Feldşer

1.212 elementdən 1.021-1.040 arası göstərilir.

Sual № 1021

Qulağın müayinəsi necə adlanır?

  Ədəbiyyat:С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 159.
Otoskop vasitəsilə qulağın müayinəsi otoskopiya adlanır. Otoskopiya zamanı xarici qulaq keçəcəyi və təbil pərdəsi müayinə olunur.

Sual № 1022

Xarici qulağa hansı aiddir?

  Ədəbiyyat:С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 142.
Xarici qulaq qulaq seyvanından və xarici qulaq keçəcəyindən təşkil olunur. Xarici və orta qulaq arasında təbil pərdəsi yerləşir.

Sual № 1023

Qulağa damızdırılan maye neçə dərəcə temperaturda olmalıdır?

  Ədəbiyyat:С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 305.
Dərman maddəsi damızdırılmadan əvvəl 50-60 dərəcə su hamamında bədən temperaturuna qədər (36-37) qızdırılmalıdır.

Sual № 1024

Xarici qulaq keçəcəyindən yad cism nəyin köməkliyi ilə xaric edilir?

  Ədəbiyyat:С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 300.
Jane şprisinə 37 C-də qızdırılmış maye yığılaraq xarici qulaq keçəcəyi yuyulur və yad cism xaric edilir.

Sual № 1025

Xarici qulağın təmizlənməsi necə həyata keçirilir?

1. Qulaq zondu
2. Konik pinset
3. Jane şpris
4. Qulaq qıfı
5. Elektrosorucu
6. Atravmatik pipetka

  Ədəbiyyat:С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 329.
Xarici qulağın təmizlənməsinin 3 üsulu var
1)qulaq zondu ilə,
2)Jane şprisi ilə,
3)elektro-sorucu ilə.

Sual № 1026

Xarici qulaq keçəcəyindən qanaxma zamanı ilkin tibbi yardım nədən ibarətdir?

  Ədəbiyyat:: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 170
Xarici qulaq keçəcəyinin zədələnmələri səthi və dərin olur. Səthi travmalar dərinin zədələnməsi ilə, dərin travmalar isə qığırdaq və sümük toxunmasının zədələnməsi ilə müşahidə olunur. Xarici qulaq keçəcəyinin dərisinin zədələnməsi məişət xarakterli olub çox vaxt təbil pərdəsinin travması ilə nəticələnir. Buna əsasən uşaqlarda oyun zamanı,böyüklərdə kibrit çöpü,sancaq və s. ilə qulağı təmizlədikdə, yad cismi xaric etdikdə rast gəlinir. Xarici qulaq keçəcəyindən qanaxma olduqda qulaq keçəcəyinə steril pambıq kürəcik yeridərək xəstəni LOR həkiminə göndərmək lazımdır.

Sual № 1027

Xarici qulaq keçəcəyinin yuyulması nə ilə həyata keçirilir?

  Ədəbiyyat:С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 2 2 9
Xarici qulaq keçəcəyinin yuyulması jane şprisi ilə həyata keçirilir.Jane şprisinə 35-37°C temperaturda su və ya furasilin məhlulu yığılır.Xəstə işıq mənbəyinin yaınında otuzdurulur.Xəstənin çiyni dəsmal ilə örtülür və qulağının altına tutmaq üçün böyrəyə-bənzər ləyən verilir.Sol əllə qulaq seyvanı arxaya və yuxarı dartılır.Sağ əllə şprisin ucluğu xarici qulaq keçəcəyinə yeridilir.Xarici qulaq keçəcəyinin yuxarı arxa divarı boyunca təzyiqlə maye yeridilir.Yuyulmuş suya nəzarət etmək lazımdır.Proseduradan sonra qulaq keçəcəyi tam qurudulur.Sonda istifadə olunan materiallar dezinfeksiya edilir.

Sual № 1028

Qulaq seyvanın hematoması zamanı ilkin tibbi yardım nədən ibarətdir?

  Ədəbiyyat:: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 1 6 9
Qulaq seyvanının hematoması zədələnmə nəticəsində dəri örtüklərinin pozulmaması ilə qığırdaq və qığırdaq üstlüyü arasındakı sahədə baş verən qansızmadır.Bu zaman ilkin tibbi yardım buz qovuqcuğunun və sıxıcı sarğının qoyulmasından ibarətdir.Sonradan həkimin konsultasiyası vacibdir.Əgər vaxtında düzgün yardım göstərilməzsə hematomanın infeksiyalaşması,qığırdaq və qığırdaq üstlüyünün iltihabı baş verə bilər.

Sual № 1029

Qulağa qoyulan qızdırıcı kompress necə təsir göstərir?

  Ədəbiyyat:: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 308
Qızdırıcı kompress sadə fizioterapevtik prosedura olub müəyyən müddət ərzində qan damarlarını genişləndirir.Bu isə dəri və dərialtı toxumalarda qan dövranını artırır.Nəticədə ağrıkəsici effektə və iltihabı prossesin sorulmasına səbəb olur.

Sual № 1030

İrinli yaraların müalicəsində enzimoterapiya nə ilə aparılır?

  Ədəbiyyat::H.Sultanov. Cərrahiyyə Bakı 1997.səh(130)
İrinli yaralar gec sağaldıqda yara cərrahi işləndikdən sonra sağalma prosesini tezləşdirmək məqsədil fermentlərdən tripsin,ximotripsin,streptaza və.s işlədili

Sual № 1031

Nəcisdə al qırmızı qanın olması hansı orqanın xəstəliyinə şübhə yaradır?

