Feldşer
1.212 elementdən 101-120 arası göstərilir.
Sual № 101
Trankvilizatorlarla zəhərlənmələr zamanı təxirəsalınmaz yardım nədən başlanmalıdır?
Ədəbiyyat:: Е.И.Чазов. «Неотложные состояния и экстренная медицинская помощ». Москва «Медицина» Стр 530
Bir çox zəhərlənmələrdə olduğu kimi zəhərlənməyə səbəb olan maddənin sorulmaya davam etməsini dayandırmaq üçün ilk növbədə mədə yuyulmalıdır.
Sual № 102
“Xəncər” ağrısı simptomu hansı xəstəlik üçün xarakterikdir?
Ədəbiyyat:: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 350-351
Mədə və 12 barmaq bağırsaq xorası xəstəliyinin ən çox rast gəlinən fəsadlarından biri xoranın deşilməsidir (perforasiya). Bu zaman əsas simptomlardan biri kəskin “xəncər” ağrısı adlanan ağrıdır.
Sual № 103
Sidik qəbulediciləri, ifrazat qablarını boşaltdıqdan sonra onları xloraminin hansı məhlulunda və neçə dəqiqə saxlamaq lazımdır?
Ədəbiyyat:: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.215 “Azərnəşr” Bakı 1984
Xəsətnin altına qoyulan ifrazat qabları əvvəlcə boşaldılır, sonra qaynar su ilə yaxalanır və dezinfeksiya üçün 15 dəq 1%-li xlormin məhlulunda saxlanılır.
Sual № 104
Ağır xəstələrin dərisini silmək üçün hansı məhluldan istifadə olunur?
Ədəbiyyat:: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 32-33
10%-li kamfora spirti yataq yaralarının profilaktikası üçün istifadə olunur.Yataq yaraları yataqla daha sıx təmasda olan büzdüm, kürək, daban və dirsək nahiyyələrində yerli qan dövranı pozulduğuna görə yaranır. 10%-li kamfora spirti yerli qan dövranını yaxşılaşdırıcı və dezinfeksiya edici təsirə malikdir.
Sual № 105
“Kəmərvari” ağrı hansı xəstəlik zamanı rast gəlinir?
Ədəbiyyat:В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 389
Mədəaltı vəzin (pankreasın) iltihabı zamanı anatomik yerləşməsindən asılı olaraq ağrı epiqastral nahiyədən sola qabırğa kənarı ilə onurğaya qədər yayılır. Bu ağrı simptomu “kəmərvari” ağrı adlanır.
Sual № 106
Qızdırmanın üçüncü dövründə tətbiq edilməsi vacibdir:
Ədəbiyyat:В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 47
Temperatur yüksək olduqda orqanizm çoxlu maye itirdiyindən xəstə çoxlu miqdarda maye qəbul etməlidir. Qızdırmanın üçüncü dövründə temperatur endiyinə görə xəstədə arterial təzyiqin enməsi müşahidə edilir.Tünd şirin çayın və kofenin istifadəsi tərkibində kofeinin olmasına görə məqsədəuyğundur.
Sual № 107
Qızdırmanın inkişafında neçə dövr ayırd edilir?
Ədəbiyyat:: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 123. “Maarif” 1974
Qızdırmanın inkişafında 3 dövr ayırd edilir. I dövr-qızdırmanın qalxan dövrü, II dövr-qızdırmanın maksimal yüksəliş dövrü, III dövr-qızdırmanın enmə dövrü. Hər dövrün öz klinik mənzərəsi vardır və xəstələrə qulluq, hər dövrdə öz xüsusiyyətləri ilə xarakterizə edilir.
Sual № 108
Hansı maddə dəri içinə yeridilir?
Ədəbiyyat:: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. “Azərnəşr” Bakı 1984. Səh.56-57.
Dəri daxili inyeksiyalardan diaqnostika, yerli keyitmə, sınaq və peyvənd məqsədi ilə istifadə olunur. Tuberkulinlə peyvənd aparılır. Ona görə də tuberculin dəri daxili inyeksiya edilir.
Sual № 109
Dəri altı inyeksiya hansı bucaq altında aparılır?
Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.57 “Azərnəşr” Bakı 1984
Dəri altı inyeksiya 45 dərəcəli bucaq altında aparılır,çünki bu bucaq altında yeridilən iynə bilavasitə dəri altı nahiyyəyə düşür.
Sual № 110
Vena daxili inyeksiyadan əvvəl turnanın düzgün qoyulmasının göstəricisi nədir?
Ədəbiyyat:: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 86
Vena daxili inyeksiyadan əvvəl turna düzgün qoyulmalıdır. Yalnız səthi venalar sıxılmalı, arteriyada qan axını pozulmamalı, nəbz hiss olunmalıdır. Turna düzgün qoyulduqda turnadan aşağı hissədə qanın venoz axını ləngidiyinə görə dəri göyərir.
Sual № 111
Meteorizm zamanı qaz çıxarıcı borunun yeridilmə dərinliyi nə qədər olmalıdır (sm-lə)?
Ədəbiyyat:В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 114
Meteorizm zamanı əgər digər tədbirlər effekt vermirsə qaz çıxarıcı borudan istifadə olunur. Bu rezin boru olub, 50-sm uzunluğunda və diametri 1 sm-dir. Bir ucu vazelin sürtüldükdən sonra 20-30 dərinlikdə düz bağırsağa yeridilir.
