Feldşer

1.212 elementdən 141-160 arası göstərilir.

Sual № 141

Göstərilənlərdən hansı dərmanların enteral yolla yeridilməsinə aiddir?

  Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh.130 . “ Təhsil ” Bakı 1998 .
Dərmanlar orqanizmə 3 yolla daxil edilir: xaricə, enteral, parenteral. Enteral yolla dərmanlar dilin altına qoymaqla, ağızdan və düz bağırsaqdan yeridilir. Ağızdan dərmanlar həb, draje, mikstura şəklində yeridilir.Vena daxili və dəriicinə yeritmə dərmanların parenteral, yəni həzm traktından kənar,gözə damızdırmaq və dəriyə sürtmək isə xaricə işlədilməsidir.

Sual № 142

Əzələ daxili inyeksiya sağrının hansı nahiyəsində(kvadrantında) aparılır?

  Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 152 . “ Təhsil ” Bakı 1998.
Sağrı nahiyəsi gözəyarı 4 kvadranta bölünür və inyeksiya yalnız üst xarici kvadrantda aparılır. Bu kvadrantı tapmaq üçün xəyali olaraq V bel fəqərəsinin tinli çıxıntısını bud sümüyünün böyük burması ilə birləşdirən xətt çəkilir , bu xəyali xəttin yuxarısında sağrının üst xarici kvadrantı yerləşir və inyeksiya da həmin nahiyəyə edilir. Digər nahiyələrdən sinir-damar dəstələri keçdiyi üçün bu nahiyələrə inyeksiya edilmir.

Sual № 143

Mədənin yuyulmasına əks- göstəriş hansıdır?

  Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh .190 .” Təhsil ” Bakı 1998.
Mədə diaqnostik və müalicəvi məqsədlə yuyulur. Qida borusundan qanaxma zamanı zondun mexaniki təsirindən qanaxmanın daha da güclənəcəyinə görə bu zaman mədənin yuyulması əks-göstəriş sayılır.

Sual № 144

Aşağıda göstərilənlərdən hansı zondun ucunun mədədə olmadığını göstərir?

  Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” .Səh. 57 “Çıraq ” 2008
Mədə zondlaması zamanı zondun düzgün yeridilməsi vacib şərtlərdəndir, çünki zond düz yeridilmədikdə mədəyə deyil, traxeyaya düşə bilər . Bu zaman xəstədə boğulma, öskürmə, göyərmə olur, belə hallar olduqda zond dərhal çıxarılıb, yenidən salınmalıdır.

Sual № 145

İnyeksiyadan dərhal sonra xəstədə təngnəfəslik, taxikardiya, huşun itməsi baş verərsə bu hansı ağırlaşmanın baş verdiyini göstərir?

  Ədəbiyyat:C.N.Hacıyev : R.Y.Əliyev . Xəstələrə qulluq .Səh. 162 . “ Təhsil ” Bakı 1998.
Anafilaktik şok inyeksion ağırlaşmaların ən ağır formasıdır.Əsas əlamətləri: təngnəfəslik, arterial təzyiqin enməsi, taxikardiya, huşun itməsidir. Bu əlamətlər bir neçə saniyədən tutmuş 30-40 dəqiqə ərzində baş verir, əsasən antibiotklər, zərdablar vurduqda yaranır Bu zaman dərhal dərmanın yeridilməsi dayandırılmalıdır və şok əleyhinə tədbirlərə başlanılmalıdır.

Sual № 146

Lipodistrofiya (inyeksiya yerində piy toxumasının itməsi ) əsasən hansı dərmanın yeridilməsindən sonra müşahidə olunur?

  Ədəbiyyat:C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh.160 . “ Təhsil ” Bakı 1998
Lipodistrofiya inyeksiya ağırlaşması olub, əsasən insulin vurulan xəstələrdə rast gəlinir və inyeksiya yerində piy toxumasının itməsi ilə xarakterizə olunur, səbəbi məlum deyil. Lipodistrofiyanın baş verməməsi üçün insulin vurulan yerlər tez-tez dəyişilməlidir. İnsulin inyeksiyası olunan nahiyə spirtlə deyil su ilə silinməlidir.

