Feldşer
1.212 elementdən 481-500 arası göstərilir.
Sual № 481
Ilk patronaj nə vaxt aparılır?
Ədəbiyyat:N.Tağıyev “Neonatologiya ”Bakı 2007 səh 35
Uşaq doğum evindən evə yazılandan sonra ilk 3 gün ərzində məsləhət üçün sahə tibb bacısı və həkim tərəfindən yoxlanılmalıdır ki, bu ilk patronaj adlanır.
Sual № 482
Xardal yaxması qoyarkən nəyə fikir verilməlidir?
Ədəbiyyat:Л.A.Исaева,Л.К.Бaжenoвa.»Детские Болезни» Мockвa 1986, 306
Xardal iltihabı prosesin sorulmasına kömək edir.Onun təsirindən damarlar genəlir- qan dövranı yaxşılaşır.Xardal qoyarkən dərinin vəziyyətinə və həssaslığına fikir verilməlidir.
Sual № 483
Eksikoz dedikdə nə başa düşülür?
Ədəbiyyat:A.A. Əyyubova. “Uşaq xəstəlikləri ”Bakı 2008 səh 56
Eksikoz susuzluqdur- bu mədə bağırsaq infeksiyalarında orqanizmin qusma və ishal nəticəsində şoxlu su itirməsi nəticəsində əmələ gəlir.
Sual № 484
Uşaqlarda yalançı inaq tutması zamanı hansı əlamətlər baş verir?
Ədəbiyyat:: A.A.Əyyubova .“Uşaq xəstəlikləri.” Bakı.2008,səh 205
Yalançı inaq kəskin larinqotraxeit zamanı əmələ gəlir.Səs telləri şişir, səs yarığı daralır, nəticədə uşaqda tənəffüs çətinləşir, hürücü öskürək və boğulma olur.
Sual № 485
Sidiklə xaric olan şəkərə görə insulin hansı miqdarda təyin olunur?
Ədəbiyyat:: A.A. Əyyubova “Uşaq xəstəlikləri ”Bakı 2008 səh 335
Şəkərli diabet xəstəliyi zamanı sidiklə ifraz olunan 4-5 qr şəkərə bir vahid insulun təyin edilir.
Sual № 486
Yenidoğulmuşlarda böyük əmgək hansı formada olur?
Ədəbiyyat:: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 cтр 35
Yenidoğulmuşlarda böyük əmgək alın və təpə sümükləri arasında yerləşir, romb şəklində olur, 12-15 aylığında bağlanır.
Sual № 487
Peyvənd otağında vaksinlər saxlanan soyuducularda temperatur neçə dəfə yoxlanılır?
Ədəbiyyat:: “Təcrübədə immumlaşdırma”Modul 2,.Metodik göstərişlər. Bakı, 2010,səh 15
Uşaq poliklinikasında vaksinasiya aparmaq üçün xüsusi peyvənd otağı olur. Otaqda vaksinləri saxlamaq üçün soyuducular var.Burada tələb olunan temperatur gözlənilməlidir(+2 +8) Ona görə gün ərzində 2 dəfə soyuducunun temperaturu yoxlanılır.
Sual № 488
Həll edilmiş AGDT ( göy öskürək, difteriya, tetanus əleyhinə) vaksinin istifadə müddəti nə qədərdir?
Ədəbiyyat:“ Təcrübədə İmmunlaşdırma” Modul 2, Metodik göstərişlər. Bakı, 2010,səh 7
Difteriya göyöskürək və tetanus əleyhinə kombinə olunmuş vaksin (AGDT) duru vaksindir. Sakit halda qaldıqda flakonda çöküntü əmələ gəlir.İstifadə etməzdən əvvəl silkələmək, həll etdikdən sonra isə 5 gün müddətinə istifadə etmək lazımdır.
Sual № 489
Yeni doğulmuşlarda təmizləyici imalə nə vaxt aparılır?
Ədəbiyyat:: Л.А.Исаева.K.А.Баженова.”Детские Болезни” Mockвa1986 səh 369
Dispeptik əlamətlər ( qusma ishal) həzm pozğunluğu sayılır.Bəzən analar uşağı düzgün qidalandırmır onu çox yedizdirməyə çalışır çox vaxt maye vermir və ya az verirlər.Nəticədə sadə dispepsiya deyilən xəstəlik baş verir.Belə halda uşağa təmizləyici imalə aparılır.
Sual № 490
Yeni doğulmuşların göbək qalığı necə işlənməlidir?
1. 3 % perekis;
2. 70 % spirt
3. 5 % kalium permanqanat
4. 0,5 %-li natrium sulfasil
5. 5 % -li natrium xlorid
6. 2%-li natrium bikarbonat
Ədəbiyyat:Л.A.Исаaeva,Л.К.Бaжenoвa.»Детские Болезни» Mockвa1986 ,стр 61
Yenidoğulmuşların göbək qalığı hal-hazırda işlənilmir.Aseptika-antiseptika qaydalarına riayət edilir.Buna baxmayraq göbək qalığı gec sağalarsa omfalit əlamətləri başlayarsa göbək qalığı işlənməlidir.Bu zaman 3%-li perekis 5%-li kalium permanqanat 70 dərəcəli spirtdən isifadə olnur.
