Feldşer

1.212 elementdən 701-720 arası göstərilir.

Sual № 701

Qanköçürmədən sonra flakonda müayinə üçün saxlanılan qanın saxlanma müddəti nə qədərdir?

  Ədəbiyyat: Ümumi cərrahlıq. (səh 175) B.X.Abasov Bakı-1987
Xəstədə heç bir reaksiya olmadıqda belə 24 saat ərzində köçürülən qandan 5-10ml flakonun dibində saxlanılır ki, gecikmiş reaksiyalar olarsa, reaksiyaların səbəbləri aydınlaşdırılsın.

Sual № 702

Anamnezində bu xəstəlikləri keçirmiş insanlar donor ola bilməz?

  Ədəbiyyat:Ümumi cərrahlıq.(səh 167) B.X.Abasov Bakı-1987
Donorun qanı sifilisə, QİÇS (qazanılmış immun çatmamazlığı sindromu) infeksiyasına, brüselyoza, tülyaremiyaya, vərəmə, malyariyaya, hepatitlərə qarşı yoxlanılır. Hepatit xəstəliyi keçirdən insanlar donor ola bilməz.

Sual № 703

Hansı dərəcəli yanıqlar dərin yanıqlara aid edilir?

  Ədəbiyyat:: Tibb bacısının məlumat kitabı.(səh 281) N.P.Paleyev Bakı-1991
Yanıqların dərinliyi onların dərəcəsi ilə ayırd edilir:I dərəcəli yanıqda dəri qızarır və şişır,II dərəcəli yanıqda-dərinin üzərində, içərisində açıq seroz maye olan suluqlar əmələ gəlir;III A dərəcəli yanıqda dərinin üst qatları nekrozlaşır. III B dərəcəli yanıqda dərinin bütün qatları nekrozlaşır.IV dərəcəli yanıqda bütün toxumalar hətta sümük toxuması da nekrozlaşır.I-III A dərəcəli yanıqlar səthi,III B_IV dərəcəli yanıqlara aid edilir.

Sual № 704

Yanıq xəstəliyinin 2-ci fazası necə adlanır?

  Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 284) N.P.Paleyev Bakı-1991
Yanıq xəstəliyinin inkişafında 4 faza ayırd edilir 1.Yanıq şoku. 2. Toksemiya. 3. Septikotoksemiya. 4. Rekonvalensensiya. Toksemiya fazası 3-4-cü gündən sonra başlayıb 15 günə qədər davam edir. Şiddətli toksemiya və intoksikasiya ilə müşayiət olunur.

Sual № 705

Ətraf amputasiya olunduqdan sonra qalan güdülə hansı sarğı qoyulur?

  Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 310) N.P.Paleyev Bakı-1991
Qayıdan sarğı dairəvi nahiyələrə, başa, amputasiyadan sonrakı güdülə qoyulur.

Sual № 706

Mastit nəyin iltihabıdır?

  Ədəbiyyat:Cərrahiyyə (səh 206) H.A.Sultanov.Bakı-1997
Mastitlər kəskin və xroniki olurlar.Kəskin mastit ən çox doğuşdan sonra baş verir.Xəstəliyi törədən mikroblar stafilokokklar və streptokokklardır.Mikroblar ən çox süd vəzisinin giləsinin çatlarından daxil olur.Süd axarlarında durğunluğun olması bu prosesi sürətləndirir.

Sual № 707

Əməliyyat tibb bacısı planlı əməliyyatlara hazırlıq məqsədilə neçə saat əvvəl əməliyyat otağında olmalıdır?

  Ədəbiyyat:Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 75) M.M.Abakumov.Moskva-1985
Əməliyyat tibb bacısı əməliyyat otağına əməliyyatdan 1.5 saat tez gələrək, əməliyyat planına uyğun alətlər dəstini, steril sarğı materiallarını, alət- avadanlıqları və s. işə hazırlayır.

Sual № 708

Biksi doldurmazdan əvvəl nə ilə silmək lazımdır?

  Ədəbiyyat:Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 45) M.M.Abakumov.Moskva-1985
Biksi doldurmazdan əvvəl içərisi və bayırı 0.5%-li naşatır spirti ilə silinir.

Sual № 709

Hansı əməliyyatlarda xəstəyə Trendelenburq vəziyyəti verilir?

  Ədəbiyyat:: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 19) M.M.Abakumov.Moskva-1985
Bu vəziyyətdə xəstənin başı aşağı, çanaq və ayaqları isə yuxarda olmalıdır. Trendelenburq vəziyyəti düz bağırsaq və cinsiyyət orqanlarında aparılan əməliyyatlarda istifadə edilir.

