Feldşer

1.212 elementdən 521-540 arası göstərilir.

Sual № 521

Südəmər uşağa ilk əlavə yemək olaraq nə verilməlidir?

  Ədəbiyyat:Н.B.Ежова, E.M. Русакова “Педиатрия” 2002 стр. 32
5 ay ana südü uşağın qida təlabatını tam ödəyir. Sonra isə uşaq orqanizminin təlabatı artdığı üçün, tək ana südü uşağı doyuzdurmur.Ona görə də südəmər uşağa südlə bərabər əlavə qidalarda verilir.

Sual № 522

Südəmər yaş dövründə ilk əlavə yemək hansı ayda verilir?

  Ədəbiyyat:Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 101
5-6 ay ana südü südəmər uşağın tələbatını tam ödəyir. Böyüdükcə orqanizmin təlabatı artdığı üçün ana südü azlıq edir.Ona görə 6 -cı aydan uşağa əlavə qidalar verilir.

Sual № 523

Ana südü ilə qidalanmada əmmə müddətini kim təyin edir?

  Ədəbiyyat:: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 səh 104
Ana südü ilə qidalanmada əmmə müddətini uşaq təyin edir :uşaq doyandan sonra özü ana südündən imtina edir.

Sual № 524

Hansı çəkidə doğulmuş uşaq orta çəkili hesab edilir?

  Ədəbiyyat:N. Tağıyev “Neontologiya” 2007 səh 35
Vaxtında yeni doğulmuş uşağın orta çəkisi normada 2500 qramdan çox, 3000-3500 qr təşkil edir.

Sual № 525

Yeni doğulmuşda fizioloji çəki itkisi neçənci gün müşahidə edilir?

  Ədəbiyyat:: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 38
İlk günlər uşaq çox az süd əmir. Sutkada 20-25 dəfə sidik ifraz edir, doğuş şişi ardan qalxır, bunun nəticəsi olaraq 3-4-cü gün uşaqda fizioloji çəki itkisi əmələ gəlir.

Sual № 526

Erkən yaşlı uşaqlarda xarici qulaq keçəcəyinin təmizlənməsində nədən istifadə edilir?

  Ədəbiyyat:N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 33
Qulaq həssas orqandır. Ona görə qulağı çox qıcıqlandırmaq olmaz.Xarici qulaq keçəcəyi quru pambıq çöplərlə təmizlənir.

Sual № 527

Südəmər uşaqlarda kəskin rinit zamanı əmizdirmədən əvvəl buruna damargenəldici damcının tökülməsində məqsəd nədir?

  Ədəbiyyat:: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 100
Südəmər uşaqda burun boşluğu kiçik və dar olduğuna görə yuxarı tənəffüs yollarının katarında,rinitdə burun selikli qişası ödemləşir, burun tənəffüsü çətinləşir.Uşaq əmə bilmir. Ona görə də uşağı əmizdirmədən qabaq selikli qişanın ödemini azaltmaq üçün buruna damargenəldici damcı tökülməlidir.

Sual № 528

Uşaqda həzm orqanı xəstəliklərində ilk xəbərdaredici əlamət hansıdır?

  Ədəbiyyat:Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 369
Uşaqda həzm orqanı xəstələndikdə (qastrit,qastroenterit və s) iltihabı proseslərdə spazm əmələ gəlir, sinir uclarına təsir edir, bu da ağrıya səbəb olur.

Sual № 529

Mədə xorası olan uşağın qida rasionundan nə çıxarılır?

  Ədəbiyyat:: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 374
Mədə xorası olan xəstə uşaqlara duru, tez həzm olunan vitamin və tərəvəzlə zəngin qidalar verilməlidir. Zülallı yağlı qidalar əks göstərişdir. Belə qidalar çətin həzm olunur .Ona görə mədə xorasında ət və balıq bulyonu qida rasionundan çıxarılır.

Sual № 530

Uşaqda mədə bağırsaq qanaxması zamanı tibb işçisinin taktikası?

  Ədəbiyyat:: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 ст. 381
Uşaqda mədə bağırsaq qanaxması qorxulu bir vəziyyət olduğu üçün tibb bacısının bu zaman ilk tədbiri odur ki, uşağı tez bir zamanda stasionara çatdırmalıdır. Çünki, belə xəstəyə təcili həkim yardımı olunmalıdır.

Sual № 531

Uşaqda defekasiya aktını ləngidən qidalar hansılardır?

  Ədəbiyyat:: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 cтр. 74
Çox şirniyyat qəbulu qida həzmini çətinləşdirdiyinə görə defekatsiya aktını ləngidir

Sual № 532

Uşaqda defekasiya aktını normallaşdıran qidalar hansılardır?

