Feldşer

1.212 elementdən 441-460 arası göstərilir.

Sual № 441

Hipertermik sindrom zamanı uşağı soyuq suda isladılmış dəsmala bükmək üçün suyun temperaturu neçə dərəcə olmalıdır?

  Ədəbiyyat:: N.Tağıyev Neonatologiya.Bakı 2007səh 44
Bədən temperaturunun 39 dərəcədən yuxarı olması hipertermiya sayılır. Əmələ gəlmə səbəbi müxtəlifdir.Əsas məqsəd gələvək ağırlaşmaların qarşısını almaq üçün qızdırmanı dərhal salmaq lazımdır.Bu məqsədlə uşağı 20 dərəcə temperaturda su ilə isladılmış dəsmala bükmək lazımdır.

Sual № 442

Uşaqlarda tənəffüs yollarının obstruksiyasını yaradan səbəb.

  Ədəbiyyat:: N. Tağıyev Neonatologiya .Bakı 2007səh46
Uşaqlar oyuncaqlarla oynayarkən onları tez-tez udmağa cəhd göstərilir.Uşağın udduğu oyuncaq hissələri və digər bərk cisimlər uşaq nəfəs aldıqda nəfəs yoluna düşərək onun obstruksiyasını əmələ gətirir.

Sual № 443

Bayılma zamanı uşağa hansı vəziyyət verilməlidir?

  Ədəbiyyat:: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986 səh210
Bayılma beynin qısa müddətli huşu itirmkələ müşayət olunan qəfləti anemiyasıdır. Bu zaman əsas məqsəd beyinə gedən qanın həcmin artırmaq, beyin qan dövranını yaxşılaşdırmaqdır. Bu məqsədlə uşağı uzandıraraq ayaqlarını qaldırmaq lazımdır.

Sual № 444

Hipertermik sindrom zamanı uşağın bədən temperaturu neçə dəqiqədən bir ölçülməlidir?

  Ədəbiyyat:: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986cтр212
Əgər uşağın bədən temperaturu 390 və ondan yuxarı qalxarsa bu hipertermiya sayılır. Bu zaman uşaq çox narahat olur, tənəffüs tezləşir, ürək vurğularının sayı artır, bəzən də qıcolma ola bilir.Uşağa ilk yardım edilir və 30- 60 dəqiqədən bir bədən temperaturu yoxlanılır.

Sual № 445

Hemofiliya xəstəliyi zamanı uşağa əsas preparatlar necə yeridilir?

  Ədəbiyyat:: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986. стр 260
Hemofiliya qanın laxtalanma sisteminin pozulması nəticəsində baş verən irsi xəstəlikdir. Xəstəliyin xarakter sinptomu qansızma və qanaxmalardır ( burundan, ağızboşluğundan dişdibindən və.s). Ona görə ilk növbədə əvəzedici müalicə aparılır. Yəni qan plazma,damardaxili yeridilir.

Sual № 446

Hemofiliya xəstəliyi olan uşaq soyuqlayarsa hansı dərmanı vermək olmaz?

  Ədəbiyyat:: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986. Стр.261
Hemofiliya xəstəliyinin xarakter əlamətlərindən biri qansızma və qanaxmadır. Belə vəziyyətdə asetilsalisil turşusu təyin etmək olmaz. Çünki bu dərman qanı durulaşdıraraq qanaxmanı artırar.

Sual № 447

Tetanus əleyhinə anatoksin nə üçün vurulur?

  Ədəbiyyat:“Təcrübə immunlaşdırma” (metodik göstərişlər) Modul 2.Bakı 2010səh 8
Tetanus əleyhinə anatoksin aktiv immunitet yaradaraq uşağı tetanusa yoluxmadan qoruyur. Preparat maye halda flakonda və ya 1 dozalı şpris tubiklərdə buraxılır.

Sual № 448

Yenidoğulmuşların palatasında havanın temperaturu neşə dərəcə olmalıdır?

  Ədəbiyyat:: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986. Стр.30
Yenidoğulmuşların otağı təmiz və səliqəli olmalı, havası tez-tez dəyişdirilməlidir. Uşaqlarda termorequlyasiya pis olur, uşaqorqanizmi tez soyuqlayıb tez də isinir. Ona görə də uşaq otağının temperaturu daimi olaraq 220-230 olmalıdır.

Sual № 449

Uşaq praktikasında ən çox istifadə olunan hərarət salıcı dərman hansıdır?

  Ədəbiyyat:Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 422
Əgər uşaqda bədən temperaturu 39 0-ni keçərsə bu hipertermiya adlanır. Uşaq orqanizmində müxtəlif dəyişikliklər baş verir. Uşaq praktikasında hərarəti salmaq üçün ən çox parasitamol istifadə edilir.

Sual № 450

Uşaqlarda mədəni bir dəfəyə yumaq üçün nə qədər su tələb olunur?

  Ədəbiyyat:: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986. Стр 382
Uşaqlarda böyüklərə nisbətən mədənin tutumu az olur. Yenidoğulmuşlarda 30-35 ml, 1 yaşa qədər 250-300 ml, 1 yaşdan yuxarı 1000 ml . Ona görə də uşaqda mədəni yumaq üçün mayenin miqdarı uşağın hər kq çəkisinə 4 ml götürülür.

Sual № 451

Yenidoğulmuşlar üçün hansı zonddan isitfadə olunur?

  Ədəbiyyat:: N.Tağıyev “Neonatologiya”. Bakı 2007 Səh 30.
Yenidoğulmuşlarda mədəni udulmuş dölyanı sudan təmizləmək üçün mədə zondundan istifadə olunur. Zondun uzunluğu ağız boşluğunda qulağın sırğalığına qədər və xəncərbənzər çıxıntıdan 1 – 1,5 sm aşağı götürülür. Normativə görə bu zondun ölçüsü yenidoğulmuşlarda 5 f- 8 f götürülür.

