Feldşer

1.212 elementdən 901-920 arası göstərilir.

Sual № 901

Yaradan,boşluqlardan möhtəviyyatın xaric edilməsi və dərman maddələri ilə yuyulması necə adlanır?

  Ədəbiyyat:: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.114
Yaradan,boşluqlardan möhtəviyyatın xaric edilməsi və dərman maddələri ilə yuyulması drenajlanma adlanır.Drenajlanma tənzif və borulu drenajların vasitəsilə həyata keçirilir.Drenajlanma üç cür olur:passiv,aktiv və aspirasion-şırınqa yolu ilə.

Sual № 902

Yanıqlar zamanı ilkin tibbi yardıma nə aid deyil?

  Ədəbiyyat:: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.226
Yanıqlar zamanı ilkin tibbi yardıma xəstəni ayıltmağa cəhd etmək yox,termiki amilin dəriyə təsirini dayandırmaq,yanmış sahəni soyutmaq,aseptik sarğını qoymaq və ağrısızlaşdırmaq aiddir.

Sual № 903

Yanığı olan xəstələr sarğıya necə hazırlanır?

  Ədəbiyyat:: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.257
Yanığı olan xəstəni sarğıya hazırlamaq üçün yerli və ya ümumi vannalardan istifadə olunur.Antiseptiklərlə yerli və ümumi vannaların qəbulu sarğı zamanı toxumaların zədələnməsini və ağrı hissiyatını azaldır.

Sual № 904

Drenaja nə aiddir?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.108
Drenajlanma drenajların köməyi ilə həyata keçirilir.Drenajlara bunlar aiddir:trundalar,tamponlar;yastı rezin,borulu və qarışıq drenajlar aiddir.Trunda tənzifdən olan drenaja aiddir.

Sual № 905

Aşağı ətrafın tromboflebiti zamanı tibb işçisi iltihab nahiyəsindəki ağrını azaltmaq üçün nə etməlidir?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.162
Aşağı ətrafın tromboflebiti zamanı tibb bacısı iltihab nahiyəsindəki ağrını azaltmaq üçün iltihab olan nahiyədə hərəkətsizliyi təmin etməli,həkimin təyinatı ilə ağrıkəsicilər yeritməlidir.

Sual № 906

“Kəskin qarın” sindromunda ilkin tibbi yardım zamanı nədən istifadə etmək olmaz?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.343
“Kəskin qarın” sindromunda ilkin tibbi yardım məqsədilə ağrikəsicilərdən istifadə etmək olmaz.Bu zaman xəstəyə horizontal vəziyyət verməli,qarın nahiyəsinə buz qovuğu qoyaraq təcili sürətdə xəstəxanaya çatdırılmalıdır.

Sual № 907

Əməliyyatdan sonraki ağırlaşmaya nə aid deyil?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.129
Əməliyyatdan sonrakı ağırlaşmaya yaranın çapıqlaşması aid deyil.Yaranın çapıqlaşması yaranın sağalmasını göstərir.Ağrı şoku, yaradan qanaxma,tikişlərin aralanması, yara ətrafındakı qızartının baş verməsi əməliyyatdan sonrakı ağırlaşmaya aiddir.

Sual № 908

Yerli anesteziaydan sonra əməliyyat sahəsində qanaxmanı saxlamaq məqsədilə tibb işçisi nə etməlidir?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.77
Yerli anesteziaydan sonra əməliyyat sahəsində qanaxmanı və ağrını azaltmaq məqsədilə tibb işçisi əməliyyat sahəsinə buz qovuğunu qoymalıdır.

Sual № 909

Travma zamanı yalnız sınığa xas olan əlamət hansıdır?

  Ədəbiyyat:“Tibb bacısının məlumat kitabı”. “Çıraq” nəşriyyatı 2008. Səh. 256

Sual № 910

Bədxassəli şişə məxsus əlamət hansıdır?

  Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 165

Sual № 911

Trizm hansı xəstəliyə məxsusdur?

  Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 149

Sual № 912

İrinli yaraya drenaj boru nə üçün qoyulur?

  Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 130

Sual № 913

Eynək simptomu nə zaman baş verir?

  Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 170

Sual № 914

III dərəcəli donma üçün xarakterik xüsusiyyətlər hansıdır?

  Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 122

Sual № 915

Paronixiya nəyin iltihabıdır?

  Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 145

Sual № 916

Kəskin ostemiolit nədir?

  Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 143

Sual № 917

Reinfuziya nədir?

  Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 88
Ən çoxu bir neçə saat əvvəl xəstənin döş və qarın boşluğuna dolmuş qanın təzədən xəstənin özünə köçürülməsinə reinfuziya deyilir. Heç bir sınaq və müayinəyə ehtiyac yoxdur. Stabilləşdirmək üçün 1:10 nisbətində 4%-li natrium sitrat əlavə edilir. 8 qat tənzifdən süzülür.

Sual № 918

II dərəcəli yanıqların fərqləndirici xüsusiyyəti hansıdır?

  Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 114

Sual № 919

Kəllə əsası sümüklərinin sınıqları nə ilə müşayət olunur?

  Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 170

Sual № 920

Hidrodenit hansı vəzilərin irinli iltihabıdır?

  Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 135
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×