Diş texniki

822 öğenin 1-20 arası gösteriliyor.

Sual № 1

Hansı hallarda çıxan protezlər hazırlanır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 206
Çıxan protezlər bütün hallarda:tək dişin itirilməsi, bir dişin qalması və ya tamamilə itirilməsi zamanı qüsurun həcminə görə protez hazırlanır.

Sual № 2

Ölçünün bölündüyü qruplar hansılardır?

  Ədəbiyyat: Z.İ.Qarayev.”Ortopedik Stomatologiya”. Bakı 2008. Səh 76
Protez düzəldiləcək nahiyə (protez yatağı) və onun sərhədlərinin xüsusi materiallar ilə alınmış neqativ əksi ölçü adlanır. Ölçülər anatomik və funksional, 1 qat və 2 qat, diaqnostik, tam və hissəvi ola bilər.

Sual № 3

Nə üçün çıxan lövhəli protez bazisinin kənarları dişlərin hissəvi itirilməsi zamanı keçid büküsünə çatmır?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 204
Diş ətində, selikli qişada amortizasiya qabiliyyəti olmadığına görə protezin bazisi onu zədələyir. Bu zədələnmənin qarşısını almaq və ya azaltmaq üçün hissəvi protezlərdə sərhədlər qısaldılır.

Sual № 4

Dairəvi əyilmiş birçiyinli tutucu klammerin çiyninə aid olan tələb hansıdır?

  Ədəbiyyat: Z.İ.Qarayev.”Ortopedik Stomatologiya”. Bakı 2008. Səh 146
Klammerin çiyni dişin səthinə tam toxunmalıdır çünki,klammerin ucunun iti olması selikli qışanın zədələnməsinə səbəb olur, sonrakı fəsadların əmələ gəlməsinə zəmin yaradır.

Sual № 5

Laxlayan dişlərin hissəvi çıxan protezlərdə dayaq rolunu oynaması nəyə səbəb olur?

  Ədəbiyyat: В.Н.Копейкин, В.А.Пономарев. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 88
Dişlər hərəkətli olduğuna görə protezin fiksasiyası zəifləyir. Bu səbəb protezin zəif fiksasiyasına,laxlamasına və sınmasına gətirib çıxarır

Sual № 6

Bazis aşağı ön dişlərin (təbii) hündürlüyünü nə qədər örtür?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 209
Yuxarı çənəyə hazırlanan protezin bazisindən fərqli olaraq aşağı protezin bazisi ön dişləri 2/3 hissəyə qədər örtür. Yuxarı protez bazisi ön dişləri 1/3 qədər örtür.

Sual № 7

Nə üçün progenik dişləmdə Vasilyev üsulu ilə dişlərin düzülməsi əks və ya kəsişən adlandırılır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 297-298
Vasilyev üsulu ilə progenik dişləmin dişləri düzülərkən çarpaz şəkildə sağ aşağı sol yuxarı, sol aşağı sağ yuxarı şəkildə yan dişlər düzülür. Buna səbəb yuxarı dişlərin aşağı dişləri örtə bilməməsidir

Sual № 8

Metal karkasın alınmasının neçə növü var?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 253
Metal karkasın alınmasının 2 növü var.
I variant: mum konstruksiya işçi modelin üzərindən çıxarılıb metal tökməyə göndərilir.
II variant: İşçi modelin dublikatı odadavamlı materialdan hazırlanır və onun üzərində karkas tökmə üsulu ilə hazırlanır.

Sual № 9

Hansı hallarda dublikat modeldən istifadə etmədən karkas hazırlanır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 253
2-3 sadə Akker klammerləri, heç bir əlavəsi olmayan qövslü karkaslarda dublikat model olmadan karkas hazırlana bilər.

Sual № 10

Dişi əhatə etməsinə görə klammerlərin neçə növü var?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 212-213
Dişi əhatə etməsinə görə klammerlər birçiyinli, iki çiyinli, iki qat, dairəvi, atma, arası kəsilməz olmaqla 6 növə bölünür

Sual № 11

Hər bir süni dişə görə neçə qram polimer götürülməlidir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 226
Hər bir süni dişə 1 qr polimer götürülür. Tam protez üçün isə 8-12 qr lazım olur. Dəqiq olması üçün avtomatik mikserlərdən istifadə olunur.

Sual № 12

Proqnatiya zamanı tam protezlərə hansı pelotların qoyuluşu məqsədəuyğun sayılır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 298
Proqnatiya zamanı çıxan protez hazırlayarkən pelot klammerlərdən istifadə olunur. Çünki proqnatiya zamanı üst çənə önə çıxdığından əlavə plastik kütlə qabarıqlılığı daha da artıra bilər.

Sual № 13

Protez nədir?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 4-5
Bədənin hər hansı bir üzvünün süni şəkildə bərpa olunmuş elementi protez adlanır. Protezlər üzvün tam və ya bir hissəsinin bərpası üçün istifadə olunur.

Sual № 14

Çıxan protezlərin bərpası neçə mərhələyə bölünür?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 306-308
Protezin bərpası 4 mərhələyə bölünür. Bunlar fraqmentlərin yapışdırılması və gips modelin tökülməsi, sınmış kənarların yonulması, özü bərkiyən plastmasla bərpası, korreksiyası və cilalanmadır.

Sual № 15

Funksiyasına görə klammerlər neçə yerə bölünür?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 209
Funksiyasına görə klammerlər 3 yerə bölünür. Tutucu, dayaq və dayaq-tutucu.

Sual № 16

Hansı hallarda lentşəkilli klammerlər istifadə olunur?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 213
Lentşəkilli qarmaq yalnız dayaq diş qapaqla örtüldüyü zaman hazırlanır. Əks halda bu qarmaq mina qatının sürtülməsinə səbəb olur. Bundan əlavə bu qarmağın altına qida qalıqları, yumşaq ərp toplanır ki, bu da kariyesin əmələ gəlməsinə səbəb olur

Sual № 17

Vasilyevə görə düzülüşdə I kiçik azı dişinin vəziyyəti necədir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 295
Vasilyevə görə dişlərin düzülüşü zamanı I kiçik azı dişinin yanaq qabarı şüşəyə toxunur. Damaq qabarı isə 1 mm aralı qalır

Sual № 18

Birçiyinli klammer aşağı çənədə necə yerləşir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 214-215
Birçiyinli klammer tutucu klammerdır. Çıxan protezlərdə fiksasiya rolunu oynayır. Yuxarı protezdə ekvatorda yuxarı, aşağıda isə ekvatordan aşağı yerləşir.

Sual № 19

Ağız boşluğunda protez konstruksiyasının yoxlanması zamanı dişlər arasında kontakt hansı səbəbdən pozula bilər?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 210-211
Mum konstruksiya ağız boşluğunda yumşalıb bir qədər yerdəyişmə verərsə dişlərin qapanması pozula bilər.

Sual № 20

Çıxan lövhəli protez hansı protezə deyilir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 206
Diş cərgəsinin qüsuru zamanı hazırlanır. Həkim və xəstə tərəfindən asanlıqla çıxarılan protezə çıxan protezlər deyilir.
whatsApp/phone: on +994702144544
email: contact@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×