Feldşer

1.212 elementdən 501-520 arası göstərilir.

Sual № 501

Südəmər uşaqlarda bir dəqiqədə tənəffüsün sayı necədir?

  Ədəbiyyat:Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 59.
Südəmər uşaqlarda tənəffüsü uşaq yatdıqda və ya sakit vəziyyətdə olduqda sayırlar.Uşaqlarda tənəffüs qarışıq tipli olur.Südəmər uşağın tənəffüsünün sayı bir dəqiqədə 30-35 olur.

Sual № 502

Yenidoğulmuşlarda nəbzin tezliyi bir dəqiqədə necə olur?

  Ədəbiyyat:Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр67.
Uşaqlarda yaxşı olar ki,nəbz tənəffüslə yanaşı sayılsın. Nəbzin tezliyini saymaq ücün uşaq sakit vəziyyətdə olmalı və ya yatmalıdır.Yenidoğulmuşlarda nəbzin tezliyi bir dəqiqədə 110-120 vurğu olur.

Sual № 503

Uşaqlarda süd dişlərinin sayı hansı formula əsasən təyin olunur?

  Ədəbiyyat:Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр50.
Uşaqlarda süd dişləri 6-7 aylığından çıxmağa başlayır.12 aylıqda uşağın neçə dişi olduğunu n-4 folmulundan istifadə edərək tapmaq mümkündür.(n-ayların sayıdır) 12-4=8.Deməli 12aylıq uşağın 8 dişi olur.

Sual № 504

Uşaqlar süd dişlərini hansı yaşda dəyişməyə başlayır?

  Ədəbiyyat:Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр50.
Sağlam uşaqlarda süd dişləri uşağın 6-7 aylığından cıxmağa başlayır.5-7 yaşında isə uşaq artıq süd dişlərini dəyişməyə başlayır.

Sual № 505

Normal cəkili sağlam uşağa birinci əlavə yemək olaraq nə verilir?

  Ədəbiyyat:Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр104
Əlavə yemək uşağa böyüməkdə olan uşaq orqanizminin zülala,yağa,karbohidrata olan tələbatını ödəmək ücün verilir.Birinci əlavə yemək uşağa 5 aylığından tərəvəz püresi şəklində verilir.

Sual № 506

Yoluxucu xəstəlik keçirmiş uşaqda hansı formada immunitet yaranır?

  Ədəbiyyat:: Təcrübədə immunlaşdırma.Modul 1.Bakı 2010.,səh 17
Xəstəlikləri tam ləgv etmək,yaxud onlarla xəstələnmə hallarını azaltmaq məqsədilə uşaqların immunizasiyası aparılır.İmmunizasiyadan və yoluxucu xəstəliklərlə xəstələndikdən sonra uşaqda aktiv,təbii immunitet yaranır.

Sual № 507

Uşaq yaşlarında anemiyanın hansı formalarına daha çox rast gəlinir?

  Ədəbiyyat:: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 1986 стр 177
Uşaqlar keyfiyyətli qidalanmadıqda,yəni qida ilə orqanizmə lazım olan miqdarda dəmir daxil olmadıqda dəmirdefisitli anemiya əmələ gəlir.Eyni zamanda bir çox xəstəliklər zamanı ( yoluxucu xəstəliklər,raxit,hipotrofiya və s.) dəmirin orqanizmə sorulması pozulur.Nəticədə dəmidefisitli anemiya əmələ gəlir.

Sual № 508

Yarımçıq doğulmuş uşaqlarda hansı əmgək açıq olur?

  Ədəbiyyat:: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 1986 стр 113.
28 həftə ilə 38 həftə arasında doğulan,çəkisi 2500 qr-dan az ,boyu isə 45 sm-dən az olan uşaq yarımçıqdoğulmuş hesab edilir.Vəziyyəti Apqar şkalasına görə 3-cü dərəcə ilə qiymətləndirilən,çəkisi 1500 qr-dan az,boyu isə 35 sm-dən az olan yarımçıqdoğulmuş uşaqda böyük,kiçik və yan əmgəklər açıq olur.

Sual № 509

Yenidoğulmuşlarda ağır asfiksiya Apqar şkalasına görə necə balla qiymətləndirilir?

  Ədəbiyyat:: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1986 стр 119.
Yenidoğulmuşlarda asfiksiyanı 3 dərəcəyə ayrılır-yüngül,orta ağır və ağır.Apqar şkalasına görə uşağın vəziyyəti 1-3 balla qiymətləndirilərsə, bu ağır asfiksiya sayılır.

Sual № 510

Boyunun uzunluğu neçə santimetr olan uşaq yarımçıqdoğulmuş sayılır?

  Ədəbiyyat:: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 1986 стр 113.
28-38 həftəliyində doğulmuş çəkisi 2500 qr-dan ,boyu 45 sm-dən kiçik olan uşaq yarımçıqdoğulmuş sayılır.

Sual № 511

Bişməcənin qarşısını almaq ücün yenidoğulmuşun dərisi nə ilə təmizlənir?