Sual № 147

Müayinə üçün əsnəkdən material götürərkən tibb işçisi aşağıda sadalananlardan hansını düz etmir?

  Ədəbiyyat: : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.51 Bakı 2008
Analiz üçün materialı əsnəkdən steril pambıq tamponla götürürlər, bu zaman dili şpatellə tutub saxlayırlar; yaxmanı zədələnmiş nahiyə ilə sağlam selikli qişa arasındakı sərhəddən götürürlər. Yemək yeyən kimi və ya ağzı dezinfeksiyaedici məhlulla yaxaladıqdan dərhal sonra yaxma götürmək olmaz, çünki bu analizin göstəricisini dəyişə bilər.

Sual № 148

Nəbzi hansı arteriyalarda saymaq mümkündür?

  Ədəbiyyat:: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.64 Bakı 2008.
Nəbzi səthi arteriyalarda və bilavasitə əllə tutmaq mümkün olan yerlərdə sayırlar. Nəbzi adətən mil arteriyasında tuturlar, əgər bu nahiyədə nəbzi tutmaq mümkün olmasa gicgah, yuxu və bud arteriyalarında da saymaq olar.

Sual № 149

Stasionarda müalicə alan zaman yataq rejimində olan xəstəyə aşağıda sadalananlardan hansına icazə verilir?

  Ədəbiyyat:C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh. 31. “ Təhsil ” Bakı 1998.
Stasionarda müalicə alan xəstəyə xəstəliyin ağırlıq dərəcəsindənasılı olaraq həkim 5 rejim təyin edir: ciddi yataq, yataq, yarımyataq, ümumi və sərbəst rejim. Ciddi yataq rejimində xəstəyə hətta yataqdda belə hərəkətə icazə verilmir; yataq rejimində o ancaq yataqda hərəkət edə bilər, durmağa icazə verilmir; yarımyataq rejimində yalnız ayaqyoluna gedə bilər; ümumi rejimdə yalnız şöbədə, sərbəst rejimdə isə xəstəxananın həyətində gəzə bilər, lakin xəstəxananın ərazisindən çıxmağa icazə verilmir.

Sual № 150

Böyüklərdə mədənin yuyulması üçün təmiz suyun miqdarını göstərin (litrlə).

  Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 106
Mədənin yuyulması müalicə və diaqnostik məqsədlə aparılır. Bunun üçün yoğun mədə zondundan istifadə olunur. 30-350C temperaturda 10 litr su götürülür.

Sual № 151

Sadalanan simptomlardan hansı həzm sistemi xəstəliklərinin əsas simptomlarındandır?

  Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 187. “ Təhsil ” Bakı 1998 .
Qusma mürəkkəb, qeyri-iradi aktdır, bu zaman mədə möhtəviyyatı mədədən ağız vasitəsilə xaricə atılır. Qusma əsasən həzm sistemi xəstəliklərində, bəzən də mərkəzi sinir sistemi xəstəliklərində müşahidə olunur. Sadalanan digər simptomlar isə əsasən tənəffüs və ürək-qan-damar sistemi xəstəliklərində müşahidə olunur.

Sual № 152

Yataq yaralarının profilaktikasına nə aiddir?

1. Yataq ağlarının tez-tez dəyişdirilməsi
2. Xəstəyə tənəffüs gimnastikası etdirmək
3. Yataq ağlarının həftədə bir dəfə dəyişdirilməsi
4. Xəstənin dərisinin dezinfeksiya edici məhlullarla silinməsi
5. Xəstəni rejimlə qidalandırmaq

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 58-59 Bakı 2008
Uzun müddət yataqda olan xəstələr tez-tez tərlədiyindən islanmış ağların vaxtaşırı dəyişdirilməsi və dərinin dezinfeksiyaedici məhlullarla silinməsi yataq yaralarının yaranmasına mane olur.

