Feldşer
1.212 elementdən 861-880 arası göstərilir.
Sual № 861
Diz oynağının zədələnməsi zamanı hansı sarğı qoyulur?
Ədəbiyyat:: H.Sultanov. “Cərrahiyyə”. Səh. 97
Diz oynağının zədələnməsi zamanı tısbağavari sarğı qoyulur. Bu sarğının 2 forması mövcuddur: yaxınlaşan və uzaqlaşan.
Sual № 862
Təxirəsalınmaz əməliyyatdan əvvəl sanitar işlənmə harada aparılır?
Ədəbiyyat:: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.
Təxirəsalınmaz əməliyyatda əməliyyat sahəsinin təmizlənməsi əməliyyat stolununda aparılır.
Sual № 863
Bint sarğısı qoymazdan əvvəl tibb işçisi nəyə nəzər yetirməlidir?
Ədəbiyyat:: H.Sultanov. “Cərrahiyyə”.1997 Səh. 97
Bint sarğısı qoymamışdan əvəl tibb bacısı patoloji prosesin xarakterinə fikir verməlidir.
Sual № 864
Inhalyasion anesteziyada dərman maddələri hara yeridilir?
Ədəbiyyat:: Н.В.Барыкина «Травматология для медицинских колледжей», Феникс, 2007 стр-207
İnhalyasion anesteziyada dərman maddələri tənəffüs yollarına narkoz aparatı vasitəsilə yeridilir.Bu zaman qaz və ya maye halında olan anestetik maddələrdən istifadə olunur.Ümumi anesteziyada dərman maddələri tənəffüs yolları ilə yeridilərək xəstənin mərkəzi sinir sisteminin funksiyası müvəqqəti tormozlandırılır.
Sual № 865
Punksiya nədir?
Ədəbiyyat:Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.101
Punksiya boşluqların,orqan və toxumaların yoğun iynə və ya troakarla deşilməsidir.Tibb bacısı xəstəni proseduraya hazırlayır,punksiya zamanı ona verilən vəziyyəti müəyyən edir,lazımı alətləri,dərman maddələrini hazırlayır,həkimə manipulyasiya zamanı kömək edir.
Sual № 866
Qastrostoma ətrafındakı dərini qorumaq məqsədi ilə nədən istifadə olunur?
Ədəbiyyat:: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.403
Qastrostomadan xaric olan möhtəviyyatın qıcıqlandırıcı təsirini nəzərə alaraq hər dəfə sarğı zamanı stoma ətrafı dəri xüsusi pasta-lassar pastası ilə işənilir.Bu pasta iltihab əleyhinə təsirə malikdir.Prosedura zamanı stoma ətrafı dəri 0.1-0.5%-li kalium –permanqanat məhlulunda isladılmış kürəciklə işlənilir və sonra quru steril kürəciklə qurudulur.Steril şpatel vasitəsi ilə lassar pastası 0.5 sm. qalınlıqda dəriyə sürtülür.
Sual № 867
Kolostomalı xəstələrdə meteorizmin qarşısını almaq məqsədilə tibb işçisi xəstəyə nəyi məsləhət görür?
Ədəbiyyat:: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.373
Kolostomalı xəstələrdə meteorizmin qarşısını almaq məqsədilə tibb bacısı xəstəyə aktivləşmiş kömürü və ya çobanyastığı dəmləməsini qəbul etməyi məsləhət görür.
Sual № 868
Əməliyyat sahəsi nə ilə işlənilir?
Ədəbiyyat:Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.97
Əməliyyat sahəsi cərrahın işlədiyi nahiyə olduğu üçün steril olmalıdır. .Əməliyyat sahəsi tükdən təmizləndikdən sonra antiseptik məhlullarla-xlorheksidin biqlyukonat,yodonat və yodopironla işlənilir.Xlorheksidin biqlyukonat 20%-li sulu məhlul şəklində buraxılır.Əməliyyat sahəsinin işlənməsi üçün preparat 1:40 nisbətində 70%-li spirtdə həll olunaraq 0.5%-li spirtli məhllu hazırlanır.
Sual № 869
Immobilizasiya nədir?
Ədəbiyyat:Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.179
İmmmobilizasiya-müxtəlif əşyaların köməyi ilə bədənin zədələnmiş hissəsini hərəkətsizləşdirməkdir.İmmobilizasiyadan sümük sınıqlarında,çıxıqlarda, oynaqların zədələnməsində, sinirlərin, damarların və yumşaq toxumaların geniş yaralanmalarında, ətraflarda gedən iltihabı prosseslərdə istifadə olunur.
Sual № 870
Nəqliyyat immobolizasiyasında nədən istifadə olunmur?
Ədəbiyyat:: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.174
İmmobilizasiya iki cür olur:nəqliyyat və müalicəvi.Nəqliyyat immobilizasiyası xəstənin daşınması zamanı bədənin zədələnmiş hissəsinə və ya zədələnmiş orqana müvəqqəti olaraq maksimum sakitlik vermək deməkdir.Nəqliyyat immobilizasiyası ləçəkvari sarğının, pnevmatik şinanın,Kramer şinası,Diterixs şinasının,bəzən isə əl altında olan vasitələrin-taxta,karton parçasının köməyi ilə həyata keçirilir.Beler şinasından isə nəqliyyat immobilizasiyasında yox,müalicəvi immobilizasiyada istifadə olunur.
Sual № 871
Sorulmayan sintetik tikiş materialı hansıdır?
