Feldşer

1.212 elementdən 781-800 arası göstərilir.

Sual № 781

Qarın boşluğu orqanlarında aparılan əməliyyat zamanı xəstəyə hansı vəziyyət verilir?

  Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
Qarın boşluğunda əməliyyat aparılası zaman xəstənin ən düzgün vəziyyəti arxası üstə horizontal vəziyyətdir, çünki, bu zaman qarın boşluğu orqanlarının anatomik yerləşməsi və qarın divarı kəsildikdən sonra orqanlara daha qısa yolla çatmaq bu vəziyyəti tələb edir.

Sual № 782

Toxumaları aralayan alət hansıdır?

  Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 244
Toxumalar skalpellə kəsildikdən sonra Farabef qarmağı vasitəsi ilə aralanır ki, cərrahi yol bir qədər genişlənsin və patoloji proses yaxşı görünsün.

Sual № 783

Əməliyyatdan sonrakı dövrdə sidik ləngiməsinə qarşı aparılan tədbir hansıdır?

  Ədəbiyyat:: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 280
Əməliyyatdan sonra xəstədə operasion travmanın təsirindən sidik ləngiməsi ola bilir, bunu aradan qaldırmaq üçün tibb bacısı sidik kisəsinə kateter salmalıdır.

Sual № 784

Boğulmuş yırtıqlarda ilkin olaraq xəstəyə nə edilməlidir?

  Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 244
Boğulmuş yıtıqlarda yırtıq kisəsinin içərisinə tutumundan çox orqan və ya toxumalar keçir və geriyə qayıda bilmədiyi üçün boğulur. Bu zaman kəskin ağrı,şişkinlik hətta peritonit və bağırsaq keçməməzliyi əlamətləri başlayır. Bəzən kisənin içərisindəki orqanlar nekrozlaşdığı üçün xəstə təcili hospitalizə və əməliyyat olunmalıdır.

Sual № 785

Mədə-bağırsaq qanaxması zamanı həkimə qədər hansı yardım göstərilir?

  Ədəbiyyat:: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh. 337
Mədə-bağırsaq qanaxması zamanı qısa zaman ərzində xəstə çox qan itirir,kollaps və şok əmələ gələ bilər.Bu ağırlaşmaların qarşısını almaq üçün xəstəyə sakitlik verilir (hər bir hərəkət qanaxmanı artırır), qarın nahiyəsinə soyuq kompress, buz qovuğu qoyulur,qanın laxtalanmasını artıran preparat vurulur və hospitalizə olunur.

Sual № 786

Hemorroidal qanaxma zamanı ilk yardım hansıdır?

  Ədəbiyyat:: H.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh 226

Sual № 787

Əllərin pervomurla işlənməsi zamanı 5 lt hazır işçi məhlulundan neçə nəfər istifadə edə bilər?

  Ədəbiyyat:В.И.Маслов «Малая хирургия» Москва «Медицина» 1988.səh.27.
5 lt işçi məhlulda 15 nəfərdən artıq şəxsin əlləri dezinfeksiya olunarsa məhlulun dezinfeksiya edici xüsusiyyəti azaldığı üçün keyfiyyətsiz hesab olunur və əllər steril olmur.

Sual № 788

Ürəyin qapalı massajı zamanı xəstənin uzadıldığı yer necə olmalıdır?

  Ədəbiyyat:Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh. 121
Ürəyin qapalı masajı zamanı xəstənin uzadıldığı yer sərt olmazsa amortizasiya baş verir və bu zaman döş qəfəsinin daxilə yerdəyişməsi nəzərə çarpmır. Bu da masajın keyfiyyətsiz olmasına gətirib çıxarır.

Sual № 789

Reanimasion tədbirlərin effektivlik əlaməti hansıdır?

  Ədəbiyyat:: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh 121
Reanimasiya tədbirləri düzgün aparılarsa 30 dəqiqə ərzində yuxu arteriyası üzərində nəbz vurğuları hiss olunur ki, bu da qan dövranının bərpasını göstərir. Bəbəyin işığa reaksiyası bərpa olunur, bəbəklər daralır, bu da beyin toxumalarının qanla təchizatına dəlalət edir və sərbəst tənəffüs bərpa olunur.

