Feldşer

1.212 elementdən 541-560 arası göstərilir.

Sual № 541

Uşaqda kəskin otitin əsas əlaməti nədir?

  Ədəbiyyat:A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı”2008 səh 191
Otit orta qulağın iltihabıdır, uşaqlarda infeksiya ən çox yuxarı tənəffüs yollarının iltihabı zamanı orta qulağa keçir. Əsas əlaməti qulaqda ağrıdır.

Sual № 542

Revmatik poliartitdə hansı oynaqlar daha çox zədələnir?

  Ədəbiyyat:: A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı”2008 səh 228
Revmatik poliartitin ən çox zədələndiyi oynaqlardır.Revmatik poliartiritdə əsasən böyük oynaqlar zədələnir.

Sual № 543

Uşaqda ac qarına selikli və turş iyli qusma hansı xəstəlikdə çox olur?

  Ədəbiyyat:: A.A. Əyyubova “Uşaq xəstəlikləri””Bakı” 2008 səh 82
Qastrit mədənin selikli qişasının iltihabıdır. Qastrit zamanı mədənin selik ifrazı çoxalır, turşuluq pozulur və qidanın həzmi çətinləşir. Xəstəliyin ən xarakterik simptomu selikli və turş iyli qusmadır.

Sual № 544

Qızılca infeksiyasında səpgi neçəngi gün əmələ gəlir?

  Ədəbiyyat:: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр. 488
Qızılca kəskin infeksion xəstəlikdir. Xəstəlik kataral əlamətlərlə başlayır.. 4-5-ci gün səpgi əmələ gəlir.

Sual № 545

Epidemik parotitin törədicisi nədir?

  Ədəbiyyat:: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 503
Epidemik parotit kəskin infeksion xəstəlikdir. Əsas iltihabı prosesi qulaqdibi vəzlərdə gedir, törədicisi viruslardır.

Sual № 546

Hepatit B-nin infeksiya mənbəyi hansıdır?

  Ədəbiyyat:: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 547
Hepatit B infeksion xəstəlikdir Xəstəlik əsasən parenteral yoluxur.İnfeksiya mənbəyi isə xəstə adamlardır.

Sual № 547

Vərəm çöpləri orqanizmə hansı yolla daxil olur?

  Ədəbiyyat:: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 248
Vərəm xroniki infeksion xəstəlikdir. İnfeksiya mənbəyi xəstə insan və xəstə heyvandır. Törədicisi vərəm çöpləridir. Yoluxma yolu yuxarı tənəffüs yolarıdır.

Sual № 548

Yeni doğulmuşlarda boyun orta uzunluğu neçə sm təşkil edir?

  Ədəbiyyat:: N. Tağıyev” Neonatologiya “Bakı”2007 səh 39
Vaxtında yeni doğulan uşaqda boyun uzunluğu 45 sm-dən yuxarı 48-50-52 sm təşkil edir ki, bu yeni doğulmuşa məxsus normal boy hesab edilir.

Sual № 549

Südəmər uşağı meyvə şirəsi nə ilə təmin edir?

  Ədəbiyyat:: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 101
Südəmər uşağa meyvə şirəsi 2-3 aylığından verilir. Meyvə şirəsi uşağı vitaminlərlə təmin edir.

Sual № 550

Südəmər uşağı yumurta sarısı nə ilə təmin edir?

  Ədəbiyyat:: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 101
Yumurta sarısı uşağı D vitamini ilə təmin edir.

Sual № 551

Uşağın qanında şəkəri yoxlamaq üçün qan nə vaxt götürülür?

  Ədəbiyyat:: A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı”2008 səh 333
Qanda şəkəri yoxlamaq üçün qan səhər acqarına barmaqdan göturülür. Çünki, qidalanmadan sonra qanın tərkibi bir qədər dəyişə bilər və nəticə düzgün olmaz.

Sual № 552

Zimnitski sınağında sutkalıq sidik neçə saatdan bir yığılır?

