Feldşer
1.212 elementdən 1.001-1.020 arası göstərilir.
Sual № 1001
Gözün ağlı qişasının iltihabı necə adlanır?
Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 133
Ağlı qişa Latınca “sklera” adlanır. İt-şəkilçisi iltihabı bildirbiyinə görə, sklerit ağlı qişanın iltihabına deyilir.
Sual № 1002
Gözün qurğuşunla xroniki zədələnməsi zamanı ilkin tibbi yardım nədən ibarətdir?
Ədəbiyyat:: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 200
Gözün qurğuşunla zəhərlənməsi istehsalatda-filiz yataqlarında,kimyəvi zavodlarda işləyən şəxslər arasında baş verir.Qurğuşun politrop təsirə malik istehsalatda rast gəlinən zəhərdir.Gözün kəskin zədələnməsi zamanı görmənin müvəqqəti itməsi və göz əzələlərinin iflicinə səbəb olur.Xroniki zəhərlənmələr zamanı xarici düz əzələlərin pareze və nistaqın baş verir.Görmə itiliyi,işıq duyma bir qədər zəifləyir.Bu zaman ilkin tibbi yardıma təcili olaraq mədənin yuyulması,işlədici dərmanlardan istifadə etmək vacidir.Xəstəyə sonradan süd və yumurta sarısı içizdirilir.Bununla yanaşı sidikqovucu preparatlardan istifadə olunur.
Sual № 1003
Gözün selikli qişasının iltihabı necə adlanır?
Ədəbiyyat:: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 97
Konyuktivanın iltihabı konyuktivit adlanır.Konyuktiva-nazik selikli qişa olub göz qapağının arxa səthini və göz almasının ön səthini örtür.Normada konyuktiva parıltılı, hamar,açıq-çəhrayı rəngdədir.
Sual № 1004
Gözün görmə sahəsinin müayinəsi nə adlanır?
Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 23
Görmə sahəsinin müayinəsi perimetriya adlanır.Bu xüsusi cihazın-perimetrin köməyi ilə aparılır.Bu cihazın vaistəsilə xüsusi blanklarda görmə sahəsinin qrafik təsvirini almaq mümkündür.
Sual № 1005
Gözə sarğı hansı halda qoyulur?
Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 257
Gözə sarğı yaralanmalar zamanı müdafiə məqsədi ilə qoyulur.
Sual № 1006
Qlaukomanın profilaktik tədbirlərinə nə aiddir?
Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 162
Qlaukomalı xəstələr,həmçinin yaşı 40 yaşdan çox olan şəxslər profilaktik məqsədlə göz daxili təzyiqi yoxlamaq üçün 6 aydan bir həkim-oftalmoloqa müraciət etməlidirlər.
Sual № 1007
Görmə itiliyi nəyin köməyi ilə müainə olunur?
Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 19
Görmə itiliyi 5 m məsafədə rus oftolmoloqu S.S.Qolovinin hazırladığı xüsusi cədvəlin köməyi ilə müayinə olunur.Cədvəldə 12 sıra hərflər və ya şəkillər təsvir olunmuşdur.Görmə itiliyi əvvəl sağ sonra isə sol gözdə yoxlanılır.
Sual № 1008
Polixromatik cədvəlin köməyi ilə gözün hansı funksiyası müayinə olunur?
Ədəbiyyat:: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 22
Gözün rəng duyumunu müayinə etmək üçün Y.B.Rabkinin xüsusi polixromatik cədvəlindən istifadə olunur.Cədvəldə müxtəlif füqurların kombinə olunmuş formasından ibarət şəkil-testlər var.Normal rəng duyumu olan şəxslər müayinə zamanı asanlıqla şəkilləri rənginə görə ayıra bilirlər.Rəng duyumu pozulan şəxslər isə müayinə zamanı rəngin tonlarını ayıra bilmirlər.Şəkillərdə normal rəng duyumu olan insanlardan fərqli olaraq mütəlif fiqurlar görürlər.
Sual № 1009
Burunun müayinəsi necə adlanır?
Ədəbiyyat:С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 21
Burun boşluğunu müayinə metodu rinaskopiya adlanır. Ön rinoskopiya burun güzgüsü vasitəsilə, arxa rinoskopiya isə burun-qırtlaq güzgüsü və şpateli ilə aparılır.Rinoskopiya zamanı burunun selikli qişasının rənginə,sekresiyanın miqdarına və xarakterinə,burun balıqqulaqlarının və burunla tənəffüsün vəziyyətinə diqqət yetirilir.
Sual № 1010
Burun qanaxması zamanı ilk tibbi yardım hansıdır?
Ədəbiyyat:С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 32
Burun qanaxmasını dayandırmaq mümkün olmadıqda uzunluğu 70-100 sm olan cuna tamponu hemostatik maddədə isladaraq burunun ön tamponadasını etmək lazımdır. Tamponun maksimum saxlanma müddəti 48 saatdır.
Sual № 1011
Burun boşluğundan yaxma nə məqsədlə götürülür?
