Feldşer

1.212 elementdən 121-140 arası göstərilir.

Sual № 121

Kolloid məhlullara hansılar aiddir?

  Ədəbiyyat:О.А.Долина. «Анестезиология и реанимация». ГЭОТАР-Медиа,Москва.2007. Стр 86
Kolloid məhlullar qan və onun komponentlərində olmayan bir sıra farmakoloji xassələrə malikdirlər. Bu məhlullar enmiş kolloid-osmotik təzyiqi və dövr edən qanın həcmini korreksiya edir. Eyni zamanda poliqlükin molekulyar kütləsinə görə albuminə yaxındır.

Sual № 122

Hansı üsul dərmanların xaricə tətbiq edilməsinə aid deyil?

1. Kompress
2. Toz şəklində səpmək
3. Damcı şəklində dəri səthindəki yaraya damılatmaq
4. Dilin altına qoymaq
5. Dəri səthindəki yaraya sürtmək
6. Dəri içinə yeritmək

  Ədəbiyyat:: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 131 . “ Təhsil ” Bakı 1998.
Dərmanların xarici tətbiqi dedikdə həmin maddələrin, selikli qişalar və yara səthində işlədilməsi nəzərdə tutulur. Dərmanın dilaltı qəbulu və dəriiçinə yeridilməsi dərmanların daxilə tətbiq üsuluna aiddir.

Sual № 123

Hansı halda tibb işçisi xəstəyə qızdırıcı kompress qoymalıdır?

  Ədəbiyyat:C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 118 . “ Təhsil ” Bakı 1998.
İsidici kompresin təsiri nəticəsində onun qoyulduğu nahiyədəki səthi və dərin qan damarları uzun müddət genişlənməyə məruz qalaraq, həmin nahiyəyə qan axınını artırır, venoz stazı aradan qaldırır və nəticədə ağrı və şişkinlik aradan qalxır, ona görə inyeksiyadan sonrakı infiltratlar zamanı isidici kompresin qoyuluşu göstəriş, sadalanan digər hallarda isə əks- göstəriş sayılır.

Sual № 124

Xəstəyə xardal yaxması qoyarkən tibb işçisi aşağıda göstərilənlərdən hansını düz etmir?

  Ədəbiyyat:C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 115 . “ Təhsil ” Bakı 1998.
Xardalın müalicəvi təsiri onun tərkibində olan efir-xardal yağı ilə izah olunur. Bu yağ ancaq 40-45 dərəcə temperaturlu suda xardaldan ayrılaraq dərini qıcıqlandırır və damarları genişləndirir, nəticədə həmin nahiyəyə qan axını güclənir, orada qan və limfa dövranı yaxşılaşır, yerli toxumaların müqaviməti güclənir. Lakin xardalı soyuq suda islatdıqda xardal efiri ayrılmır və xardalla müalicə heç bir effekt vermir.

Sual № 125

Hansı hallarda parenteral qidalanma mütləq göstəriş deyil?

  Ədəbiyyat: О.А.Долина. «Анестезиология и реанимация».ГЭОТАР –Медиа, Москва.2007. Стр 86-90
Parenteral qidalanma-əvəzedici terapiyanın xüsusi növüdür. Ürəyin işemik xəstəlikləri zamanı mübadilə proseslərinin normal səviyyəsi və bunun üçün lazım olan maddələri xəstə enteral yolla da ala bilir. Bu baxımdan parenteral qidalanma ÜİX zamanı mütləq göstəriş sayılmır.

Sual № 126

Aşağıda göstərilən vəziyyətlərdən hansında tibb işçisi xəstəyə buz qovuğu tətbiq edə bilməz?

  Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 122. “ Təhsil ” Bakı 1998.
Buz qovuğunun təsiri nəticəsində dəridə və daha dərində yerləşmiş üzvlərin damarlarında sıxılma baş verir, nəticədə həmin nahiyələrə qan axını azalır. Güclü böyrək sancıları əsasən böyrək daşı xəstəliyi zamanı yaranır, əgər bu zaman xəstəyə buz qovuğu tətbiq edilərsə soyuğun təsirindən spazm yaranır və daşın böyrəklərdən sidik axarlarına, oradan da sidik kisəsinə keçməsi çətinləşır, nəticədə xəstənin sancıları daha da güclənir.

