Feldşer

1.212 elementdən 401-420 arası göstərilir.

Sual № 401

Zimnitski sınağı qiymətləndirilən zaman əsas diaqnostik amil hansıdır?

  Ədəbiyyat:A.A. Əyyubova. “Uşaq xəstəlikləri .” Bakı.2008 səh 267
Zimnitski sınağı ücün hər 3 saatdan bir sidik toplanır və 8 hissə sidiyin xüsusi çəkisi yoxlanılır.

Sual № 402

Qlomerulonefrit patologiyası zamanı duzsuz pəhriz təyin etmənin səbəbi nədir?

  Ədəbiyyat:A.A. Əyyubova. “Uşaq xəstəlikləri .” Bakı.2008 səh 268
Duzlu qida gəbul edərkən natrium duzları suyu toxumalarda saxlayır.Qlomerulonefrit zamanı bu duz arterial təzyiqin yüksəlməsinə,ödemin artmasına və eklampsiyaya gətirib cıxara bilər.

Sual № 403

Pielonefrit dedikdə nə başa düşülür?

  Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri .” Bakı.2008 səh 270
Sidik ifrazat yollarina patoloji mikroorganizmlar daxil oldugda infeksion – allergik prosess başlayir Bu xəstəlik sidik-ifrazat yollarının iltihabı baş verir ki, bu da pielonefrit adlanır.

Sual № 404

Anemiya zamanı qanda nə baş verir?

  Ədəbiyyat: A.A.Əyubova “Uşaq xəstəlikləri”Bakı 2008 səh 301
Anemiya qan azlığı olub, müxtəlif səbəblərdən əmələ gələn qan itirmədən zülal,vitamin dəmir şatmamazlığından və s. Xəstəlik zamanı qanda əsasən Hb və eritrositlərin miqadarı azalır.

Sual № 405

Hemofiliya xəstəliyinin yaranmasına nə səbəb olur?

  Ədəbiyyat: A.A.Əyubova “Uşaq xəstəlikləri”Bakı 2008 səh 316
Hemofiliya –qanda laxtalanma prosesinin pozulmasi ilə müşahidə olunan patologiyadır.

Sual № 406

Talassemiya xəstəliyini əmələ gətirən faktoru göstərin.

  Ədəbiyyat: Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 314
Talessemiya qanda fetal hemoqlobinin çoxalması,hemoqlobin A-nın səviyyəsinin artması ilə xarakterizə olunan autosom tipli irsi qan xəstəliyidir. Xəstəlik 2 gen daşıyıcısının evlənməsi nəticəsində meydana gəlir.Azərbaycanda isə qohum evliliyi ən çox Ağdaş ,Qəbələ ,Şəki, Lerik və Lənkəran rayonlarında rast gəlinir.Ona görədə ölkəmizdə Talasemiya Mərkəzi yaradılmışdır. Xəstəlik eritrositlərin irsi anomaliyası olub, hemoqlobin sintezinin pozulması nəticəsində yaranır.

Sual № 407

Şəkərli diabet zamanı hansı orqanın funksiyasının pozulması baş verir?

  Ədəbiyyat: Н Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 333
Şəkərli diabet endokrin sistemin xəstəliyi olub, əmələ gəlmə səbəbi müxtəlifdir. Şəkərli diabet xəstəliyi mədəaltı vəzin insulin ifraz etmə funksiyasının pozulması nəticəsində baş verən xəstəlikdir.Uşaqların bütün yaş dövürlərində rast gəlinir.

Sual № 408

Uşaqlarda normada acqarına qanda şəkərin miqdarı nə qədərdir?

  Ədəbiyyat: Н Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 335
Normada sağlam insanın qanında şəkərin miqdarı müəyyən həddə olmalıdır. 80-120 və ya 3,3-5,5 mmol/1

Sual № 409

Uşaqlarda normada sidikdə şəkərin miqdarı nə qədər olmalıdır.

  Ədəbiyyat: Н Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 336
Sağlam uşaqda normada sidiklə şəkər ifraz olunmamalıdır, olsada 1mmol/l az. Əks halda bu, xəstəlik sayılır.

Sual № 410

Eksudativ kataral diatezli uşağın qidalanmasında aşagıdakılardan hansı düzgün deyil?

1. Şəkər-ksilit və ya sorbitlə əvəz edilir.
2. Ət bulyonu verilir.
3. Balıqdan hazırlanmış qidalar verilir.
4. Heyvani yağ-bitki yağı ilə əvəz edilir.
5. Xörək duzu azaldılır.
6. İnək südü verilir.

  Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. Bakı, 2008səh69
Eksudativ – kataral diatezli uşaqların mualicəsi zamanı qida rejimi də nəzərə alınmalıdır.Bu zaman şəkər ksilit və ya sorbitlə, heyvani yağ bitki yaği ilə əvəz olunmalıdir , xörək duzu azaldılmalıdır.

Sual № 411

Uşağın ilk qidası olan ağız südünün (molozivo) yetişmiş südə nisbətən üstünlüyü nədir?

  Ədəbiyyat:: N.Tağıyev Neontologiya Bakı 2007 səh 33
Molozivo və ya ağız sudu – qatı, yüksək kalorili , yapışqana bənzər sarı rəngli mayedir ki , yetişmiş ana südündən fərqli olaraq immunoglobulinlərlə zəngindir ki, bu da uşağı infeksiyalardan qoruyur.

Sual № 412

Təbii qidalanan 6 aylıq uşaq doymursa ana südünü əvəzedici nə vermək olar?

  Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 33
6 ayadək uşaqların yedizdirilməsində ana südü əsas rol oynayır. Əgər anada hipoqalaktiya (anaın südünün çatışmazlığı) muşahidə olunarsa, tərkibinə görə ana südünə yaxın adaptaolunmuş qarışıqlar verilir.

Sual № 413

Südəmər uşaq necə qidalanmalıdır?

  Ədəbiyyat:: N.Tağıyev Neontologiya Bakı 2007 səh 34
Sudəmər uşag təbii bəslənərkən sərbəst qidalandırılmalıdır , yəni uşaq tələbatına görə qida almalıdr. Bu da prolaktin hormonunun ifrazını stimulə edir və sud ifrazı çoxalır

Sual № 414

Uşaq nə vaxta qədər ana südü ilə qidalanmalıdır?

  Ədəbiyyat:: N. Tağıyev Neonatologiya Bakı 2007 səh 13
Ana südü uşağın bir yaşına kimi verilməlidir. 6 aya qədər uşaq yalnız ana südü ilə qidalanmalıdır.6 aydan sonra uşaq ana südü ilə yanaşı əlavə qida almalıdır.Hal-hazırda uşağı 2 yaşa qədər əmizdirmək məsləhət görülür.

Sual № 415

Südəmər uşaq əmizdirdikdən sonra qusursa nə etməli?

  Ədəbiyyat:N. Tağıyev Neonatologiya Bakı 2007 səh 135
Südəmər uşaqlarda bəzən əmizdirildikdən sonra şaquli vəziyyətdə tutmaq lazımdır. Belə etdikdə uşağın südlə udduğu hava xaric olur və qusma dayanır.

Sual № 416

6 aylığına kimi uşağın qidalanması üçün ən optimal qidalanma üsulu hansıdır?

  Ədəbiyyat:N. Tağıyev Neonatologiya 2007 səh 136
6 ayadək uşaq üçün ən effektli üsul təbii qidalanmadır.Çünki, 6 ayadək ana südü uşağın tam təlabatını ödəyir,və uşaq bütün lazımı qida maddələrini alır.

Sual № 417

Tənzimləyici qidalara hansı qidalar aiddir?

  Ədəbiyyat:: N. Tağıyev Neonatologiya 2007 səh 136
Tənzimləyiçi qidalar orqanizmin yağlara , karbohidratlara , zulallara, vitaminlərə olan ehtiyacın ödənilməsi üçün təyin edilir.Bu meyvə və tərəvəz şirəsi, kəsmik, yumurta sarısı və s. ola bilər

Sual № 418

Aşağıdakı qidalardan hansı əlavə qidaya aiddir?

  Ədəbiyyat:Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 cтp82
Sudəmər uşağın 4-5 aylığından sonra artan tələbatını ödəmək uçun əlavə qida təyin edilir . Bu sıyıqlar , tərəvəz püresi ola bilər.

Sual № 419

Raxit xəstəliyi olan və südə allergiyası olan uşaqlar üçün sıyıqlar necə hazırlanır?

  Ədəbiyyat:Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 cтp 80
Raxit xəstəliyi zamani sudəmər uşağın mikroelementlərə təlabatı yüksək olduğu uçun , sıyıqlar məsləhət görulür . Südun zulalı obligat allergen olduğu üçün , sıyıglar tərəvəz həlimində və ya suda hazırlanır.

Sual № 420

Hansı uşaqlarda tərəvəz püresi daha erkən müddətdə təyin edilir?

  Ədəbiyyat:Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 cтp 84
Raxitli , anemiyali , yarımçıq doğulmuş uşaqlar tərəvəz püresi erkən təyin edilir ki , yaranmış mineral defisiti qida ilə aradan qaldırılsın.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×