Feldşer

1.212 elementdən 881-900 arası göstərilir.

Sual № 881

Cərrahiyədə ekzogen infeksiya hansı yollarla yayılır?

1. Hava-damcı
2. Limfogen
3. Kontakt
4. İmplantasion
5. Hematogen

  Ədəbiyyat:: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.19
Cərrahiyədə ekzogen infeksiya orqanizmə üç əsas yol ilə daxil ola bilər:hava damcı,kontakt və implantasion.Hava damcı infeksiyası toz hissıcikləri və damcı-qabarcıqları ilə yayılır.Kontakt infeksiyaya səbəb cərrahın əlləri,sarğı materialları və ağlar,cərrahi alətlərdir.İnplantasion infeksiyanın mənbəyi tikiş sapları,plastik materiallar və protezlərdir.

Sual № 882

Yaranın yuyulmasında kalium permanqanatın neçə faizli məhlulundan istifadə olunur?

  Ədəbiyyat:Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.23
Kalium permanqanat antiseptik maddə olub oksidləşdiricilər qrupuna aiddir.Bu preparat xaricə istifadə üçündür.Cərrahi praktikada 0.1%-li məhlulundan irinli yaraların yuyulmasında istifadə olunur.

Sual № 883

Palliativ əməliyyatın aparılmasında məqsəd nədir?

  Ədəbiyyat:: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.115
Palliativ əməliyyat xəstənin vəziyyətini yüngülləşdirmək məqsədilə həyata keçirilir.Belə əməliyyatlar daha çox onkoloji xəstələrdə aparılır.Palliativ əməliyyat xəstənin ömrünü bir qədər uzadır,həyat fəaliyyətini yaxşılaşdırır.

Sual № 884

Xəstəni periferik venanın kateterizasiyasına hazırladıqda ona hansı vəziyyət verilməlidir?

  Ədəbiyyat:Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.203
Xəstəni periferik venanın kateterizasiyasına hazırladıqda ona arxası üstə uzanmış vəziyyət verilir.

Sual № 885

Periferik vena üçün kateterin seçimində tibb işçisi nəyi nəzərə almır?

  Ədəbiyyat:Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.203
Periferik vena üçün kateter seçimində tibb işçisi xəstənin fizioloji vəziyyətini nəzərə almamalıdır. Venanın diametrini, yeridilən mayenin sürətini, yeridilən mayenin tərkibini və kateterin venada qalma müddətini ciddi nəzərə almalıdır.

Sual № 886

Periferik venada angiokateter neçə sutkaya qədər qala bilər?

  Ədəbiyyat:: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.205
Periferik venada ağırlaşmaların qarşısını almaq məqsədilə kateterin yeri 48-72 saatdan bir dəyişilməlidir.

Sual № 887

Periferik venaya kateter qoyulduqdan sonra damarda hansı ağırlaşma baş verə bilər?

  Ədəbiyyat:Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.207
Periferik venadaki kateterə düzgün qulluq olmadıqda,aseptika və antiseptika qaydalarına düzgün riayət etmədikdə,kateterin yeri vaxtında dəyişdirilmədikdə venanın cərrahi infeksiyası-flebit kimi ağırlaşmaya rast gəlinir.

Sual № 888

Periferik venaya kateter qoyulduqdan sonra tromboflebitin profilaktikası üçün nədən istifadə olunur?

1. Traksevazin
2. Levamikol
3. Tripsin
4. Traumel
5. Sintomisin
6. Heparin

  Ədəbiyyat:: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.207
Periferik venaya kateter qoyulduqdan sonra tromboflebitin əmələ gəlməsinin qarşısını almaq məqsədilə vena üzərinə punksiya olunan yerdən bir qədər yuxarıda nazik qat tromflebik məlhəmlərdən sürtmək lazımdır(traumel,traksevazin,heparin).

Sual № 889

Periferik venadaki kateterdən dərman maddəsi yeridildikdə orqanizmdə baş verən ümumi ağırlaşma hansıdır?

  Ədəbiyyat:Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.89
Periferik venadaki kateterdən infuziyalar zamanı yeridilən dərman madəsinə qarşı baş verən ağırlaşmalardan biri allergik reaksiyalardır.Allergik reaksiyaların ağırlığı müxtəlif olub,yüngül dərəcədən anaflaktik şoka qədər inkişaf edə bilər.Bu zaman arterial təzyiqin kəskin aşağı enməsi,bronxların spazmı,nəbzin tezləşməsi müşahidə olunur.Belə xəstələt narahat olur,tənəffüsün çətinləşməsindən şikayət edirlər.

