Feldşer

1.212 elementdən 1.141-1.160 arası göstərilir.

Sual № 1141

Hipertoniya xəstəliyin müalicəsi zamanı istifadə edilən angiotenzin- I reseptorların blokatoru hansıdır?

  Ədəbiyyat:E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 259
Valazartan qan damarlarını genişləndirir, aldosteronun ifrazını zəiflədir və nəticədə arterial təzyiqi aşağı salır.

Sual № 1142

Hipertoniya xəstəliyin müalicəsi zamanı istifadə edilən kalsium ionlarının antaqonisti hansıdır?

  Ədəbiyyat:A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 129
İzoptin kalsium ionların ataqonistlərinin əsas nümayəndələrindən biridir. Preparat kalium ionların miokardda miqdarını artırır və arterial təzyiqi aşağı salır.

Sual № 1143

Hipertoniya xəstəliyin müalicəsi zamanı istifadə edilir?

  Ədəbiyyat:E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 260
Enalapril orqanizmdə hidrolizə uğrayaraq analaprilata çevrilir və bununla da AÇF-i blokada edir. Nəticədə angiotenzin I-in angiotenzin II-ə çevrilməsinə tormozlayıcı təsir göstərir. Aldosteronun ifrazı zəifləyir və arterial təzyiq aşağı düşür

Sual № 1144

AÇF( adenozin çevirici fermentin ) inhibitorların hansı preparat aiddir?

  Ədəbiyyat:: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 257
Kaptopril AÇF-in fermentativ təsirini zəiflətməklə angiotenzin I-in angiotenzin II-ə çevrilməsinə tormozlayıcı təsir göstərir.

Sual № 1145

Antiaterosklerotik preparatı göstərin.

  Ədəbiyyat:: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 265
Simvastatin qan plazmasında aşağı və aşağı sıxlıqlı lipoproteinlərin miqdarını azaldır, antiaterogen lipoproteinlərin və triqliseridlərin miqdarını isə bir qədər yüksəldir və nəticədə preparat aterosklerotik təsir göstərir.

Sual № 1146

Antiaritmik preparatı göstərin.

  Ədəbiyyat:: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 93
Lidokain kardiologiyada aritmiyalar və taxikardiyalar zamanı tədbiq edilir. Aritmiya zamanı 2%-li məhlulundan 5-10 ml-lik qlükozanın izotonik məhlulunda vena daxilinə yeridilir.

Sual № 1147

Nitroqliserinin təsiri neçə dəqiqədən sonra başlayır?

  Ədəbiyyat:: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 125
Nitroqliserinin təsiri olduqca tez (1-2 dəqiqədən sonra) güclü və qısamüddətli (20-30 dəq) ürəyin tac damarlarını, beyin qan damarlarını genəldir, saya əzələli orqanları tonusdan salır.

Sual № 1148

Nitroqliserinin əlavə təsiri hansıdır?

  Ədəbiyyat:: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 125
Nitroqliserinin əlavə təsirinə baş ağrıları, kəllə daxili və arterial təzyiqin aşağı düşməsi aiddir

Sual № 1149

Miokardın infarktı zamanı trombolitik terapiya üçün istifadə edilən preparat hansıdır?

  Ədəbiyyat:A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 222
Streptokinaza qan laxtasını əridir və trombları parçalayır. Bu xassəsinə görə miokardın infarktı, tromboflebitdə istifadə edilir.

Sual № 1150

Neyroleptanalgeziya zamanı istifadə edilən preparatları göstərin.

  Ədəbiyyat:E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 169
Fentanil cərrahiyyə əməliyyatlarını ağrısızlaşdırmaq üçün neyroleptik maddə olan droperidolla birlikdə istifadə edilir. Droperidol fentanilin ağrıkəsici təsirini gücləndirir və eyni zamanda mənfi emisiyaları aradan qaldırır. Bu metoda neyroleptanalgeziya deyilir.

Sual № 1151

Miokard infarktın müalicəsində istifadə edilən birbaşa (düz) təsirli antikoaqulyant hansıdır?

  Ədəbiyyat:: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 218

Sual № 1152

Heparindən artıq dozada istifadə etdikdə hansı fəsad baş verir?

  Ədəbiyyat:: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 219
Heparin güclü antikoaqulyant preparat olduğuna görə artıq dozada istifadə etdikdə insan orqanizmində hemorragiya, allergiya halları baş verir.

Sual № 1153

Hipotiazidin qəbul qaydası necə olmalıdır?

  Ədəbiyyat:: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 167
Hipoterazid güclü hipotenziv preparatdır. Orqanizmdən kalium suyun xaric olmasını gücləndirir. 10-12 saat təsir göstərir. Buna görə də hipotiazidi səhər kalium preparatları ilə birlikdə qəbul etmək lazımdır.

Sual № 1154

Simetidin hansı qrup preparatlara aiddir?

  Ədəbiyyat:E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 284
Simetidin H2- histaminreseptorları blokadaya alaraq xlorid turşusunun ifrazını zəiflədir və pepsinin əmələ gəlməsinə tormozlayıcı təsir göstərir.

Sual № 1155

Atropinlə zəhərlənmə zamanı baş verən əlamətlər hansılardır?

  Ədəbiyyat:E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 106
Atropinlə zəhərlənmə zamanı hərarət yüksəlir, şüur dumanlanır, göz bəbəkləri genişlənir, ağızda quruluq baş verir.

Sual № 1156

Öd kisəsi daşlarını əridici xüsusiyyəti olan preparat hansıdır?

  Ədəbiyyat:A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 187
Ursofalk xolestrinin qaraciyərdə sintezində iştirak edən nukrosomal fermentini süsləşdirmək yolu ilə onun qanda miqdarını azaldır və beləliklə də əmələ gəlməkdə olan xolestrin daşlarını əridir.

Sual № 1157

Pielonefritin müalicəsində istifadə edilən uroseptik hansıdır?

  Ədəbiyyat:A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 336
Neviqramon bağırsaqlardan qana asanlıqla sorulur və əsasən böyrəklərdən xaric olur. Qram-mənfi mikrobları bağırsaq çöplərini, dizenteriya və qarın yatalağı mikroblarını məhv edir. Piyelonefrit, piyelit, sistitin müalicəsində istifadə edilir.

Sual № 1158

Dimedrolun əlavə təsiri nədir?

  Ədəbiyyat:: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 433
Dimedrol allergiya əleyhinə təsiri ilə yanaşı sedativ yuxu gətirici spazmolitik iltihab və qusma əleyhinə təsirə malikdir.

Sual № 1159

Dəri dermatozların müalicəsində istifadə edilən preparatlar hansılardır?

  Ədəbiyyat:: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 432
H reseptorları blokadaya alan antihistamin dərman maddələri allergik reaksiyaların inkişafına tormozlayıcı təsir göstərir və ona görə də allergiya əleyhinə preparat kimi istifadə edilir.

Sual № 1160

Qlukokortikosteroidlərin əlavə təsiri hansıdır?

  Ədəbiyyat:E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 379
Qlukokortikosteroidlərdən uzun müddət istifadə etdikdə şəkərli diabet, böyrəküstü vəzilərin beyin maddəsini atrofiyası, ödemlər, mədə xorası ağırlaşmaları baş verir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×