Feldşer
1.212 elementdən 1.121-1.140 arası göstərilir.
Sual № 1121
Miqren tutması zamanı ilk tibbi yardım hansıdır?
Ədəbiyyat:N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.462
Miqren tutması bir neçə saatdan bir-iki sutkaya qədər davam edə bilər. Bu vəziyyət fiziki, emosional yüklənmə ağır havalı otaqda uzun müddət qalmaq nəticəsində baş verir. Miqren tutması zamanı xəstəni yarıqaranlıq, havası dəyişdirilmiş, sakit bir yerdə yerləşdirmək lazımdır.
Sual № 1122
Epilepsiya üçün xarakter əlamət nədir?
Ədəbiyyat:N. İsmayılov: “Psixiatriya”. Səh 211
Epilepsiya yunanca “Epilambano” sözündən götürülüb, “tuturam”, “yaxalayıram” deməkdir. Xəstəlik qıcolma tutması ilə müşahudə olunur.
Sual № 1123
Epileptik status zamanı mexaniki asfiksiyanın qarşısını almaq üçün tibb bacısının taktikası:
Ədəbiyyat:: N. İsmayılov: “Psixiatriya”. Bakı 1992. Səh 220
Epileptik status zamanı ağız suyu udulmaqla boğulmanın qarşısını almaq üçün yuxarı tənəffüs yollarını selikdən təmizləmək, başı yana çevrilir.
Sual № 1124
Hemoratik insult zamanı təxirəsalınmaz yardım:
Ədəbiyyat:N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh. 560
Insult-beyni qanla təchiz edən arteriyalar sistemində kəskin qan dövranı pozğuntusudur. Insult qəfləti, ani inkişaf edir və qansızmanın qarşısını almaq məqsədi ilə xəstənin başına buz qoyub, uzanıqlı vəziyyət vermək lazımdır.
Sual № 1125
Qeyd edilən preparatlardan narkotik qrupa aid olanı hansıdır?
Ədəbiyyat:: N. İsmayılov: “Psixiatriya”. Bakı 1992. Səh 309
Morfi opi çətənəsindən alınan preparatdır. Bu maddəyə asılılıq tez yaranır.
Sual № 1126
Afaziya nədir?
Ədəbiyyat:R.Şirəliyeva: “Sinir xəstəlikləri”. Bakı 2003. Səh 103
Beyin qabığı ilə əlaqədar nitq pozuntusu afaziya adlanır.
Sual № 1127
İsterik tutma zamanı tibb işçisinin taktikası:
Ədəbiyyat:: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.458
İsteriya psixikanın, hissiyyat və hərəki sferanın psixi travma nəticəsində baş verən keçici pozuntusudur. Xəstəni yumşaq bir yerə uzatmalı, kənar şəxsləri uzaqlaşdırmaq lazımdır Sterik tutma xəstənin arzu və istəyini əks etdirən məzmunda olur, nümayiş xarakter daşıyır. Tutma zamanı yıxıldıqda heç bir zədə almırlar. Sterik tutma zamanı xəstəni yumşaq bir yerə uzatmalı, kənar şəxsləri uzaqlaşdırmaq lazımdır.
Sual № 1128
Beyinə qan sızan xəstə hansı vəziyyətdə daşınmalıdır?
Ədəbiyyat:Z.Salayeva: “Sinir xəstəlikləri”. Bakı 1983. Səh 58
Beyinə qan sızmanın genişlənməsinin qarşısını almaq məqsədi ilə başin vəziyyəti dəyişməməli, sabit saxlanmalıdır.
Sual № 1129
Alkoqolla zəhərlənmə zamanı ilk təxirəsalınmaz yardım :
Ədəbiyyat:N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Bakı 1990. Səh 567
Alkoqoldan sui istifadə-zəhərlənmələrə səbəb ola bilər. Alkoqolla zəhərlənmə zamanı şüurun koma dərəcəsinə qədər pozulması müşahidə edilir. Bu zəhərlənmə zamanı təxirəsalınmaz yardın tez bir müddətdə zond vasitəsilə mədənin yuymaq, qarin işlədici duzlar vermək, sürətləndirilmiş diurez tətbiq olunur.
