Feldşer

1.212 elementdən 1.061-1.080 arası göstərilir.

Sual № 1061

Poliqlükindən bir dəfəyə maksimum vena daxilinə neçə ml. qədər köçürmək olar?

  Ədəbiyyat:: В.Д.Комаров «Скорая медицинская помощь». Москва 1984. Səh. 68
Qanın mübadilə prosesini pozduğuna və əsasən də trombositləri parçaladığına görə çox işlətmək olmaz. Bu qanaxmanı göcləndirə bilər.

Sual № 1062

Morfini hansı hallarda işlətmək əks göstərişdir?

  Ədəbiyyat:: В.Д.Комаров «Скорая медицинская помощь». Москва 1984. Səh. 70
Morfinin işlədilməsinə əks göstəriş ağır formalı kəllə-beyin travmaları və yaşın 60-dan çox olmasıdır.Morfin tənəffüs mərkəzini iflic edə bilər.

Sual № 1063

Sistit nəyin iltihabi xəstəliyidir?

  Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 255
Sidik kisəsinin selikli qişasının iltihabına sistit deyilir. Sistit birincili və ikincili olur.Törədiciləri patogen mikroblardır.Travmalar,daş və kateter saldıqdan sonra baş verir.

Sual № 1064

Qanda və sidikdə diastazanın miqdarının artması hansı xəstəlik üçün səciyyəvidir?

  Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 237
Normada diastaza sidikdə 16-64 vahid olur.Kəskin pankreatikdə bu göstərici bir neçə min vahidə çatır.Vəzidə gedən nekroz zamanı diaztazanın miqdarı azalır.

Sual № 1065

Koxer üsulu ilə bazu çıxığının yerinə salınması neçə mərhələdən ibarətdir?

  Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 271
Koxer üsulu ilə çıxığın yerinə salınması texnikası dörd ardıcıl mərhələdən ibarətdir:
1.Dirsək oynağı düz bucaq altında bükürək aşağı dartılıb dirsək gövdəyə sıxılır.
2.Gövdəyə sıxılmış bazu xarici tərəfə əyilir.
3.Dirsək tədricən orta xəttə və yuxarı dartılır.
4.Xəstənin bazu önü döş qəfəsinin üstünə elə qoyulur ki,zədə almış əl sağlam çiyinin üstünə toxunsun.

Sual № 1066

Bazu çıxığı yerinə salındıqdan sonra hansı sarğı ilə təsbit olunur?

  Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 272
Bazu çıxığı yerinə salındıqdan sonra R-qrafiya edilib Dezo sarğısı qoyulur.Çıxıq yerinə salındıqdan 5 gün sonra oynaqda hərəkət və masaj başlanmalıdır.

Sual № 1067

Pielitin əsas əlaməti nədir?

  Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 250
Pielit böyrək ləyəninin iltihabıdır.Kəskin pielit düzgün müalicə olunmadıqda xroniki hala keçir.Pielitin əsas simptomu piuriyadır(sidikdə irinin ifraz olunması)

Sual № 1068

Donmaların kliniki gedişi neçə dövrə bölünür?

  Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 122
Donmaların kliniki gedişi iki dövrə bölünür:
1. Gizli dövr-bu dövrdə toxumaların yerli hiperemiyası baş verir.Sonra dəri avazıyır,giziltili ağrı olur,getdikcə həmin nahiyədə hissiyat itir.
2. Reaktiv dövr-bu donmuş ətrafın qızdırılmasından sonra baş verir.

Sual № 1069

Dırnağı yatağından çıxardıqda hansı anesteziya növündən istifadə edilir?

  Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 60
Regionar anesteziyada 1-2%-li novakain sinirin perinevral və ya endonevral qatına vurulur.Anesteziya 10-15 dəqiqə sonra başlayır.Əl və ayaq barmaqlarında aparılan kiçik əməliyyatlarda istifadə edilir.

Sual № 1070

Hansı çıxıqlarda oynaq kisəsi zədələnmir (partlamır)?

  Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 181
Aşağı çənənin çıxığı birtərəfli və ikitərəfli olur. Çənənin çıxığı müxtəlif səbəblərdən ola bilər. Çıxığın bu formasında oynaq kisəsi zədələnmir, partlamır.

Sual № 1071

Odlu silah yaraları hansı üsulla cərrahi işlənir?

  Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 130
Odlu silah yaralarını Piraqov üsulu ilə işlədikdə yara kanalı açılaraq içərisində olan yad cisimlər çıxarılır,qanaxma tam dayandırıldıqdan sonra yaraya tikişlər qoyulur, lakin saplara düyün vurulmur.Yara 1 sutka açıq saxlanılır.2-ci gün yaraya drenaj qoyulmaqla sap düyünlənir.

Sual № 1072

Bağırsaq keçməməzliyinin invaginasiya forması ən çox kimlərdə rast gəlinir?

  Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 223
İnvaginasiya-bağırsaqların bir-birinin içərisinə keçməsidir. Çox vaxt nazik bağırsaq kor bağırsağa keçir. Ən çox 1 yaşa qədər uşaqlarda rast gəlinir. Kəskin və xroniki formaları ayırd edilir.

Sual № 1073

Yaranın birincili cərrahi işlənməsi hər hansı səbəbdən gecikərsə nə etmək lazımdır?

  Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 129
Yara kənarları antibiotiklərlə blokada edilir

Sual № 1074

Yaranı sarımaq üçün steril material olmadıqda (səhra şəraitində) nə etmək məqsədə uyğundur?

  Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 128
Yaranın sarımaq üçün steril material olmadıqda (səhra şəraitində) yaranı açıq saxlamaq lazımdır.

Sual № 1075

Quduzluq əleyhinə vaksin bədənin hansı nahiyəsinə vurulur?

  Ədəbiyyat:: Mövcud təlimata əsasən.

Sual № 1076

Güllə yaralarının neçə forması var?

  Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 125
Güllə yaralarının 3 forması var.
1. Kor güllə yarası
2. Dəlib-keçən güllə yarası
3. Toxunan güllə yarası

Sual № 1077

Appendisit kliniki gedişinə görə neçə formada olur?

  Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 218
Kəskin və xroniki formalara ayrılır. Hər iki formada müalicə cərrahi yollardır. Qarın boşluğunun destruktiv cərrahi xəstəlikləri arasında ən çox rast gəlinənidirr. Ölüm %-0,1-0,3%

Sual № 1078

Düz bağırsaq sallamasının neçə mərhələsi vardır?

  Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 228
Düz bağırsaq sallamasının 4 mərhələsi vardır: Birinci mərhələdə defekasiya zamanı bağırsaq xaricə çıxır və özüdə geri qayıdır. İkinci mərhələdə defekasiyadan sonra xəstə özü əli ilə bağırsağı yerinə salır. Üçüncü mərhələdə xəstə öskürdükcə, asqırdıqda bağırsaq sallanır.Dördüncü mərhələdə bağırsaq xaricə çıxır, geri qayıtmır.

Sual № 1079

Dəriyə qoyulan düyünlü tikişlər arasında olan məsafə neçə sm-dən çox olmamalıdır?

  Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 294
Dəri düyünlü tikişlə tikilir. Dəri ilə dərialtı toxumalar arıq xəstələrdə bir yerdə, kök xəstələrdə isə ayrı tikilir. İynə yara kənarından 0,5-1sm məsafədə batılır. Dəriyə qoyulan tikişlər arasındakı məsafə 2sm-dən artıq olmamalıdır.

Sual № 1080

Əzilmələr zamanı ilk yardımda tətbiq edilmir?

  Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı-1997. Səh.(100)
Əzilmələr zamanı toxumaların xüsusiyyətlərinə uyğun yerli və ümümi əlamətlər meydana çıxır.İlk yardımın əsas məqsədi ağrını azaltmaq,qanaxmanı dayandırmaq xəstəyə rahatlıq vermək və.s ibarətdir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×