Feldşer
1.212 elementdən 81-100 arası göstərilir.
Sual № 81
Sidik kisəsinin kateterizasiyası nə zaman aparılır?
Ədəbiyyat:: C.N. Hacıyev; R.Y. Əliyev. Xəstələrə qulluq. Səhə 229. “Təhsil ” Bakı 1998
Sidik kisəsindən sidiyi boşaltmaq, ona müxtəlif dərmanlar yeritmək, sidik kisəsini rivanol, kalium - permanqanat və s. məhlullarla yumaq üçün kateterizasiyadan- sidik kisəsinə uretral kateterin salınmasından istifadə edirlər. Sidik kisəsinə yeridilmiş kateterdən rentgenokontrast maddə yeritməklə, onun rentgen şəklini də çəkmək mümkündür.
Sual № 82
Böyrək daşı sancısı zamanı ilk yardım göstərərkən tibb işçisi xəstəyə hansı vanna tətbiq edə bilər?
Ədəbiyyat:: N.R Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.158. “ Çıraq ” 2008
Böyrək daşı sancısı zamanı ilk yardım kimi isti vanna tətbiq edilə bilər.İsti vannanın təsirindən sidik axarlarının spazmı aradan götürülür və daşın xaric olması asanlaşır,xəstənin vəziyyəti yaxşılaşır.
Sual № 83
Qəbizlik zamanı xəstəyə hansı qidadan istifadə etmək məsləhət görülür?
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.40 “Azərnəşr” Bakı 1984
Qəbizlik-müxtəlif səbəblərdən bağırsağın boşalmasının ləngiməsidir. Qəbizliyi aradan götürmək üçün xəstəyə bitki mənşəli (çuğundur, kələm, qara gavalı və s.) qida qəbulu məsləhət görülür.
Sual № 84
Stenokardiya tutması zamanı aşağıdakılardan hansı əks göstərişdir?
Ədəbiyyat:: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 308.
Stenokardiya ürək damarlarının mənfəzinin daralması nəticəsində yaranır. Mezaton damar büzücü preparat olduğundan vəziyyəti daha da ağırlaşdıra bilər.
Sual № 85
Stenokardiya tutması zamanı göstərilən yardımdan sonra xəstənin vəziyyəti yaxşılaşmırsa, bu nəyə şübhə yaradır?
Ədəbiyyat:: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 309-310.
Stenokardiya tutması ilə miokard infarktının əlamətləri oxşardır. Miokard infarktı zamanı ürək əzələsinin nekrozu baş verir.Oİna görə də göstərilən yardım xəstənin vəziyyətinə təsir göstərmir.
Sual № 86
Miokard infarktı zamanı həkiməqədər yardım nədən ibarətdir?
Ədəbiyyat:: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 310-311.
Xəstəyə tam fiziki (yarımoturaq) və psixi sakitlik vermək, dil altına nitroqliserin
Sual № 87
Göstərilənlərdən hansı stasionar tipli müalicə müəssisəsidir?
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh. 19. “ Təhsil ” Bakı 1998.
Stasionar tipli müalicə müəssisələrində müalicə xəstə bu müəssisədə yatdıqda aparılır, bu baxımdan xəstəxana stasionar tipli müalicə müəssisəsi hesab edılır.
Sual № 88
Hiperqlikemik komanın əlamətləri hansılardır?
Ədəbiyyat:: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 436
Hiperqlikemik koma zamanı qanda qlükozanın miqdarı kəskin artır, bu da dərinin qurumasına səbəb olur. Qanda keton turşularının parçalanması aseton iyinin gəlməsinə səbəb olur.
Sual № 89
Hiperqlikemik koma zamanı təxirəsalınmaz yardım nədən ibarətdir?
Ədəbiyyat:: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 436-437
Hiperqlikemik koma zamanı,insulin qanda qlükozanın səviyyəsini stabilləşdirir. Rehidratasiya isə damar tonusunu,ürəyin dəqiqəlik həcmini artıraraq ürək-damar sisteminə müsbət təsir göstərir.
Sual № 90
Kəskin damar çatışmazlığı olan xəstə xərəkdə hansı vəziyyətdə nəql edilməlidir?
Ədəbiyyat: : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq .Səh. 43. “ Təhsil ” Bakı 1998.
Kəskin damar çatışmazlığı zamanı beyinə gedən qanın miqdarı kəskin azaldığı üçün xəstədə bayılma, kollaps baş verir.Ona görə də beyinə gedən qanın həcmini artırmaq üçün xəstəni xərəkdə, başı aşağı vəziyyətdə nəql edirlər.
Sual № 91
Hipertonik krizin başlıca əlamətləri hansılardır?
Ədəbiyyat:В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 303
Hipertonik kriz hipertoniya xəstəliyi zamanı arterial təzyiqin kəskin qalxmasıdır. Yüksək arterial təzyiq baş ağrısına, qusmaya səbəb olur.
