Feldşer
1.212 elementdən 821-840 arası göstərilir.
Sual № 821
Qanın uyğunlaşma sınağı planlı hemotransfuziya zamanı necə aparılır?
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 314
Resipientindən 2-3 ml qan götürülərək üzərinə 4%-li natrium-sitrat sentrafuqadan keçirilir. Alınan zərdabın üzərinə 2-3 damcı köçürüləcək qandan əlavə edilir və aqqlutinasiya reaksiyasının alınmasına nəzarət olunur
Sual № 822
Şüa yanıqları zamanı ilk tibbi yardım necə başlanılır?
Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 120
Dəri şüalandıqda qızarmış və qıcıqlanmış sahə çoxlu miqdarda su ilə yuyulur,sonra isə dozimetr ilə radiasiyanın dərəcəsi ölçülür.
Sual № 823
Yalnız bir sarğı otağı varsa yaraların sarınma ardıcıllığı necə olmalıdır?
Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 45
Bütün təmiz aseptik yaraların sarğısı təlimata uyğun olaraq əvvəlcə aparılır. Sonra isə irinli yaralar sarınır. İşin axrında dezinfeksiya işlərindən sonra bakteriosid lampa ilə şüalandırılır.
Sual № 824
Arterial turna düzgün qoyulduqda nə baş verir?
Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 77
Arterial turna düzgün qoyulubsa qanaxma dayanır və turnadan aşağı periferik nəbz vurğusu itir.
Sual № 825
Qarnın ön divarı yaralanmış zərərçəkəni necə daşımaq məqsədə uyğundur?
Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 128
Qarnın ön divarı zədələndikdə zərərçəkənin ayaqları uzanmış vəziyyətdə daşınarsa bu zaman yara ağzı genişlənir və yaradan orqanların xaric olması ehtimalı artır. Ona görə zərərçəkən arxası üstə uzanmış, ayaqlar qarına yığılmış vəziyyətdə daşınır və yaranın üzəri aseptik sarğı qoyulur. Zərərçəkənə qida və mayelərin qəbulu dayandırılır.
Sual № 826
Döş qəfəsi yaralanmaları zamanı hansı hermetik sarğıdan istifadə edilir?
Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 197
Döş qəfəsi yaralanmaları zamanı döş divarında plevra boşluğuna keçən dəlik olduqda hava döş divarı yarasından plevra boşluğuna daxil olur ki, bu da “pnevmotoraks” adlanır. Bu zaman həmin dəliyi qapamaq üçün hermerik sarğı lazım gəlir ki, bu sarğı okkuluzion sarğı adlanır.
Sual № 827
Qış fəslində Esmarx turnasının saxlanma müddəti nə qədərdir?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 77
Qış fəslində soyuğun təsirindən damarlar spazm yarandığı üçün turnadan aşağı hissədə toxumalarda qidalanma pozğunluğu daha tez baş verə bilər. Buna görə qış fəslində Esmarx turnası yaya nisbətən daha az müddət, 1-1,5 saat (yay fəslində 2 saat saxlanıla bilər).
Sual № 828
Yerli anesteziyanın üstün cəhətləri hansılardır?
Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 58
Yerli anesteziya zamanı anesteziya edici maddə yerli olaraq əməliyyat aparılacaq sahəyə yeridilərək yalnız həmin sahə anesteziya olunduğu üçün uzun müddətli əməliyyat hazırlığı lazım gəlmir.
Sual № 829
İnfiltrasion anesteziyada hansı preparatdan istifadə edilir?
Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 60
Bu üsulla əməliyyat nahiyyəsində toxumalar qat-qat 0,5%-0,25% -li novakain məhlulu yeridilməsindən ibarətdir.
Sual № 830
Onurğa beyin anesteziyasından sonra xəstənin daşınması hansı vəziyyətdə olmalıdır?
Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 62
Onurğa beyni anesteziyası kiçik çanaqda və aşağı ətraflarda əməliyyatlar zamnı aparılır. Anesteziyadan sonra xəstədə arterial təzyiqin aşağı düşdüyünə görə xəstələr onurğa beyin anesteziyasından sonra dərhal uzandırılmalıdır.