Sual № 112
Yağ imaləsini aparmaq üçün bitki yağının miqdarı (ml-lə)?
Ədəbiyyat:: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.50 “Azərnəşr” Bakı 1984
Yağ imaləsini qəbizlik zamanı qoyurlar. Bunun üçün bitki yağları: günəbaxan, zeytun, vazilin yağları istifadə olunur. Bir imalə üçün 37-38 dərəcəyə qədər qızdırılmış 100 ml yağ götürülür.
Sual № 113
Göstərilən inyeksiyalardan hansını tibb bacısı aparmamalıdır?
Ədəbiyyat:: C.N. Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq. Səh. 137. “ Təhsil ” Bakı 1998.
Bir sıra inyeksiyaları mürəkkəb olduğuna görə həkim aparır. Məsələn: arteriya daxilinə , ürək daxilinə, limfa damarlarına, onurğa kanalına və s. Lakin tibb bacısı bu əməliyyatlarda iştirak edir ,lazımi alətləri hazırlayır , ona görə də tibb bacısı bu sahədə minimum biliyə malik olmalıdır.
Sual № 114
Xəstəyə O2 (oksigen) verilməsi üçün ən çox hansı üsuldan istifadə olunur?
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 223. “Maarif” 1974.
Burun xarici tənəffüs orqanı olduğundan oksigen verilməsi xəstəyə burun kateteri vasitəsilə yerinə yetirilir. Bu proses xəstədə sərbəst tənəffüs aktı zamanı mümkündür. Əks hallarda (uzunsov beyin zədələnmələri, Kvinke ödemi (qırtlaq əzələlərinin spazmı), endotraxeal anesteziya və s.) həkim tərəfindən köməkçi tənəffüs tətbiq olunur. Bu üsul xəstədə narahatlıq yaratmır.
Sual № 115
Xəstənin hərarəti yüksək olduqda( qızdırmanın II dövründə )tibb bacısı ona aşağıda sadalanan yardımlardan hansını göstərməlidir?
Ədəbiyyat:: C.N. Hacıyev ;.R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 105. “ Təhsil ” Bakı 1998.
Xəstənin hərarəti çox yüksək olduqda ağzı quruyur, dodaqları çatlayır, halsız olur Ona görə verilən maye xəstəyə müsbət təsir göstərir,soyuq kompres isə genəlmiş damarlara büzücü təsir göstərərək istilik verməni azaldır.
Sual № 116
Ağciyərlərin süni ventilyasiyasını apararkən əsas maneə nədir?
Ədəbiyyat:: C.А.Мухина ,Общий уход за больными.Москва ,Медицина, 1989 .Стр.248
Dil qatlandıqda traxeyanın girəcəyini (sas yarığını) bağlayır və havanın ağciyərlərə keçməsinə mane olur. Odur ki, xəstənin alt çənəsini yuxarı önə dartırlar.
Sual № 117
Aşağıda göstərilən temperaturlardan hansı subfebril temperaturdur?
Ədəbiyyat:: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 103 . “ Təhsil ” Bakı 1998.
Yüksəlmə dərəcəsinə görə temperaturun bu növləri var: subfebril temperatur – 37 -38 dərəcə; febril temperatur – 38-39 dərəcə; yüksək qızdırma- 39-41 dərəcə; çox yüksək qızdırma – 41 dərəcədən yüksək.
Sual № 118
Venepunksiya apararkən tibb işçisi aşağıda göstərilənlərdən nəyi düz etmir?
Ədəbiyyat: : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 25 “ Çıraq” 2008.
Venepunksiya apararkən turnanın qoyulmasının başlıca şərti turnanın arterial axına mane olmamasıdır.Tibb bacısı bazunun ortasından turnanı elə bağlamalıdır ki, ancaq venalar sıxılsın, arteriyalar isə sıxılmasın. Arteriyalarda qan axınına mil arteriyasındakı nəbzə görə nəzarət edirlər, nəbz zəifdirsə və ya heç hiss olunmursa deməli turna çox sıxılmışdır
Sual № 119
Aşağıdakı hansı dərman forması orqanizmə enteral yolla qəbul edilmir?
Ədəbiyyat:C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 135. “ Təhsil ” Bakı 1998.
Dərmanların mədə-bağırsaq traktından orqanizmə yeridilməsi enteral yolla yeridilmə adlanır. Dərmanlar enteral olaraq üç yolla yeridilir: dilin altına qoymaqla, ağızdan(peros) və düz bağırsaqdan yeritməklə. Məlhəmlər isə dərmanların xaricə tətbiqinə aiddir.
Sual № 120
Stasionarda A və B siyahısına daxil olan, xüsusi seyflərdə saxlanılan dərmanlar hansılardır?
Ədəbiyyat:C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq .Səh. 127. “ Təhsil ” Bakı 1998.
Stasionarda A (narkotik analgetik preparatlar) və B (yuxu dərmanları, kodein və s.) siyahısına daxil olan dərmanlar xüsusi seyflərdə saxlanılır. Seyfin qapısının daxili tərəfində saxlanılan dərmanların siyahısı asılır və bu dərmanların maksimal birdəfəlik və sutkalıq dozaları göstərilir. Şöbədə narkotik dərmanlar 5 günlük, digər güclü təsirli dərmanlar isə 10 günlük tələbatı ödəyəcək miqdarda saxlanılır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?