Feldşer

1.212 elementdən 421-440 arası göstərilir.

Sual № 421

Sünii qidalanmaya keçməyin səbəbi ola bilməz?

  Ədəbiyyat:: N.Tağıyev “Neontologiya” 2007 səh45
Anaın südü heç olmadıqda uşağı süni qidalandırmaq lazım gəlir.Bu zaman uşağa ana südünün tərkibinə uyğunlaşdırılmış sadə süd qarışıqları və adaptəolunmuş qarışıqlardan istifadə olunur.Ana südünün çox olması süni qidalanmaya keçməyin səbəbi ola bilməz.

Sual № 422

Doğulduqdan sonra yeni doğulma dövrü hansı müddət hesab edilir?

  Ədəbiyyat:N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 30
Yeni doğulma dövrü təsnifata görə uşaq doğulan gündən 1 aya qədər olan müddətdir.

Sual № 423

Uşaqda raxit xəstəliyinin yaranmasının səbəbi?

  Ədəbiyyat:A.A. Əyyubova “Uşaq xəstəlikləri “Bakı ,2008 , səh 13.
Raxit uşaqlar arasında ən çox rast gəlinən xəstəlikdir. Orqanizmdə vitamin D-nin çatışmazlığı nəticəsində kalsium -fosfor mübadiləsinin pozulması baş verir. Kalsium orqanizmə az sorulur ki, nəticədə raxit xəstəliyi əmələ gəlir

Sual № 424

İsitqacın yerli təsiri hansıdır?

  Ədəbiyyat:: “Tibb bacısının məlumat kitabı” Bakı 1994 səh 60
İsidqac bədəni isidir, damarı genişləndirir. Qan dövranını yaxşılaşdırır. İltihabı prosesin sorulmasına kömək edir.

Sual № 425

Qanda şəkərin artması necə adlanır?

  Ədəbiyyat:A.A. Əyyubova “Uşaq xəstəlikləri ”Bakı 2008səh 335
Normada qanda 3,3-5,5 mmol/l olur. Qanda şəkərin artması hiperqlikerima adlanır.

Sual № 426

Bronxial astmanı hansı faktorlar əmələ gətirir?

  Ədəbiyyat:: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008, səh 190.
Bronxial astma xəstəliyi ən çox erkən yaşlarda baş verən və ağır gedişli bir xəstəlikdir. Bu xəstəliyə infeksion –allrgik xəstəlik kimi baxılır. Məlum olmuşdur ki,xəstələrdə allergik reaksiyaya səbəb çox hallardarda irsi faktordur.

Sual № 427

Bronxial astmalı xəstə tutmalar zamanı hansı məcburi vəziyyət alır?

  Ədəbiyyat:A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008,səh 192.
Bronxial astma xəstəliyinin tutmalarrarsı dövrü ağır gedişli olur. Öskürək əziyyət verici, səsli olur, xəstə döş qəfəsində ağrı hiss edir, təngənəfəslik yaranır. Xəstə vəziyyətini yaxşılaşdırmaq üçün əllərini dayaq verməkllə məcburi oturaq vəziyyət alır.

Sual № 428

Anafilaktik şok nədir?

  Ədəbiyyat:A.A. Əyyubova “Uşaq xəstəlikləri ”Bakı 2008,səh 208.
Əgər hər hansı bir dərman (antibiotik) yoxlanılmadan xəstəyə vurularsa, o zaman dərmana qarşı ağır reaksiya- anafilaktik şok əmələ gəlir.

Sual № 429

İnaq nədir?

  Ədəbiyyat:A.A. Əyyubova “Uşaq xəstəlikləri ”Bakı 2008,səh 205.
İnaq yuxarı tənəffüs yollarının katarı, qızılca, qrip zamanı larinqotraxeobronxit olduqda baş verir ki, bu da boğulma adlanır.

Sual № 430

Yalançı inaq tutmasında ilk yardım nədən ibarətdi?

  Ədəbiyyat:A.A. Əyyubova “Uşaq xəstəlikləri “Bakı 2008,səh 208.
Yalançı inaq tutmasında xəstədə narahatlığ qəflətən başlayır, səsi batır, tənəffüs səsli olur, boğulma olur. Bu zaman təmiz hava, ayağa isti vanna, xardal yaxması yaxşı kömək edir.

Sual № 431

Kollaps nədir?

  Ədəbiyyat:Л,.A.Исaevа,Л.К.Баженова.»Детские Болезни» Медицина 1986 стр218
Kollaps arterial təzyiqin kəskin surətdə aşağı düşməsi, pereferik qan dövranının pozulması ilə müşahidə edilən, həyat üçün təhlükəli olan kəskin damar çatışmazlığıdır.

