Feldşer
1.212 elementdən 461-480 arası göstərilir.
Sual № 461
Hepatit keçirmiş uşaq stasionardan sonra neçə ay nəzarətdə olmalıdır?
Ədəbiyyat:: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 280
Hepatit viris mənşəli kəskin infeksion xəstəlikdir.Bu virusun özü və toksini qara ciyər toxumasini zədələdiyi ücün əsas müalicə prinsipləri: qoruyucu rejim, dieta , virus əlehinə, dezintoksikasion terapiyadir. Hepatit keçirmiş uşaq stasionardan sonra 3 ay ərzində nəzarətdə olmalıdır.
Sual № 462
Uşaqda hiperqlikemik komada ilk yardım nədən ibarətdir?
Ədəbiyyat:: A.A.Əyyubova “Uşaq xəstəlikləri””Bakı” 2008 səh 333
Hiperqlikemik koma qanda şəkərin normadan yuxarı olması nəticəsində əmələ gəlir.Bunun baş vermə səbəbi İnsulin çatmamazlığıdır.Ona görə də ilk yardım insulin vurulur.
Sual № 463
Uşaqda hipoqlikemik komada ilk yardım nədən ibarətdir?
Ədəbiyyat:: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008, Səh 334
Hipoqlikemik koma insulin dozası çox olduqda əmələ gəlir, qanda şəkər azalır, ona görə xəstəyə şirin çay, bal vermək, venaya 50-100mm 20%-li qlukoza vurmaq lazımdır.
Sual № 464
Yenidoğulmuşun asfiksiyası zamanı ilk yardım nədən ibarətdir?
Ədəbiyyat:N.Tağıyev “Neonatologiya” Bakı 2008,səh 33
Yenidoğulmuşlarda asfiksiyanın əmələ gəlmə səbəbi müxtəlifdir. Onlardan biri uşağın ağız boşluğuna, burun udlağına yuxarı tənəffüs yollarına dölyanı mayenin sorulmasıdır.Ona görə ilk yardım yuxarı tənəffüs yollarını dölyanı mayedən təmizləməkdir.
Sual № 465
Eksudativ-kataral diatezin yaranmasının əsas səbəbi hansıdır?
Ədəbiyyat:: A.Əyyubova. Uşaq xəstəlikləri. Bakı, 2008,səh 69
Eksudativ – kataral diatez – konstitusiya anomaliyasidir ki , uşaglarda adi giçiglara anormal reaksiya ilə nətiçələnir Bu reaksiya dəri və selikli gişalarin zədələnməsinə və iltlhabina , su – duz mubadiləsinin pozulması ilə səçiyyəvidir. EKD-in əmələ gəlməsində irsi meyillik də rol oynayır.
Sual № 466
Eksudativ-kataral diatezin müalicəsində hansı dərmanlardan istifadə edilir?
Ədəbiyyat:A.Əyyubova. Uşaq xəstəlikləri. Bakı, 2008, səh.69
Eksudativ – kataral diatez allergik vəziyyət olduğu uçun , müaliçəsində antihistamin preparatlar işlədilir klaritin , tavegil , suprastin , enterosorbentler , vitaminlər təyin olunur.
Sual № 467
Kəskin qastrit zamanı uşaqlarda hansı əlamətlər olur?
Ədəbiyyat:: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008,səh 85
Qastirit mədənin selikli qişasının iltihabıdır,uşaqlarda ən çox qidalanmanın pozulması nəticəsində əmələ gəlir.Uşaqda epiqastral nahiyyədə ağrı,mədə bulanması,qusma,ümumi zəiflik bəzən hərarətin qalxması our.
Sual № 468
Anadangəlmə ürək qüsuru ilə doğulmuş uşağın görünüşü necə olur?
Ədəbiyyat:: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008,səh 218
İlk gündən anadangəlmə ürək qüsuru ilə doğulmuş yüngül təngnəfəslik hiss edilir,getdikcə artır.Ağız ətrafında sianoz olur,uşaq ağlayanda göyərir.
Sual № 469
Hansı xəstəlikdə arxa boyun limfatik vəziləri palpasiya edilir?
Ədəbiyyat:N.Tağıyev “Neonatologiya” Bakı 2007 səh45
Məxmərək səpgi ilə müşahidə olunan infeksion xəstəliklərə aiddir.Xəstəliyin əsas xarakter siptomu arxa boyun limfatik vəzilər palpasiya edilir.
Sual № 470
Yeni doğulmuşlarda böyük əmgək hansı sümüklərin arasında yerləşir?
Ədəbiyyat:Л.A.Исaeва,,Л.К.Бaжenoвa »Детские Болезни» Moсkвa 1986 ,стр35
Yeni doğulmuşlarda Böyük əmgək alın və təpə sümükləri arasında yerləşir.
