Feldşer
1.212 elementdən 561-580 arası göstərilir.
Sual № 561
Salmonelyozun yoluxma mənbəyi hansı ola bilər?
Ədəbiyyat:Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 562
Salmonelyoz infeksion bağırsaq xəstəliyidir, törədicisi salmonellalardır. İnfeksiya mənbəyi yoluxmuş qida və sudur.
Sual № 562
Uşaqlarda mədənin yuyulmasına əks göstəriş nədir?
Ədəbiyyat:A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 91
Müxtəlif mənşəli zəhərlənmələrdə, kəskin qastritdə - uşaqda tez-tez qusma , qaytarma olan hallarda ilk yardım mədənin yuyulmasıdır. Mədə qanaxması zamanı mədənin yuyulması əks göstərişdir.
Sual № 563
Yeni doğulmuşun dərisinin ilkin təmizlənməsi necə aparılır?
Ədəbiyyat:N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 60
Yeni doğulmuşun dərisi çox zərif və incə olduğu üçün tez zədələnə bilir. Ona görə yeni doğulmuşun dərisini steril bitki yağı ilə təmizləmək məsləhətdir.
Sual № 564
Yeni doğulmuşlarda Apqar şkalası ilə nə qiymətləndirilir?
Ədəbiyyat:: N. Tağıyev “Neonatologiya” Bakı”2007 səh 48
Uşaq doğularkən onun vəziyyətini qiymətləndirmək üçün Apqar şkalasından istifadə olunur.Bu zaman uşaqda ürəyin fəaliyyətinə, tənəffüsün tezliyinə ,dərinin rənginə, əzələ tonusu və reflekslərə fikir verilir .Hər əlamətə 2 bal verilərək uşağın vəziyyəti qiymətləndirilir.
Sual № 565
Südəmər yaşda sünii qidalanmaya keçilməsinə göstəriş nədir?
Ədəbiyyat:Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 156
Südəmər yaşda intensiv böyümə düzgün və keyfiyyətli qidalanmaya əsaslanır. Ən dəyərli qidalar bu yaşda ana südüdür. Ancaq ana südü müəyyən səbəblərdən olmadıqda uşağın qida inqridientlərinə olan təlabatını ödəmək üçün ana südünə uyğun olan südlü qarışıqlardan- adaptasiya olunmuş qidalardan istifadə olunur ki, buna göstəriş ana südünün olmamasıdır.
Sual № 566
Selikli qanlı nəcis hansı xəstəlik üçün xarakterdir?
Ədəbiyyat:: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 558
Dizenteriya bağırsaq infeksiyasıdır. Xəstəliyin əsas əlaməti selikli, qanlı nəcis ifrazı, qusma, tenezmlərdir.Xəstəlik zamanı yoğun bağırsağın selikli qişasında iltihabı proses olur, xoralar əmələ gəlir ,bu da selikli qanlı nəcis ifrazına səbəb olur.
Sual № 567
Eskikoz və toksikiz hansı infeksion xəstəlik üçün xarakterikdir?
Ədəbiyyat:: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 565
Dizenteriya infeksion bağırsaq xəstəliyidir. Xəstəliyin xarakterik simptomu qusma,ishal,qarında tutma şəklində ağrılardır. Qusma və ishal nəticəsində bədən çoxlu su itirir – eksikoz əmələ gəlir.
Sual № 568
Tibb müəssisələrində,hepatit B və C–nin yoluxma yolları hansılardır?
Ədəbiyyat:: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 548
İnfeksiyalar orqanizmə müxtəlif yollarla (hava damcı,kontakt, fekal oral və s ) daxil olur. Yuxarıda qeyd edilən infeksiyaların isə ən əsas yoluxma yolu parenteral yoluxmadır.(inyeksiya vasitəsi ilə) . İnyeksiya edərkən aseptika və antiseptika qaydalarına tibb bacısı tərəfindən çox ciddi əməl edilməlidir. Aseptika və antiseptika qaydalarına tibb bacısı tərəfindən əməl edilmədikdə Hepatit B və Hepatit C –yə yoluxma baş verir.
Sual № 569
Təmizləyici imalə edilərkən yeni doğulmuşun vəziyyəti necə olmalıdır?
Ədəbiyyat:N. Tağıyev “Neonatologiya”.”Bakı” 2007 səh 75
Yeni doğulmuşun bağırsağını təmizləmək üçün onu kürəyi üstə uzandırıb ayaqlarını yuxarı qaldırmaqla təmizləyici imalə edilir.
Sual № 570
Həkiməqədər yardıma bayılma zamanı daxil edilmir?