Sual № 1130
Böyrək patologiyası olan xəstələrə hansı qrup preparatları təyin etmək olmaz?
Ədəbiyyat:: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 479
Aminoqlikozidlər böyrəklərə nefrotoksik təsir göstərərək onların funksiyalarını pozur və buna görə də bu preparatı böyrək patologiyası olan xəstələrə təyin etmək olmaz.
Sual № 1131
Eşitmə sinirin nevriti zamanı hansı preparatı təyin etmək olmaz?
Ədəbiyyat:E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 480
Streptomisinin təsirindən eşitmə sinirin zədələnməsi, vestibulyar aparatın funksiyalarının pozulması baş verir və buna görə də bu preparatı eşitmə sinirin nevriti zamanı təyin etmək olmaz.
Sual № 1132
Hansı preparatı hamilə qadınlara təyin etmək olmaz?
Ədəbiyyat:: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 480
Streptomisin yüksək, toksiki təsirə malik olduğu üçün bu preparatı hamilə qadınlara təyin etmək olmaz
Sual № 1133
Rifampisin preparatını qəbul etdikdə sidik hansı rəngə boyanır.
Ədəbiyyat:A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 321
Rifampisini qəbul etdikdə sidik, bəlğəm , göz yaşı, tər qırmızı rəngə boyanır.
Sual № 1134
Pnevmokok pnevmoniyanın müalicəsi zamanı effektlidir.
Ədəbiyyat:A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 302
Penisillər qram-müsbət bakteriyaları, əsasən pnevmokokları məhv edir. Buna görə də pnevmokok pnevmaniyanın müalicəsi zamanı istifadə edilir
Sual № 1135
Bronxial astma tutmaların profilaktikası üçün istifadə edilir.
Ədəbiyyat:: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 203
İntal güclü təsirə malik olan bronxodilatator və anti allergik preparatdır. Bronxial astma tutmaların profilaktikası üçün inhalyasion yolla təyin edilir.
Sual № 1136
Bronxial astma xəstəliyin müalicəsi zamanı istifadə edilən inhalyasion qlükokortikosteroid hansıdır?
Ədəbiyyat:: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 267
Beklametazon bronxolitik təsirə malik olan aerozoldur. Bronxial astma zamanı gündə 3-4 dəfə bu preparatla inhalyasiya edilir.
Sual № 1137
İnhalyasion qlukokortikosteroidlərin əlavə təsirini göstərin
Ədəbiyyat:: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 267
İnhalyasion qlukokortikosteroidlər aerozol vasitəsilə tənəffüs yoluna yeridilir və onlar ağız boşluğunda kandidomikoz əmələ gətirirlər. Buna görə də bu preparatlardan istifadə etdikdən sonra xəstə mütləq ağzını yaxalamalıdır.
Sual № 1138
Astmatik status zamanı istifadə edilən preparat.
Ədəbiyyat:: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 270
Ağır bronxial astma tutmaları zamanı (Astmatik status) prednizolon inyeksiya şəklində vena daxilinə 500 ml 5%-li qlükoza məhlulunda damcı üsulu ilə yeridilir.
Sual № 1139
Revmatizmin profilaktikası məqsədilə hansı preparat istifadə edilir?
Ədəbiyyat:: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 305
Bisillin I-V revmatizmdə, revmakarditdə əzələ daxilinə yeridilir. Bisillin V ayda 1 dəfə 1200000 TV, Bisillin I isə həftədə bir dəfə 300000-600000 TV yeridilir.
Sual № 1140
Hipertoniya xəstəliyin müalicəsi zamanı istifadə edilən AÇF(adenozin çevirici fermentin inhibitoru) preparatı göstərin.
Ədəbiyyat:: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 259
Enalapril orqanizmdə hidrolizə uğrayaraq analaprilata çevrilir və bununla da AÇF-i blokada edir. Nəticədə angiotenzin I-in angiotenzin II-ə çevrilməsinə tormozlayıcı təsir göstərir. Aldosteronun ifrazı zəifləyir və arterial təzyiq aşağı düşür
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?