  Ədəbiyyat:: A.A. Əyyubova “Uşaq xəstəlikləri””Bakı” 2008 səh 267
Zimnitski sşnağı böyrək xəstəlikıərində aparılan ən dəqiq sınaqlardan biridir. Bunun üçün sutkalıq sidik həy 3 saatdan bir yığılır.Yığılmış sidiyin xüsusi çəkisi,gecə və gündüz sidiyinin fərqi və sutkalıq sidiyin miqdarı təyin edilir.

Sual № 553

Qastroenterit zamanı mədənin yuyulmasında məqsəd nədir?

  Ədəbiyyat:: A.A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı”2008 səh 88
Qastroenterit mədə və nazik bağırsağın birgə iltihabı olub, müxtəlif zəhərlənmələr nəticəsində əmələ gəlir. Bu zaman mədənin yuyulmasında məqsəd toksini bədən-dən tez xaric etməkdir.

Sual № 554

Uşaqlarda helmintozun törədicisi nədir?

  Ədəbiyyat:: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 586
Düzgüb cavab – Parazit qurdlar Helmintoz uşaqlar arasında çox təsadüf edilən xəstəlikdir. Törədicisi parazit qurdlardır. Qurdlar orqanizmə gigiyenik qaydaları gözləmədikdə daha çox daxil olur. Çirklənmiş qida, meyvə- tərəvəz, qaynanmamış su ilə yoluxma baş verir.

Sual № 555

Südəmər uşağın qida rasionuna ət qiyməsi nə vaxt daxil edilir?

  Ədəbiyyat:: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 102
Uşaq böyüdükcə onun qida rasionu dəyişir, orqanizmin təlabatı artır. Ona görə də uşağın qidası müxtəlif tərkibli olmalıdır. 9-cu aydan uşağın qidasına ət qiyməsi daxil edilir.

Sual № 556

Uşaqlarda sidiyin ümumi müayinəsi üçün hansı sidik götürülür?

  Ədəbiyyat:A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008”Bakı” səh 270
Uşaqda sidik götürməzdən əvvəl onu yumaq lazımdır ki, götürülən sidiyə heç nə qarışmasın, sonra ilk sidik atılır, orta porsiya müayinə üçün götürülür.

Sual № 557

Yeni doğulmuşlarda dəri bişməcələrinin səbəbi nədir?

  Ədəbiyyat:: N. Tağıyev “Neontologiya” 2007 səh 178
Yeni doğulmuşun dərisi yumşaq və yağlı olur,ona görə uşağın dərisini təmiz və quru saxlamaq lazımdır.Yeni doğulmuşun dərisinə pis qulluq etdikdə dəri bişməcəsi əmələ gəlir.

Sual № 558

Uşaqda mədənin təcili yuyulmasına göstəriş nədir?

  Ədəbiyyat:A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 90
Qida zəhərlənməsi mədənin təcili yuyulmasına göstərişdir. Qida zəhərlənməsinə səbəb mikrobun toksinidir. Toksini isə bədəndən tez xaric etmək lazımdır.

Sual № 559

Kəskin böyrək ağrısında yardım üçün hansı preparatdan istifadə edilir?

  Ədəbiyyat:A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 270
Kəskin böyrək ağrısında spazmı aradan qaldırmaq üçün noşpa və baralgindən istifadə olunur.Bu preparatlar spazmı və ağrını tez aradan qaldırır. Yeni doğulmuşlara doğuşdan sonrakı ilk 12 saat ərzində pepatit B-yə qarşı peyvənd budun ön səthinə dəri altına vurulur.

Sual № 560

Yenidoğulmuşa hansı hepatitə qarşı peyvənd vurulur?

  Ədəbiyyat:Təcrübədə immunlaşdırma Modul 2 Bakı 2008
Yeni doğulmuşlara doğuşdan sonrakı ilk 12 saat ərzində pepatit B-yə qarşı peyvənd budun ön səthinə dəri altına vurulur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×