Feldşer
1.212 elementdən 161-180 arası göstərilir.
Sual № 161
Ürək qüsurlarının yaranması ilə fəsadlaşan xəstəlik hansıdır?
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 287
Revmatizm infeksion-allergik xəstəlik olub, birləşdirici toxumanın sistemli sürətlə iltihabı zədələnməsi ilə xarakterizə olunur. Bu zədələnmə əsasən ürək-damar sistemini əhatə edir. Xəstəlik qapaq aparatının üzvi dəyişikliyinə səbəb olur.
Sual № 162
Mədə və 12 barmaq bağırsaq xorasının ağırlaşmasına aid deyil?
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 349
Mədə və 12 barmaq bağırsaq xorası yalnız bədxassələşdikdən sonra, yəni mədə xərçənginə keçid aldıqdan sonra metastaz verə bilər. Əsas ağırlaşmalar isə digər variantlarda sadalanan ağırlaşmalardır.
Sual № 163
Kəskin qlomerulonefrit xəstəliyi zamanı hansı müayinə metodları ilk növbədə aparılmalıdır?
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 396
Kəskin qlomerulonefrit xəstəliyi zamanı qanda (leykositoz, EÇS-nin yüksəlməsi) və sidikdə (hematuriya, proteinuriya, silindruriya) gərgin ifadə olunan dəyişikliklər müşahidə olunur. Qalan müayinə metodları sonradan yerinə yetirilə bilər.
Sual № 164
Böyrəkdaşı sancısı zamanı həkiməqədər ilk yardım nədən ibarətdir?
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 414
Böyrək daşı sancısı zamanı bel nahiyəsinə quru isti, ilıq vannalar, analgetiklər və spazmolitiklər əzələ toxumasının, sidik yollarının divarlarının genişlənməsinə (bu zaman daşın sidik kisəsinə keçidi asanlaşır) səbəb olur.
Sual № 165
Uzun müddət yataqda olan xəstədə yataq yaraları hansı nahiyədə müşahidə edilmir?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”.Səh.52 “Çıraq ” 2008
Adətən yataq yaraları uzun müddət yataqda qalan xəstələrdə bədənin yataqla təmas edən sahələrində əmələ gəlir. Tipik hallarda xəstə arxası üstə yatdığından omada, kürəkdə, ənsədə,dabanda yataq yarası əmələ gəlir. Arxası üstə yatan xəstədə qarın nahiyyəsində yataq yarası əmələ gəlmir.
Sual № 166
Hansı xəstəliklər zamanı xəstə passiv vəziyyətdə olmalıdır?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.107 “Çıraq ” 2008.
Xəstənin yataqda 3 cür vəziyyəti olur: fəal, passiv, məcburi. Xəstə yataqda oturur, çevrilirsə fəal vəziyyət sayılır; xəstə yataqda uzanıb sərbəst hərəkət edə, çevrilə, başını, qolunu qaldıra bilmirsə passiv vəziyyət sayılır; xəstə öz vəziyyətini yüngülləşdirmək üçün aldığı vəziyyət isə məcburu vəziyyət sayılır. Miokard infarktı zamanı hər bir hərəkət ürəyin işini artırdığı üçün tibb bacısı xəstənin passiv vəziyyətdə olmasına nəzarət etməlidir.
Sual № 167
“Çəlləyəbənzər” döş qəfəsi hansı xəstəlik üçün xarakterik sayılır?
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 234
Ağciyərlərin emfizeması (yunan.emphyse-üfürmək) zamanı qabırğaaraları genəlir, qabırğalar üfiqiləşir, döş qəfəsi ön-arxa tərəfdə böyüyür və çəlləyəbənzər forma alır.
Sual № 168
Krupoz pnevmоniya üçün xarakterik olan bəlğəm hansıdır?
Ədəbiyyat: А.С.Cметнев. «Внутренние болезни». Москва «Медицина». 1990. Стр 20.
Krupoz pnevmоniya xəstəliyi zamanı ilk günlərdən başlayaraq xəstədə çətin ifraz olunan, tərkibində qan hissəcikləri olan bəlğəm müşahidə olunur. Bəlğəm tezliklə qəhvəyi-qırmızımtıl rəng alır ki, bu da eritrositlərin parçalanması ilə əlaqədardır. Bəlğəmin bu rənginə görə onu “paslı” bəlğəm adlandırırlar.
Sual № 169
Bronxial astma xəstəliyinin əsas ağırlaşması hansıdır?
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 215-216
Astmatik status (astmatik vəziyyət) adi boğulma tutmasından fərqli olaraq bronxolitiklərə və simpatomimetiklərə qarşı rezistentliyi, hipoksiya əlamətlərinin surətlə inkişafı ilə xarakterizə olunur. Astmatik status xroniki prosesin kəskinləşməsi və ya kəskin prosesin qoşulması nəticəsində baş verə bilər.
Sual № 170
Xəstəxanada aşağıda göstərilən dərman maddələrindən hansını soyuducuda saxlamağa ehtiyac yoxdur?
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh.128 . “ Təhsil ” Bakı 1998.
Tez xarab olan dərmanlar, məsələn zərdablar, vaksinlər, məlhəmlər, şamlar söbədə olan soyuducuda 2-10 dərəcə temperaturda saxlanılmalıdır. Narkotik maddələr isə tez xarab olmadığına görə onları soyuducuda saxlamağa ehtiyac yoxdur.
Sual № 171
Xroniki böyrək çatışmazlığı zamanı qidada hansı maddələri məhdudlaşdırmaq lazımdır?