Sual № 491
1 yaşda uşağın neçə dişi olmalıdır?
Ədəbiyyat:N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 65
Sağlam uşağın 6-7 ayından sağlam dişləri çıxmağa başlayır. İlk dəfə 2 aşağı 2 yuxarı sonra isə onların ətrafındakı süd dişləri çıxmağa başlayır.Beləliklə 1yaşda uşağın 8 dişi olur.n-4 formulu ilə hesablanır.( n-uşağın aylarının sayıdır)Məsələn,12aylıq uşağın 12-4=8 dişi olur.
Sual № 492
Yeni doğulmuş uşaqlar döşə ilk dəfə nə vaxt qoyulur?
Ədəbiyyat:Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 ,стр 28
Yenidoğulmuş uşağın vəziyyəti Apqar şkalasına görə qiymətləndirilir.Bu zaman uşağın və ananın vəziyyəti yaxşıdırsa uşaq doğulduqdan dərhal döşə qoyulur.
Sual № 493
Raxit xəstəliyinin profilaktikasına nə vaxt başlamaq lazımdır?
Ədəbiyyat:Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр132
Raxitin profilaktikasına antenatal dövürdən yəni hamiləlik vaxtı başlamaq lazımdır. Ana gündəlik rejimini düzgün təşkil etməli təmiz havada çox olmalı vitaminlərlə mikroelementlərlə zəngin qida qəbul etməlidir.Vitamin D isə hamiləliyin axırıncı 2 ayında əgər hamiləlik yaz-payız vaxtına düşərsə verilir.
Sual № 494
Tutmaşəkilli spazmatik öskürək hansı xəstəlik üçün xarakterikdir?
Ədəbiyyat:K.A.Исaeвa,Л.К.Бажenoвa.»Детские Болезни» Mockвa1986 , стр 440
Göyöskürək xəstəliyinin əsas simptomu tutmaşəkillli öskürəkdir.Tutma birdən başlayır bir-birinin ardınca arasıkəsilməz öskürək olur uzaqdan eşidilir səsli olur.Bəzən apnoe (tənəffüsün dayanması) olur və dərhal öskürək başlayır.Bu hala repriza deyilir.
Sual № 495
Spazmofiliya xəstəliyinin xarakter simptomu hansıdır?
Ədəbiyyat:Л.A.Исaeвa,Л.К.Бaжenoвa.»Детские Болезни» Mockвa1986, стр 406
Spazmofiliya xəstəliyi zamanı qıcolma baş verərsə ,xəstəyə təcili yardım edilməlidir.İlk növbədə xəstəyə naşatır spirti iylətməli və hava gəlməsini təmin etmək lazımdır.Sonra qıcolma əleyhinə prepatlardan istifadə etmək olar.
Sual № 496
Hansı xəstəlikdə uşaqlarda bədənin bütün əzələlərində tonik-klonik qıcolmalar olur?
Ədəbiyyat:ЛA.Исaeвa,Л.К.Бaжеnoвa.»Детские Болезни» Mockвa1986, стр 412
Spazmoliya xəstəliyinə uşaqlar arasında ən çox 6-18aylarda rast gəlinir.Xəstəliyin eklampsiya formasında bədənin bütün əzələrində tonik-klonik qlcolmalar olur.
Sual № 497
Uşaqlarda böyük əmgək neçə ayında bağlanır?
Ədəbiyyat:: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 66
Uşaq doğularkən kəllə sümüklərinin birləşmə yerlərində olan kiçik əmgəklər bağlanır.Alın və təpə sümükləri arasında olan böyük əmgək isə uşağın 12-15 ayında bağlanır.
Sual № 498
Neçə həftəliyində doğulmuş uşaq vaxtında doğulmuş hesab edilir?
Ədəbiyyat:: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 37.
Vaxtında doğulmuş uşaq ana bətnindəki inkişafın 38-42 həftəsini keçirmiş, funksional cəhətcə yetişmiş uşaqdır.Bu uşaqların çəkisi 3500-2400 qram arasında,boyları isə 48-52 sm arasında olur.
Sual № 499
Uşaq necə aylığında başını tutmağa başlayır?
Ədəbiyyat:Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 26.
Fiziki və sinir-psixi normal sağlam inkişaf etmiş sağlam uşaq artıq 1-2 aylığında başını tutmağa başlayır. 2 aylığında isə uşağı vertikal vəziyyətdə tutduqda başını yaxşı saxlayır.
Sual № 500
Uşaq necə ayında sərbəst oturur?
Ədəbiyyat:Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 28.
Sağlam uşaq 6-7 aylığında sərbəst oturur,iməkləməyə başlayır.Sərbəst və asanlıqla qarnı üstündən arxası üstə çevrilir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?