Ədəbiyyat:С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 23
Burun boşluğundan yaxmanın götürülməsi bakterioloji tədqiqat üçün material almaq məqsədilə həyata keçirilir.Kəskin iltihabı proseslərə və ya burun difteriyasına şübhə olduqda burun boşluğundan yaxma götürülür.
Sual № 1012
Buruna yumşaq sarğının hansı növü qoyulur?
Ədəbiyyat:С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 280
Buruna qoyulan sarğı sapandvarı sarğıdır. Bu sarğı üzün çıxıntı hissələrinə qoyulur (buruna, çənəyə, ənsəyə) Sapandvarı sarğı parçadan olan yumşaq sarğılara aiddir. Orta hissəsindən başqa hər iki ucu, boy uzunu istiqamətdi kəsilmiş , enli lent şəklində tənzif və ya parçaya desmurgiyada sapand deyilir.
Sual № 1013
Arterial hipertenziyalı xəstələrdə burun qanaxmaları zamanı tamponu hansı məhlulda islatmaq olmaz?
Ədəbiyyat:С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 32
Efedrin arterial təzyiqi artırdığına görə arterial hipertenziyalı xəstələrdə burun qanaxmaları zamanı istifadə edilmir.
Sual № 1014
Xarici burunun yüngül dərəcəli donması zamanı ilkin tibbi yardım nədir?
Ədəbiyyat:С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 26
Xarici burunun donması aşağı temperaturun uzun müddətli təsiri nəticəsində rast gəlinir.Yüngül dərəcəli donmalarda dəri ağarır və hissiyyat itir.Xarici burunun donması zamanı ilkin tibbi yardım qan təchizatının bərpa olunmasından ibarətdir. Bu məqsədlə dəri spitrdə isladılmış tamponla, sonra isə quru olaraq sürtülür.Dəri qızışdırılan zaman göy-qırmızı rəng alır,şişkinlik,ağrı və qaşınma müşahidə edilir.
Sual № 1015
Burun qanaxmalarında başa hansı vəziyyət verilir?
Ədəbiyyat:: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 32
Burun qanaxmalarında ilkin tibbi yardıma aşağıdakılar aiddir; xəstəyə başı önə yüngül əyilmiş vəziyyət verilir,buruna soyuq kompres,ənsəyə buz qovuqcuğu qoyulur,burun girəcəyinə hemostatik maddələrdə(hidrogen-peroksid,adrenalin və s.)isladılmış pambıq tampon yeridilir,xəstənin əlinə ləyən verilir.
Sual № 1016
Burun boşluğunda yad cism olduqda təhlükəli ağırlaşma nədir?
Ədəbiyyat:: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 43
Burun boşluğunda yad cismin olması zamanı təhlükəli ağırlaşma yad cismlə aspisiyadir. Ona görə yad cismin xaric edilməsi mütləq həkim tərəfindən xüsusi qarmaqla və ya Hartmaq tutqacı və ya küt Lanqe qarmağı vasitəsilə həyata keçirilir.
Sual № 1017
Badamcıq lakunalarının yuyulmasına göstəriş:
Ədəbiyyat:: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 100
Xroniki tonzilit konservativ müalicəsi kompleks şəkildə həyata keçirilir- ümumi və yerli müalicə. Yerli müalicə badamcıq lakunalarının antiseptik maddələrlə (furasilin, üodinal, dioksidin, oktinesept ) yuyulması aiddir. Müalicə üsulu 10-15 proseduradan ibarətdir.Bu məqsədlə dərman maddəsi şprisə yığılır.Xəstəyə prosedura zamanı nəfəsini saxlamaq təklif olunur.Dil ortadan sol əllə şpatel iləfiksə olunur.Sağ əllə şprisi götürərək lakunalar yuyulur.Yuyulma bir neçə dəfə təkrar olunur.
Sual № 1018
Haymor(əng) cibinin iltihabı necə adlanır?
Ədəbiyyat:С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 56
Əng cibi həm də haymor cibi adlanır.Haymor sözünün axırına “İt” şəkilçisi əlavə olunduqda iltihabı bildirir.Haymor cibinin iltihabı haymorit adlanır.
Sual № 1019
Udlağın müayinəsi necə adlanır?
Ədəbiyyat:: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 68
Udlağın alın reflektoru və qırtlaq gözgüsü ilə müayinəsi farinqoskapiya adlanır.Farinqoskopiya zamanı yumuşaq damarın hərəkətliliyi,ağız boşluğunun və udlağın selikli qişasının rəngi,qövslərin və damaq badamcıqlarının vəziyyəti müayinə olunur.
Sual № 1020
Qırtlağın müayinəsi necə adlanır?
Ədəbiyyat:С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 116
Qırtlağın larinqoskop vasitəsi ilə müayinəsi larinqoskopiya adlanır.Larinqoskopiyada səs yarığının genişliyi selikli qişanın rəngi səs büküşlərinin rəngi,qırtlaq boşluğu müayinə olunur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?