Feldşer

1.212 elementdən 681-700 arası göstərilir.

Sual № 681

Südəmər uşaqlarda rinit zamanı tənəffüsün pozulması nə ilə müşahidə olunur?

  Ədəbiyyat:: Y. P. Bisyarina. Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 23

Sual № 682

Larinqotraxeitin ağırlaşması nədir?

  Ədəbiyyat:: Y. P. Bisyarina. Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 21

Sual № 683

Uşaqlarda burun - udlaq keçəcəyinin iltihabı necə adlanır?

  Ədəbiyyat:: Y. P. Bisyarina. Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 21

Sual № 684

Mərkəzi sinir sisteminin zədələnməsi zamanı ürək fəaliyyətini tənzimləmək üçün hansı istifadə olunur?

  Ədəbiyyat:: Ə. Tağıyev. Neonatalogiya. səh. 467

Sual № 685

Xəstə uşaqların dispanzerizasiyası nədir?

  Ədəbiyyat:Səhiyyə Nazirliyi Əhalinin dispanzerizasiyası baradə. əmr 777 Bakı 1987 səh. 18

Sual № 686

Uşaqlarda müxtəlif xəstəliklər zamanı toksikozun tez - tez baş verməsi nə ilə əlaqədardır?

  Ədəbiyyat:Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 77

Sual № 687

Əməliyyatdan sonra alətləri yuyucu məhlulda neçə dəqiqə saxlamaq lazımdır?

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı.(səh 284) N.P.Paleyev Bakı-1991
Əməliyyatdan sonra bütün alətlər yuyucu məhlulda 15 dəq saxlanılır sonra mexaniki üsulla təmizlənərək sterilizasiyaya verilir.

Sual № 688

Hemotoraks zamanı qan hara yığılır?

  Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 298) N.P.Paleyev Bakı-1991
Ağciyər damarları və ya qabırğarası arteriyalar zədələndikdə qan plevra boşluğuna tökülür. Hemotoraks artdıqda çoxlu qan itirilir, tənəffüs və qan dövranı pozulur.

Sual № 689

Qanköçürmədən sonra tibb işçisi hansı göstəricilərə fikir verməlidir?

  Ədəbiyyat:: Tibb bacısının məlumat kitabı.(səh 352) N.P.Paleyev Bakı-1991
Qan köçürmə qurtardıqdan sonra xəstə 2 saat uzanmalı,A/T, nəbz, diurezə və tempratura nəzarət ilk 4 saatda ciddi aparılmalıdır.

Sual № 690

Hansı mərhələ infeksiyalaşmış yaranın 1-ci fazanı əks etdirir?

  Ədəbiyyat:Ümumi cərrahlıq. B.X.Abasov Bakı-1987. (səh 317)
İnfeksiyalaşmış yaranın birinci fazası hidrotasiya, ikinci fazası isə dehidrotasiya adlanır. Hidrotasiya fazasında damarların genişlənməsi, qızartı, ödem, ağrı, damar keçiriciliyinin pozulması, toxumaların infiltrasiyası baş verir.

Sual № 691

Elektrotravmalarda ilk görüləcək vacib tədbir hansıdır?

  Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 573) N.P.Paleyev Bakı-1991
Ən əvvəl cərəyan mənbəyini açmalı (cərəyan altında olan adama ancaq rezin əlcək və uzunboğaz çəkmə geyinmiş halda əl vurmaq olar).

Sual № 692

Zədələnmələrdə hansı müddət ərzində soyuq qoymaq lazımdır?

  Ədəbiyyat:: Tibb bacısının məlumat kitabı. (səh 351) N.P.Paleyev Bakı-1991
İlk yardım kimi 1 gün əzilmiş yerə sıxıcı sarğı, buz qovuğu, soyuq kompres qoymaq, qansızmanı və ağrını azaltmaq üçün zədələnmiş nahiyyəyə dinclik vermək lazımdır.

Sual № 693

Tetanus əleyhinə zərdabın durulaşdırılmış dəri içi sınağı üçün işlədilən nisbəti:

  Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. (səh 150).
Tetanus əleyhinə zərdabın vurulma təlimatında göstərilmişdir: Tetanus əleyhinə zərdab Bezredko üsulu ilə 3 sınaqdan sonra əzələ daxilinə vurulur.

Sual № 694

Yarada olan spesifik qoxunu azaltmaq üçün hansı antiseptik məhlul işlədilir?

  Ədəbiyyat:: Ümumi cərrahlıq.(səh 60) B.X.Abasov Bakı-1987
0.1-0.05%-li kalium-permonqanat məhlulu ilə çürüntülü, irinli, yaraları yuyarkən yaxşı nəticə verir, yaranın qoxusunu aradan qaldırır.

Sual № 695

Anaerob infeksiyaların törədiciləri hansılardır?

  Ədəbiyyat: Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. (səh 147).
Klostridilər oksigensiz mühitdə yaşayaraq inkişaf edən, spor əmələ gətirən mikroorqanizmlərdir. 4 növü var: Cl. oedematiens, Cl.perfrinqens, Cl. septrcum və Cl. histolyticum. Çox vaxt xəstəliyin inkişafında bu bakteriyaların bir neçəsi iştirak edir.

Sual № 696

Hipertonik imalə üçün natrium-xlorun neçə faizli məhlulu işlədilir:

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı. (səh 47) N.P.Paleyev Bakı-1991
Hipertonik imalə peristaltikanı birdən-birə artırmadan bağırsaqları yumşaldır. Natrium-xlorun 10-li hipertonik məhlulundan ilıq halda 100-200ml imalə üçün işlədilir.

Sual № 697

Mədəyə zond salınarkən nə üçün püskürmə (aerozol) şəklində anesteziya etmək olmaz?

  Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 65) N.P.Paleyev Bakı-1991
Anesteziya edici maddə udlağın selikli qişasını və dilin kökünü anesteziya edir, udma aktı pozulduğu üçün zondu udmaq mümkün olmur. Udma və qusma aktı refleksləri olmadığı üçün çox çətinliklər yaranır.

Sual № 698

Mədənin zondlanmasında hansı anesteziya növündən istifadə olunur?

  Ədəbiyyat:: Tibb bacısının məlumat kitabı.(səh 65) N.P.Paleyev Bakı-1991
Anestetik maddə refleksləri aradan qaldırdığı üçün heç bir anesteziya növündən istifadə edilmir.

Sual № 699

İmalə üçün istifadə olunmuş ucluqlar istifadədən sonra nə edilir?

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı.(səh 46) N.P.Paleyev Bakı-1991
3%-li xloramin məhlulunda 60 dəq saxlanılır, sonra axar su altında yuyulub qurudulur.

Sual № 700

İmalə üçün istifadə olunan ucluqlar neçə faizli xloramin məhlulunda dezinfeksiya olunur?

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı.(səh 47) N.P.Paleyev Bakı-1991
İmalədən sonra istifadə olunan ucluqlar 3%-li xloramin məhlulunda 60 dəqiqə dezinfeksiya edilir sonra axar su altında yuyularaq qurudulur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×