Ədəbiyyat:: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 209
Ürəkgetmə müxtəlif səbəbələrdən (aclıq,xəstəlik, yorulma əsəb və s.) beyinlə- ürək arasında əlaqənin müvəqqəti kəsilməsidir. Bu zaman xəstənin huşu qaralır,ürək fəaliyyəti zəifləyir, Bu zaman uşağı uzandırıb ayaqlarını yuxarı qaldırmaq, təmiz hava vermək, naşatır spirti iylətmək lazımdır və s. Uşağı uzadıb ayağını qaldırmaq, ürəyin, beynin qanla təmininə şərait yaradır.
Sual № 571
Yüksək hərarət zamanı uşağa göstərilən yardıma daxil deyildir?
Ədəbiyyat:: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 160
Yüksək həraraət orqanizmin infeksiya qarşı reaksiyasıdır, bu uşaq orqanizminə mənfi təsir edir, ürək , tənəffüs fəaliyyəti artır,qıcolma ola bilər. Belə uşağa coxlu maye vermək, başa soyud qoymaq, dərisini spirtlə sirkə ilə silmək lazımdır. Kalorili qida əks göstərişdir.
Sual № 572
Bronxial astmanın ən xarakterik simtomu hansıdır?
Ədəbiyyat:: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 190
Bronxial astma infeksion allergik xəstəlikdir. Bronxların spazmı nəticəsində nəfəsvermə aktı çətinləşir, nəticədə xəstədə təngnəfəslik yaranır, boğulma baş verir.
Sual № 573
Xəstəxana daxili pnevmoniyanın etiologiyasında aşağıdakı bakteriyalardan hansının rolu böyükdür?
Ədəbiyyat:: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 162
Pnevmoniya – ağciyər toxumasının iltihabı xəstəliyi olub, ən çox pnevmokok mənşəli olur. Pnevmokokların xəstəxanadaxili pnevmoniyanın etiologiyasında da rolu digər bakteriyalardan çoxdur.
Sual № 574
Hipoqlikemik komanın əsas yaranma səbəbi?
Ədəbiyyat:: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 135
Hipoqlikemik koma şəkərli diabetin insulinlə müalicəsi zamanı onun dozasının çox olması nəticəsində yaranır.
Sual № 575
Uşaqda raxit xəstəliyinin profilaktikası üçün vitamin D-nin sutkalıq dozasını göstərin.
Ədəbiyyat:: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 15
Raxit ümumi orqanizmin xəstəliyi olub vitamin D-nin çatmaması və Ca F mübadi-ləsinin pozulması nəticəsində əmələ gəlir. Onun profilaktikası üçün uşağa sutka-lıq 400 mq vitamin D verilməlidilir. Spirtli və yağlı məhlul şəklində
Sual № 576
Qızılcanın aktiv immunizasiyası ilə edilir.Nöqtələrin yerinə uyğun gələn cavabı seçin.
Ədəbiyyat:: Təcrübədə immunlaşdırma metodik göstərişlər. Modul 2 səh 18
Qızılcanın aktiv immunizasiyası diri qızılca vaksini Q.P.M. ilə edilir. 1 və 6 yaşda dəri altına vurulur.
Sual № 577
Uşaqda qıcolma sindromu zamanı hansı preparat istifadə edilir?.
Ədəbiyyat:: A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 38
Uşaqda qıcolma sindromunu aradan qaldırmaq üçün relanium vurulur. Tez effekt vermək üçün onu vena daxilinə vurmaq lazımdır.
Sual № 578
Feldşer 12 yaşlı uşağı müayinəyə çağrılıb. Uşaq tez yorulma, iştahsızlıqdan şikayət edir. Dəri və selikli qişalar avazımış, çəki azalmış, boyun limfa vəziləri böyüyüb . Gecə tərləməsi olur. Təxmin edilən ilkin feldşer diaqnozu hansı ola bilər?
Ədəbiyyat:: Л.Исаева,Л.К.Баженова «Детские болезни» 1986 Москва стр 507
Yuxarıda göstərilən əlamətlər - gecə tərləməsi, limfa vəzilərinin böyüməsi , arıqlama və s. vərəmə məxsus əlamətlərdir.
Sual № 579
Yenidoğulmuşların asfiksiyası zamanı ilk tədbır olaraq nə etməli?
Ədəbiyyat:N.Tağıyev Neonatologiya. Bakı 2007.səh 145
Yenidoğulmuşlarda asfiksiyanın əmələ gəlmə səbəbləri çoxdur.Onlardan biri odur ki,uşaq doğuş yollarından xaric olkarkən dölyanı mayeni udur.Bu dölyanı maye tənəffüs yollarına düşdükdə boğulma-asfiksiya baş verir.İlk yardım olaraq yuxarı tənəffüs yollarının sanasiyası ( təmizlənməsi) aparılmalıdır.
Sual № 580
Pandaktilit nəyin iltihabıdır?
Ədəbiyyat:H.Sultanov.Cərrahiyyə-1997.(səh-260)
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?