  Ədəbiyyat:Ədəbiyyat:H.Sultanov.Cərrahiyyə Bakı 1997.Səh(226)
Düz bağırsaqda və anus ətrafında venaların varikoz genişlənməsi babasil adlanır.Defekasiya aktından sonra babasil xəstəliyində qanaxma müşahidə edilirki,bu da al qırmızı rəngdə nəcisdə aydın görünür.

Sual № 1032

Anadangəlmə çıxıqlar hansı oynaqda daha çox rast gəlinir?

  Ədəbiyyat:H.Sultanov.Cərrahiyyə Bakı 1997.Səh(103)
Anadangəlmə çıxıqlar adətən qız uşaqlarında bud çanaq oynağında tez-tez rast gəlinir.Bu oynaq səthlərinin,bağların uşaq ana bətnində olarkən zəif inkişaf etməsi ilə əlaqələndirilir.Rentgen müayinəsindən sonra diaqnoz dəqiqləşdirilir.Müalicəsi cərrahi və ortopetik yolladır.

Sual № 1033

Diz oynağının zədələnmələrində və xəstəliklərində diz oynağına sarğı qoyarkən diz oynağı neçə dərəcəli bucaq altında olmalıdır?

  Ədəbiyyat:: H.Sultanov.Cərrahiyyə Bakı 1997.Səh(95)
Diz oynağının zədələnmələrində və xəstəliklərində oynağa 130 dərəcə bucaq verilərək yaxınlaşan və uzaqlaşan tısbağavari formalı sarğı qoyulur.

Sual № 1034

Uşaqlarda sınıq nahiyəsində yaranan hemotamaya 1%-li novakain blokadası apararkən nə nəzərə alınmalıdır?

  Ədəbiyyat::B,D.Komarov.Təcili tibbi yardım.Moskva-1984.Səh(294)
Uşaqlarda ətrafların sınıqları zamanı kiçik ölçülü Kramer şinası ilə immobilizasiyadan sonra sınıq yerində hematomaya uşağın yaşına müvafiq novakainin 1-2%-li məhlulundan hər yaş üçün 1ml götürülməklə işlədilir.Əgər uşağın yeddi yaşı varsa onda 7 ml novakain vurulmalıdır.

Sual № 1035

Feldşer hepatitə şübhəli xəstədən sınaq şüşələrinə götürdüyü qanı mərkəzi labarotoriyaya kənddən necə çatdirmalıdır

  Ədəbiyyat::S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(171)
Sınaq şüşələrinə hepatitlərə Q.İ.D.S-ə şübhəli şəxslərdən götürülən qan ehtiyatla sınaq şüşələrinə doldurulub ağzı kip bağlanmalıdır.Əlavə olaraq sınaq şüşəsinin ağzı leykoplastırla möhkəmləndirilməlidir.Sonra isə hermetik konteynerə qoyulmalıdır.

Sual № 1036

Xəstəyə oksigen yastığı ilə oksigen verilərkən dəqiqə ərzində oksigenin verilmə sürəti neçə litr olmalıdır?

  Ədəbiyyat::S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(51)
Oksigen yastıqları 10-25 litrlik rezinləşdirilmiş kisə formasında olur.Adətən bir oksigen yastığı 5-6 dəqiqə kifayət edir.Verilən oksigenin dəqiqəlik həcmi reduktor vasitəsilə tənzimlənir ki,bu da 1 dəqiqə 4-5 l-ə bərabərdir.

Sual № 1037

1 qram zülal neçə kkal enerji verir?

  Ədəbiyyat::N.P.Paleyev.Tibb bacısının məlumat kitabı.Bakı-1991.Səh(122)
1 litr suya 1°C qızdırmaq üçün lazım olan istikiyin miqdarına kilokalori(kkalori) deyilir.1 qram zülal “yandıqda” 4.1 kkal enerji ayrılır.Müxtəlif qida məhsullarının koloriliyi xüsusi cədvəllərlə müəyyənləşdirilir.

Sual № 1038

Burun qanaxmalarında istifadə olunan tamponun ölçüləri nə qədər olmalıdır?

  Ədəbiyyat::A.A.Mixaylov.Feldşerin məlumat kitabı 2-ci cild.Moskva-1990.Səh(451)
Burun qanaxmalarında ön tamponada üçün 50-60 sm uzunluğunda,eni isə 1-1.5 sm olan steril tənzif tamponlardan istifadə edilir.Tampon qan zərdabı ilə trombin məhlulu ilə və steril vazelinlə isladılır.sonda buruna sapandvari sarğı qoyulur.

Sual № 1039

Yırtığı xarakterizə edən neçə əlamət var?

  Ədəbiyyat:: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(241)
Yırtıq üç hissədən ibarət olmaqla xarekterizə olunur: 1.Yırtıq qapısı
2.Yırtıq kisəsi
3.Kisəsinin içində olan orqan və ya toxuma

Sual № 1040

Turnanın düzgün qoyulduğunu təsdiq edən əlamətlərdən biri doğru deyil.

  Ədəbiyyat:: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(77)
Turna tək sümüklər olan anatomik nahiyələrə qoyulur.Turna o qədər sıxılmalıdır ki,arterial qan dayansın və periferik nəbz itmiş olsun.Bu vaxt ətraf dərinin rəngi avazıyır və soyuyur.Turnanın maksimal saxlanma müddəti fasilələrlə 2 saatdan çox olmamalıdır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×