Feldşer

1.212 elementdən 1.041-1.060 arası göstərilir.

Sual № 1041

Travmatik qanaxmalar baş verdiyi vaxta görə neçə yerə bölünür?

  Ədəbiyyat:: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(73)
Travmatik qanaxmalar baş verdiyi vaxta görə birincili və ikincili olmaqla 2 yerə bölünür.Birincili qanaxma hər bir travmadan sonra,ikincili qanaxma isə bir neçə vaxt sonra baş verir.

Sual № 1042

Narkozun klinik gedişi neçə dövrə bölünür?

  Ədəbiyyat:: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(51)
Narkozun klinik gedişi 4 dövrə bölünür:
1.Analgeziya və huşun saxlanılması:
2.Oyanma dövrü:
3.Cərrahi yuxu dövrü:
4.Xəstənin narkozdan ayılma dövrü

Sual № 1043

Sardonik gülüş, trizm və opistotonus hansı xəstəlik üçün xarakteikdir?

  Ədəbiyyat:: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(149)
Xəstəliyin gizli dövrü nə qədər qısa olsa o bir o qədər ağır keçir.İlk olaraq çeynəmə əzələlərinin qıcolması nəticısində trizm,dişlərin kilidlənməsi,mimiki əzələlərin qıc olması-sardonik gülüş və sonda ənsə,kürək və ətraf əzələlərin qıcolması nəticəsində opistotonus-körpü vəziyyəti yaranır.

Sual № 1044

Ekzoftalm, tremor, taxikardiya hansı xəstəliyin əsas simptomlarıdır?

  Ədəbiyyat:: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(149)
Bu xəstəlikdə qalxanvari vizin hiperfunksiyası müəyyən edilir.Əsasən üç simptom müşahidə edilir-əllərin və ətrafların əsməsi-tremor,dombagözlük (ekzoftalm) və ürək vurğularının sayının artması-taxikardiya.

Sual № 1045

Litotriptor nə məqsədlə işlədilir?

  Ədəbiyyat:S.B.İmanverdiyev.Uroloji şöbədə tibb bacısının işi,Bakı-2004.Səh(48)
Manipulyasiya sistoskopiya otağında aparılır.Sidik kisəsində olan daşların parçalanması elektrohidravlik effektə əsaslanır.”Urat-1” aparatlarından istifadə edilir.Sistoskopdan aparata birləşdirilmiş elektrod salınaraq,elektrodla göndərilən cərəyan daşı parçalayır.Xırda daşlar özü xaric olur.

Sual № 1046

Zimnitski sınağında ilk sidik nümunəsi saat neçədən yığılmağa başlanır?

  Ədəbiyyat:S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(255)
Xəstəyə 8 qab verilərək hər bir qabın üzərində vaxtı göstərilir.Fasilə 3 saat müəyyənləşdirilir.İlk sidik nümunəsi (6:00-da) atılaraq,saat 9:00-dan qaba yığılır.Növbəti gün saat 6:00-ın sidik nümunəsi isə qaba yığılır.

Sual № 1047

Səthi yanıqlardan sonra dərinin neçə faizi zədələndikdə ambulator müalicəyə cəlb edilir? (Üzün, əllərin, aralığın yanıqları aid edilmir).

  Ədəbiyyat::V.İ.Maslov.Kiçik cərrahlıq.Moskva-1988.Səh(79)
Səthi yanıqlardan sonra dərinin neçə faizi zədələndikdə ambulator müalicə cəlb edilir.(üzün,əllərin,aralığın yanıqları aid edilmir).Hiss olunacaq dərəcədə(xəstə ayaq üstə olmaqla) 4-5 dəfə yumruqla vurmaq lazımdır.

Sual № 1048

Bud sümüyünün sınaqlarında ən etibarlı immobilizasiya şinası hansıdır?

  Ədəbiyyat:: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(110)
Aşağı ətrafların sınıqlarında əsasən taxtadan hazırlanmış xüsusi diterexs şinalarından istifadə edilir.Şina üç hissədən ibarətdir və xəstənin boyuna uyğunlaşdırıla bilir.Şina aşağı ətrafın tış tərəfindən qoltuq çuxuruna iç tərəfdən isə qasıq nahiyəsinə qoyulur.Bu vaxt ətrafda olan bütün oynaqlar hərəkətsiz vəziyyətə gətirilir.

Sual № 1049

Böyrəklərin qapalı zədələnmələri zamanı ilk tibbi yardım nədən ibarətdir?

  Ədəbiyyat:: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(248)
Böyrəklərin qapalı zədələnmələri zamanı ilk tibbi yardım məqsədilə zədə nahiyəsinə buz qoyub,xəstəni rahat uzadaraq təcili xəstəxanaya çatdırmaq lazımdır.

Sual № 1050

Sidik kisəsini yumaq üçün hansı məhluldan istifadə olunur?