Sual № 432

Alimentar anemiyaya uşaq yaşının hansı dövründə rast gəlinir?

  Ədəbiyyat:: Л.A.Исaeва,Л.К.Баженова.»Детские Болезни» Медицина 1986 стр 176
Uşaqlarda erkən yaş dövründə qan yaranma prosesi çox sürətli gedir, qan yaradan orqanlar çoxlu miqdarda zülal, vitaminlər, mikroelementlər sərf edir. Ona görə də qidalanma və qulluğun pozulması infeksion amillər və s uşaqlarda tezliklə anemiyaya gətirib çıxarır.

Sual № 433

Uşaqlarda enterebiozu nə törədir?

  Ədəbiyyat:: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 139
Qurd invaziyaları içərisində uşaqlar arasında ən enteribioza təsadüf edilir. Xəstəliyi bizquyruq qurdlar törədir,yaşama müddəti 3,4 həftədir.

Sual № 434

Eksudativ – kataral diatez nədir?

  Ədəbiyyat:A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 69
Eksudativ-kataral, diatez erkən yaşlı uşaqlar arasında rast gəlinir və 2-3 yaşa qədər davam edir.Əsaən dəri və selikli qişalar zədələnir,belə uşaqların dili xəritəyə bənzədiyi üçün “coğrafi dil”adlanır.EKD xəstəlik deyil sindromdur, onun əmələ gəlməsində genetik faktor da rol oynayır.

Sual № 435

5 yaşlı uşağın çəkisi nə qədər olmalıdır?

  Ədəbiyyat:: Л.A.Исaevа,Л.К.Baжenova .»Детские Болезни» Мoсkвa 1986 стр 38
5 yaşlı uşağın çəkisi 20-22 kiloqram olmalıdır. 1 yaşda uşaq10-12 kiloqram, sonra isə hər ilə 2 kq artmalıdır. 10+ 2 x n düsturuna əsasən hesablanır.

Sual № 436

10 yaşlı uşaqda A / T(arterial təzyiq) nəçə millimetr civə sütunu olmalıdır?

  Ədəbiyyat:: N.Tağıyev “Neontologiya”Bakı 2007 səh 30
A/T yeni doğulduqda 60-70 mm/cs 1 yaşda 75-80 mm/cs.10 yaşda isə 100 mm/cs-dir. 1 yaşdan sonra A/T 80+2n düsturu ilə hesablanır.

Sual № 437

Ödün tərkibi nədən ibarətdir?

  Ədəbiyyat:: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 139
Ödün tərkibi öd turşuları, xolesterin, su,duz , öd piqmentlərindən ibarətdir.

Sual № 438

Daun xəstəliyi olan uşaqların görkəmi necə olur?

  Ədəbiyyat:: Л.A.Исаaeва,Л.К.Бaжeнoвa.»Детские Болезни» Mockva1986 стр 560
Daun autosom tipli xromosom xəstəliyi olub, 15,21,22-ci xromosom-da patologiya ilə əlaqədar olur. Bu xəstəliyi n özünəməxsus xüsusi kliniki əlamətləri olur. (kiçik göz yarığı,böyük dil, yaşlı alın yarım açıq ağız, qısa boy və s.)

Sual № 439

Uşaqlarda zəhərlənmədə ilk yardım nədən ibarətdir?

  Ədəbiyyat:Л.A.Исаaeва,Л.К.Бaжeнoвa.»Детские Болезни» Moskva 1986 səh238
Orqanizmə zəhərlərin təsiri nəticəsində əmələ gələn patoloji vəziyyət zəhərlənmədir. Zəhərlənməyə keyfiyyətsiz və köhnə qida, zəhərli bitkilər, dərman maddələri, məişət və istehsalatda tətbiq edilən kimyəvi maddələr və.s. səbəb olur. Orqanizmdən zəhəri tezliklə kənar etmək, bədəndə qalan zəhəri zərərsizləşdirmək üçün ilk növbədə mədə-bağırsağı yumaq lazımdır.

Sual № 440

Uşağın ağız boşluğunu hansı barmaqla yoxlamaq olar?

  Ədəbiyyat:N.Tağıyev Neonatologiya.Bakı 2007səh53
Yenidoğulmuşun ağız boşluğu kiçik olur .Ağız boşluğunun selikli qişası zərif, qan damarları ilə zəngindir.Ağız boşluğunu zədələməmək üçün çeçələ barmaqla yoxlama aparılır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×