Sual № 127

Iri arteriyalarda nəbzin itməsi nə adlanır?

  Ədəbiyyat:С.А.Мухина. «Общий уход за болъными». Москва «Медицина» 1983. Стр 243-250
Iri arteriyalarda nəbzin itməsi ürək əzələsinin yığılmasının, yəni sistolanın dayanması deməkdir. A-latınca inkar bildirən söz önlüyüdür. Asistoliya – sistolanın dayanması deməkdir (olmaması).

Sual № 128

Klinik ölümə şübhə olduqda reanimasion tədbirlər nə zaman başlanmalıdır?

  Ədəbiyyat: С.А.Мухина. «Общий уход за болъными». Москва «Медицина» 1983. Стр 243-250
Klinik ölümün diaqnostikası məlum olduğu andan dərhal reanimasion tədbirlərə başlanılmalıdır. Bu, beynin hipoksiyasının və onun hüceyrələrinin məhvinin proqressivləşməsinə mane olur.

Sual № 129

Bədən temperaturu 1 dərəcə artanda ürək döyüntüsü necə dəyişir?

  Ədəbiyyat:: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” Səh. 29 “ Çıraq ” 2008.
Bədən temperaturu 1 dərəcə qalxanda ürək döyüntüsü 10 vurğu artır . Qızdırma zamanı ürək yığılmalarının artması və bədənin temperaturunun qalxması ilə yanaşı tənəffüs də tezləşir.

Sual № 130

Spastik qəbizlik zamanı xəstəyə hansı imalə edilir?

  Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.50 “Azərnəşr” Bakı 1984
İmalə üçün istifadə olunan yağlar qızdırılır və axşamdan düz bağırsağa yeridilir.Qızdırılmış yağ məhlulu həm spazmı aradan qaldırır, eyni zamanda bərkimiş nəcisin yumşalıb xaric olmasını təmin edir.

Sual № 131

Spirometriyadan hansı məqsədlə istifadə olunur?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” Səh. 8 “ Çıraq ” 2008
İnsanın fiziki inkişafının: boyunun, bədən kütləsinin, döş çevrəsinin, əzələ gücünün, tənəffüs funksiyasının təyin edilməsi ümumilikdə antropometriya adlanır. Spirometriya ağ ciyərlərin tənəffüs həcminin ölçülməsinə deyilir. Spirometriya vasitəsilə ağ ciyərlərin həyat tutumunu təyin edirlər. Spirometriyanı sağlam adamları, xüsusən idmançıları müayinə edəndə, sanatoriyalarda, ağciyər və ürək xəstəlikləri zamanı tətbiq edirlər.Norma kişilərdə 3500-4500 sm3, qadınlarda 2500-3500 sm3–dir. Spirometriyanı, ümumilikdə antropometriyanı tibb bacısı aparır.

Sual № 132

Sifon imaləsini aparmaq üçün hansı məhlulu hazırlamaq lazımdır?

  Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.49-50 “Azərnəşr” Bakı 1984
Adi təmizləyici imalələr kömək etmədikdə zəhərlənmələrdə bağırsaqları yumaq üçün ən yaxşı üsül sifon imaləsidir. Sifon imaləsi üçün 10-12 litr 380 C-yə qədər isidilmiş qaynanmış su götürülür. Bu miqdarda maye bağırsaqların zəhərli maddələrdən təmizlənməsini təmin edir.

Sual № 133

Yoğun bağırsaqda iltihabi proses olduqda yerli müalicə kimi hansı imalədən istifadə olunur?

  Ədəbiyyat: N.R.Paleyevi redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 43 “Çıraq ” 2008.
Yoğun bağırsaqda iltihabi proses olduqda yerli iltihabəleyhinə və dezinfeksiya edici vasitə kimi dərman imalələri istifadə olunmalıdır.Digər növ imalələr adətən yoğun bağırsağın təmizlənməsi üçün istifadə olunur.

