Feldşer
1.212 elementdən 841-860 arası göstərilir.
Sual № 841
Onkologiyada ən etibarlı diaqnostik üsul hansıdır?
Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 165
Histoloji üsulda biopsiyada və ya əməliyyat zamanı kənarlaşdırılmış şiş toxumasından götürülən material üzərində hüceyrə səviyyəsində mikroskopik laborator müayinə aparılır. Buna görə də bu üsul onkologiyada ən etibarlı diaqnostik üsul sayılır.
Sual № 842
Metastaz nədir?
Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 163
Bəd xassəli şiş toxumasının hüceyrələri qan və limfa dövranı ilə digər orqan və toxumalara aparılır. Nəticədə şişin başqa orqan və toxumalara yayılması baş verir ki, bu metastaz adlanır.
Sual № 843
Bədxassəli şişlərin radikal müalicəsi hansı mərhələdə mümkündür?
Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 163
Bəd xassəli şişlərin radikal müalicəsi, yəni şişin ətraf toxumalar və limfa düyünləri ilə birlikdə götürülməsi metastaz yaranmadıqda aparılmalıdır. I stadiyada metastaz yoxdur, II stadiyada isə yaxın (ətraf) limfa düyünlərində olduğuna görə bədxassəli şişlərin radikal müalicəsi I-II stadiyada mümkündür.
Sual № 844
Kalkulyoz xolesistitdə ağrı necə başlayır?
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 234
Xolesistit öd kisəsinin iltihabi xəstəliyidir. Kalkulyoz xolesistit isə öd kisəsində daşların olması ilə gedən iltihabi xəstəlikdir. Öd kisəsi sağ qabırğa altında yerləşir. Daşlı və ya kolkulyoz xolesistitdə tutmaşəkilli, şiddətli, qəfləti ağrılar sağ qabırğa altında başlayır.
Sual № 845
Plantoqrafiya üsulu ilə nəyi öyrənirlər?
Ədəbiyyat::A.A.Mixaylov.Feldşerin məlumat kitabı 2-ci cild.Moskva-1990.Səh(67)
Plantoqrafiya üsulu ilə yastı pəncəliliyə müəyyən edirlər.Bunun üçün ayaqların altı asan yuyulan qara rənglərlə rənglənib ağ kağız üzərinə qoyulur.Sonra dərəcələrini həkim müəyyən edir.
Sual № 846
Mexaniki antiseptikaya aiddir:
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 343
Bütün təsadüfi yaralar mikrobla çirkləndiyinə görə 12 saatdan gec olmayaraq I-li cərrahi işlənməlidir (üz, boyun və əldən başqa). İşlənmə əl və alətlərlə aparıldığına görə bu üsul mexaniki işlənmə adlanır.
Sual № 847
Uzunmüddətli sıxılma sindromu zamanı ilk yardıma aid olmayan əlamət hansıdır?
Ədəbiyyat:: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 344
Ətrafların qızdırılması uzun müddətli sıxılma sindromu zamanı aparılan ilk yardıma aid deyil. Ətrafların qızdırılması zamanı sıxılmış toxumalarda yığılmış toksinlər qana sorularaq intoksikasiya yaratdığı üçün qətiyyən ətrafı qızdırmaq olmaz.
Sual № 848
Yumşaq toxumaların zədələnməsində ilk yardım hansıdır?
Ədəbiyyat:: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.366
Yumşaq toxumaların zədələnməsində hematoma yaranmasın deyə həmin nahiyyəyə soyuq (buz qovuğu,soyuq kompres) və zədələnmiş dəri örtüyündən daxilə infeksiya keçməməsi üçün sarğı qoymaq lazımdır.
Sual № 849
Körpücük sümüyü zədələnmələrində hansı sarğıdan istifadə olunur?
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 298
Körpücük sümüyü zədələnmələrində “Dezo” sarğısından istifadə olunur.
Sual № 850
Çanaq zədələnmələri zamanı xəstə hansı vəziyyətdə daşınmalıdır?
Ədəbiyyat:: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 300.
Çanaq zədələnmələrində xəstə arxası üstə ayaqlar aralanmış, ayaqlar arasına yumşaq döşəkcə qoyularaq (qurbağa vəziyyəti) daşınmalıdır.
Sual № 851
Tısbağavari sarğı yuxarı ətrafın hansı zədələnmələrində qoyulur?
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 310
Tısbağavari sarğı yuxarı ətrafın dirsək oynağı zədələnmələrində qoyulur.
Sual № 852
Diterixs şinası ilk yardım kimi hansı sınıqlarda qoyulur?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 312
Bud sümüyü smdıqda həmin qıçı təsbit etmək üçün Diterixs şinası daha münasibdir; о iki plankadan ibarətdir. Bunlardan birini (uzununu) qoltuqdan başlayıb ayağa qədər bədənin bayır tərəfmdən, ikincisini isə qasıqdan başlayıb içəri tərəfdən qoyurlar. Xəstəni
daşıdıqda qoltuğun və qasığın sürtülməməsi üçün hər iki plankanın başına manjet şəklində pambıq sarınmışdır. Plankalar iki hissədən ibarətdir, buna görə də şinanı istənilən uzunluqda qurmaq mümkündur.
Sual № 853
Sınıqlar zamanı şokun profilaktikası üçün həkimə qədər ilk yardım zamanı nə etmək olmaz?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 289
Sınıqlar zamanı şokun profilaktikası üçün ilk yardımda xəstəni hərəkət etdirmək olmaz.
Sual № 854
Diz oynağının əzilməsində ilk yardım hansıdır?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 301
Diz oynağının əzilmələrində hematoma əmələ gəlməsin deyə ilk yardım kimi soyuq və sıxıcı sarğı qoymaq lazımdır.
Sual № 855
Aşağı ətrafların borulu sümüklərinin sınığı zamanı hadisə yeridə ilk yardım nədən ibarətdir?
Ədəbiyyat:: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 301
Borulu sümüklərin sınığı varsa hadisə yerində ətrafı nəqliyyat şinası və əl altında olan vasitəsi ilə immoblizasiya etmək lazımdır.
Sual № 856
Hansı sarğı növü paltar və ayaqqabı üzərindən qoyulur?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 312
Ayaqqabı və paltarı soyundurduqda sınmış sımük fraqmentlərinin yerini dəyişməməsi üçün nəqliyyat şinası ilə sarğılar ayyaqabı və paltar üzərindən qoyulur.
Sual № 857
Qanəvəzediciləri köçürülərkən hansı fəsadlar törənir?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 354
Qanəvəzediciləri köçürülərkən orqanizmdə allergik,pirogen toksiki reaksiyalar və inyeksiya nahiyyəsində müxtəlif yerli reaksiyalar yarana bilər.
Sual № 858
Bioloji antiseptikaya hansı aiddir?
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”. Səh. 19
Zərdablar canlı orqanizmdən alındığına görə onlardan istifadə bioloji antiseptikaya aiddir.
Sual № 859
Fiziki antiseptikaya hansı aiddir?
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”. Səh. 19
Yaraların drenajlanması fiziki antiseptikaya aiddir. Drenajlar vasitəsilə yara möhtəviyyatı xaric edilir.
Sual № 860
Əl barmaqlarının zədələnmələri zamanı hansı sarğı növündən istifadə olunur?
Ədəbiyyat:: H.Sultanov. “Cərrahiyyə”. Səh. 97
Əl barmaqları zədələnərkən bütün barmaqları sarımaq üçün “Cəngavər əlcəyi” formasında sarğıdan istifadə olunur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?