Feldşer
1.212 elementdən 61-80 arası göstərilir.
Sual № 61
Qanhayxırma nədir?
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.511 “Çıraq” 2008
Müxtəlif xəstəliklər, məsələn ağ ciyərin kavernoz vərəmi, ağ ciyər xərçəngi zamanı damarlar zədələnir , bu zaman xəstə öskürdükdə al qırmızı rəngdə qan və ya qanlı bəlğəm ifraz edir - buna qanhayxırma deyilir. Bəzən burundan və diş ətindən qanaxma nəticəsində qanhayxırma baş verir ki, buna yalançı qanhayxırma deyilir.
Sual № 62
Kollaps zamanı istifadə olunan dərman preparatları hansılardır?
Ədəbiyyat:: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 321
Mezaton damar büzücü, kofein MSS-nə stimulə edici təsir göstərir ki, bu da kollaps zamanı yaranan simptomları aradan qaldırır.
Sual № 63
Ağciyər qanaxması zamanı xəstəyə hansı vəziyyəti verilməlidir?
Ədəbiyyat:: Е.И.Чазов. «Неотложные состояния и экстренная помощъ». Москва «Медицина» 1990. Стр. 209.
Ağciyər qanaxması zamanı xəstədə aspirasiya baş verməsin və qanaxmanın artması üçün xəstəyə yarımoturaq vəziyyət verib, ayaqlarını aşağı salmaq daha məqsədəuyğundur.
Sual № 64
Rektoromanoskopiya hansı orqanın müayinə üsuludur?
Ədəbiyyat: C.N.Hacıyev. R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.215. “Təhsil” Bakı 1998.
Düz və siqmavari bağırsağın rektoskop adlanan cihazla müayinəsinə rektoromanoskopiya deyilir. Latınca “rekto”, yəni düz bağırsaq sözündən götürülüb.
Sual № 65
Anafilaktik şok dərman preparatlarının ən çox hansı yolla yeridilməsi zamanı baş verir?
Ədəbiyyat: Г.П.Матвейков «Справочник терапевта». Минск «Беларусь». Səh. 735
Dərman maddələri parenteral yolla yeridildikdə qana daha tez daxil olur. Buna görə də anafilaktik şok dərman preparatlarını ən çox bu yolla yeridilməsi zamanı baş verir.
Sual № 66
Kolonoskopiya hansı orqanın müayinə üsuludur?
Ədəbiyyat: C.N.Hacıyev. R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.214. “Təhsil” Bakı 1998.
Yoğun bağırsağların kolonoskop vasitəsilə gözlə müayinəsinə kolonoskopiya deyilir. “Kolon” latınca yoğun bağırsaq deməkdir.
Sual № 67
Yağ imaləsi nə vaxt aparılır?
Ədəbiyyat: C.N.Hacıyev. R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.205 “Təhsil” Bakı 1998.
Yağlı imalələr aparıldıqda xəstədə defekasiya 10-12 saatdan sonra baş verir. İsidilmiş 50- 100 ml yağ bağırsağa yeridilir, yağ bağırsağın divarı ilə axıb, nəcisi bürüyür, bağırsaq əzələlərini boşaldır və nəcisin çıxmasına kömək edir, ona görə nəcis kütlələrinin yaxşı yumşalması üçün yağ imaləsini axşam aparmaq lazımdır. Göstərilən digər hallarda isə təmizləyici və dərman imaləsindən istifadə edilir.
Sual № 68
İnhalyasiya dərman maddələrinin hansı yolla orqanizmə daxil edilmə üsuludur?
Ədəbiyyat:: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 50 “ Çıraq” 2008.
İnhalyasiya aparmaq üçün xüsusi aparatdan istifadə edilir. Bu aparatda dərman məhlulları xüsusi toz halına salınır və xəstə bu tozla nəfəs alır, bəzən dərman maddələri buxar halında da udulur, bunun üçün xüsusi buxar inhalyatorundan istifadə edilir.
Sual № 69
Kişilər üçün istifadə olunan kateterin uzunluğu nə qədərdir?
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 56 “ Çıraq” 2008
Kişilərdə sidik kanalının uzunluğu 25-30 sm-dir, ona görə də sidik kanalının uzunluğuna müvafiq olaraq 30 sm-lik kateterdən istifadə olunur.
Sual № 70
Dəm qazı ilə zəhərlənmənin ilkin əlamətləri hansılardır?
Ədəbiyyat: Е.И.Чазов. «Неотлож состояние экстренная помощъ». Москва «Медицина» 1990. Стр. 265
Dəm qazı hipoksik, neyrotoksik, hemotoksik təsirə malikdir. Bu da ilk növbədə lənglik, başgicəllənmə və huşun itməsinə səbəb olur.
Sual № 71
Öd kisəsinin rentgen müayinəsi üçün göstərilən maddələrdən hansı istifadə edilmir?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” . Səh. 102 “ Çıraq ” 2008.
Xolesistoqrafiya yolu ilə orqanizmə kontrast maddə yeritmək və sonra rentgen şəkli çəkməklə öd kisəsinin və öd yollarının formasını, funksiyasını öyrənirlər. Öd kisəsinin rentgen müayinəsi üçün tərkibində yod olan maddələrdən- xolevid, biliqnost və s. istifadə edilir . Barium bu zaman istifadə olunmur.