  Ədəbiyyat:: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 75
Tünd ədviyyatlı,turş,duzlu qidalar bağırsağın daxili mühitini pozur,defekasiya aktını ,ləngidir. Qara çörək və tərəvəzin tərkibində hüceyrə lifləri olduğuna görə defekasiya aktını normallaşdırır.

Sual № 533

Vaxtından əvvəl doğulmuş uşaq üçün ən ideal dəyərli qida nədir?

  Ədəbiyyat:N.Tağıyev “Neanatologiya ”Bakı 2007 səh 124
Ana südü uşaq üçün dəyərli və əvəz edilməz bir qidadır, tərkibinə görə orqanizm tərəfindən asan mənimsənilir. Bağırsağın normal mikroflorasını qoruyur.

Sual № 534

Hamiləliyin neçə həftəsindən əvvəl doğulan uşaq vaxtından əvvəl doğulmuş sayılır?

  Ədəbiyyat:: N.Tağıyev “Neonatologiya ”, “Bakı” 2007 səh 126
Normal hamiləlik 39-41 həftəyə qədər olan hamiləlikdir. Bu dövrdə doğulan uşaq ana bətnində inkişaf edərək funksional cəhətdən yetişmiş uşaq olur. 37 həftədən əvvəl doğulan uşaq isə funksional cəhətdən yetişməmiş ,vaxtından əvvəl doğulmuş uşaq sayılır.

Sual № 535

Yeni doğulma dövründə sepsisə səbəb olan giriş qapısı hansıdır?

  Ədəbiyyat:: N.Tağıyev “Neonatologiya ” Bakı 2007 səh 126
Yeni doğulmuşlarda sepsis :hər hansı bir mənbədən mikrobun qan və limfa axınına daxil olmasıdır. Yenidoğulmuşda sepsisin giriş qapısınının əsasını göbək yarası təşkil edir. Aseptika, antiseptika qaydalarına əməl etmədikdə yenidoğulmuşun göbək güdülü infeksiyalaşır.

Sual № 536

Aşağıdakılardan hansı yeni doğulmuşun hemolitik xəstəliyində orqanizmə toksiki təsir edir?

  Ədəbiyyat:: N.Tağıyev “Neonatologiya ” Bakı-2007 səh 305
Yeni doğulmuşların hemolitik xəstəliyində qanda qeyri- düz billubinin miqdarı çoxalır. O da orqanizmə toksik təsir edir.

Sual № 537

Aşağıdakılardan hansı xromosom xəstəliyidir?

  Ədəbiyyat:: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 səh 352
Daun autosom tipli irsi xromosom xəstəliyidir. Xəstəlik 15,21,22-ci xromosomlarda olan patologiya ilə əlaqədar olaraq əmələ gəlir. Bu xəstəliyin xarakterik simptomları olur. Belə uşaqların boyu qısa, gözləri xırda, qulaqları qeyri simmetrik, ağzı yarım açıq, başı böyük olur. Ağıl zəifliyi xəstəliyin xarakterik əlamətidir.

Sual № 538

Hansı çəkidə doğulan uşaq vaxtından əvvəl doğulmuş sayılır?

  Ədəbiyyat:: N. Tağıyev” Neonatologiya” ”Bakı” 2007 səh 125
Vaxtından əvvəldoğulmuş uşağın çəkisi 2500 və ondan az olur.Bunun əsas səbəbi hamiləlik dövrünün başa çatmamasıdır. Çünki, hamiləliyin axırıncı 2 ayında dölün ana bətnində fiziki cəhətdən böyüməsi başa çatır.

Sual № 539

Uşaqda burun – udlaq keçəcəyinin iltihabı necə adlanır?

  Ədəbiyyat:: A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı”2008 səh 202
Uşaqda burun udlaq keçəcəyinin iltihabı nazofaringit adlanır. Anatomik fizioloji xüsusiyyətə görə burunda iltihab olduqda prosesə burun udlaq keçəcəyi də qoşulur,bu səbəbdən də uşaqlarda nazofaringit ə çox rast gəlinir.

Sual № 540

Uşaqda bronxial astma nə ilə xarakterizə olunur?

  Ədəbiyyat:: A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı”2008 səh 190
Bronxial astma infeksion allergik xəstəlikdir. Xəstəlik zamanı bronxlarda spazm baş verir, xəstədə nəfəsvermə aktı çətinləşir.bu da boğulma tutmalarına səbəb olur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×