Feldşer
1.212 elementdən 641-660 arası göstərilir.
Sual № 641
Xəstəxanaya 5 aylıq uşaq gətirilib. Süni qidalanır. 3 gündür xəstədir. Sutkada 5 - 6 dəfə qusma, 8 - 10 dəfə sulu duru nəcis ifrazı olur. Hərarət 38 C. Uşağın vəziyyəti ağırdır, çəki 800 qr itirilib, əzələ tonusu və dərinin turqovluğu azalıb. Hansı xəstəlikdən şübhələnmək olar?
Ədəbiyyat:: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 189
Sual № 642
Xəstəxanaya 10 yaşlı uşaq gətirilib. Huşu itib, nəbzin dəqiqəlik sayı 140, tənəf - füsün dəqiqəlik sayı 35. - dir. 3 gündür xəstədir. Xəstəlik qusma ilə başlayıb. Sidiyin müayinəsində şəkər və aseton tapilib. Kliniki diaqnoz nə ola bilər?
Ədəbiyyat:: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 188
Sual № 643
Ana 5 yaşlı uşağı ilə feldşerə müraciət edir. Uşaqda zəiflik və qarında ağrı var. Gecələr temperaturu 37, 9 °C dərəcə olur, iştahası azalıb, tez - tez sidiyə gedir, sidiyin rəngi tünddür. Uşağın dili qurudur, ağ ərplə örtülüb, qaraciyər, dalaq böyüməyib. Uşaqda hansı xəstəlik ola bilər?
Ədəbiyyat:Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 422
Sual № 644
Ana 1 yaşında uşağı ilə feldşerə müraciət edir. Uşaq 3 gündür xəstədir. Ana öskürəkdən, güclü zökəmdən, zəiflikdən, iştahasızıqdan və yuxunun pis olmasından şikayət edir. Uşaqda hansı xəstəlik ola bilər?
Ədəbiyyat:N. N. Əliyev. M. M. Muxtarov Yoluxucu xəstəliklər. Bakı 1993 səh. 178
Sual № 645
Uşaq 3 yaşındadır. Bağçaya gedir. Xəstəliyi kəskin başlayıb, hərarəti 38, 5 C, qarnında ağrı var, 1 dəfə qusub. Uşaqda tez - tez selik və qanla qarışıq nəcis ifrazı var, uşaq narahatdır, gücənir, defekasiya ağrılıdır. Uşaq hansı xəstəlikdən əziyyət çəkir?
Ədəbiyyat:N. N. Əliyev. M. M. Muxtarov Yoluxucu xəstəliklər. Bakı 1993 səh. 49
Sual № 646
Ana 5 yaşlı qızı ilə feldşerə müraciət edir, uşağın narahat, əsəbi olduğunu, qarnında periodik ağrılardan şikayət etdiyini söyləyir. Uşaqda ürək bulanma, anus nahiyəsində qaşınma, gecə sidiyi saxlaya bilməmək, iştahanın və yuxunun pozulması var. Hansı xəstəlikdən şübhələnmək olar?
Ədəbiyyat:Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 586
Sual № 647
Ana 5 yaşlı uşağının bədənində səpgilər olduğundan feldşerə şikayət edir. Uşağın temperaturu normaldır, üzündə, bədənində və ətraflarında xırda papulyoz çəhrayı səpgilər var, dərinin rəngi dəyişib. Boyun ardı limfa düyünləri əllənir, ağrısızdır. Əsnək qızarmışdır. Hansı xəstəlikdən şübhələnmək olar?
Ədəbiyyat:Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 497
Sual № 648
Feldşerin qəbuluna 6 yaşlı uşaq gətirmişlər. Uşaq 2 həftədir davamlı olaraq öskürür, öskürək tutmaşəkilli olub, ən çox gecə artır və bəzən qusma ilə müşayət olunur. Uşağa vaksinasiya edilməyib. Tutmalar arası uşağın vəziyyəti kafi, temperaturu 36, 6C olur. Hansı xəstəlikdən şübhələnmək olar?
Ədəbiyyat:Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 507
Sual № 649
Ana 6 yaşlı uşaqla feldşerə müraciət edib. Uşaq gecə xəstələnib, temperaturu 39, 0 C - yə qalxıb. Uşaqda baş ağrısı, udqunma zamanı boğazda ağrı var. Səhər tezdən bədənində qırmızı nöqtəvari səpgilər əmələ gəlib, ağız - burun üçbucağı avazımışdır. Hansı xəstəlikdən şübhələnmək olar?
Ədəbiyyat:Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 514
Sual № 650
Feldşer 5 yaşlı uşağı yoxlayarkən aydın olur ki, uşaq 2 gündür xəstədir. Uşaq ağzını açarkən, çeynəyərkən, başını çevirərkən ağrı olmasından şikayt edir. Temperaturu 38°C, hər iki tərəfdən qulaq ətrafı şişmiş ağrılıdır. Uşaqda hansı xəstəlik ola bilər?
Ədəbiyyat:Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 503
Sual № 651
Pasternatski simptomu hansı metodla yoxlanılır?
Ədəbiyyat:: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 422
Sağlam uşaqda normada sidiklə şəkər ifraz olunmamalıdır. Əks halda bu, xəstəlik sayılır.
Sual № 652
Qlomerulonefrit xəstəliyi keçirmiş uşaqlar neçə il dispanser nəzarətdə saxlanılır?
Ədəbiyyat:: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 433
Sual № 653
Qlomerulonefrit xəstəliyi iə stasionardan evə yazılan uşaq neçə müddət ambulator müalicə almalıdır?
Ədəbiyyat:: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 433
Sual № 654
Yenidoğulmuş uşağın çəkisi nə qədər olduqda bağlı küvezə qoyulur?
Ədəbiyyat:: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 116
Sual № 655
Uşaqlarda disbakteriozun müalicəsində təyin edilir.
Ədəbiyyat:: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 568
Sual № 656
Fellinq sınağı hansı xəstəliyin diaqnostikası məqsədilə aparılır?
Ədəbiyyat:: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва1986. стр. 203
Sual № 657
Uşaqlarda revmatik xoreya özünü hansı şəkildə biruzə verir?
Ədəbiyyat:: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 264
Sual № 658
Revmatizmin ikincili profilaktikası hansı preparatla aparılır?
Ədəbiyyat:: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 267
Sual № 659
İntoksikasiya, qarında və beldə ağrı, Pasternatski simptom (+) olması böyük yaşlı uşaqlarda hansı xəstəliyin mövcud olduğunu göstərir.
Ədəbiyyat:: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 423
Sual № 660
Oral dehidratasiya məqsədilə uşağa nə təyin olunur.
Ədəbiyyat:: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 564
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?