Sual № 72
Hansı vitamin suda həll olur?
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.113. “ Çıraq ” 2008
Vitaminlər 2 qrupa bölünür: suda həll olanlar və yağda həll olanlar. A,D,E,K vitaminləri yağda, C, B qrup vitaminləri, PP vtamini isə suda həll olan vitaminlərə aiddir.
Sual № 73
Hansı vitamin çatışmadıqda xəstədə gecə və ya toyuq korluğu olur?
Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh. 116 “ Çıraq ” 2008
A vitamini süddə, qaymaqda, xamada, kərə yağında, yumurtanın sarısında, qaraciyərdə və s. olur. A hipovitaminozunun erkən əlaməti gecə korluğu, selikli qişanın və dərinin quruluğudur.
Sual № 74
Sümüklərin normal inkişafı üçün hansı duzlar vacibdir?
Ədəbiyyat:: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.117. “ Çıraq ” 2008
Kalsium duzları orqanizmə sümüklərin normal böyüməsi üçün, bundan başqa qanın laxtalanması üçün, damar keçiriciliyini azaltmaq üçün lazımdır. Kalsiumun əsas mənbəyi süd, kəsmik, soya və göyərtidir. Kalsiuma gündəlik tələbat 1qr-dır.
Sual № 75
Kəskin sol mədəcik çatışmazlığı(ürək astması) tutması zamanı ətraflara turna qoyarkən tibb işçisi nəyə fikir verməlidir?
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh.505 “ Çıraq ” 2008
Kəskin sol mədəcik çatışmazlığı( ürək astması) zamanı çox vaxt ətraflara turna qoyulur. Bu zaman tibb bacisi mütləq yuxarıda göstərilənlərə əməl etməlidir, belə ki, turna ancaq venaları sıxaraq, ürəyə gedən qanın miqdarını azaltmalıdır; turna arteriyaları sıxsa müvafiq ətrafın qanla təchizatı pozular; ətraflardan turnaların hamısı eyni vaxtda açılsa xəstə kollapsa düşə bilər; arteriyalarda nəbz palpasiya edilməsə bu venayla birgə arteriyanın da sıxılmasını göstərir.
Sual № 76
Meteorizm hansı sistemin xəstəliklərinin əsas simptomlarındandır?
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 56 “ Çıraq ” 2008.
Meteorizm bağırsaqlarda patoloji qaz əmələ gəlməsidir, bu zaman qarın çox köpür, əsasən bağırsaq diskineziyası zamanı, enterokolit zamanı, qarın boşluğunda aparılan operasiyalardan sonra əmələ gəlir. Meteorizmi azaltmaq üçün xəstəyə aktivləşmiş kömür verilir, lazım gəldikdə qaz çıxarıcı boru qoyulur.
Sual № 77
Nikturiya nədir?
Ədəbiyyat: :C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh.224. “Təhsil” .Bakı 1998.
Nikturiya sidiyin miqdar pozğunluqlarına aid olub, sutkalıq sidiyin miqdarının yarısının və ya daha çox hissəsinin gecələr ifraz olunmasına deyilir, əsasən ürək –damar çatışmazlığınin gizli formasında və böyrəklərin xroniki çatışmazlığı zamanı müşahidə olunur.
Sual № 78
Dəm qazı ilə zəhərlənmə zamanı təxirəsalınmaz yardım?
Ədəbiyyat: Е.И.Чазов. «Неотложные состояния и экстренная помощъ». Москва «Медицина» 1990. Стр. 268
Dəm qazının hipoksik təsirini aradan qaldırmaq üçün xəstə dərhal təmiz havaya çıxarılaraq, oksigen inhalyasiyasına başlanılmalıdır.
Sual № 79
Sidikdə şəkərin miqdarını təyin etmək üçün sidik necə toplanır?
Ədəbiyyat: C.N. Hacıyev; R.Y. Əliyev. Xəstələrə qulluq. Səh.225. “Təhsil”. Bakı 1998
Sidiyi şəkərə yoxlamaq üşün xəstə səhər saat 8-də sidik ifraz edib, bu sidiyi tullayır, sonra səhəri gün səhər saat 8-ə kimi ifraz etdiyi sidiyi bir qaba toplayır, sonra tibb bacısı sidiyin ümumi miqdarını ölçür, qabı çalxalayıb, ondan 100-150 ml sidiyi təmiz, quru qaba töküb, laboratoriyaya göndərir.
Sual № 80
Zimnitski sınağı aparmaq üçün sidik neçə porsiyada yığılır?
Ədəbiyyat:C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 228 “Təhsil”. Bakı 1998
Zimnitski sınağı böyrəklərin orqanizmin müxtəlif patoloji və fizioloji vəziyyətlərinə uyğunlaşma qabiliyyətini müəyyən etməyə imkan verir. Bu sınaq zamanı xəstənin sutka ərzində hər 3 saatdan bir ifraz etdiyi sidik 8 porsiyada toplanaraq laboratoriyaya göndərilir. Zimnitski sınağının köməyi ilə sutkalıq, gündüz və gecə ifraz olunan sidiyin miqdarını, hər porsiyadakı sidiyin miqdarını və xüsusi çəkisi təyin edilir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?