Feldşer

1.212 elementdən 1.081-1.100 arası göstərilir.

Sual № 1081

Xəstə 1 litr qan itirdikdə AT(arterial təzyiq) neçə mm.c.st aşağı düşür?

  Ədəbiyyat::V.İ.Maslov.Kiçik cərrahlıq.Moskva-1988.Səh(51)

Sual № 1082

Neçə litr qan itkisi huşunu itirilməsinə ,kollapsa gətirib çıxarır?

  Ədəbiyyat::V.İ.Maslov.Kiçik cərrahlıq.Moskva-1988.Səh(51)
Xəstə 2 litr və artıq qan itirdikdən kollaps vəziyyəti yaranır.Dəri soyuyaraq soyuq yapışqan tərlə örtülür.Nəbz sapvari olmaqla taxikardiya(1 dəqiqədə 150 vurğu) yaranaraq AT 60-70 mm c.st enir.

Sual № 1083

Kəskin yerli cərrahi infeksiyaların(furunkul,karbunkul,hidradenit ) hansı fazasında novakain antibiotik blokadası tətbiq edilir?

  Ədəbiyyat:V.İ.Maslov.Kiçik cərrahlıq.Moskva-1988.Səh(43)
Qısa müddətli novakain-antibiotik blokadası kəskin yerli cərrahi infeksiyalarda iltihab prosesinin qarşısını almaq məqsədilə infiltrasiya fazasında tətbiq edilir.

Sual № 1084

Tetanus əleyhinə zərdabın Bezredko üsulu ilə sınağından sonra yaranmış qızartı-papulanın ölçüsü nə qədər olduqda zərdab vurulur?

  Ədəbiyyat::V.İ.Maslov.Kiçik cərrahlıq.Moskva-1988.Səh(64)
Bütün təsadüfi yaralanmalar zamanı tetanus əleyhinə zərdab vurulmalıdır.Zərdabın dərialtı sınağından sonra nəzərə çarpan qızartı və papulanın ölçüsü 0.9 sm-dən çox olarsa zərdabın vurulmasından imtina olunmalıdır.

Sual № 1085

Beyin qan damarlarının qısa müddətli spazmı nəticəsində yaranan patoloji hal necə adlanır?

  Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı-1997. Səh.(92) Bayılma,beyin qan damarlarının müəyyən qıcıqların təsirindın qısa müddətli reflektor spazmı nəticəsində yaranır.Beyin qan damarlarının tonusu aşağı düşür.
Bayılma,beyin qan damarlarının müəyyən qıcıqların təsirindın qısa müddətli reflektor spazmı nəticəsində yaranır.Beyin qan damarlarının tonusu aşağı düşür.

Sual № 1086

Köçürülən qanın əsas təsirini göstərin.

  Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı-1997. Səh.(85)
Qanköçürmə insan orqanizminə mürəkkəb neyro-humoral təsir göstərir.Köçürülən qanın dörd əsas təsir sahəsi vardır:
1.Stimulyasiya edici
2.Qandayandırıcı
3.Zərərsizləşdirici
4.Əvəzləyici

Sual № 1087

İlk tibbi yardım harada göstərilir?

  Ədəbiyyat:В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.73-76
Zədələnmə ocağında nə qədər tez və düzgün yardım göstərilərsə ölüm və əlilliyin sayı bir o qədər az olar. İlk tibbi yardım özü – özünə və qarşılıqlı şəkildə yerinə yetirilir.

Sual № 1088

Uzunmüddətli sıxılma sindromunun ən çox rast gəlinən ağırlaşması hansıdır?

  Ədəbiyyat:: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.124-127
Toksiki şoka ən ağır travmalarda və müxtəlif fəlakət növlərində rast gəlinir. Zədələnmiş bədən nahiyəsi sıxılmadan azad edildikdən sonra bir sıra toksiki maddələr qana sorulur. Qanda əzələ mioqlobininin miqdarı artır. Toksiki şok əmələ gəlir.

Sual № 1089

Fövqəladə fəlakətlər zamanı fəlakət tibb xidmətinin əsas vəzifələrindən biri hansıdır?

  Ədəbiyyat:: A.Musayev. “ Mülki müdafiə tibbi xidmətinin təşkili ” səh.14-19 Bakı - 2008
Zərər çəkənə ilk tibbi yardım göstərilməsi və köçürülmə mərhələsində həyati vacib orqanların fəaliyyətinin bərpa edilməsi Fəlakətlər zamanı ilk həkim yardımı tez və surətli aparılmalıdır. zərərçəkən tam müalicə almaq üçün köçürmə mərhələsinə hazırlanmalıdır.

Sual № 1090

Fəlakət ocağında hospitala qədər hansı tibbi yardım göstərilir?

  Ədəbiyyat:A.Musayev “ Mülki Müdafiə tibbi xidmətinin təşkili ”. Səh. 100-101 Bakı - 2008
Fəlakət ocağında ilk tibbi yardım göstərilir. Tez və keyfiyyətli ilk tibbi yardımın göstərilməsi əlillik və ölüm hallarının sayını azaldır.