Sual № 471
Uşaqlarda raxit hansı vitamin çatışmazlığı nəticəsində yaranır?
Ədəbiyyat:: A.A. Əyyubova “Uşaq xəstəlikləri Bakı, 2008, səh 14.
Vitamin orqanizmə qida vasitəsilə daxil olur, digər tərəfdən isə ultrabənövşəyi şqaların təsirindən dəridə olan vitamin D3 aktivləşərək D2 –yə çevrilir və orqanzmə daxil olur. Bu vitaminin çatışmazlığı nəticəsində raxit xəstəliyi əmələ gəlir.
Sual № 472
Uşaqlarda tərləmə, ənsə nahiyəsində tükün tökülməsi hansı xəstəlik zamanı baş verir?
Ədəbiyyat:A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 15
Raxit xəstəliyi zamanı vegetativ sinir sisteminin pozğunluğu raxitin başlanğıc dövründə əmələ gəlir, Uşaq narahat olur yuxusu pozulur, çox tərləyir, başını yastığa sürtür, ənsə nahiyyəsinin tükü tökülür uşaqda yüngül oyanıqlıq baş verir.
Sual № 473
Hipotireoz hansı üzvün funksional çatışmazlığıdır?
Ədəbiyyat:: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 370
Hipotireoz xəstəliyinə uşaqların bütün yaş qruplarında rast gəlinir. Qalxanvari vəzin inkişaf qüsuru və tiroid hormonunun çatışmazlığı nəticəsində əmələ gəlir.
Sual № 474
Dəmir defisitli anemiyanın kliniki əlamətləri nədir?
Ədəbiyyat:: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008,səh 301
Bətndaxili dövrdə hamiləliyin axırıncı iki ayında dəmir anadan dölə keçərək, onun orqanizmində toplanır. Ananın müəyyən xəstəlikləri (anemiyası,hamiləlik toksikozu, bətndaxili infeksiya və s.) dəmirin uşaq orqanizmində depo kimi yaranmasının pozulmasına səbəb olur. Uşaq doğulandan sonra dəmiri qida vasitəsi ilə alır. Hər iki halda dəmir çatışmazlığı dəmir- defisitli anemiyanın əmələ gəlməsinə səbəb olur. Belə uşağın dərisi quru olur, qabıq verir, tükləri tez tökülür. Uşaq torpaq, təbaşir vəs. yeyir.
Sual № 475
Bətndaxili inkişaf dövrü neçə həftə davam edir.
Ədəbiyyat:: N.Tağıyev “Neonatologiya”.”Bakı” 2007 Səh 136
38-40 həftəlik hamiləlik normal bətndaxili inkişaf dövrü sayılır.
Sual № 476
Təmizləyici imalə zamanı uşağın vəziyyəti necə olmalıdır?
Ədəbiyyat:Л.A.Исaeва,,Л.К.Бaжenoвa »Детские Болезни» Moсkвa 1986, cтр 237
Təmizləyici imalə zamanı uşaq arxası üstə və ya sol böyrü üstə uzandırılır. Yeni doğulmuşlar arxası üstə, böyük uşaqlar sol böyrü üstə uzandırılır, çünki, bu vəziyyətdə rezin ucluq düz bağırsağa yaxşı daxil olur.
Sual № 477
Helmintozların diaqnozu nəyə əsasən qoyulur?
Ədəbiyyat:: A.A. Əyyubova. “Uşaq xəstəlikləri ”Bakı 2008 səh 138
Helmintozun diaqnozu nəcisin ümumi müayinəsinə əsasən qoyulur.
Sual № 478
Uşaq bayılarkən nə etməli?
Ədəbiyyat:Tibb bacısının məlumat kitabı
Bayılmada ilkin yardım olaraq xəstəni uzandırmaq ,ayaqlarını yuxarı qaldırmaq, onu sıxıcı paltardan azad etmək,naşatr iylətmək,hava gəlməsini təmin etmək,üzünə,sinəsinə soyuq su çiləmək lazımdır.
Sual № 479
Doğulduqdan sonra Hepatit B-yə qarşı ilk peyvənd nə vaxt vurulur?
Ədəbiyyat:: “Təcrübədə immunlaşdırma” .Modul 2. Bakı 2010 ,səh 10
Yeni doğulmuşlar arasında hepatit B-yə yoluxma hallarının qarşısını almaq üçün uşaq doğulduqdan sonra 12 saat ərzində bu xəstəliyə qarşı peyvənd vurulur.
Sual № 480
Yenidoğulmuşa gigiyenik vanna nə vaxt təyin olunur?
Ədəbiyyat:N.Tağıyev “Neonatologiya” Bakı 2007 ,səh 34
Gigiyenik vannalar uşaqda dərini təmizləyir .Gügiyenik vannalar göbək ciyəsi düşdükdən 1-2 gün sonra aparılmalıdır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?