Ədəbiyyat:: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.118
Sorulmayan tikiş materialları təbii və sintetik mənşəli olur.Təbii mənşəli sorulmayan tikiş materiallarına ipək,pambıq saplar aiddir.Sintetik mənşəli tikiş materialına lavsan,neylon,dakron,poliester,poliamid aiddir.Bu tikiş materialları əməliyyatdan 5-8 gün sonra sökülür.
Sual № 872
Sorulan təbii tikiş materialı hansıdır?
Ədəbiyyat:: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.118
Sorulan tikiş materialları təbii və sintetik mənşəli olur.Təbii mənşəli tikiş materialına sadə və xromlaşmış ketqut;sintetik mənşəli tikiş materialına poliqlekapron,polidiaksananon,turş poliqlikol aiddir.Bu tikiş materiallarını sökmək lazım deyil.Onlar orqanizmdə 40-90 gün müddətinə fermentativ təsirə məruz qalaraq sorulur.
Sual № 873
Hansı sorulan sintetik saplar oftalmologiyada istifadə olunur?
Ədəbiyyat:: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.118
Oftalmologiyada istifadə olunan sorulan sintetik saplara poliqlekapron,polidiaksanon,turş poliqlikol aiddir.Bu saplar sökülmür,toxumada 10-30 günə qədər saxlanılır;40-90 gün müddətinə orqanizmdə fermentativ təsirə məruz qalaraq sorulur.
Sual № 874
Toxumanı kəsən alətlərə nə aiddir?
1. Skalpel
2. Pinset
3. Qayçı
4. Kornsanq
5. Mişar
6. Payer jomu
Ədəbiyyat:Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.119
Toxumanı kəsən alətlərə skalpellər(qarıncıqlı və itiuclu),qayçılar(düz,əyri,iti və küt uclu),bıçaqlar(rezeksion və amputasion),mişarlar,kəlbətin,raspator,çəkic,yoğun iynələr,troakar,frezlər,osteotom aiddir.
Sual № 875
Təsadüfi yaraların cərrahi işlənməsində hidrogen peroksidin neçə faizli məhlulundan istifadə olunur?
Ədəbiyyat:Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.23
Hidrogen peroksid kimyəvi antiseptik maddə olub oksidləşdiricilər qrupuna aiddir. Hidrogen peroksidin 3%-li məhlulundan irinli və çirklənmiş yaraların yuyulmasında,səthi qan axmalarda istifadə olunur.6%,10%,30%,33% məhlullarından dezinfeksiyaedici kimi istifadı olunur.
Sual № 876
Bioloji antiseptikaya nə aiidir?
1. Antibiotiklər
2. Səthi-aktiv maddələr
3. Vaksinlər
4. Immunoqlobulinlər
5. Oksidləşdiricilər
6. Turşular
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.24
Hal-hazırkı dövrdə bioloji antiseptikada istifadə olunan maddələrə antibiotiklər,vaksinlər,immunoqlobulinlər,və proteolitik fermentlər aiddir.Antibiotiklər cərrahi infeksiyalarda müalicəvi və profilaktik məqsədlə istifadə olunur.Passiv və aktiv immunizasiya məqsədilə immunoqlobulinlərdən və vaksinlərdən istifadə olunur
Sual № 877
Kimyəvi antiseptikada nədən istifadə olunur?
1. Spirtlər
2. Vaksinlər
3. Səthi aktiv maddələr
4. Antibiotiklər
5. Oksidləşdiricilər
6. Proteolitik fermentlər
Ədəbiyyat:: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.22
Kimyəvi antiseptikada istifadə olunan maddələr kimyəvi dezinfeksiyaedicilər,antiseptiklər və kimyəvi terapevtik maddələr olmaqla üç qrupa bölünürlər.Kimyəvi dezinfeksiya edicilərdən alətlərin,döşəmələrin,divarların,tibbi əşyaların dezinfeksiyasında istifadə olunur.Antiseptiklərdən əllərin işlənməsində ,yaraların yuyulmasında istifadə olunur.Kimyəvi terapevtik maddələr orqanizmində olan bakteriyalara bakteriostatik və bakteriosid təsir göstərir.Spirtlər,səthi aktiv maddələr antiseptikllərə aiddirlər.
Sual № 878
Cərrahi metal alətlərin sterilizasiyasının daha mükəmməl üsulu hansıdır?
Ədəbiyyat:Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.15
Cərrahi metal alətlərin daha mükəmməl sterilizasiya üsulu qaynar quru hava ilə xüsusi quruducu şkaflarda həyata keçirilir.Sterilizasiya 0,5-1 saat ərzində 180-220 C temperaturda quruducu şkaflarda aparılır.
Sual № 879
Əllərin C-4(pervomur) məhlulunda işlənməsinə nə qədər vaxt lazımdır?
Ədəbiyyat:: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.16
C-4(pervomur) məhlulunun tərkibi qarışqa turşusu,hidrogen peroksid və suyun qarışığından ibarətdir.Bu qarışıq güclü antiseptik maddə olub dəri üzərində nazik təbəqə əmələ gətirir.2.4%-li məhlulu tökülmüş xüsusi ləyənlərdə əllər 1 dəqiqə müddətində işləndikdən sonra steril dəsmalla qurudulur.
Sual № 880
Əllərin xlorheksidin biqlyukonatın spirtli məhlulu ilə işlənməsinə nə qədər vaxt lazımdır?
Ədəbiyyat:: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.16
Əllərin işlənməsində xlorheksidin biqlyukonatın 0.5%-li spirtli məhlulundan istifadə olunur.Əllər sabunla axar ilıq su altında yuyulduqdan sonra steril salfetlə silinir.Sonra xlorheksidin biqlyukonat məhlulunda isladılmış steril salfetlə 3 dəq.ərzində işlənilir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?