Sual № 153

Dodaqların və barmaq uclarının göyərməsi necə adlanır?

  Ədəbiyyat:С.А.Мухина. «Общий уход за болъными». Москва «Медицина» 1983. Стр 197
Kəskin inkişaf edən damar çatışmazlığı zamanı periferik qan dövranının pozulması və A/T(arterial təzyiqin)-in kəskin enməsi nəticəsində dəri və görünən selikli qişalar avazıyır, sonra göyərir. Ilk növbədə dodaqlar, barmaq ucları, burnun ucu, sonra isə əllər, ayaqlar göyərir.

Sual № 154

Qızdırıcı kompresin düzgün qoyulmaması özünü nə ilə göstərir?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 55 “ Çıraq ” 2008.
Kompres 3 qatdan ibarətdir.I)6-8 qatlı tənzif II)müşəmbə III)pambıq və ya qalın parça.Müşəmbə və ya pambıq I qatı tam örtmədikdə kompreslə dərinin arasına hava daxil olur və dəri soyuyur, xəstə üşüyür.

Sual № 155

Tac damarların aterosklerozu zamanı əsas simptom hansıdır?

  Ədəbiyyat: А.С.Cметнев. «Внутренние болезни». Москва «Медицина». 1990 Стр 194-198
Tac damarların aterosklerozu zamanı döş sümüyü arxası ağrı, tac damarların topoqrafik anatomiyasına uyğun olaraq lokalizə olunur. Bu zaman ürək əzələsi lazımi miqdarda qanla təchiz olunmadığından ilk növbədə ağrı simptomu ortaya çıxır.

Sual № 156

Miokard infarktının hansı forması atipik forma deyil?

  Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 307-317
Miokard infarktı zamanı ürək əzələsinin nekrozu baş verir. Bu da ilk növbədə döş sümüyünün arxasında güclü ağrı ilə müşayət olunur (status anginosu). Xəstəliyin tipik gedişi bu formada olur. Anginoz formadan başqa digər formalar miokard infarktının atipik formaları sayılır.

Sual № 157

Bədənin hansı nahiyələrində temperatur digər nahiyələrdən 1 dərəcə yüksək olur?

1. Düz bağırsaqda;
2. Uşaqlıqda;
3. Qoltuqaltında;
4. Qasıqda;

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 82 “ Çıraq ” 2008
Düz bağırsaqda və uşaqlıqda selikli qişa olduğundan temperatur digər nahiyələrdəkindən 1 dərəcə yüksək olur.

Sual № 158

Yetkin şəxsdə sakit halda tənəffüs hərəkətlərinin sayı 1 dəqiqədə neçədir?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 83 “ Çıraq ” 2008.
Böyük adam sakit halda dəqiqədə orta hesbla 16-20 dəqiqəyə qədər nəfəs alır. İş zamanı, hərəkət etdikdə, qızdırma zamanı mübadilə yüksək olduğu üçün 1 dəqiqədə tənəffüsün sayı artır.

Sual № 159

Qida borusu, mədə və 12 barmaq bağırsağın endoskopik müayinəsinə hazırlarkən xəstəyə imalə nə zaman qoyulur?

  Ədəbiyyat: С.А.Мухина. «Общий уход за болъными». Москва «Медицина» 1983. Стр 207
İmalə adətən yoğun bağırsağın instrumental müayinələrindən əvvəl qoyulur. Mədə və onikibarmaq bağırsağın müayinəsi zamanı imalənin heç bir köməkçi rolu olmadığından istifadə olunmur.

Sual № 160

Xroniki qastritin müalicəsi üçün istifadə olunan ferment preparatları hansılardır?

  Ədəbiyyat: А.С.Cметнев. «Внутренние болезни». Москва «Медицина». 1990 Стр 299-300
Sekretor çatışmazlıqla müşaiyət olunan xroniki qastritin müalicəsi üçün bu pankreatik fermentlər əvəzedici terapiya kimi böyük rol oynayır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×