Sual № 890

Mərkəzi venalara kateterin yeridilməsi nə vaxt həyata keçirilir?

  Ədəbiyyat:Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.212
Koma vəziyyətində olan xəstələri parenteral qidalandırmaq üçün uzun müddət vena daxilinə dərman maddələrinin yeridilməsi lazım gəlir.Bu məqsəd ilə mərkəzi venalara kateterin qoyulması həyata keçirilir.

Sual № 891

Periferik venanın punksiyasında kateterin iynəsi neçə dərəcəli bucaq altında yeridilməlidir?

  Ədəbiyyat:Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.205
Periferik venanın punksiyasında kateterin iynəsi 15-30 dərəcəli bucaq altında yerdilməlidir.Bu zaman indikator kamerasında qanın görünməsi iynənin venada olduğunu bildirir.

Sual № 892

Periferik venanın punksiyasında iynənin kəsiyi dəri səthinə münasibətdə hansı istiqamətə yönəldilməlidir?

  Ədəbiyyat:Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.205
Vena punksiya olunan zaman tibb bacısı iynənin kəsiyini dəri səthinə münasibətdə yuxarı istiqamətə yönəltməlidir.

Sual № 893

Periferik venaya kateter yeridilən zaman iynə-stilet daxili konyula ilə minimum hansı məsafəyə yeridilir?

  Ədəbiyyat:Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.205
Periferik venaya kateter yeridilən zaman tibb işçisi iynə-stileti daxili kanyola ilə minimum 5 ml. məsafəyə yeritməlidir.

Sual № 894

Sidik kisəsinin kateterizasiyası dedikdə nə başa düşülür?

  Ədəbiyyat:: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.436
Urologiyada geniş yayılmış instrumental proseduralardan biri də sidik kisəsinin kateterizasiyasıdır.Bu zaman kateter sidik kanalı ilə sidik kisəsinə yeridilir.Adətən sidik ləngiməsi zamanı sidik kisəsinin boşaldılması,analiz üçün sidiyin götürülməsi və həkimin təyinatına əsasən kateterdən dərman maddələrinin yeridilməsi məqsədilə aparılır.

Sual № 895

Sistostomalı xəstələrdə sidik kisəsi neçə ml. furasilin məhlulu ilə yuyulur?

  Ədəbiyyat:Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.435
Sistostomalı xəstələrdə sidik kisəsinin yuyulması zamanı 500-1000 ml. 1:5000 nisbətində furasilin məhlulu istifadə olunur.

Sual № 896

Kişilərdə kateter sidik kanalına hansı məsafəyə qədər yeridilir?

  Ədəbiyyat:Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.437
Kişilərdə sidik kanalının uzunluğu 19-20 sm.-dir.Əgər kateterdən sidik gəlirsə demək kateter sidik kisəsindədir.

Sual № 897

Qadınlarda kateter sidik kanalına hansı məsafəyə qədər yeridilir?

  Ədəbiyyat:Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.436
Qadınlarda sidik kanalının uzunluğu 5-6 sm.-dir.Əgər kateterdən sidik gəlirsə demək kateter sidik kisəsindədir.

Sual № 898

Qastrostomalı xəstənin qidalandırılması gündə neçə dəfə həyata keçirilir?

  Ədəbiyyat:Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.402
Qastrostomalı xəstələrdə qastrostomadan mədəyə yüksək kalorili,tez həzm olunan,həlimşəkilli konsistensiyada qida maddələr yeridilir.Xəstələrin qidalanması 4-6 dəfədən az və ya çox olmamalıdır.

Sual № 899

Autoimmoblizasiya nədir?

  Ədəbiyyat:: İ.V.Yaromiç”Sestrinskoye delo”dlya uçaşixsya meditinskix uçiliş i kolledjey,sredneqo meditinskoqo personala.”Vışşeşaya şkola”,2003 səh.292
Autoimmobilizasiya zədələnmiş nahiyənin sağlam tərəfə fiksə olunmasıdır. Yuxarı ətrafın zədələnməsi zamanı onu gövdəyə bintlə sarımaq və ya ləçəkvari sarğı ilə fiksə etmək lazımdır. Aşağı ətrafın zədələnməsində zədələnmiş ətraf sağlam tərəfə fiksə olunmalıdır.

Sual № 900

Borulu drenajlar istifadədən əvvəl nə ilə yuyulmalıdır?

  Ədəbiyyat:Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.114
Bütün drenajlar mütləq steril olmalı və bir dəfə istifadə üçün nəzərdə tutulmalıdır.Borulu drenajlar istifadədən əvvəl 0.9%-li natrium xlor məhlulu ilə yuyulmalıdır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×