Sual № 1091

Uzunmüddətli sıxılma sindromunun aşağıdakı növü yoxdur.

  Ədəbiyyat:В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.124-125
Ani sıxılma uzunmüddətli olmadığı üçün kompresiyanın uzunmüddətli növünə aid edilə bilməz.

Sual № 1092

İlan vurmada hansı təxirəsalınmaz yardım göstərilmir?

  Ədəbiyyat:: Е.М.Чазов «Неотложные состояния и екстренная медицинская помощь» стр.459-461 Москва-Медицина -1988
Mərkəzi sinir sisteminə oyandırıcı təsir göstərdiyi üçün qanın durulaşdırılmasına səbəb olduğu üçün alkaqol vermək olmaz

Sual № 1093

Kimyəvi zədələnmə ocağında ilk tibbi yardımın əsas tədbirlərinə nə aid deyildir?

  Ədəbiyyat:: A.Musayev. “ Mülki müdafiə tibbi xidmətinin təşkili ” səh. 111-113 Bakı - 2008
Kimyəvi zədələnmə ocağında qanaxma baş vermədiyi üçün qanaxmanın daimi dayandırılması kimyəvi zədələnmə ocağında aprılan ilk yardıma aid deyil. İlk tibbi yardım öz – özünə və yoldaşına qarşılıqlı yardım qaydasında aparılır.

Sual № 1094

Əhalinin kütləvi qırğın silahlarından qorunma üsulları hansıdır?

  Ədəbiyyat:: A.Musayev. “ Mülki müdafiə tibbi xidmətinin təşkili ”. Səh. 81 – 85 Bakı - 2008
Zərərçəkən əhalinin təcili olaraq təxliyyə edilməsi, sığınacaqlara yerləşdirilməsi və ilk tibbi yardımın göstərilməsi onların həyatda qalma ehtimalını daha da artırır. Əhalinin kollektiv şəkildə mühafizəsi üçün əvvəlcədən tikilmiş, sığıncaqlardan, metro və tunellərdən istifadə olunur.

Sual № 1095

Ətrafın sıxılması zamanı ilk tibbi yardım necə göstərilir?

  Ədəbiyyat:: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.126-128
Qanaxmaların və toksiki maddələrin qana sorulmasının və baş verəcək ağrı şokunun qarşısını almaq məqsədilə ətrafın sıxılması zamanı periferiyadan mərkəzə doğru sıxıcı sarğı qoyulur və ağrıkəsicilər yeridilir.

Sual № 1096

Əlaltı vasitələrdən istifadə etməklə zədələnmə ocağında hansı növ tibbi yardım göstərilir?

  Ədəbiyyat:В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.73-76
İlk tibbi yardım zədələnmə ocağında qanaxmanın və ağrının qarşısını almaq üçün aparılır.İlk tibbi yardım dəqiq və hərtərəfli düzgün aparılsa ölümün və ağırlaşmaların sayı azalar.

Sual № 1097

Sudaboğulan şəxsə ilk tibbi yardım hansı ardıcıllıqla göstərilməlidir?

1. Sudan çıxarmaq və ağız boşluğundan yad cisimləri xaric etmək
2. Ağciyərlərin süni ventilyasiyası
3. Ürəyin qapalı masajı
4. Bədənin isidilməsi
5. Dərman müalicəsi
6. Ürəyin açıq masajı

  Ədəbiyyat:: Е.М.Чазов «Неотложные состояния и екстренная медицинская помощь» стр.465-466 Москва 1988
Sudan çıxarmaq və ağız böşluğundan yad cisimləri xaric etmək Suda boğulan şəxsə yardım göstərilərkən əvvəcə tənəffüs yollarının keçiriciliyi bərpa edilir: Şəxs sudan çıxarlır,ağız boşluğundakı yad cismlər xaric edilir, süni tənəffüs verilir,ürəyin qapalı masajı həyata keçirilir.

Sual № 1098

Hansı zəhərləyici maddələrlə zəhərlənmə zamanı dəridə “boz hipoksiya” əmələ gəlir?

  Ədəbiyyat:В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр 208-210
Fosgenlə ilk zəhərlənmə nəticəsində ürək-damar sisteminin fəaliyyəti zəifləyir və hipoksiya getdikcə artır,dərinin rəngi bozarır.

Sual № 1099

Dezaktivasiya nədir?

  Ədəbiyyat:: Ф.И.Кoмаров «Военно-медицинская подготовка» Москва1989 стр 318-319

Sual № 1100

Əhalinin kütləvi qırğın silahlarından mühafizə zamanı nədən istifadə edilmir?

  Ədəbiyyat:: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 81
Ona görə də kütləvi qırğın silahlarında istifadə zamanı əlehqazlardan istifadə olunmur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×