşağıda sadalanan vaksinlərdən hansı cansız vaksinlərə aiddir?
Ədəbiyyat:“Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul 2 (Metodik göstərişlər)səh 5
Vaksinlər 2 qrupa bölünür. : Canlı və cansız. Difteriya, göy öskürək və tetanusa qarşı kombinə olunmuş vaksin (AGDT) cansız vaksindir.Vaksinasiya 2-3-4 aylıqda aparılır revaksinasiya isə 18-aylıqda aparılır.
Sual № 398
Aşağıda sadalanan vaksinlərdən hansı canlı vaksinlərə aiddir?
Ədəbiyyat:“Təcrübədə immunlaşdırma” Bakı, 2010(Modul 2) (Metodik göstərişlər)səh5
Vaksinlər 2 qrupa bölünür: canlı və cansız. Qızılca, parotit və məxmərəyə qarşı vaksin (QPM) canlı vaksinlərə aiddir.Vaksinasiya 1və 6 yaşda aparılır.
Sual № 399
Cansız vaksinlərin əksəriyyəti hansı üsulla orqanizmə yeridilir?
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul (Metodik göstərişlər) səh7-8
Cansız vaksinlər təhlükəsizlik qaydalarına riayət etməklə əzələ daxili yeridilir.
Sual № 400
Cansız vaksinlərin yeridilməsindən sonra daha çox hansı reaksiyalar müşahidə olunur?
Ədəbiyyat:: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul 2 (Metodik göstərişlər)səh8-9
Adətən cansız vaksinlər yeridildikdən sonra yüngül postvaksinal reaksiya müşahidə olunur: 2 gün ərzində hərarət yüksəlir. Vaksinin yerində ağrı və şişkinlik ola bilər.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?