Feldşer
1.212 elementdən 801-820 arası göstərilir.
Sual № 801
Əməliyyatdan sonrakı gün cərrahi yaranın ilkin sarğısı necə aparılır?
Ədəbiyyat:: B.X.Abasov. “Ümumi cərrahlıq”. Bakı 1985. Səh. 196
Əməliyyatdan sonrakı gün aseptik yara olduğu üçün üzəri yenidən yodonatla işlənir və quru aseptik sarğı qoyulur ki, yaraya infeksiya düşməsin.
Sual № 802
Yaralanma zamanı həkimə qədər göstərilən ilkin tibbi yardım hansıdır?
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 128
Təsadüfi yaralanma zamanı yaraya ətraf mühitdən infeksiyanın düşəcəyini nəzərə alıb üzərini aseptik sarğı qoyurlar və qanaxma qorxulu ağırlaşma verməsin deyə ilk növbədə qanaxma hər hansı bir üsulla saxlanılır. Yaranın xarakterindən asılı olaraq travmatik şokun profilaktikası üçün ağrıkəsici işlədilir.
Sual № 803
Ağciyər qanaxmasında xəstəni hansı vəziyyətdə daşımaq olar?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 512
Ağ ciyər qanaxmasında xəstədə tənginəfəslik əmələ gəldiyi üçün, xəstə yarım oturaq vəziyyətdə daşınır.
Sual № 804
Yuxu arteriyası zədələnərsə qanaxmanı necə saxlamaq olar?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 77
Yuxu arteriyası zədələrkən qan təzyiqlə axır və çox qısa müddətdə çoxlu qan itirildiyinə görə ölümə səbəb olur. Bu səbəbdəndə vaxt itirmədən yuxu arteriyası barmaqla boyun fəqərələrinə sıxılır.
Sual № 805
Qida borusunun kimyəvi preparatla yanığında ilk tibbi yardım kimi nə etmək lazımdır?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 121
Kimyəvi maddəni kənarlaşdırmaq üçün zərəçəkənə ilıq su içirdilir və şokun qarşısını almaq üçün ağrı kəsici prepatar vurulur.
Sual № 806
Nəqliyyat şinalarından hansı məqsədlə istifadə edilir?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 110
Zərərçəkəni daşıyarkən bəzən sınmış sümük fraqmentləri yerini dəyişir bu da ətraf toxumalarının və qan damarlarının zədələnməsinə səbəb olur. Ona görə zədələnmiş nahiyyə şinalar vasitəsi ilə imobilizasiya olunur.
Sual № 807
Çıxıqlar zamanı göstərilən ilk tibbi yardım hansıdır?
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 104
Çıxıqlar zamanı oynaq başı oynaq çüxurundan çıxır və oynaq kapsulasını zədələyərək yumşaq toxumaların arasına keçir. Bu zaman qanaxma, ağrı, şişkinlik əməmlə gəlir, qarşısını almaq üçün oynağa soyuq kompres qoyulur, oynaq fiksasiya olunur və ağrıkəsici preparat verilir.
Sual № 808
Aşağı çənənin çıxığında oynağı fiksasiya etmək üçün hansı sarğı növündən istifadə olunur?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 103
Sapandvari sargı enli bintin ucları iki hissəyə ayrılır və əks tərəflərdə bağlanılır. Bu sarğı aşağı çənəyə, buruna, başa qoyulur.
Sual № 809
Tısbağavari sarğı hansı nahiyələrə qoyulur?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 109
Diz və dirsək oynaqlarını sarımaq üçün münasibdir və qoyulma formasından asılı olaraq yaxınlaşan və uzaqlaşan formasıvar. Yaxınlaşan formada binti oynaqlardan yuxarıda və aşağıda dairəvi dolayıb oynaq çüxurunda çarpazlayırlar. Uzaqlaşan formada isə əksinə.
Sual № 810
Sapandvari sarğını hansı nahiyələrə qoyurlar?
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı.Çıraq nəşriyyatı 2008. səh.276.
Sapandvari sargıda enli bintin ucları iki hissəyə ayrılır və əks tərəflərdə bağlanılır. Bu sarğı aşağı çənəyə, buruna, başa qoyulur.
Sual № 811
İsti hava axını ilə işləyən quruducu şkafda optimal t°-nə qədər olmalıdır?
Ədəbiyyat:V.P.Abakumov. “Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı”. Moskva 1985. Səh 42
Bu şkafların üzərində t°-göstərən şkala olur. t°-180°-yə qalxdıqdan sonra sterilizasiyanın vaxtı hesablanır və 40 dəqiqə steriliasiya olur.
Sual № 812
Sterilləşdirilmiş tikiş sapları işlədilənə qədər necə saxlanılır?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 32
Ketqut və ipək tikiş sapları sterilizasiyadan sonra xüsusi şüşələrdə 70°-li etil spirtində saxlanılır.
Sual № 813
Dezinfeksiya nədir?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 182
null
Sual № 814
Sterilizasiya nədir?
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 29
Sterilizasiya müxtəlif üsullaların (yüksək temperaturun, buxarın, ionlşmış şüaların) təsiridən bütün mikroorqanizmlərin və onların sporlarının məhvidir.
Sual № 815
Antiseptika nədir?
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 241
Antiseptika-yaraya düşmüş mikrobların məhv edilməsi üçün görülən tədbirlər kompleksidir. Antiseptikanın 4 növü var: mexaniki, fiziki, kimyəvi və bioloji.
Sual № 816
Aseptika nədir?
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 241
Mikroblar yaraya ekzogen və endogen yolla düşür. Mikrobların yaraya düşməsinin qarşısını almaq üçün yaraya toxunacaq bütün əşyalar sterilizasiya olunur aseptik şərait yaradılır.
Sual № 817
Yetkin insanlarda sınıq nahiyəsində yaranmış hematoma sahəsini blokada etmək üçün neçə faizli və nə qədər novakain işlədilir?
Ədəbiyyat:V.İ.Maslov.Kiçik cərrahlıq.Moskva-1988.Səh(35)
Yetkin insanlarda sınıq nahiyəsində yaranmış hematomaya 1%-li novakaindən 30-50 ml vurulur.Ümumiyyətlə blokada məqsədilə 1%-li novakain 100 ml-dən artıq işlənməlidir.
Sual № 818
Tez bərkiməsi üçün gipsli langeti hansı temperaturlu suda islatmaq lazımdır?
Ədəbiyyat:: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 259
Gips soyuq suda bir qədər gec bərkiyir. Tez bərkiməsi üçün gipsli langet ilıq və duzlu suda isladılır.
Sual № 819
Bud sınıqlarında neçə qatlı langet hazırlamaq lazımdır?
Ədəbiyyat:: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 259
Düzgün cavab: 6-8 qatlı. Budun sınıqlarında 6-8 qatdan ibarət gipsli langet hazırlanır. Budun əzələləri güclü olduğu üçün nazik qatlı gips sarğısı qoyularsa sınıq qəlpələri yerini dəyişə bilər.
Sual № 820
Biksin universal yığımı necə olmalıdır?
Ədəbiyyat:М.С.Брукман «Руководство к практическим занятиям по хирургии». М:Медицина 1983. Səh. 32
Bir əməliyyat üçün lazım olan satğı materiallrı, əməliyyat ağları və əməliyyatın iştirakçılarının paltarları bir biksə yığılır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?