Sual № 710

Təzə yaranın xarakterizə edən kliniki simptomlar hansılardır?

  Ədəbiyyat:: Tibb bacısının məlumat kitabı(səh 342) N.P.Paleyev Bakı-1991
Kliniki olaraq yaraların 3 xassəsi vardır: ağrı, yara ağzının açıq olması və qanaxma

Sual № 711

Sınıqları təsbit (fiksə) etmək üçün hansı sarğıdan istifadə olunur?

  Ədəbiyyat:: Tibb bacısının məlumat kitabı(səh 291) N.P.Paleyev Bakı-1991
Sınıqları təsbit (fiksə) etmək üçün gips sarğısı qoyulur. Gipc sarğısı bərkidikdən sonra sonra fiksəedici xüsusiyyıti çoxaldığı üçün istifadə olunur.

Sual № 712

Planlı əməliyyata xəstə bilavasitə nə vaxt hazırlanır?

  Ədəbiyyat:: Tibb bacısının məlumat kitabı.(səh 317) N.P.Paleyev Bakı-1991
Əməliyyatdan bir gün əvvəl xəstə tam sanitar işlənir, yataq ağları və alt paltarları dəyişdirilir. Əməliyyat günü əməliyyat sahəsi tüklərdən təmizlənir,və xəstə ac- qarına əməliyyat otağına gətirilir.

Sual № 713

Qalxanabənzər vəzidə aparılan əməliyyat necə adlanır?

  Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 316) N.P.Paleyev Bakı-1991
Trieotoksiki uru olan xəstələrdə strumektomiya əməliyyatı aparılır.

Sual № 714

Zimnitski sınağı üçün xəstəyə neçə qab verilir?

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı.(səh 316) N.P.Paleyev Bakı-1991
Zimnitski üsulu ilə böyrəklərin funksiyasını öyrəndikdə xəstə adi pəhrizdə olur və o, sutka ərzində hər 3 saatdan bir çıxan sidiyi ayrıca qaba yığır. 8 qabdakı sidiyin hərəsinin miqdarını və xüsusi çəkisini ayrıca təyin edirlər.

Sual № 715

Sağlam insan hansı yaş həddində qan donoru ola bilər?

  Ədəbiyyat:Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2006-cı il 112 saylı qərarı
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2006-cı il 112 saylı qərarına əsasən 18-65 yaş arasında hər bir sağlam insan donor ola bilər. 65 yaşdan yuxarı ilkin donorluğa cəlb olunma qərarı cavabdeh həkimin rəyi əsasında verilə bilər.Hər donor 8 həftədən bir (ildə 5-6 dəfə) qan verə bilər.

Sual № 716

Tetanus əleyhinə anatoksin hansı məqsədlə işlədilir?

  Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 219) N.P.Paleyev Bakı-1991
Bütün açıq zədələnmələrin hamısında xüsusilə yaralanma,yanıq və donmalarda xəstələrdə aktiv immunitet yaratmaq məqsədilə Bezretko üsulu ilə sınaqdan sonra 0.5-1 ml anatoksin vurulur.

Sual № 717

Eventerasiya nədir?

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı.(səh 324) N.P.Paleyev Bakı-1991
Qarının üzərində sarğı birdən-birə seroz qanlı maye ilə bulaşarsa və onun altı şişmiş olarsa bu yara tikişlərinin açılmasını və bağırsaq ilgəyinin bayıra çıxmasını göstərir ki,buna cərrahlıqda eventerasiya deyilir.

Sual № 718

Əməliyyatda işlədilən sarğı materialı irinlə çirklənibsə nə etmək lazımdır?

  Ədəbiyyat:Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 99) M.M.Abakumov.Moskva-1985
Sarğı materialı irinlə çirklənibsə onu yandırırlar,infeksiyanın yayılmasının qarşısını almaq üçün ancaq bu üsuldan istifadə olunur.

Sual № 719

Qastroskopiya zamanı hansı anestetik məhluldan istifadə edilir?

  Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 152) M.M.Abakumov.Moskva-1985
Udlağın selikli qişasını ağrısızlaşdırmaq və udma aktını reflektor olaraq aradan qaldırmaq üçün 1%-li dikain məhlulu sürtülür.

Sual № 720

Sorulan sintetik saplara hansı saplar aid edilir?

  Ədəbiyyat:: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 69) M.M.Abakumov.Moskva-1985
Vikril saplar toxumalar tərəfindən inkapsulyasiya edilərək tədricən sorulur.Müasir cərrahlıqda geniş istifadə olunur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×