Feldşer
1.212 elementdən 981-1.000 arası göstərilir.
Sual № 981
Laporoskopik əməliyyatlarda qarın boşluğuna hansı qaz vurulur?
Ədəbiyyat:Ədəbiyyat:B.Ağayev.(səh-441)
Sual № 982
Bunlardan biri laparoskopik alətlərə aid deyil?
Ədəbiyyat:Ədəbiyyat:B.Ağayev.(səh-445)
Sual № 983
Aptekdə hazırlanmış göz məlhəminin saxlanma müddəti neçə gündür?
Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 219
Tibb işçisi dərman preparatlarının alınması, saxlanılması və istifadə olunmasında cavabdeh şəxsdir.Göz preparatları müəyyən olunmuş qaydaya əsasən saxlanılır.Göz məhlulunun saxlanma müddəti 10 gündür.
Sual № 984
Qulaq seyvanının termiki yanıqlarında ilkin tibbi yardım nədir?
Ədəbiyyat:: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 165
Qulaq seyvanının termiki yanıqları termiki faktorların(qaynar,maye,par,alov,günəş şüaları)təsiri nəticəsində baş verir. Bu zaman ilkin tibbi yardım məqsədilə 30-60 dəqiqə müddətinə qulaq seyvanına spirtdə isladılmış pambıq qoymaq lazımdır.
Sual № 985
Donmalar zamanı aşağıdakı maddələrdən hansı gözə damızdırılmalıdır?
Ədəbiyyat:: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр195
Zədələnmiş şəxsə ilkin tibbi yardım məqsədilə tez-tez 15-30 %-li dimeksid, novakain, antibiotiklər damızdırılmalıdır.
Sual № 986
Gözə sarğı nə məqsədlə qoyulur?
Ədəbiyyat:: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 258
Göz sarğılarından işıqdan, soyuqdan, tozdan, küləkdən qorunmaq üçün; xəstənin müalicə profilaktika müəssisəsinə daşınmasında, zədələnmələr zamanı ilkin tibbi yardım məqsədi ilə, əməliyyatdan sonra və narahat xəstələrə istifadə olunur.
Sual № 987
Konyuktivadan yad cism nə ilə xaric edilir?
Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 178
Konyuktivanın səthi zədələnmələrinə kiçik yad cisimlərin(toz hissəcikləri)göz qapağının toxumasına düşməsi aiddir.Toz dənəciyi konyuktivaya toxunduqda kəskin ağrı və güclü yaşaxma müşahidə olunur. Əgər yad cisim aşağı göz qapağının arxasındadırsa o, gözü tez-tez qıpdırmaqla göz yaşı ilə xaric olur.Əgər yad cisim xaric olunmursa onda ilıq suda və ya fizioloji məhlulda isladılmış nəm pambıq tampon və ya bərk nəm kürəciklə xaric edilir.Yad cismin xaric edilməsini küçədə aparmaq lazım gələrsə onda onu təmiz yaylığın ucu ilə həyata keçirtmək mümkündür.
Sual № 988
Gözün dəlib keçən yaralanmalarında xəstəyə hansı vəziyyət verilir?
Ədəbiyyat:: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 189
Dəlib keçən yaralanmalarda xəstəni sanitar nəqliyyat vasitəsilə sağlam tərəfdə yanı üstə qospitalizə etmək lazımdır. Belə vəziyyətdə əgər göz daxilində yad cism olarsa adətən o göz dibinə tərəf düşür. Bu da gözdən yad cismin çıxarılması üçün əlverişli yerdir.
Sual № 989
Gözün termomexaniki zədələnmələrində ilkin tibbi yardım nədən ibarətdir?
Ədəbiyyat:: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 193
Göz almasının termomexaniki zədələnməsi partlayışlar zamanı baş verir. Buna görədə çox vaxt zədələnmələr kontuziya ilə müşahidə edilir.Bu ilkin olaraq gozdə ağrılar, işıqdan qorxma, göz yaşının artması, görmə itiliyinin kəskin zəifləməsi ilə müşahidə olunduğu üçün xəstənin hər iki gözünə sarğı qoyub, daxilə ağrıkəsici həb verərək xəstəxanaya çatdırmaq lazımdır.
Sual № 990
Gözün davamlı yuyulması hansı hallarda həyata keçirilir?
Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 238
Gözün uzun müddətli yuyulması kimyəvi yanıqlar zamanı həyata keçirilir. Bu məqsədlə yuyulmaq üçün istifadə olunan məhlula birləşdirilən nazik rezin şlanqdan istifadə olunur.
Sual № 991
Kipriklərin və göz qapağının təmizlənməsində hansı məhluldan istifadə olunur?
Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 236
Gözün təmizlənməsi kipriklərin və göz qapaqlarının antiseptik məhlullarda (0,02%-li furasilin, 0,1%-li kalium permanqanat) isladılmış tənzif və ya pambıq kürəciklə silinməsindən başlayır.Gözün təmizlənməsi qurtardıqdan sonra göz qapağı steril tənzif tamponla qurudulur.
Sual № 992
Görmə itiliyi neçə metr məsafədə yoxlanılır?
Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 19
Görmə itiliyi 5 m məsafədə rus oftolmoloqu S.S.Qolovinin hazırladığı xüsusi cədvəlin köməyi ilə müayinə olunur.Cədvəldə 12 sıra hərflər və ya şəkillər təsvir olunmuşdur.Görmə itiliyi əvvəl sağ sonra isə sol gözdə yoxlanılır.Müayinə olunan şəxs cədvəldən 5m məsafədə otuzdurulur.Görmə itiliyini yoxladıqda cədvəlin aşağı sətirlərindən başlayaraq tədricən iri işarələr olan sətrə keçirilirGörmə itiliyi görülən sıraya uyğun götürülür. Əgər yuxarı sıranın ən böyük hərflərinin 5m məsafədə görmək mümkün deyilsə,onda yoxlaılan şəxsin görmə itiliyi 1,0 azdır.
Sual № 993
Göz daxili təzyiqin artması hansı xəstəlikdə müşahidə olunur?
Ədəbiyyat:: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 151
Göz daxili təzyiqin daima artması göz qişasında(torlu qişa və görmə siniri diskində)atrofik dəyişikliklərə səbəb olur.Bu da görmə funksiyasının və görmənin tam itməsinə gətirib çıxarır.Qlaukoma xəstəliyi göz daxili təzyiqlə sıx əlaqədar olub, əsasən göz almasında göz nəmliyinin miqdarının dəyişməsi ilə əlaqədardır.
Sual № 994
Göz daxili təzyiqin ölçülməsi necə adlanır?
Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 35-36
Göz daxili təzyiqin ölçülməsi üçün daha dəqiq və geniş yayılmış üsul tonometriyadır. Bu üsul 1984-cü ildə rus alimi A.N.Maklakov tərəfindən işlənib hazırlanmışdır. Müayinə zamanı Maklakovun 5, 7.5, 10, 15 qr-lıq çəkili tonometr dəstindən istifadə olunur.
Sual № 995
Gözün turşu ilə yanıqları zamanı hansı maddələrlə gözü yumaq lazımdır?
Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 192
Turşu ilə yanıqlar zamanı turşunun təsirinin neytrallaşdırmaq üçün 10-20 dəqiqə müddətində 2 %-li Natrium-hidrokarbonat-qələvi məhlulundan istifadə edərək konyuktival boşluq davamlı yuyulmalıdır.Bu məqsədlə nazik rezin baloncuq istifadə olunur.Yuyulma üçün götürülən məhlulun qabına rezin şlanq birləşdirilərək xəstənin başından bir qədər yuxarıda tutmaqla gözün davamlı yuyulması həyata keçirilir.
Sual № 996
Gözün qələvi ilə yanıqları zamanı hansı maddələrlə gözü yumaq lazımdır?
Ədəbiyyat:: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 192
Gözün qələvilərlə yanığı zamanı qələvinin təsirini neytrallaşdırmaq üçün 10-20 dəqiqə müddətində 2 %-li Bor turşusundan istifadə edilərək konyuktival boşluq davamlı yuyulmalıdır.
Sual № 997
Konyuktivitlər zamanı gözə sarğı nə məqsədlə qoyulmur?
Ədəbiyyat:: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 101
Kəskin konyuktivitlərdə gözə sarğı qoyulmaz. Bunda məqsəd buynuz qişada mikrob florasının inkişafı üçün əlverişli şəraitin yaranmasının qarşısını almaqdır. Əsasən gözə sarğılar müdafiə məqsədi ilə xəstənin müalicə profilaktika müəssisəsinə daşınmasında, travmalar zamanı təxirəsalınmaz yardım məqsədi ilə, əməliyyatdan sonra, narahat xəstələrə qoyulur.
Sual № 998
Konyuktivadan yaxma hansı əşya ilə götürülür?
Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 30
Konyuktivadan yaxma pambıq tamponun köməyi ilə götürülür. Bu prosedura göz almasında aparılan əməliyyatdan əvvəl konyuktivanın sterilliyini yoxlamaq üçün həyata keçirilir.Götürülən möhtəviyyat nazik qat şəklində əşya şüşəsinə yayılaraq havada qurudulur.Yaxma və əkmə üçün material laboratoriyaya bakterioloji müayinəyə göndəriş vərəqəsi ilə çatdırılır.
Sual № 999
Konyuktival kisəyə yad cism düşdükdə tibb bacısı gözün yuyulmasından əvvəl nə etməlidir?
Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 237
Gözün yuyulmasını həyata keçirtmədən əvvəl tibb bacısı konyuktival kisədə bərk cismin olmamasına əmin olmalıdır. Bunun üçün cuna kürəciklər, pambıq tampondan istifadə edərək konyuktival kisədən bərk cisim xaric olunur.
Sual № 1000
Hansı hallarda gözə sarğı qoyulmur?
Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 101
Gözə sarğının qoyulması bir sıra hallarda mənfi təsir göstərir. Belə ki, mikroblar və viruslar tərəfindən törədilən konyuktivitlərdə görə sarğı qoyulmur. Konyuktivitlər zamanı sarğı mikrobların və virusların inkişafı üçün əlverişli şərait yaradır. Sarğı gözün qırpılmasına çətinlik törədir. Bunun nəticəsində göz yaşının konyuktivial boşluqdan xaric olması pozulduğuna görə konyuktivial kisənin ifrazatdan təmizlənməsi çətinləşir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?