Feldşer
1.212 elementdən 721-740 arası göstərilir.
Sual № 721
Əməliyyat blokunda neçə qoruyucu zona vardır
Ədəbiyyat:Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 4) M.M.Abakumov.Moskva-1985
Əməlyyat blokunda üç qoruyucu zona ayırd edilir.Əməliyyat otağı,əməliyyat önü otaq, avtoklaf-sterilizasiya otağı(material otağı)
Sual № 722
Toxumalar arasına qanın toplanması necə adlanır?
Ədəbiyyat:N.R.Paleyev “Tibb bacısının məlumat kitabı”. Bakı 1991. Səh 306.
Yumşaq toxumaların qapalı zədələnməsi-əzilmə adlanır. Bu vaxt kapilyarlar partlayır və toxuma arasına qan yığılır ki, bu da hematoma adlanır.
Sual № 723
Barmaqlarda əməliyyat zamanı tətbiq olunan yerli anesteziya hansıdır?
Ədəbiyyat:: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.279
Novokainin 1-2%li məhlulundan istifadə edib, müəyyən nahiyəni innervasiya edən bilavasitə sinir kötüyünə və ya ətraf toxumalara vurmaqla sinir keçiriciliyini müvəqqəti pozmaq olur ki, buna ötürücü, məhəlli və ya oberst Lukaşeviç üsulu deyilir.
Sual № 724
Körpücük sümüyünün sınıqlarında hansı sarğı qoyulur?
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 295
Bazu oynağında immobilizasiya və yuxarı ətrafı bədənə fiksə edən dörd turdan ibarət sarğıdır. Körpücük sümüyü sınaqlarında qoltuq altına bərk bir şey qoyub, bazu oynağını yuxarı qaldırıb döş qəfəsindən bir qədər aralayıb, sonra bazunu bədənə sıxıb sarıyırlar.
Sual № 725
Döş qəfəsinin yaralanmalarında hermetiklik yaradan sarğı hansıdır?
Ədəbiyyat:: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh 299.
Döş boşluğunun zədələnməsində qorxulu ağırlaşmalardan biri pnevmotoraksdır, yəni plevra boşluuna hav yığılmasıdır. Ağ ciyər deşikdikdə hər dəfə nəfəs aldıqda, plevra boşluğuna dolan hava tədricən ağciyəri sıxışdırıır (atelktaz) yaranır. Güllə, qəlpə və bıçaq yaralarında plevra boşluğunda təzyiqə atmosfer təzyiqindən aşağı olduğu üçün bura bayırdan hava dolur. Bunun qarşısını almaq üçün okkluzyon (hermetik) sarğı qoyulur.
Sual № 726
Bərk sarğılara hansı sarğı aiddir?
Ədəbiyyat:: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 312
Bədənin sınmış yerinə tam rahatlıq vermək üçün gips sarğılarından istifadə olunur.
Sual № 727
Flakonda qanın infeksiyalaşmasını göstərən əlamət hansıdır?
Ədəbiyyat:: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 164
Qan infeksiyalaşdıqda təbəqələr arasında sərhəd itmir. Plazma bulanır, sapa və çöpəbənzər liflər topalarla və qan laxtaları ilə rast gəlinir.
Sual № 728
Resus amili qanın hansı elementində yerləşir?
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 165
İnsanların 85%-nin eritrositlərində xüsusi antigen vardır. Belə şəxslərin qanı (Rh+) sayılır antigen olmayanlar isə (Rh-) hesab olunur.
Sual № 729
Narkozdan əvvəl xəstəyə premedikasiyanı kim təyin edir?
Ədəbiyyat:: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 189
Premedikasiya xəstənin dərmanlarla əməliyyata hazırlanmasıdır. (Əməliyatdan 40 dəqiqə əvvəl) həkim anestezioloq dərmanları təyin edir.1 ml 1%-li promedol 0.1%-li 1 ml atropin və 1 ml 1%-li dimedrol.
Sual № 730
Yataq yaralarının profilaktikası üçün görülməyən tədbir hansıdır?