Sual № 452

Anafilaktik şok zamanı təxirəsalınmaz yardım məqsədi ilə xəstəyə hansı vəziyyəti vermək lazımdır?

  Ədəbiyyat:Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986. Cтр320
Anafilkatik şok həyat üçün təhlükəli vəziyyətdir. Hətta ölümlə də nəticələnə bilər. Bu zaman xəstədə ürək-qan damar və tənəffüs sistemində kəskin dəyişikliklər baş verir. Belə halda xəstəni böyrü üstə uzadıb ətrafına isitqac qoymaq lazımdır.

Sual № 453

Fimoz nədir?

  Ədəbiyyat:Ə.Əlizadə “Uşaq cərrahiyyəsi” 1996.səh 85
Pülük dəliyi o qədər daralır ki, cinsiyyət orqanının oradan çıxması çətinləşir. Bu isə sidik ifrazını çətinləşdirir. Bu zaman sidik buraxma ağrılı və şətin olur, uşaq narahat olur. Bu hal fimoz adlanır.

Sual № 454

Feldşer növbəti patronaj zamanı 1 yaşlı uşağın dəri və selikli qişalarının avazımış olduğunu gördü.

  Ədəbiyyat:N.Tağıyev “Neonatologiya”. Bakı 2007 ,səh 146
Uşaqda dəmirdefisitli anemiyanın əlamətləri var: dəri və selikli qişanın avazıması,tez yorulma,əsəbilik,süstlük,iştahanın olmaması,ürəkdə sistolik küy və s.Anaya başa salmaq lazımdır ki,uşağın qida rejimini düzgün və keyfiyyətli təşkil etsin.Uşağın qida rejiminə ət məhsulları, qaraciyər,kəsmik,yumurta sarısı,meyvə-tərəvəz əlavə etmək,təmiz havada çox gəzdirmək lazımdır.Dərmanlardan aloe şirəsi, ferrokal,feramid,ferospan,C vitamini və B qrup vitaminlərini təyin etmək olar.

Sual № 455

Raxit xəstəliyi zamanı uşaqlarda hansı əlamət olur?

  Ədəbiyyat:: A.A.Əyyubova –Uşaq xəstəlikləri.Bakı 2008.səh 14
Raxit xəstəliyinin kəskin dövründə uşaq fiziki və psixi inkişafdan geri qalır,tərlilik artır.Skletdə dəyişiliklər əmələ gəlir.Skletdə baş verən bu dəyişiliklər aşağı ətraflarda da biruzə verir.Ayaqlar əyilərək O və X vari görkəm alır.

Sual № 456

Furozalidon və metronidozolla uşaqlarda hansı xəstəliyin spesifik müalicəsi aparılır?

  Ədəbiyyat:: A.A.Əyyubova-Uşaq xəstəlikləri.Bakı 2008,səh 139
Lyamblioz 12 barmaq bağırsaqda və nazik bağırsağın yuxarı hissəsındə yaşayan parazit olub , çox vaxt uşaqlarda xolesistitə səbəb olur.Müalicəsində furozolidon və metranidozoldan istifadə olunur.

Sual № 457

Yenidoğulmuşlarda sepsisin əmələ gəlmə səbəbi hansıdır?

  Ədəbiyyat:: Л.A.Исaеvа,Л.К.Бaжenoвa.»Детские Болезни» Мockвa 1986 стр 230
Yenidoğulmuşlarda dəri və selikli qişalar tez zədələnən olur. Dəriyə düzgün qulluq edilmədikdə,dərinin tamlığı pozulduqda dəri infeksiyalaşır,dərinin qovuqcuqlu xəstəliyi,bunun nəticəsində sepsis baş verir.

Sual № 458

Uşaqlar ən çox hansı yaşda məxmərək xəstəliyinə tutulurlar?

  Ədəbiyyat:Л.A.Исaеvа,Л.К.Бaжenoвa.»Детские Болезни» Мockвa 1986 стр 430
Məxmərək səpgi ilə müşahidə olunan infeksion xəstəliklərə aiddir Diaqnozu təsdiq edən simptom arxa boyun limfatik vəzilərin palpasiyasıdır. Ən çox 1-7 yaş uşaqlar arasında təsadüf edilir.

Sual № 459

Polimorfizm (Ləkə-papula-vezikula-qabıq) hansı xəstəlik üçün xarakterikdir?

  Ədəbiyyat:: Л.A.Исaева,Л.К.Бaжenoвa.»Детские Болезни» Мockвa 1986 стр 430
Su çicəyi infeksion xəstəlikdir.Xəstəliyin xarakterik xüsusiyyəti yüksək hərarətdir. 1-2gün ara verməklə, yuksək temperatur fonunda yeni səpgi elementləri əmələ gəlir. Bunun nəticəsində dərinin bir sahəsində başqa başqa inkişaf mərhələsində olan səpgi elementləri və səpgilər meydana çıxır.Səpgilər papula, vezikula ,qabıq şəklində olur. (Papula vezikula qabıq ,yəni polimorfizm)

Sual № 460

Epidemik parotit zamanı baş verən ikitərəfli orxit nəyə səbəb olur?

  Ədəbiyyat:Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр486
Yeniyetmə oğlanlarda parotit infeksiyasi orxit şəklində muşahidə oluna bilər. İltihabı proses 1-2 ay ərzində yumurtaların atrofiyasina gətirib cixara bilər ki,bu da sonsuzluqla nəticələnir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×