Sual № 134

Hirudoterapiya zamanı hansı nahiyələrə zəli qoymaq olmaz?

  Ədəbiyyat:: N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.41 “Çıraq ” 2008.
Hirudoterapiya zamanı əlin ovuc səthinə və ayağın altına zəli qoymaq olmaz, çünki bu nahiyələrdə dəri çox qalın olur, zəli oraya dişlərini batıra bilmir. Həmçinin səthi yerləşən vena və arteriyaların üzərinə zəli qoymaq olmaz, çünki bu yerlərdə dəri çox nazik olduğundan ,bu arzuolunmaz qanaxmalara səbəb ola bilər.

Sual № 135

Qadınlarda sidik kisəsini kateterizasiya etmək üçün hansı kateterdən istifadə olunur?

  Ədəbiyyat: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(303)
Qadınlarda sidik kisəsinin kateterizasiyası kişilərə nisbətən sadədir. Qadınlarda sidik kanalı qısa və düz olduğu üçün (5-6sm),sidik kanalına kateter yeritmək çətinlik törətmir. Travmatik fəsadların baş verməməsi üçün tibb işçisi yumşaq kateterdən istifadə etməlidir. Kateterizasiya müasir tibbi praktikada yumşaq rezin kateterlərlə aparılır.Qadın arxası üstə uzanıb,ayaqlarını aralayır,sidiyi toplamaq üçün təmiz ləyən qoyulur.

Sual № 136

Dərialtı inyeksiya zamanı ən çox nə qədər maye yeritmək olar?

  Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.63 “Çıraq ” 2008
Dərialtı inyeksiyalar zamanı dərman maddələri orqanizmin dərialtı piy təbəqəsi ilə zəngin, lakin magistral arteriya və venalar olmayan nahiyələrinə yeridilir. Məs, budun ön xarici səthinə, qarının ön yan səthinə və s. Bu nahiyələrdə qan damarları dərində olduğu üçün məhlul gec sorulur ,ona görə dərialtına maksimum 2 ml maye yeritmək olar.

Sual № 137

Xəstənin rektoromanoskopiyaya hazırlanmasında aşağıdakılardan hansından istifadə olunur.

  Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 345
Rektoromanoskopiya düz və S-vari bağırsağın rektoskop vasitəsi ilə müayinə metodudur. Bu metoddan düz və S-vari bağırsağın şişləri, eroziya, qansızmalarını aşkara çıxarmaq üçün istifadə olunur. Düzgün nəticə almaq üçün rektoromanoskopiyadan əvvəlki gün axşam və müayinə günü səhər təmizləyici imalə etmək vacibdir.

Sual № 138

Damcı üsulu ilə venaya məhlul yeridilən zaman iynənin ucu trombla tutularsa tibb işçisi nə etməlidir?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 60 “Çıraq ” 2008.
İynənin ucundakı trombun venanın mənfəzinə düşməməsi üçün tibb işçisi iynəni dəyişməlidir.

Sual № 139

Xəstədə gəyirmə baş verərsə bu nəyi göstərir?

  Ədəbiyyat:N.R.Paleyevi redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 56 “Çıraq” 2008.
Gəyimə xəstəlik deyil, xəstəliyin əlamətidir.Mədədən qida borusuna keçən hava ağız boşluğundan xaric olur.

Sual № 140

Xəstədə meteorizm olduqda aşağıda sadalanan yardımlardan hansı effekt vermir?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.56 “Çıraq ” 2008 .
Meteorizm bağırsaqlarda patoloji qaz əmələ gəlməsidir, bu zaman qarın çox köpür. Adətən meteorizm enterokolitlərdə, qarın boşluğunda aparılan operasiyadan sonra, qara çörək, tərəvəz, süd və s. kimi qidalardan sonra da əmələ gəlir. Xəstədə meteorizm olduqda mədənin yuyulması heç bir effekt vermir, digər cavablarda göstərilən yardımlar isə meteorizmi əhəmiyyətli dərəcədə azaldır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×