Feldşer

1.212 elementdən 741-760 arası göstərilir.

Sual № 741

II dərəcəli donma üçün xarakterik əlamət hansıdır?

  Ədəbiyyat:: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 287.
Dəri avazıyır, şişir içərisində şəffaf maye olan suluqlar əmələ gəir.Sarğılar gec-gec dəyişilməli, donmuş yerə isidici sarğı qoyulur.

Sual № 742

Kəllə-beyin travmaları zamanı əsas simptom hansıdır?

  Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh.228
Ən çox rast gəlinən forması beyin sarsıntısıdır. O yüngül orta, ağır dərəcələrə bölünür. Bütün formalarda xəstənin huşu pozulur. Retroqrad amneziya yaranır. Xəstədə güclü baş ağrıları, qulaqlarında küy, qusma, yuxunun pozulması və s. müşahidə olunur.

Sual № 743

Pnevmotoraks nədir?

  Ədəbiyyat:: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 233
Döş qəfəsinə havanın daxil olması pnevmotoraks adlanır.Dəri altı küt travmalar zamanı qabırğaların yerini dəyişən qəlpəli sınıqları ağciyərin parenximasını və plevranı zədələyirsə bu zaman pnevmotoraks əmələ gəlir.Pnevmotoraks 3 formada:qapalı,açıq və qapaqlı(klapanlı)olur.

Sual № 744

Yanığın ən geniş yayılmış növü hansıdır

  Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 293
Termiki yanıqlar isti mayelərdən, qaynar sudan, isti xörəkdən, alovdan, qızmar dəmir parçasından, buzlardan və s. baş verir. Termiki yanıqlardan sonra yanıq xəstəliyi əmələ gəlir.

Sual № 745

Dəridə suluqların əmələ gəlməsi neçənci dərəcəli yanığa aiddir?

  Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 292
II-dərəcəli yanıqlarda suluqlar əmələ gəlir, içərisində seroz maye olur. Dərinin epidermisi soyulur və arasına seroz maye yığılğr. Bu epidermisin yanmasını göstərir.

Sual № 746

Sınıqların repozisiyası harada və nə vaxt aparılmalıdır?

  Ədəbiyyat:: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 268
Repozisiya-sınmış sümük fraqmentlərinin düz vəziyyətdə fiksasiyyasından, sınıq sümük parçalarının tam birləşərək döyənək əmələ gələnə qədər yerini dəyişməkdən ibarətdir.

Sual № 747

Bazu oynağının çıxığında ilk tibbi yardım məqsədilə hansı şina qoyulur?

  Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 266
Universal pilləli dəmir Kramer şinası immobilizasiya və ətrafa sakitlik vermək üçün işlədilir.

Sual № 748

Kəllə beyin travmaları zamanı ilk tibbi yardım göstərilərkən xəstə hansı vəziyyətdə olmalıdır?

  Ədəbiyyat:: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 358
Kəllə-beyin travmaları zamanı xəstəni mütləq arxası üstə uzadır, başını azacıq yuxarı qaldırıb, yana çevirir, qusuntu kütlələri və selikdən boğulmaması üçün tədbirlər görürlər.

Sual № 749

Donmalar zamanı ilk tibbi yardım nədən ibarətdir?

  Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 287
İsti otağa gətirilərək donmuş nahiyyəni qızdırmaq (suyun t0-200-dən 370-yə qədər). Periferiyadan mərkəzə doğru araqla, odekolonla ovmaq, sonra isə pambıqla aseptik sarğı qoyulur.

Sual № 750

I, II dərəcəli termiki yanıqlar zamanı ilk tibbi yardım nədən ibarətdir?

  Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 282
Səthi yanıqlara aiddir. Xəstənin vəziyyəti imkan verərsə 20-30 dəqiqə soyuq su altında saxlamaq, ağrını azaltmaq sonra isə aseptik sarğı qoymaq lazımdır.

Sual № 751

Uzunmüddətli sıxılma sindromu zamanı ilk tibbi yardım nədən ibarətdir?

  Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 346
Əzilmiş yerdən yuxarı, venaları sıxan (çox sıxmaq olmaz) turna qoyulur. Əzilmiş ətraf novokainlə blokada edilib buz qovuğu ilə soyudulur.

Sual № 752

Açıq pnevmatoraks zamanı ilk tibbi yardım nədən ibarətdir?

  Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 235
Hava döş qəfəsinə daxil olub, yaradan da xaric olur. Yara tənəfüsdə iştirak edir. Plevrapulmonol şokun qarşısını almaq üçün, hermetik okkulizyon sarğı qoyulur.

Sual № 753

Qabırğaların sınığı zamanı xəstəni hansı vəziyyətdə daşımaq olar?

  Ədəbiyyat:: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 305
Dartan leykoplastır sarğısını sınmış qabırğalara qoyurlar. Eni 5 sm zolaqlar xəstənin nəfəsvermə vəziyyətində onurğa sütunundan başlayıb qabaqda orta xəttə qədər qabırğa boyunca qoyulur. Xəstə yarım oturaq vəziyyətdə daşınır.

Sual № 754

Qanın maksimal saxlanma müddəti neçə gündür?

  Ədəbiyyat:: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 163
Konservləşmiş qan 21 günə qədər +4-6º temperaturda saxlandıqda yararlığını itirmir.

Sual № 755

Donor qanı soyuducuda hansı temperaturda saxlanmalıdır?

  Ədəbiyyat:: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 163
Donor qanı, qan əvəzedicilər, zərdab və vaksinlər +4-6°C -də saxlanılır.

Sual № 756

Aralıq nahiyyəsində hansı sarğı növündən istifadə olunur?

  Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.307
Aralıq nahiyəsində aparılan əməliyyatlardan sonra, aralıq nahiyəsinin travmalarında və irinli yaraların müalicəsində habelə digər məqsədlərlə T-şəkilli sarğı qoyulur.

Sual № 757

Bərk sarğılara hansı sarğı növü aiddir?

  Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.312
Bədənin sınmış yerinə tam rahtlıq vermək üçün gips sarğılardan istifadə edilir. Ətrafı saxlayır yaranı ikinci infeksiya düşmədən qoyulur.

Sual № 758

Donor kimə deyilir?

  Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 347
Donor dünyada qəbul edilmiş termindir. Qanını və orqanını verən şəxs donor adlanır.

Sual № 759

Resipient kimə deyilir?

  Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.346
Resipiyent qan köçürülən insana (şəxsə) deyilir.

Sual № 760

Aşağıdakı preparatlardan hansı narkozdan əvvəl premidikasiya məqsədilə mütləq işlədilməlidir?

  Ədəbiyyat:: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.314
Atropin şirə ifrazını azaldır. Əməliyyatdan əvvəl premedikasiya məqsədilə 0,1%- li atropin məhlulu 0,5-1 ml işlədilir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×