  Ədəbiyyat::S.B.İmanverdiyev.Uroloji şöbədə tibb bacısının işi,Bakı-2004.Səh(65)
Sidik kisəsinin iltihabı xəstəliklərində,bəzi cərrahi əməliyyatlardan sonra Jane şprisi ilə isidilmiş furasilin məhlulu ilə sidik kisəsi yuyulur.

Sual № 1051

Sidik kisəsinin qapalı zədələnmələrində ilk yardım nədən ibarətdir?

  Ədəbiyyat:: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(247)
Sidik kisəsinin qapalı zədələnmələri ən çox avtomobil qəzalarında rast gəlinir.Belə hallarda ilk tibbi yardım məqsədilə buz qovuqcuğundan istifadə etmək və xəstəni təcili hospitalizə etmək məsləhətdir.

Sual № 1052

Varikosele hansı xəstəlikdir?

  Ədəbiyyat:: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(259)
Varikosele-toxum ciyəsi venalarının genişlənməsidir.Əsasən sol tərəfdə rast gəlinir,buna səbəb toxum ciyəsi venasının sol tərəfdə böyrək venasına düz bucaq altında açılmasıdır.

Sual № 1053

Fövqaladə hallarda ilk tibbi yardım ilk növbədə kimlərə göstərilməlidir?

  Ədəbiyyat::B.D.Komarov.Təcili tibbi yardım(Feldşerlər üçün)Moskva-1984.Səh(24)
Fövqaladə hallarda çoxlu sayda insanin müxtəlif formada aldıqları travmalar zamanı hadisə yerində olan feldşer ilk növbədə yaralıları tibbi yardım növbələşdirmək üçün çeşıdləməyi bacarmalıdır.İlk növbədə yardım həyatı vacib orqanların zədələnmələri və yaralanmaları olan xəstələrə göstərilməlidir.

Sual № 1054

Xüsusi tibbi geyim qanla çirkləndikdə necə dezinfeksiya ediliməlidir?

  Ədəbiyyat::S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(168)
Tibb işçilərinin manipulyasiya və əməliyyatlar zamanı xüsusi geyimləri qanla çirkləndikdə,geyimlər 2 saat müddətinə 10%-li xlorlu əhəng məhlulunda dezinfeksiya edilməlidir.

Sual № 1055

Hepatitli xəstələrlə kontakta olan tibbi alətlərin dezinfeksiyasında neçə faizli xloramin məhlulu işlədilir?

  Ədəbiyyat::S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(178)
Hepatit xəstəliyi ilə xəstə insanlardan qan götürdükdə,digər manipulyasiyaları yerinə yetirdikdə istifadə olunmuş bütün əşyalar 60 dəqiqə müddətində 3%-li xloramin məhlulunda saxlanmalıdır.

Sual № 1056

Xəstəxananın qəbul şöbəsinə orta ağır vəziyyətdə xəstə gətirilib. Növbətçi həkim yoxdur, feldşer nə etməlidir?

  Ədəbiyyat::S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(19)
Qəbul şöbəsinə gətirilmış bütün xəstələrə lazımi tibbi yardım növbətçi həkim tərəfindən göstərilir.Lakin həkim olmadıqda növbədə olan feldşer,tibb bacısı həkimi gözləmədən ilk tibbi yardım göstərməlidir.

Sual № 1057

Təmizləyici imalənin qoyulmasına əks göstəriş hansıdır?

  Ədəbiyyat::S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(237)
Təmizləyici imaləni qoymazdan əvvəl anus ətrafı gözdən keçirilməlidir.Xəstədə babasil düyünləri,anamnezində qanaxma halları aşkarlanarsa bu əks göstəriş hesab edilir.

Sual № 1058

Sutkalıq diurez 40ml olarsa bu nəyi göstərir?

  Ədəbiyyat::S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(250)
Sidik ifrazınım sutkalıq norması 1.5-2 litrə bərabərdir.Bu göstərici bir sıra amillərin təsirindən dəyişə bilər.Sidik ifrazının azalması oliqurasiya adlanır.

Sual № 1059

Nəfəs yollarının tutulması necə adlanır?

  Ədəbiyyat:: В.Д.Комаров «Скорая медицинская помощь». Москва 1984. Səh. 34
Bədbəxt hadisələr və bir sıra xəstəliklər zamanı ölümə səbəb olan amillərdən biri də nəfəs yollarının müxtəlif mənşəli maddələrlə tutlmasıdır ki,bu da aspirasiya adlanır.

Sual № 1060

Traxeotom aləti nə üçün istifadə olunur?

  Ədəbiyyat:: В.Д.Комаров «Скорая медицинская помощь». Москва 1984. Səh. 43
Konikotomiya traxeostoma qoymaq üçün aparılır.Bu əməliyyatı yerinə yetirmək üçün xüsusi alətdən-traxeostomdan istifadə edilir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×