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.178-179. “Azərnəşr” Bakı 1984
Xroniki böyrək çatışmazlığı zamanı qanda zülalların parçalanma məhsulları olan sidik cövhəri, sidik turşusu, kreatinin toplanır. Ona görə də xəstənin qidasında zülallar məhdudlaşdırılmalıdır.
Sual № 172
Xəstənin qidalanması zamanı göstərilən üsullardan hansı süni qidalanmaya aid deyil?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.129 “ Çıraq ” 2008.
Zond, fistula, imalə ilə və ya parenteral yolla (venaya və dərialtına) orqanizmə qida maddələri yeritmək süni qidalanma adlanır. Xəstəni süni qidalandırmaq üçün göstərişlər: qida borusunun daralması, udma aktının çətinləşməsi, qida borusunda və mədədə aparılan əməliyyatlardan sonra, komatoz vəziyyət, yeməkdən imtina edən psixozlar və s. Xəstənin qaşıqla yedizdirilməsi isə normal qidalanma üsulu olub, ya tibb bacısı tərəfindən, yaxud da xəstə tərəfindən həyata keçirilir.
Sual № 173
Ocaqlı pnevmoniya zamanı hansı müayinələrin aparılması daha məqsədəuyğundur?
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни».Москва«Медицина»1983.Стр 221-223
Ocaqlı pnevmoniya bilavasitə ağciyər toxumasının xəstəliyidir və bu zaman selikli-irinli və ya irinli bəlğəm ifrazı müşahidə edilir. Ağciyərlərin topoqrafik anatomiyasını nəzərə alaraq döş qəfəsinin R-qrafiyası, eyni zamanda bəlğəmin müayinəsi bu xəstəlik zamanı daha məqsədəuyğun sayılır.
Sual № 174
Miokard infarktı olan xəstəyə tibb işçisi nəyi qadağan edə bilər?
Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.141 “Çıraq ” 2008.
Qaz əmələ gətirən yeməklər qarının köpməsinə səbəb olur, nəticədə diafraqma qalxır, ürəyin işi çətinləşir, tac damarlarda qan dövranı pisləşır, ona görə miokard infarktı keçirmiş xəstələrə qaz əmələ gətirən qidalar yemək qadağan edilir.
Sual № 175
Ocaqlı pnevmoniya xəstəliyinin mümkün fəsadı hansıdır?
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983.Стр 221-223
Ocaqlı pnevmoniya zamanı vaxtında düzgün müalicə aparmadıqda, aparılan müalicə effektsiz olduqda iltihab ocağı çox çətinliklə sorulur və ya sorulmur. Bu da çox zaman həmin iltihab ocağının absesləşməsinə gətirib çıxarır.
Sual № 176
Əzələ daxilinə inyeksiya zamanı ən çox nə qədər məhlul yeritmək olar?
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq .Səh.152 . “ Təhsil ” Bakı 1998.
Əzələlər daha geniş qan və limfa damarları şəbəkəsinə malikdir ki, bu da dərmanların tez və tam sorulmasına şərait yaradır, bununla belə əzələ daxilinə 10 ml-dən çox məhlul yeritdikdə dərmanın sorulması ləngiyir, bu da infiltrat, absess, fleqmona kimi inyeksiya ağırlaşmalarına səbəb olur.
Sual № 177
Sadalananlardan hansı inyeksiyanın ağırlaşması deyil?
Ədəbiyyat:C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 160. “ Təhsil ” Bakı 1998.
Dəridə damar ulduzcuqlarının olması inyeksiya ağırlaşması deyil, qara ciyər sirrozu olan xəstələrdə dərinin üzərində kapilyarların genişlənib, ulduz şəklində görünməsidir. Digər variantlarda sadalananlar inyeksiya ağırlaşmaları olub, inyeksiya zamanı qaydalara düzgün riayət olunmaması nəticəsində baş verir.
Sual № 178
Xəstəni nəcisdə gizli qana görə müayinəyə hazırlayarkən qidadan hansı ərzaq çıxarılmalıdır?
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.78 “Azərnəşr” Bakı 1984
Nəcisdə gizli qanı aşkar etmək üçün xəstə üç gün əvvəldən hazırlanır. Belə ki, xəstələr bu üç gün ərzində ət, balıq və onlardan hazırlanan qida qəbul etməməlidirlər. Əks halda müayinənin nəticəsi düzgün olmaya bilər.
Sual № 179
Daxili qanaxmalar zamanı xəstələri nəql edərkən onlara hansı vəziyyət verilməlidir?
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh. 45 . “ Təhsil ” Bakı 1998.
Xəstələrin nəql olunma formaları xəstəliklərin xarakterindən asılıdır və bu nəqlolunma qaydalarını tibb bacısı dəqiq bilməlidir. Daxili qanaxmalar zamanı xəstə arxası üstə, ayaqları dizdən bükülmüş vəziyyətdə uzanmalı, dizaltı nahiyələrə isə yastıq qoyulmalıdır.
Sual № 180
Qida zəhərlənmələri zamanı göstərilən təxirəsalınmaz yardım nə ilə başlanılır?
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”.Səh.514 “Çıraq ” 2008.
Qida zəhərlənmələri zamanı təxirəsalınmaz yardım mədənin yuyulmasından başlanır.Prosedur mədədən təmiz su gələnə qədər davam edir. Zond salmaq mümkün olmadıqda xəstəyə su içirdilir və əsnəyi qıcıqlandırmaqla qusma əmələ gətirilir. Sonrakı yardımlar isə imalə,ağrılar olduqda atropin vurmaq, susuzlaşma olduqda maye köçürtmək, kollaps olduqda ürək-damar preparatları vurmaq və s. ibarətdir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?