Sual № 790

Kliniki ölüm vəziyyətindən çıxarmaq üçün əsas tədbirlər hansıdır?

  Ədəbiyyat:: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh 125
Kliniki ölümün bioloji ölümə keçməməsi üçün ilk növbədə həyati vacib orqanların xüsusilə də beyin hüceyrələrinin qanla və O2 –lə təcrizatını təmin etmək lazımdır. Bu məqsədlə tənəffüs yollarının keçiriciliyi bərpa olunur, eyni zamanda ürəyin qapalı masajı və süni tənəffüs edilir.

Sual № 791

Yetkin şəxslərdə ürəyin vasitəli massajı zamanı döş qəfəsinə təzyiq necə aparılır?

  Ədəbiyyat:: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh 124
Ürəyim vasitəli massajı zamanı döş qəfəsi içəriyə doğru 4-5 sm ekskursiya etsin deyə sol əlin ovucunun proksimal hissəsinə sağ əlin ovcunu qoymaqla təyziq edilir. Bu təzyiq nəticəsində ürəyin mədəciklərindəki qan damarlara qovulur.

Sual № 792

Vena daxili infuziya zamanı hava emboliyasının qarşısını almaq üçün hansı profilaktik tədbir görülür?

  Ədəbiyyat:: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 62
Birdəfəlik damcıladıcı sistemin icərisində hava olduqda hava emboliyası qorxusu olur, ona görədə sistemdən əvvəlcə hava qabarcıqları çıxarılır ki,belə ağırlaşma olmasın.

Sual № 793

Təmizləyici imalə zamanı xəstə hansı vəziyyətdə olamalıdır?

  Ədəbiyyat:: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.41
Düz bağırsaq sol qalça çuxuru nahiyyəsində yerləşdiyi üçün mayenin daha asan bağırsağa qovulması məqsədilə xəstə sol böyrü üstə sol ətraf qarına yığılmış vəziyyətdə olmalıdır.

Sual № 794

Köçürülən qan hansı dərəcəyə qədər isidilməlidir?

  Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 315
Bədən temperaturuna uyğun olması üçün köçürülən qan 37-38º C-yə qədər qızdırılmalıdır.

Sual № 795

Buz qovuğu əməliyyat sahəsində nə qədər saxlanmalıdır?

  Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 287
Buz əriyənə qədər buz qovuğu əməliyyat sahəsində saxlanılır. Buzun əriməsi isə temperaturdan asılı olaraq müxtəlif ola bilər.

Sual № 796

Venadan qan götürərkən turna nə vaxt açılır?

  Ədəbiyyat:: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 28
Iynə venadan turna açılmamış çıxarılarsa venadan qan xaric olar. Bunu nəzərə alıb iynəni çıxarmamış turnanı açmaq lazımdır.

Sual № 797

Hidronit əmələ gəlməsində risk faktoru hansıdır?

  Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 135
Hidrodnit - tər vəzilərinin iltihabıdır. Bu vəzilərə infeksiya düşdükdə əmələ gəlir. Şəxsi gigiyenaya riayət etmədikdə hidrodenit əmələ gəlməsi riski çoxalır.

Sual № 798

Bu patologiyaların hansında tetanus əleyhinə zərdab və anatoksin vurulur?

  Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 150
Bütün geniş sahəli təsadüfi yaraların hamısında passiv immunizasiya məqsədi ilə Bezredko üsulu ilə (sınaqlardan sonra) əzələ daxilinə 3000 BV tetanus əleyhinə zərdab və aktiv immunizasiya məqsədi ilə 0,5-1 ml anotoksin vurulur.

Sual № 799

Kəsilmiş yara üçün hansı xarakterikdir?

  Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 124
İti alətlərlə kəsilmiş yaralara xas olan əlamətlərdən biri, yara kənarlarının düz və hamar olmasıdır. Qan xaricə axır, irinləmə ehtimalı az olur.

Sual № 800

Endoskopik müayinədən əvvəl hansı anesteziya növündən istifadə olunur?

  Ədəbiyyat:: B.Q. Steçyuk.Sestrinskoe delo v xirurqii Moskva izdatelskiy dom QEOTAP-MED 2001. Səh. 179
Yerli olaraq udlaq nahiyyəsinə və dilin kökünə 1%-li dikain sürtülür.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×