Sual № 92
Hansı növ qanaxmalarda köpüklü qan müşahidə edilir?
Ədəbiyyat:Е.И.Чазов. «Неотложные состояния и экстренная помощъ». Москва «Медицина» 1990. Стр. 209
Ağciyər qanaxması zamanı al-qırmızı köpüklü qan müşahidə edilir. Qanın tərkibindəki hava onun köpüklü olmasına səbəb olur.
Sual № 93
Xəstəlik tarixçəsində olan temperatur vərəqində aşağıda göstərilənlərdən hansıları qeyd olunmalıdır?
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 52 . “ Təhsil ” Bakı 1998.
Xəstəlik tarixçəsi tibb bacısının postunda saxlanılır, onu xəstəyə vermək olmaz. Tibb bacısı xəstənin hərarətinin dəyişməsini, nəbz və tənəffüsün sayını, arterial təzyiqi, diurezin miqdarını qrafik şəkildə xəstəlik tarixçəsində olan temperatur vərəqində qeyd edir.
Sual № 94
Rektal süni qidalanma nə vaxt əks-göstəriş sayılır?
Ədəbiyyat: N.R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.130 “ Çıraq ” 2008.
Orqanizmin mayeyə və xörək duzuna olan tələbatını ödəmək üçün qida maddələrinin düz bağırsaqdan yeridilməsi rektal süni qidalanma adlanır. Düzbağırsağın sfinkterini qıcıqlandırmamaq və anusda çatlar əmələ gəlməməsi üçün rektal qidalanmanı tez-tez aparmaq tövsiyə edilmir. Anusda çatlar olduqda isə qanaxma təhlükəsi olduğuna görə rektal qidalanma aparmaq əks-göstərişdir.
Sual № 95
Xəstənin dərmana həsaslığını yoxlamaq üçün iynə hansı nahiyəyə vurulur?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.48 “ Çıraq”2008.
İnyeksiya zamanı orqanizmin dərmana,əsasən də antibiotiklərə reaksiyasını yoxlamaq üçün 0,01 ml dərman 15mm uzunluqlu iynə ilə dəri içinə yeridilir. Əgər xəstənin orqanizmi dərmana reaksiya verərsə həmin yer qızarır, şişir, hərarəti digər nahiyələrdən yüksək olur.Bu yerli reaksiya olduğundan ağır allergik fəsada səbəb olmur.
Sual № 96
Dərialtı inyeksiyadan sonra inyeksiya yeri bərkidikdə aşağıda sadalanan tədbirlərdən hansı əks- göstəriş sayılır?
Ədəbiyyat:: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 48 “ Çıraq ”2008.
İnyeksiyadan sonra həmin nahiyənin bərkiməsi və qızarması yeridilən dərmanın pis sorulması nəticəsində olur, isti proseduraların təsirindən orada olan qan damarları genişlənir və dərmanın tez sorulmasına kömək edir. Bu zaman buz qovuğunun tətbiqi damarların daralmasına və dərmanın daha da çətin sorulmasına səbəb olar, ona görə bu zaman buz qovuğu işlətmək əks-göstəriş sayılır.
Sual № 97
Qıcolma sindromu zamanı hansı dərman preparatının istifadəsi daha məqsədəuyğundur?
Ədəbiyyat:: М.Д.Машковский. «Лекарственные средства». Част I. Москва «Медицина» 1986. Стр. 69-70
Seduksen və relanium trankvilizatorlar qrupuna aid preparatlardır. Bu preparatlar sakitləşdirici, yuxugətirici təsiri ilə yanaşı eyni zamanda mərkəzi sinir sisteminə birbaşa təsir etməklə əzələ relaksasiyasına da səbəb olur.
Sual № 98
Kardiogen şokun əlamətləri hansılardır?
Ədəbiyyat:: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 313
Kardiogen şok miokard infarktının ağır fəsadlarından biridir. Ürəyin dəqiqəlik həcmi azaldığından arterial təzyiq enir. Orqan və toxumalarda qan dövranının kifayət qədər olmaması sianoza səbəb olur
Sual № 99
Pedikulyozlu xəstənin müayinəsindən sonra otağın dezinfeksiyası üçün istifadə olunan məhlul hansıdır?
Ədəbiyyat:: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 27
Pedikulyozlu xəstənin müayinəsindən sonra otaq 8 %-li izol məhlulu ilə dezinfeksiya olunur. Bundan başqa müayinədə iştirak edən tibbi personalın üst geyimləri də dezinfeksiya olunmalıdır
Sual № 100
Xəstənin qəbul otağından şöbəyə nəql olunma üsulunu kim təyin edir?
Ədəbiyyat:: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh.29
Xəstənin qəbul otağından şəbəyə nəql olunmasının 4 üsulu vardır: sərbəst, əlil arabası ilə, xərəkdə və sanitarların köməyi ilə. Xəstənin şöbəyə hansı üsulla nəql olunmasına qəbul şöbəsinin həkimi qərar verir
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?