Feldşer

1.212 elementdən 621-640 arası göstərilir.

Sual № 621

Yenidoğulmuşlar şöbəsində xəstəxanadaxili salmanelloz xəstəliyinin infeksiya mənbəyi hansıdır?

  Ədəbiyyat:: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр562

Sual № 622

Həll edilmiş BCJ, qızılca, məxmərək, parotit vaksinlərinin istifadə müddəti nə qədərdir?

  Ədəbiyyat:: Təcrübədə İmmunlaşdırma. Modul - 2 Bakı 2010 səh. 23

Sual № 623

İmmun çatışmazlığı virusuna yoluxmuş uşaqlarda hansı yaşda qızılca əleyhinə peyvəndin aparılması düzgündür?

  Ədəbiyyat:: Təcrübədə İmmunlaşdırma. Modul - 2 Bakı 2010 səh. 25

Sual № 624

Cansız vaksinlərin yeridilməsindən sonra hansı reaksiya müşahidə olunur?

  Ədəbiyyat:: Təcrübədə İmmunlaşdırma. Modul - 2 Bakı 2010 səh. 25

Sual № 625

Cansız vaksinlərin daşınması və saxlanması zamanı nə qadağandır?

  Ədəbiyyat:: Təcrübədə İmmunlaşdırma. Modul - 2 Bakı 2010 səh. 7

Sual № 626

Uşağın 2 yaşı var, qriplə xəstələnib. Uşaq öskürür, öskürəklə yanaşı xırıltı və fit verici nəfəsvermə müşahidə edilir. Xəstəyə hansı diaqnozu qoymaq olar?

  Ədəbiyyat:: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 186

Sual № 627

Aşağıda göstərilən əlamətlərdən hansı 4 aylıq uşaq üçün fizioloji hal hesab edilir?

  Ədəbiyyat:: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 186

Sual № 628

10 günlük yenidoğulmuşun göbək yarasından irinli ifrazat gəlir. Uşaq döşü zəif götürür. Hərarəti 38 - 390 - dir. Göbək ətrafında qızartı və şişkinlik var. Aşağıdakılardan hansından şübhələnmək olar?

  Ədəbiyyat:А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 186

Sual № 629

Uşaq 7 aylıqdır, inək südü, mannı sıyığı ilə qidalanır. 3200qr. çəki ilə doğulub hazırda 6000 qramdır, oturmur, dişləri yoxdur. Boynunu 3 aylıqdan duz tutur, döş qəfəsi bir qədər batıqdır. Hansı xəstəlikdən şübhələnmək olar?

  Ədəbiyyat:: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 187

Sual № 630

Uşağın 1 yaşı var. Hərarəti 38°C - dir. Tez - tez selikli – qanli nəcis ifraz edir. Uşaqda tenezmlər var. Dəri avazımış, əzələ tonusu azalmış, ümumi arıqlama görünür. Hansı xəstəlikdən şüphələnmək olar?

  Ədəbiyyat:: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 187

Sual № 631

5 aylıq uşaqdır. Hərarəti 39°C - dir. Öskürəyi var, tənəffüsü çətinləşib, ağız, burun ətrafında göyərmə var, dəri solgundur, ağciyərlər üzərində quru və yaş xırıltılar eşidilir. Hansı xəstəlikdən şüphələnmək olar?

  Ədəbiyyat:: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 188

Sual № 632

Uşaq 3 günlükdür. 2000 qr çəki ilə doğulub. Anadangəlmə refleksləri zəifdir, döşü tuta bilmir. Dərisi sianozlu və tüklüdür, Dərialtı piy qatı sifət və ətraflarda azdır. Uşaq necə doğulub ?

  Ədəbiyyat:: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 189

Sual № 633

5 aylıq uşağın boyu və çəkisi nə qədər olmalıdır?

  Ədəbiyyat:: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 186

Sual № 634

Qəbula 9 yaşlı uşaq gətirilib. Uşaq ürək bulanma, iştahsızlıq və qarında ağrıdan şikayət edir. Yuxusu pozulub, əsəbidir, gecələr ağzından su gəlir. Hansı xəstə - likdən şübhələnmək olar?

  Ədəbiyyat:: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 188

Sual № 635

Qəbula 7 yaşlı uşaq gətirilib, sifətin dərisi solğundur, göz qapaqları şişkindir. Sidik ifrazı azalıb Ananın dediyinə görə sidiyi bulanıqdır, uşağın iştahası pisdir, ürək bulanma və baş ağrısı var. A/T yüksəlib. Hansı xəstəlikdən şübhələnmək olar?

  Ədəbiyyat:: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 187

Sual № 636

Uşağın 8 yaşı var. Ananın dediyinə görə uşağın iştahası pisdir, tez yorulur, nəcisi rəngsizləşib, sidiyi tündləşib. Müayinədə dəridə sarılıq görünür, qara ciyər 3 sm böyüyüb. Hansı xəstəlikdən şübhələnmək olar?

  Ədəbiyyat:: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 188

Sual № 637

Uşaq 3 aylıqdır. Hər gün uşaqda qaytarma və qusma olur. Uşaq ana südü ilə qidalanır. Çəkisi 3650 qr (doğulanda çəkisi 3600 qr ) belə bir vəziyyətin yaranmasının səbəbi nədir?

  Ədəbiyyat:: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 189

Sual № 638

Uşağın 7 yaşı var. Yağlı yeməkdən sonra ürəkbulanmadan, sağ qabırğaaltı nahiyədə ağrıdan şikayət edir. Hansı xəstəlikdən şübhələnmək olar?

  Ədəbiyyat:: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 187

Sual № 639

Qəbula 10 aylıq uşaq gətirilib. Ananın dediyinə görə iştahası, yuxusu pisdir, uşaqda dəri və selikli qişalar solğundur, əzələ tonusu zəifdir. Auskultasiyada ürəkdə sistolik küy eşidilir. Dəri və selikli qişalar qurudur, ağız bucaqlarında çatlar var.

  Ədəbiyyat:: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 186

Sual № 640

Uşağın 6 yaşı var, dünən xəstələnib. Hərarəti 38 dərəcədir. Boğazında ağrı var. Dili moruğu rəngdədir. Dəridə nöqtəvari səpgilər var . Hansı xəstəlikdən şübhələnmək olar?

  Ədəbiyyat:: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 188
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×