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 197
Ağ ciyərlərdə durğunluğu və pnevmoniyanın profilaktikası üçün tənəffüs gimnastikası tətbiq edilir. Bunun yataq yarasına dəxli yoxdur.
Sual № 731
Kəsilmiş təzə yaranın ən təhlükəli simptomu hansıdır?
Ədəbiyyat:: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 312
Yaranın 3 əsas yerli simptomu var: ağrı, qanaxma və yara ağzı. Lakin ən təhlükəli simptom qanaxma hesab edilir.
Sual № 732
Cərrahi əməliyyatlar zamanı drenajlar nə üçün qoyulur?
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 322
İrinli yaraların müalicəsində yerli müalicə vasitəsi kimi işlədilir. Yarada drenaj qoymaqla qramullyasiya əmələ gəlməsi prosesini sürətləndirməkdir.
Sual № 733
I-II dərəcəli termiki yanıq zamanı həkiməqədərki yardım hansıdır?
Ədəbiyyat:: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 292
I-II dərəcəli yanıqlar səthi yanıqlara aiddir. Bütün hallarda fərdi sarğı paketi və ya steril bintlə sarğı qoyulmalıdır. Ətraflarda I-II dərəcəli yanıqlar olduqda 10-15 dəqiqə axar soyuq su altında saxlanmalıdır.
Sual № 734
Limfadenit nəyin iltihabıdır?
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 348
Limfatik vəzilərin iltihabıdır. Xəstədə limfadenit olan ətrafın filliyi (fil ayağı xəstəliyi) başlayır.
Sual № 735
Yaş qanqrena zamanı ilk tibb yardım hansıdır?
Ədəbiyyat:: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 459
Yaş qanqrena çox vaxt daxili orqanlarda:boğulmuş yırtıqda, bağırsaq keçməməzliyində, aşağı ətraf qan damarlarının kəskin trombo-emboliyasında, ağır yaralanmadan qan dövranının kəskin pozulmasından sonra əmələ gəlir.Toxumalarda parçalanmış məhsullar orqanizmə sorularaq ağır intoksikasiya törədir ki,bu quru qanqrenada olmur
Sual № 736
Məhdud irinlik necə adlanır?
Ədəbiyyat:: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 339
İrinləmə deməkdir. Abses məhdudlaşmış iltihblı irinlik olub toxumaların əriyərək əmələ gətirdiyi boşluğun içərisinə irinin dolmasıdır.
Sual № 737
Əməliyyatdan sonrakı dövr, neçə fazaya bölünür?
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 194
Əməliyyatdan sonrakı dövr 3 fazaya bölünür:1-ci faza-erkən, 3-5 gün ,2-ci faza-xəstənin stasionardan çıxdığı günə qədər, 3-cü faza əmək qabiliyyəti bərpa olunana qədər.
Sual № 738
Əməliyyatdan sonra xəstəyə qulluğun məqsədi nədir?
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 196
Tam aseptik şəraitdə toxumalrla ehtiyatlı hərəkət edib anatomik şərh olunan bu dövr bütövlükdə regenerasiya prosesini sürətləndirməyə yönəldilir.
Sual № 739
Sınığı təsdiq edən əsas müayinə üsulu hansıdır?
Ədəbiyyat:: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 266
Sınığın diaqnostikası üçün rentgen müayinəsinin(qrafiyanın )2 proyeksiyada olması vacibdir.
Sual № 740
Qanın laxtalanma müddəti normada neçə dəqiqədir?
Ədəbiyyat:: H.A.Sultanov,Cərrahiyyə Bakı-1997.Səh.75
Xəstənin qanı laxtalanmadıqda və ya laxtalanma qabiliyyəti aşağı olduqda qanaxma öz-özünə dayanmır.Bu hemofiliya xəstəliyi olub,yalnız kişilərə məxsus olan xəstəlikdir.qanın laxtalanma qabiliyyətinin aşağı düçməsi virus hepatitinə yoluxmuş xəstələrdə müşahidə edilir.Laxtalanmanın normaya salınması üçün dərmanlardan istifadə edilir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?