Sual № 831
Əməlyyat ağlarının steriliyinə ən dəqiq nəzarət üsulu hansıdır?
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 29
Ən etibarlı və dəqiq üsul bakterioloji nəzarət üsuludur. Bu üsulda sterilizasiya olunmuş materiallardan nümunə götürülərək bakterioloji laboratoriyaya göndərilir və əkmə yolu ilə nəzarət aparılır
Sual № 832
Sterilizasiyanın fiziki üsuluna hansı aiddir?
Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 30
Avtoklavlaşdırma zamanı yüksək temperatur və təzyiqlə (buxarla), yəni fiziki amillərlə sterilizasiya aparıldığına görə bu üsul sterilizasiyanın fiziki növünə aiddir.
Sual № 833
Əməliyyat sahəsinin işlənməsində hansı antiseptik məhluldan istifadə olunur?
Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 21
Əməliyyat sahəsinin işlənməsində halloid qrupuna aid kimyəvi aseptik maddə olan yodonatdan istifadə olunur.
Sual № 834
Əllərin işlənməsində hansı antiseptik məhluldan istifadə edilir?
Ədəbiyyat:: В.Г.Стецюк «Сестринское дело в хирургии». Səh. 46
Əllərin müasir işlənməsində pervomur məhlulundan istifadə olunur. Məhlul 33%-li hidrogen-peroksidlə, 100%-li qarışqa turşusunun qarışığıdır. Əllər mexaniki işləmədən sonra 2,4%-li pervomur məhlulunda bir dəqiqə müddətində saxlanılır. Üsul tezliyinə görə çox əlverişlidir. Pervomur məhlulu C-4 qarışığı da adlanır.
Sual № 835
Tikiş materialını yağsızlaşdırmaq üçün hansı məhlulda saxlayırlar?
Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 32
Tikiş sapları sterilizasiyadan əvvəl yağsızlaşdırmaq üçün efirdə saxlanılır.
Sual № 836
Quruducu şkafda sterilizasiyaya nəzarət üçün nədən istifadə olunur?
Ədəbiyyat:Y.A.Nesterenko “Cərrahi xəstəliklər”. Moskva 1983. Səh. 42
Quruducu şkafda 180-2200C-də alətlər sterilizasiya olunur. Sterilizasiyaya nəzarət üsulu tiomoçevinın yüksək temperaturda rənginin dəyişməsinə əaslanır.
Sual № 837
Halloidlər qrupuna hansı aiddir?
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 21
Yod halloid qrupuna aid olan kimyəvi element olduğuna görə, yod birləşməli antiseptiklər halloidlər qrupuna aid edilir.
Sual № 838
Arterial qanaxma üçün xarakterik əlamət hansıdır?
Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 73
Arteriyanın divarının zədələnməsi zamanı olan qanaxma arterial qanaxma adlanır. Arteriya damarlarında axan qan arterial qandır ki, bu da al qırmızı rəngdədir. Həmçinin qan ürəkdən birbaşa arteriyalara qovulduğuna görə nəbzlə sinxron, yəni nəbzvari olur. Deməli arterial qanaxmanın xarakter əlaməti nəbzvari al rəngdə qanın axmasıdır.
Sual № 839
Daxili qanaxmanın xarakter əlaməti hansıdır?
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 73
Daxili qanaxma zamanı qan boşluqlara-yəni, qarın boşluğu, döş boşluğu və s. həmçinin, borulu orqanların mənfəzinə axır. Bu zaman dövriyyədə olan qanın ümumi həcmi azaldığına görə dəri örtüyü avazıyır.
Sual № 840
Arterial qanaxmanın müvəqqəti dayandırılmasında hansı üsuldan istifadə olunur?
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 76
Arterial qanaxmalar zamanı qan gur və sürətlə axdığına görə xəstə tez bir zamanda çoxlu qan itirə bilər ki, bu da xəstənin ölümü ilə nəticələnə bilər. Həyati təhlükənin qarşısını almaq və xəstəni tibb müəssisəsinə çatdırana qədər vaxt itirməmək məqsədilə qanaxmanı müvəqqəti dayandırılmaq üçün damarları yumruqla və ya barmaqla yaxındakı sklet sümüklərinə sıxmaq lazımdır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?