  Ədəbiyyat:: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 29
Yenidoğulmuşu günaşırı qaynanmış su ilə çimdirmək lazımdır.Yenidoğulmuşun dərisi çox zərif və tez zədələnən olur.Uşağı yuduqdan sonra onun dərisini steril bitki yağı ilə silmək lazımdır.

Sual № 512

Vərəmin bütün formalarında uşaqda hansı əlamət müşahidə olunur?

  Ədəbiyyat:Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 248
Vərəm xəstəliyinə uşaqlar bütün yaşlarda yoluxa bilərlər.Vərəmin bütün formalarında uşaqlarda intoksikasiya əlamətləri olur.Vərəm xəstəliyinə yoluxmuş uşaq əsəbi olur,yuxsu pozulur,zəiflik,iştahanın azalması,baş ağrısı olur.Belə xəstələrdə temperatur subfebril olur.Uşaq çox tərləyir,çəkisi az artır.

Sual № 513

Yenidoğulmuş sağlam uşağa BCJ vaksini neçənci gün vurulur?

  Ədəbiyyat:: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 257.
Vərəm xəstəliyinin spesifik profilaktikası məqsədilə yenidoğulmuş uşaqlara 3-5 gün ərzində BCJ vaksini vurulur.

Sual № 514

Su çiçəyi ilə xəstələnmiş uşaqla kontakda olan 3 yaşa qədər uşaq neçənci gündən izolə olunmalıdır?

  Ədəbiyyat:: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 500.
Su çiçəyi xəstəliyinin inkubasion dövrü 2-3 həftə olur.Xəstəliyi virus törədir.Xəstəlik hava- damcı yolu ilə yayılır. Xəstə uşaq xəstəliyin 9-10-cu günündən sonra yoluxucu olur. Ona görə xəstə uşaqla kontakda olan 3 yaşa qədər uşaqlar xəstələnmənin 11-ci günündən 21-ci gününədək izolə olunurlar.

Sual № 515

Su çiçəyi səpkilərini işləmək üçün hansı məhluldan istifadə olunur?

  Ədəbiyyat:: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 501
Su çiçəyi xəstəliyinin xarakterik xüsusiyyəyi odur ki, bədənin hər yerində,hətta saçın içərisindədə müxtəlif formalı( ləkə, papula, vezikula) təzə və qabıqlamış səpgilər olur. İkincili infeksiyanın qarşısını almaq üçün bu səpkilər brilyant yaşılı abısı ilə işlənilir.

Sual № 516

Uşaqlarda Evstax borusu hansı anatomik xüsusiyyətinə görə otitin əmələ gəlməsinə şərait yaradır?

  Ədəbiyyat:: Y.Bisyarina.Uşaqların anatomik-fizioloji xüsusiyyətləri səh 124
Anatomik qurluşuna görə uşaqlarda Evstax borusu qısa və enli olduğuna görə yuxarı tənəffüs yollarında olan ifeksiya asanlıqla orta qulağa keçərək, otit əmələ gəlməsinə səbəb our.

Sual № 517

Şəkərli diabetlə xəstə uşaq insulin vurulduqdan neçə dəqiqə sonra yemək yeməlidir?

  Ədəbiyyat:: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 450
İnsulinlə müalicə şəkərli diabetin əsas müalicə forması sayılır.Sidiklə ifraz olunan şəkərin miqdarı təyin edildikdən sonra şəkərli diabet xəstəliyi olan uşağa insulin təyin edilir.İnsulin vurulduqdan 15-20 dəqiqə sonra uşaq yeməlidir.

Sual № 518

Uşaqlarda kəskin qastrit zamanı nə tövsiyyə edilir?

  Ədəbiyyat:: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 369.
Kəskin qastrit mədənin selikli qişasının iltihabıdır. Xəstəlik kəskin başlayır, uşaqda intoksikasiya əlamətləri olur.Belə xəstələrə yağlı olmayan ət suyu , müxtəlif sıyıqlar və həlimlər məsləhət görülür

Sual № 519

Hipertermik sindrom zamanı uşağa göstərilən təcili tibbi yardıma əks göstəriş nədir?

  Ədəbiyyat:: Н.B.Ежова, E.M. Русакова “Педиатрия” 2002 стр. 45
Hipertermik sindrom hərarətin yüksəlməsidir.(39-42) Bu uşaq orqanizminə mənfi təsir edir. Qıcolma verə bilər. Hərarəti salmaq üçün bədəni isitmək yox, soyutmaq məqsədə uyğundur.

Sual № 520

Uşaq hansı yaşda yeriməyə başlayır?

  Ədəbiyyat:Н.B.Ежова, E.M. Русакова “Педиатрия” 2002 стр. 72
Yeni doğulmuşun onurğa sütununda fizioloji əyriliklər əmələ gəlir.(boyun,döş və bel) 2 ayında boyun,6-7 ayda döş, 11-12 ayda bel. Bu əyriliklərə uyğun olaraq uşaq 2 ayında başını saxlayır, 6-7 ayda oturur, 11-12 ayda yeriməyə başlayır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×